Oqtay Şirəliyev, Zaur Əliyev və Ramin Bayramlı peyvənd olundu - FOTO

img

Ölkədə tibb işçilərinin koronavirus infeksiyasına qarşı peyvəndlənmə prosesi davam edir.

Trend-in məlumatına görə, Bakı Sağlamlıq Mərkəzində səhiyyə naziri Oqtay Şirəliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı, İcbari Tibbi Sığorta Agentliyinin sədri Zaur Əliyev və səhiyyə nazirinin müavini Elsevər Ağayev peyvənd olunub.

Daha sonra TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva və səhiyyə nazirliyinin şöbə müdiri Teymur Musayev də vaksinasiya prosesinə qatılıb.

Qeyd edək ki, bu gündən Azərbaycanda koronavirus əlyehinə vaksinasiya başlayıb.

Son xəbərlər