Cümə axşamı günü, 12 noyabr 2026
     

Şəhidlərimiz - Anar ƏHMƏDOV yazır

Image


Azərbaycan Prezidentinin 15 dekabr 2020-ci il tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, eləcə də vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilmiş Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının 11 nəfər hərbi qulluqçusundan biri də ölümündən sonra bu mükafata layiq görülmüş kapitan Hüseynli Türkay Nizami oğludur.

Ölkə başçısının, həmçinin, 15 dekabr 2020-ci il tarixli və 22 dekabr 2020-ci il tarixli müvafiq sərəncamları ilə kapitan Türkay Hüseynli (ölümündən sonra) “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə də təltif edilib.

Kapitan Türkay Hüseynli 1990-cı il noyabrın 25-də Bakı şəhərində anadan olub. Hüseynovlar ailəsində böyüyüb boya-başa çatan və tərbiyə alan 4 övladdan (Sədi, Natəvan, Şahnabat və Türkay) biri, həmçinin, ailənin sonbeşiyi və vüqarı idi Türkay...

Orta təhsilini Daxili Qoşunların Birinci Qarabağ müharibəsində şəhid olmuş giziri Etibar Şirəliyevin adını daşıyan 274 saylı orta məktəbdə alıb. Müddətli həqiqi hərbi xidmətini 2009-2010-cu illərdə Daxili Qoşunların Naxçıvanda yerləşən “N” saylı hərbi hissəsinin xüsusi təyinatlı dəstəsində keçib. Hələ uşaq yaşlarından hərbi xidmətə olan böyük həvəsi sayəsində Türkay müddətli hərbi xidmətini başa vurduqdan sonra elə həmin hərbi hissənin xüsusi təyinatlı dəstəsində qalaraq, 2012-ci ilin iyul ayınadək müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Vətənə olan şərəfli borcunu yerinə yetirməyə başlayıb. Zabit kimi xidmətini davam etdirmək arzusunda olan silahdaşımız, 2012-ci ildə Daxili Qoşunların zabit hazırlayan Orta İxtisas Hərbi Məktəbinə daxil olub. 2014-cü ildə bu hərbi təhsil ocağını bitirərək “leytenant” hərbi rütbəsi alan Türkay zabit kimi ilk olaraq qoşunların Quba rayonunda yerləşən “N” saylı hərbi hissəsində fəaliyyətə başlayıb. 2019-cu ilin fevral ayınadək burada müxtəlif bölmələrin tərkibində taqım və qrup komandiri vəzifələrində xidmət edib. Bir komandir kimi hər zaman yüksək hərbi intizamı, çalışqanlığı və biliyi sayəsində böyük rəislərin etimadını və tabeliyində olan şəxsi heyətin hörmətini qazanmağa müvəffəq olub. Yüksək döyüş hazırlığı, nümunəvi və qüsursuz xidmətilə fərqlənən hərbi qulluqçu kimi “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalla, eləcə də hərbi hissə komandanlığı tərəfindən bir sıra mükafatlarla təltif edilib.  

T.Hüseynli xidmət etdiyi dövrdə iki dəfə - 2010-cu ilin sentyabr ayından 2011-ci ilin iyun ayınadək və 2019-cu ilin fevral ayından iyul ayınadək qardaş Türkiyə Respublikası Jandarm Baş Komandanlığının Jandarm Komando Məktəbləri və Təlim Mərkəzi Komandanlığında müvafiq olaraq “Gizir komando təməl kursu” və “Zabit komando təməl kursu”nda təhsilini davam etdirib.

Sonuncu kursu da müvəffəqiyyətlə başa vuran T.Hüseynli, 2019-cu ilin iyul ayından etibarən Daxili Qoşunların Sumqayıt şəhərindəki “N” saylı hərbi hissəsində xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunun komandiri vəzifəsində xidmət edib. 

Vətən qarşısındakı müqəddəs borcunu şərəflə yerinə yetirən vətənpərvər hərbi qulluqçu kimi işğal olunan torpaqlarımızın azadlığı üçün döyüş meydanında düşmənlə savaşmaq və lazım gələrsə, bu amal uğrunda şəhidlik məqamına yüksəlmək Türkayın ən böyük arzusu olub.

Daxili Qoşunların “N” saylı hərbi hissəsində “Əqrəb” şərti adını daşıyan xüsusi təyinatlı dəstənin komandiri, “Qarabağ” ordeni və “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmiş mayor Ələsgər Muxtarov (Vətən müharibəsi zamanı Xocavənd rayonunun Qırmızı Bazar yaşayış məntəqəsi istiqamətində gedən döyüşdə yaralanıb) vaxtilə birgə xidmət etdiyi qrup komandirinin mərdliyi və qorxmazlığı haqqında bu gün də ürək dolusu danışır: “44 gün davam edən Vətən müharibəsində dəstəmizin 6 nəfər hərbi qulluqçusu qəhrəmancasına vuruşaraq şəhid olub. Onlardan biri də qrup komandiri kapitan Türkay Hüseynlidir. 

Bir komandir kimi fəaliyyətinə gəlincə, deyə bilərəm ki, istər nəzəri, istərsə də keçirilən bütün praktiki məşğələlərdə ən aktiv qrup komandirlərindən biri olub Türkay. Ümumilikdə isə qarşıya qoyulan bütün tapşırıqları vicdanla yerinə yetirib. Olduqca vətənpərvər, ləyaqətli hərbi qulluqçu kimi tabeliyində olan şəxsi heyət üçün hər zaman nümunə idi.

Yaxşı yadımdadır, döyüş öncəsi şəxsi heyətə tapşırıqlar verirdim. Bu vaxt Türkay böyük əzmlə: “Cənab mayor, ölmək var, dönmək yoxdur” – dedi və üzünü şəxsi heyətə tutub ardınca da: “Xüsusi təyinatlı illərlə yaşayır, lakin bir dəfə lazım olur, o da məhz Azərbaycanın ərazi bütövlüyü uğrundadırsa, sevə-sevə canımızdan keçməyə hazır olmalıyıq” - deyə qürur hissi ilə fikrini bitirdi.   

Gözündə heç zaman qorxu hissi olmazdı. Elə döyüşə də gözünü qırpmadan atıldı. Onun qrupu döyüş tapşırıqlarının yerinə yetirilməsində rəşadət göstərdi...”.    

3 oktyabr 2020-ci il... Cəbrayıl istiqamətində gedən döyüş Türkayın son döyüşü oldu. Komandiri olduğu qrupun şəxsi heyəti ilə birgə rayonun Böyük Mərcanlı kəndi ətrafındakı yüksəklikdə düşmənin 30 il ərzində möhkəmləndirilmiş birinci müdafiə xəttini darmadağın etdi. Ermənilərin xeyli sayda canlı qüvvəsi, o cümlədən 8 tankı və 1 topu məhv oldu. Lakin düşmənin bu istiqamətdəki ikinci müdafiə səddinin yarılması uğrunda gedən şiddətli döyüşün gedişində erməni snayperinin açdığı atəş nəticəsində ağır yaralanan kapitan Türkay Hüseynli qəhrəmancasına şəhid oldu...

Bu döyüşdə cəsur komandirlə birgə onun tabeliyində vuruşan Daxili Qoşunların digər 2 nəfər igid hərbi qulluqçusu – çavuş Məmmədov Elvin Tərlan oğlu və MAXE əsgər Abasov Ayaz Nizami oğlu da qəhrəmanlıq göstərərək şəhid oldular.

Kapitan T.Hüseynli 2020-ci il oktyabrın 3-də Bakıdakı İkinci Fəxri xiyabanda dəfn olunub. Subay idi.

Hər qarış torpağa göz bəbəyini,
İstəsələr verrəm, deyildir qəmim.
Silah götürməsəm də, köməyini,
Əsirgəyən deyil şair qələmim.

Bir yığın arzum var, qəlbimdə yenə,
Ata da bilmirəm bu həyəcanı.
Birinci yer verim hansı birinə,
Çiçəkli görməkdir Azərbaycanı.

Bu misralar şəhid zabitimizin atası şair Nizami Elyanar Göyçəviyə məxsusdur. 8 kitabın müəllifi olan Nizami müəllim, eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. O, Türkay kimi şəhid oğullarımızla qürur duyduğunu deyir: “Türkayla sonuncu dəfə oktyabrın 2-də saat 18:20-də danışmışdıq. Özü zəng etmişdi. Dedim: “Milli Qəhrəman, necəsən?”. Təvazökarlıq elədi, dedi: “Ata, hələ ona tezdir”. Çox danışmadıq. Sonra “Problem yoxdur, yaxşıdır hər şey. Sağlıq-salamatçılıqdır. Özünüzdən muğayat olun. Narahat olma” – dedi və bundan sonra telefon əlaqəsi kəsildi... 

Müharibəyə hazır vəziyyətdə getmişdilər. Yoldaşları ilə birgə xüsusi igidlik göstəriblər. Düşmənin xeyli sayda canlı qüvvəsini məhv ediblər. Texnikalarını ələ keçiriblər. Həmin döyüşdə oğlum Türkay Hüseynli şəhid oldu...

Şəhidlik onun üçün sanki bir amal, bir əqidə yolu idi. Hələ 3 il bundan öncə, Daxili Qoşunların Qubada yerləşən hərbi hissəsində xidmət edən dövrdə məzuniyyətə gəlmişdi. Gəlib yanımda, bir az aralı oturub, nədənsə “Şəhidlik məqamına yüksəlmək lazımdır” – deyə, bir fikir səsləndirdi. Düzü, başım qarışıq olduğundan, həmin vaxt bu sözü nə üçün deməsinə fikir vermədim. O da gördü ki, məşğulam, başım qarışıqdır, artıq heç nə danışmadı. Lakin indi başa düşürəm ki, sən demə, bu müqəddəs zirvəyə yüksəlmək onun həyat məsləyi olubmuş...       

Qüsursuz və nümunəvi xidmətinə görə vaxtından əvvəl ona “kapitan” hərbi rütbəsi vermişdilər.

Hələ evlənməmişdi. Noyabrın 25-də 30 yaşı tamam oldu. Mənim oğlum sağdır. Ölməyib. Şəhidlər ölmürlər...”.

Türkayın ailə üzvlərinin, yaxın qohum və dostlarının, həmçinin, vaxtilə tabeliyində xidmət etmiş hərbçi yoldaşları – baş çavuş Musa Qədirov, çavuşlar Rasim Hacıyev, Kamal Məmmədli və Tahir Babayevin xatirələri əsasında “Real” televiziya kanalının, o cümlədən, “APA” TV və “Report.az” saytlarının “YouTube” internet portalı vasitəsilə yayımlanan xəbər proqramlarında “Şəhidlik xüsusi təyinatdır” və “Anası şəhid olduğu günə qədər müharibədə olduğunu bilmədi” adlı süjetlərdə qəhrəman zabitimizin gənc nəslə nümunə olan həyat və hərbi xidmət yolu barədə məlumatlar izləyicilərə təqdim edilib. Bundan əlavə, “Xalq qəzeti”nin 27 dekabr 2020-ci il tarixli sayında Əli Nəcəfxanlının müəllifi olduğu “Kapitan Türkayın rəşadət dastanı” başlıqlı məqaləsində şəhid silahdaşımızın həyat və döyüş yolu geniş işıqlandırılıb.   

Sonda şəhid atası Nizami Elyanar Göyçəvinin qeyd etdiyi kimi, yalnız onu deyə bilərik ki, bəli, həqiqətən də şəhidlər ölmürlər. Vətən uğrunda canını qurban verən Türkay kimi igid oğullarımızın əziz xatirəsi qədirbilən xalqımızın qəlbində əbədi olaraq yaşayacaqdır.

Allah rəhmət eləsin!

Mayor Anar ƏHMƏDOV
DİN-in Daxili Qoşunlarının
“Əsgər” qəzetinin redaktoru



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:59
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edir - FOTO

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ