Azərbaycan pandemiya ilə mübarizə tədbirlərinə görə liderlər arasında yer alıb

img

Azərbaycan COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinə görə ikinci yerdə qərarlaşıb. Trend-in məlumatına görə, bu barədə Oksfordun tərtib etdiyi hökumət reaksiyası indeksində deyilir.

2021-ci il yanvarın 9-a olan vəziyyətə əsasən, pandemiya ilə əlaqədar qəbul edilmiş tədbirlərin sərtlik indeksinə görə Azərbaycan 89,81 xalla ikinci olub. Azərbaycan hökumətinin reaksiya indeksi 73,53, səhiyyə sisteminin vəziyyəti indeksi 82,69-a bərabər olub.

Qonşu ölkələr arasında tədbirlərin sərtliyi indeksində Türkiyə 65,28, Rusiya 50,46, İran 70,83, Gürcüstan 84,26 xal toplayıb.

Qeyd edək ki, Oksford COVID-19 pandemiyasına reaksiya tədbirləri ilə bağlı indeksi 19 müxtəlif göstərici əsasında tərtib edir.

Son xəbərlər