Azərbaycanda daha 845 nəfər koronavirusdan sağaldı, 322 nəfər yoluxdu, 11 nəfər vəfat etdi

img

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 322 yeni yoluxma faktı qeydə alınıb, 845 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan baki-xeber.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 227 273 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 215 268 nəfər müalicə olunaraq sağalıb, 3 009 nəfər vəfat edib, aktiv xəstə sayı 8 996 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 776, ötən müddət ərzində isə ümumilikdə 2 318 193 test aparılıb.

Son xəbərlər