çərşənbə günü, 23 sentyabr 2026
     

“Azəriqaz”ın yeni mexaniki qaz sayğacları camaatı niyə narazı salır - şirkətin və ekspertlərin rəyi...

Image


Son günlər sosial şəbəkə ünvanlarında guya mexaniki-elektron sayğacların təbii qazla bağlı daha çox sərfiyyatı qeydə aldığı barədə müxtəlif yanaşmalara rast gəlinir. Bir qrup vətəndaş iddia edir ki, əvvəlki illər və son aylarla müqayisədə onlara ikiqat borc yazılır.

Goranboy rayonu Xarqərvənd kəndinin sakini Xaləddin Mustafayev yeni qoyulan sayğacın çox borc yazdığından şikayətlənir: "Bizim bütün kənd eyni problemdən narazıdır. Mənim evimdə cəmi bir soba yanır. Əvvəllər qaz üçün aylıq 40, 50, qış aylarında maksimum 60 manat ödəmişəm. Yeni qurulan sayğac üçün isə mənə 17 günə 90 manat yazılıb. Ayın sonuna kimi isə bu məbləğ 144 manata qədər artıb. Qaz pulu üzrə ödənişi ayda bir dəfə edirdiksə, indi ayda ödəniş üçün iki dəfə çek göndərilir. Bu da yəqin ki, məbləği az göstərmək üçün belə edilir. Bizə qaz idarəsində onu da bildiriblər ki, pulu ödəməsəniz, sizin qaz kəsiləcək. Yeni qurulan sayğaclarda problem var. Rayonda yaşayan sadə bir vətəndaş təkcə qaz üçün ayda 150 manat qaz pulunu necə ödəyə bilər?” Daha sonra adının çəkilməsini istəməyən bir vətəndaş bildirib ki, yeni qoyulan sayğacdan sonra onlara 90 manat borc yazılıb. Hansı ki, daha əvvəlki aylarda ödəniş etdiyi çeklərdə borc haqqında heç bir borc qalığı göstərilməyib. Şikayətçi iddia edir ki, bu borc onlara saxta olaraq yazılıb.

Qeyd edək ki, mexaniki tipli sayğacın yazdığı məbləğlə bağlı sosial şəbəkələrdə geniş müzakirə olub. Bir qrup insan eyni problem olaraq yeni qoyulan sayğacın çox borc yazdığını iddia edib.

  • Ceyhun Səfərov: “Narazı qalan abonentlərin sərfiyyatda artıq göstəriciləri də pandemiya ilə bağlı sərtləşdirilmiş karantin dövrünə təsadüf edir”

"Azəriqaz"ın mətbuat katibi Ceyhun Səfərov bildirdi ki, deyilənlər həqiqəti əks etdirmir. Qaz ölçü qurğuları, yəni sayğacların hamsının bir funksiyası var – sayğacdan keçən təbii qazın sərfiyyatını qeydə almaq: “Hansısa sayğac az, hanısasa sayğac çox qeydiyyat aparmır. Bu qurğular standartlara cavab verir. Ölkəyə gətirildikdən sonra test olunur, yoxlanılır, daha sonra istismara verilir. Yəni müvafiq qurumlar da buna nəzarət edirlər. Abonentlər nəzərə almalıdırlar ki, soyuq günlərdə sərfiyyat artır. Qaza olan tələbat çoxalır. Üstəlik, narazı qalan abonentlərin sərfiyyatda artıq göstəriciləri də pandemiya ilə bağlı sərtləşdirilmiş karantin dövrünə təsadüf edir. Yəni hamı - əksər ailə üzvü evdədir və istilik sisteminə ehtiyac əvvəlkindən çoxdur. Güzəştli aşağı tarifli limit həddinin də elə 2020-ci ilin dekabr ayında keçilməsinə çox təsadüf edildi. İstənilən abonent öz sərfiyyatı, ödənişləri barədə abonent saldosunu əldə edə bilər. Məsələn, bu, "ASAN Kommunal” mərkəzlərində mümkündür. Və yaxud 104/185 saylı Çağrı Mərkəzinə də müraciət edib sorğu verə bilərlər”.

Sayğacların dəyişdirilməsinə gəlincə, həmsöhbətimiz qeyd etdi ki, 2019-cu ildə Fransanın “İltron-Gallus” şirkəti qalib olmayıb və köhnə smart sayğacların istehsalçısı da onlar olduğuna görə bu sayğaclardan imtina edilib. Digər tərəfdən, qiymət bizim üçün sərfəli hesab olunmurdu. Pandemiya dövründə gəlir və xərclərimizi nəzərə alaraq, sərfəli təkliflər edən Almaniyanın “Zenner” şirkəti qalib olaraq test üçün onlardan 200 ədəd test-sınaq işləri üçün smart-kart tipli sayğaclar alınaraq ölkəyə gətirilib. Hazırda proses gedir və nəzarətdə saxlanılır. Əslində, bu sayğaclar yeni gətirilməyib, illərdir mexaniki sayğaclar alınıb.

  • Mirvari Qəhrəmanlı: “Vətəndaş əgər belə halla narazıdırsa, mütləq şəkildə məhkəməyə müraciət etsin”

"Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" (NHMT) İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı məsələ ilə bağlı bildirdi ki, analoji hal  2019-cu ildə olub: “O zaman 50-60 nəfər vətəndaşın sayğacının çox pul yazması ilə bağlı məhkəmə yolu ilə sübut etdik ki, əslində, bu sayğaclar artıq pul yazır. Fransadan alınan smart tipli sayğaclar çox baha idi, həm də ona müdaxilə etmək çətin idi. Məlumdur ki, dekabrın 31-də qazın limiti sıfırlanır. Amma bu dəfə bu proses yanvarın 5-də həyata keçirilib. Necə olur bir neçə gündə vətəndaşa bu qədər borc yazılıb. Bu da o deməkdir ki, sayğaclara müdaxilə olur. Vətəndaş əgər belə halla narazıdırsa, mütləq şəkildə məhkəməyə müraciət etsin. Tələb etsin ki, həmin sayğac müstəqil laboratoriyada yoxlanılsın. Bu işin ən dəqiq sirrini onu quraşdıran şəxslər bilir”.

Günel CƏLİLOVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

SON XƏBƏRLƏR

23.09.2026 / 16:21
Vüqar Rəhimzadə: Dağ-mədən sənayesinin inkişafı Azərbaycanın iqtisadi potensialını daha da gücləndirəcək

23.09.2026 / 15:54
"Ermənistana elə çip-lər verəcəyik ki, dünyanın az ölkəsində var"- ABŞ Ermənistanda nə və kimə qarşı hazırlayır?..

23.09.2026 / 14:52
Trampın “Husilər taktikası”- Məkkə sazişlərinə qarşı düşünülmüş taktika...

23.09.2026 / 14:35
Mirzoyan Ermənistan hökumətinin TRIPP sazişi üzrə nümayəndəsi təyin edildi

23.09.2026 / 14:27
Onları ABŞ-dan Türkiyə gözləyirdi – 24 milyarda başqa dövlətə satdı... Səbəb?..

23.09.2026 / 14:14
İrəvanda keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan ekspertlərinin görüşü təxirə salındı

23.09.2026 / 14:08
Qafqaz Albaniyası və Efiopiya yazı sistemləri kontekstində erməni əlifbasının mənşəyi...

23.09.2026 / 13:59
Bərdədə “Kalaşnikov” satmaq istəyən şəxs tutuldu

23.09.2026 / 13:46
Kiyev iki rus oliqarxa qarşı sanksiyaların ləğvinə sərt reaksiya verdi - Zelenski ilə Lyayen arasında gərgin görüş...

23.09.2026 / 13:29
Oktyabrda Azərbaycanla Türkiyə elə sazişlər imzalayacaq ki... Gözləməyə dəyər...

23.09.2026 / 13:28
Rusiya Odessada yük gəmisini vurdu…

23.09.2026 / 13:14
ABŞ Dövlət katibi əmin danışdı - Putin Ukraynaya qarşı müharibədə qalib gələ bilməyəcək…

23.09.2026 / 13:11
Bodrumda yerli həyatın izində: Egey sahilinin fərqli üzünü kəşf edin - FOTOLAR

23.09.2026 / 12:56
İranla müharibədə ölən ABŞ hərbçilərinin sayı 19-a çatdı…

23.09.2026 / 12:42
Şara Trampa Nyu-Cersini İsrailə verməyi təklif edib - Onlara vermək üçün Qolan təpələriniz yoxdur, amma Nyu-Cersi sizindir…

23.09.2026 / 12:30
Prezident İsveçin yeni səfirini qəbul etdi - FOTO

23.09.2026 / 12:27
ABŞ bu gün “Tramp marşrutu” ilə bağlı yeni fondun yaradıldığını elan ediləcək…

23.09.2026 / 11:40
Fransaya casusluqda ittiham olunan Martin Ryan da əfv olundu

23.09.2026 / 11:36
Rusiya Ukraynaya daha bir genişmiqyaslı hücuma hazırlaşır - Zelenski xəbərdarlıq etdi…

23.09.2026 / 11:23
Prezident əfv Sərəncamı imzaladı

23.09.2026 / 11:17
Naxçıvanda 10 min manatlıq dələduzluq - tanınmış idmançı saxlandı...

23.09.2026 / 11:15
Prezident İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

23.09.2026 / 11:12
Prezident İlham Əliyev Səudiyyə Kralını təbrik etdi

23.09.2026 / 11:02
“Azərbaycanla dəmir yolu əlaqəsi quracağıq” - Paşinyan ABŞ-da TRIPP-dən danışdı…

23.09.2026 / 10:45
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı

23.09.2026 / 10:32
Hörmüz boğazında İranın Qeşm adası yaxınlığında güclü partlayış - 10 nəfər öldü…

23.09.2026 / 10:20
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiqləndi

23.09.2026 / 10:15
Ev şəraitində hazırlanıb bazara çıxarılan qidalara sertifikat tələbi olunur? - AQTA-dan iddialara cavab...

23.09.2026 / 09:53
Bü gün Nyu-Yorkda Lavrov və Rubio arasında görüş keçiriləcək

23.09.2026 / 09:42
Rusiya erməniləri Avropaya inteqrasiyanın təhlükələrini qiymətləndirməyə çağırdı…

23.09.2026 / 09:37
Fransa Avroittifaqın sanksiya qərarından yararlana bilmədi - Usmanov siyahıdan çıxarıldı

23.09.2026 / 09:25
Uzun mübahisələrdən sonra Qrenlandiyanın təhlükəsizliyi ilə bağlı saziş imzalandı - Tramp istədiyini aldımı...

23.09.2026 / 09:19
Məmməd Musayevə ilə cinayət işi açıldı...

23.09.2026 / 08:52
Restoranda müştərinin bank kartını oğurlayıb 1590 manatını ələ keçirdi...

23.09.2026 / 08:29
Ceyhun Bayramov ABŞ Prezidentinin ev sahibliyi etdiyi qəbulda iştirak edib

23.09.2026 / 08:10
Ceyhun Bayramov Əraqçi ilə görüşdü....

22.09.2026 / 23:34
Ərdoğanın BMT-də çıxışı zamanı İsrail heyəti, Trampın çıxışı zamanı isə kubalılar zalı tərk etdi…

22.09.2026 / 23:08
Nyu-Yorkda ABŞ və İran arasında 3 saat davam edən sürpriz görüş - Tramp açıqladı…

22.09.2026 / 22:53
Səfirlik İranda qalan vətəndaşlarımızın ölkəyə qayıtması məsələsinə aydınlıq gətirdi - quru yolla...

22.09.2026 / 22:47
İran Hörmüzü açmaq üçün ABŞ qarşısında şərt qoydu – blokada və hərbi təzyiqi dayandırın...

22.09.2026 / 22:30
NATO Rusiya sərhədində nüvə silahı yerləşdirir - Litva ilk addımı atdı...

22.09.2026 / 22:19
Lukaşenkonun Suvalk təlimi - Avropa Rusiya ilə müharibə hazırlığına başladı...

22.09.2026 / 22:12
"...Azərbaycan və Ermənistan arasında davamlı sülh bərqərar olacaq" - Ərdoğan

22.09.2026 / 21:57
Vahid məktəbli formasına xor baxanlara mesaj - Bilirsiniz bu forma nələr edir...

22.09.2026 / 21:35
Sərhədlər açıq olsaydı Rusiya Tiflisə qarşı bu planı Bakıya da tətbiq edərdi...

22.09.2026 / 21:18
Özbəkistanın Türkiyə dəmiryollarına çıxışı Naxçıvana böyük gələcək vəd edir...

22.09.2026 / 21:02
Putin Ermənistan dövlətini təbrik etdi, Paşinyanı təbrik etmədi...

22.09.2026 / 20:43
Paşinyan mövqeyini dəyişmir: Rusiyanın Ermənistan dəmir yollarını idarə etməsinə son qoyulmalıdır...

22.09.2026 / 20:27
Revanşçılar Ermənistanın müstəqilliyini Kərki kəndində qeyd etdilər - Kərki ilə bağlı plan gözlərində qalacaq...

22.09.2026 / 20:23
“Formula 1”lə əlaqədar sabahdan universitetlərdə dərslər distant olacaq

22.09.2026 / 20:10
Xristianlığı dövlət dini kimi ilk qəbul edən Azərbaycan dövləti - Erməni iddiaları zibilliyə atıldı...

22.09.2026 / 19:54
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib

22.09.2026 / 19:47
İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırılır...

22.09.2026 / 19:36
Lənkəranda evdən içərisində 75 min manat olan seyf oğurlandı...

22.09.2026 / 19:30
"Azərbaycan Prezidenti bildirdi ki, 6 ayda möcüzə yaratmışam" - Tramp

22.09.2026 / 19:27
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı oldu - FOTO/VİDEO

22.09.2026 / 19:16
Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

22.09.2026 / 19:04
Kommunist Partiyasının siyasi varisi Almaniyada hakimiyyətə gəlir

22.09.2026 / 18:55
Azərbaycandan Gürcüstanın ərazi bütövlüyünə tam dəstək - qondarma “seçkiləri”ni tanımırıq...

22.09.2026 / 18:48
Ermənistanın baş kəşfiyyatçısı Bakıda

22.09.2026 / 18:30
Tramp Çinlə birlikdə Rusiyaya qarşı “süni intellekt planı” işləyir...

22.09.2026 / 18:16
Avropanın elektrik təminatı Azərbaycan və Türkiyənin əlində cəmləşə bilər... Oktyabrda saziş...

22.09.2026 / 17:59
Paşinyan 102-ci bazadan sonra Rusiya sərhədçilərinin də ayağını ölkədən kəsmək istəyir...

22.09.2026 / 17:45
Neft 120 dollara qalxır - Yəməndə münaqişənin təsirləri regionun hüdudlarını aşdı...

22.09.2026 / 17:20
Azərbaycanla Türkiyə hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edib

22.09.2026 / 17:15
Özbəkistan Fransa ilə İlham Əliyevdən xəbərsiz nə hazırlayıb - Usmanov işi...

22.09.2026 / 16:57
Eldəniz Quliyev: “Yaranan situasiya ilə əlaqədar yeganə çarəmiz ölkə başçısına müraciət etmək idi” - MÜSAHİBƏ

22.09.2026 / 16:39
ABŞ mliyyə naziri Hörmüz boğazı barədə inanılmaz sözlər danışdı...

22.09.2026 / 16:08
Putin Duma seçkisindən sonra ümumi səfərbərlik edəcək – Avropada panika...

22.09.2026 / 15:45
Ərdoğan BMT TŞ-də veto hüququnun ləğvini istədi – Rusiya qarşı çıxdı...

22.09.2026 / 15:37
Kənan Musayev: “Tələbimiz odur ki, alternativ namizdələrin iştirakı ilə seçki yenidən keçirilsin”

22.09.2026 / 15:35
ABŞ Lavrovun müavininə viza verməkdən imtina etdi...

22.09.2026 / 15:12
Maarif Məhərrəmbəyli: “Seçkinin nəticələri ləğv olunmalıdır”

22.09.2026 / 14:38
DİN müsabiqə elan edir

22.09.2026 / 14:30
“AzerGold” 2030-cu ilədək illik dövriyyəsini 1 milyard manata çatdırmağı hədəfləyir

22.09.2026 / 14:03
"Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır" - Prezident

22.09.2026 / 14:01
Prezident İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxundu

22.09.2026 / 13:57
Prezident: "Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür"

22.09.2026 / 13:55
"Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir" - Prezident

22.09.2026 / 13:49
IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb

22.09.2026 / 13:35
Bakıda daha bir estetik klinikada "ÇP" çıxdı - ali təhsili olmayan "kosmetoloq" əməliyyat aparır...

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ