Fərdi ev və mənzillərə bələdiyyələrin vergi yığmaq cəhdləri narazılıq doğurur - qanun nə deyir…

Ramil Osmanlı: “Paytaxtda bir çox mənzilə xəbərdarlıq göndərilməsi texniki məsələlərlə bağlıdır”

img

Bu il paytaxtda yerləşən bir çox fərdi evə və mənzilə bələdiyyələr tərəfindən əmlak vergisinin ödənilməsi barədə xəbərdarlıq qəbzi göndərilib.

Qeyd edək ki, torpaq vergisi Vergi Məcəlləsi ilə tənzimlənir. Bakı şəhərində torpağın hər 100 kvadratmetri üçün 60 qəpik – 1 manat vergi tutulur. O da məlumdur ki, evlərin əksəriyyətinin mülkiyyət sənədi yoxdur. Hətta mülkiyyət sənədi olan evlərin inventar dəyəri yoxdur, bəzilərində isə bütün sənədləşmə yerindədir.

Maraqlıdır, daşınmaz əmlak sahibləri üçün nəzərdə tutulan bu vergi hansı qanunla tənzimlənir və onun məbləği nəyə əsasən hesablanır?

  • “Yaşayış evlərinə və mənzillərə görə əmlak vergisi ödənilməsi...”

Məsələ ilə bağlı fikir bildirən daşınmaz əmlak eksperti Ramil Osmanlı qeyd etdi ki, bununla bağlı qərar hələ 2003-cü ildən verilib: “Yaşayış evlərinə və mənzillərə görə əmlak vergisi ödənilməsi bələdiyyələr haqqında əsasnaməyə və vergi qanunvericiliyinə, yəni bələdiyyələrin vergi xidməti orqanı haqqında əsasnaməyə görə tənzimlənir. Bu qanun isə 17 iyun 2003-cü il tarixində qəbul edilib. Paytaxtda bir çox mənzilə xəbərdarlıq göndərilməsi texniki məsələlərlə bağlıdır. Prezident İlham Əliyevin çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında 19 fevral 2019-cu il tarixli Fərmanından sonra çoxmənzilli binaların əksəriyyəti istismara qəbul edildi. Ola bilər ki, bələdiyyələr proses başa çatdıqdan sonra bu məsələni sürətləndiriblər. Çünki mənzil fondunun böyük əksəriyyətini istismara qəbul edilməyən o binalar təşkil edirdi. Regionlarda isə uzun illərdir bələdiyyələr bu vergini alırdılar. Paytaxtın bəzi hissələrində bu ildən tətbiq edilib”.

Günel CƏLİLOVA

Son xəbərlər