Cümə axşamı günü, 12 noyabr 2026
     

Təhsil Nazirliyinin tanımadığı universitet diplomlarına görə kim məsuldur - məzun, nazirliyimiz, ya xarici universitet...

Image


Məlum olduğu kimi, Təhsil Nazirliyi 10 xarici ölkənin universitet diplomlarını tanımaqdan imtina edib. Təhsildə Keyfiyyət Təminatı Agentliyi diplomlarının tanınmasından imtina verilən xarici ali təhsil müəssisələrinin siyahısını açıqlayıb. Agentlikdən mətbuata verilən məlumata görə, 10 universitetin 851 halda diplomuna imtina verilib.

Diplomlarına imtina verilən universitetlər Regionlararası Heyətin İdarə Olunması Akademiyası, Simon Kuznets adına Xarkov Milli İqtisad Universiteti, İvanovo Dövlət Universiteti, Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Akademiyası, V.N.Karazin adına Xarkov Milli Universiteti, Dağıstan Dövlət Pedaqoji Universiteti, Poltava İqtisadiyyat və Ticarət Universiteti, Tbilisi Açıq Tədris Universiteti, Avropa Universiteti və Gürcüstan Texniki Universitetidir.

Təhsildə Keyfiyyət Təminatı Agentliyində xarici ali təhsilə aid kvalifikasiyaların tanınması üzrə müraciət edən ərizəçilər barədə mənfi qərarların səbəbləri arasında iki göstərici üstünlük təşkil edir. Nazirlikdən verilən məlumata görə, səbəblərdən biri tələbənin təhsil səviyyəsi və forması üzrə ali təhsil müəssisəsində tələb olunan müddətdən az olması, digəri isə təhsilin məzmununu mənimsəmək üçün tələb olunan minimal dil biliklərinin olmamasıdır.

Qeyd edək ki, 2017-ci ildən etibarən verilən imtinaların 25 faizi, ümumilikdə, 10 ali təhsil müəssisəsini əhatə edir.

Həmin ali təhsil müəssisələri tələbələr ali təhsil standartlarına cavab vermədiyi, təhsil müəssisəsində tələb olunan müddətdən dəfələrlə az iştirak etdiyi və təhsil aldığı dildə sadə ünsiyyət belə qura bilmədiyi hallarda da məzunlara diplom təqdim edirlər. Bu səbəbdən Təhsildə Keyfiyyət Təminatı Agentliyi vətəndaşları seçim edərkən daha da diqqətli olmağa çağırır.

Tanınmayan diplomlara görə məsuliyyəti kim daşıyır? Bu, tələbənin məsuliyyətsizliyidir, yoxsa onun valideynlərinin, yaxud təhsil verən qurumun günahıdır? Burada Təhsil Nazirliyi, bu ali məktəblər, yaxud valideynlər və məzunların məsuliyyəti var?

  • “Xarici ali məktəblərə abituriyent toplayan işbazlar təbliğata başladıqları ilkin vaxtlarda bizim Təhsil Nazirliyi həyəcan təbili çalmalı idi”

Tanınmış ali təhsil eksperti, professor, AVCİYA-nın vitse-prezidenti Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə bildirdi ki, bu problem, demək olar ki, Azərbaycanın taleyüklü məsələsidir və bu barədə əvvəllər də müzakirələr açılıb. “Bunun günahı nə tələbələrdədir, nə də valideynlərdə. Mən problemin kökünü Azərbaycanda ali məktəblərə qəbul qaydalarının həddindən artıq sərt olmasında görürəm. İldən-ilə bizdə testlə qəbul qaydaları sadələşdirilmək əvəzinə, daha da sərtləşdirilir. Bir ali məktəb müəllimi kimi bunun həmişə əleyhinə olmuşam. Təklif etmişəm ki, Azərbaycanda abituriyentlərin ali məktəblərə qəbul qaydalarını sadələşdirmək, təhsili gücləndirmək lazımdır ki, təhsil prosesində saxtakarlıq, neqativ hallar olmasın, Azərbaycan gəncləri yüksək təhsil ala bilsinlər. Bizdə isə bu məsələ tərsinə edilir. Düzdür, test üsulu müstəqilliyimizin bərpa edilməsinin ilk dövrlərində lazım idi, çünki Sovet dövründə ali məktəblərə qəbulda rüşvət sistemi vardı. Amma test suallarını da ildən-ilə elə qəlizləşdirirlər ki, bu da bəzi abituriyentlərin yerli universitetlərə qəbul olunmasına imkan vermir. Bax, bu boşluğu Azərbaycanda işbazlar doldurmağa çalışdılar. Siz də bilirsiniz, Azərbaycanda çox geniş təbliğ olunmağa başlanıldı ki, attestatla Gürcüstanda, Ukraynada və başqa ölkələrdə qəbul imtahanında iştirak etmədən təhsil almaq olar. Özü də çox nüfuzlu universitetlər təklif olunurdu. Yəni problemin kökü oradan başladı. Xarici ali məktəblərə abituriyent toplayan işbazlar təbliğata başladıqları ilkin vaxtlarda bizim Təhsil Nazirliyi həyəcan təbili çalmalı idi. Eyni zamanda, nazirlik və digər aidiyyəti qurumlar xarici ali məktəblərə tələbə cəlb edən işbazlara imkan verməməli idilər. Valideyn də fikirləşirdi ki, burada qəbul həddən artıq çətindir və Ukraynanın filan universitetində attestatla qəbul asandırsa, gedib övladım elə orada oxusun. Bu da Azərbaycan ailəsinin büdcəsinin xaricə axın etməsinə gətirib çıxardı”.

M.Zülfüqarlı hesab edir ki, xarici ali məktəb pulunu qazanır və özünə hansı yolla olur-olsun, tələbə cəlb edir, onu diplomunun tanınıb-tanınmaması maraqlandırmır. Burada əsas məsuliyyətin tələbə qəbulunun mürəkkəbləşdirilməsinin üzərinə düşdüyünü deyən M.Zülfüqarlının fikrincə, qəbul qaydaları sadələşdirilməlidir. “Əgər qəbul qaydaları sadələşdirilsəydi, Azərbaycan ailələrinin büdcəsi burada qalardı və işbazların əli ilə məlum ali məktəblərə axıdılmazdı, bundan Azərbaycan ali məktəbləri bəhrələnə bilərdilər. Amma çox təəssüf ki, Dövlət İmtahan Mərkəzinin ildən-ilə qəlizləşdirdiyi imtahan sualları bu problemin yaranmasına gətirib çıxardı. İndi də Təhsil Nazirliyi bu diplomları tanımamaqla Azərbaycan ailələrinə qarşı ögey münasibətini ortaya qoyur. Yəni nazirlik bu ölkələrin ali məktəblərinin diplomlarını tanımayacaqdırsa, əvvəlcədən, proses öncəsi qabaqlayıcı addımlar atmalı idi ki, abituriyentlər o ali məktəbləri seçməsinlər. İndi gənclər gedib orada oxuyublar, təhsil alıblar, onların diplomlarının tanınması isə problem yaradıb. Düzdür, həmin xarici ali məktəblərin çoxu yüksək təhsil verməyən universitetlər olublar, onları əsasən təhsil haqqı maraqlandırıb, gənclərə təhsil verməyib, amma bu, gənclərin səhvi üzündən baş verməyib”.

M.Zülfüqarlı hesab edir ki, problemin həlli üçün nazirlik addımlar atmalıdır. Onun təklifinə görə, nazirlik müəllimlərin attestasiyasını keçirdiyi şəkildə həmin universitetlərin də tələbələrinin attestasiyasını keçirməli və onlara şans tanımalıdır: “Bu mənim   subyektiv fikrimdir, Təhsil Nazirliyi o məzunların attestasiyasını keçirməklə onların diplomlarını tanıya bilər, çünki bu, insan taleyidir. İnsan taleyi ilə oynamaq olmaz. Ona qalsa, Azərbaycanda ilk dövrlərdə açılan özəl ali məktəblərdə, texnikumlarda verilən diplomların saxta olması ilə bağlı çoxlu fikir irəli sürülür, nə qədər saxta diplomlar üzə çıxarıldı və sonra məsələ sakitləşdi. İndi görürük ki, saxta diplom alanlar içində hətta icra başçısı işləyənlər də tapıldı. Yəni ona görə də bu, ciddi problemdir və o elə həll edilməlidir ki, gənclər ondan əziyyət çəkməsinlər. O gənclər arasında savadlı, qabiliyyətli insanlar varsa, onlara attestasiya yolu ilə diplom vermək problem yaratmaz” - deyə M.Zülfüqarlı qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ