Tibb işçilərinin koronavirusa qarşı vaksinasiyasına start verildi - FOTO

img

Bu gün ölkədə ilk olaraq tibb işçilərinin koronavirus infeksiyasından vaksinasiyasına start verildi.

Trend- in məlumatına görə, Bakı Sağlamlıq Mərkəzində həkimlərə COVİD-19-a qarşı peyvənd vurulur.

Qeyd edək ki, bu gündən Azərbaycanda koronavirusa qarşı peyvəndləmə işlərinə start verilir.

Trend-in məlumatına görə, ölkədə virusa qarşı vaksinasiya strategiyası da təsdiq olunub. Strategiyanın hədəf qrupları iki yerə bölünür:

COVID-19 xəstəliyi əleyhinə vaksinasiya ilə əhatə olunan yüksək riskli
əhali qrupları aşağıdakılardır:

Sosial cəhətdən yüksək risk qrupu:

1. səhiyyə işçiləri (həkim, orta və kiçik tibb heyəti, texniki heyət) ;
2. hüquq mühafizə orqanlarının əməkdaşları;
3. hərbi qulluqçular;
4. saxlanılan, həbs edilmiş şəxslər və məhkumlar;
5. təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi
yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun,
telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali
ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi;

Tibbi cəhətdən yüksək risk qrupu:

1. yaşlı əhali ≥65;
2. TSXX, xroniki hemodializ xəstələri, şəkərli diabet II tip (≥50),
piylənmə (≥18).

Son xəbərlər