Cümə axşamı günü, 12 noyabr 2026
     

İgid ömrü - 28-ci yazı

Image


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyası ilə “Bakı-Xəbər” qəzetinin birgə layihəsi əsasında “Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından “İgid ömrü” adlı növbəti kitabı çapa hazırlayırıq. Kitab Azərbaycanın Milli Qəhrəmanı Füzuli Salah oğlu Rüstəmovun vətənpərvərlik nidalı həyat, döyüş, qəhrəmanlıq yollarından bəhs edir.

Füzuli yekunlaşırmı?!..

Süsən Cəfərova: “Zaminə dedim bizi güllələ, qanımız halaldır”

Xocalılı Süsən xanım Cəfərovadı növbəti müsahibim. İxtisasca həkim-laborant olan Süsən xanım Füzulidən, onun xidmətlərindən, xüsusilə Xocalı genosidi gecəsi fədakarlıqlarından elə bəhs edir ki, qəhrəmanımızın adamın gözləri qarşısında nəhəng bir portreti canlanır. Həmsöhbətimin həkim olduğunu xüsusi qabartmağım da əbəs deyil. Süsən xanımın peşəsi o dəhşətli anlarda xocalıların gərəyinə çatıb. Füzulinin bələdçiliyi və qorxmazlığı nəticəsində Ağdamın Şelli kəndinə qədər sağ-salamat gəlib çıxa bilmiş yol yoldaşları lazımi məqamlarda onun tibbi yardımlarından yararlanıblar da. Şelliyə gəlib yetişməsinə və düşmən əlindən qurtularaq indi də davam edən bütün sonrakı cismani ömrünə görə Füzuliyə borclu olduğunu isə hər kəlmə başında xatırladır. Deyir, bütün şüurlu həyatı boyu onu minnətdarlıq hissi ilə yad etməkdən şərəf duyacaq. Füzuli, Füzuli əməlləri ondan ötrü heç vədə sönməyəcək günəş timsalındadır sanki! Füzulisizliksə...gəlin onu dinləyək: 

- Xocalıdan insanları gətirən igid oğlanlarımız çox idi. Ancaq Zamin onların içərisində birinci yerdə dayanırdı. İstisnasız, mübaliğəsiz. Zamin o qədər cəsur, o qədər qorxmaz bir insan idi ki (kövrəlir)... 26-sı gecəsi biz çıxanda, məsələn, mən dayım oğlu, xalam oğlu ilə birlikdə üçümüz gəlirdik. Üstəlik, yolda bizimlə bərabər çox adamlar gəlirdi. Ancaq gəlib Ağdama sağ-salamat çatacağımıza ümidimiz yox idi. Meşənin ətəyində Zaminlə rastlaşandasa, elə bildim, nəsə itiribmişdim onu tapdım! Elə bildim ki, Zamin burdadısa, daha bizə zaval yoxdu, daha mən bütün yolu, meşəni heç bir qorxu-hürkü hiss etmədən gedib çata biləcəm Ağdama. Belə bir arxayınlıq yarandı içimdə. Eləcə də digər yoldaşlarımızda. Düzdür, ürəkdən tam arxayınlaşıb sevinmək mümkün deyildi o vəziyyətdə, amma elə bil üstümüzdən bir dağın götürüləcəyinə inandıq. Hətta bəlkə sevinməyə də dəyərmiş! Çünki elə gözlədiyimiz kimi də oldu. O bizi elə yollarla gətirdi, meşənin elə hissələrindən keçirtdi, bizi erməni nəinki gülləbaran edə, girov götürə, heç görə bilmədi. Nə erməni görmədik, nə döyüş görmədik, bir sözlə, heç nə görmədik. Çox qeyri-adi üsullarla - heç kəsin ağlına gəlməyən yollarla gətirib çıxartdı bizi Şelliyə.

Düşmənə göz dağı, qız-gəlinə həyalı qəhrəmanımız...

Süsən xanım deyir, Füzuli ondan bir sinif aşağı fərqlə oxuyubmuş orta məktəbdə. Hələ məktəb illərindən Xocalıda hamı onu çox işgüzar, zəhmətkeş və qoçaq bir insan kimi tanıyırmış. Hələ o sakitçilik dövrünün yanaşması baxımından Füzuli ad-san qazanır. Xocalıda daim belə söz-söhbətlər dolaşırmış ki, Zamin meşəyə getdi, filan uşağı, ya qoyun sürüsünü, ya at ilxısını belə xilas elədi qurd-quşdan. Bir sözlə, qəhrəmanımızı Xocalıda cəfakeşlik, qayğıkeşlik simvolu kimi xarakterizə edirmişlər o zamanlar. Ermənilərlə yaranan münaqişələr isə onun daxilindəki igidlik, insanlıq, qəhrəmanlıq sintezindən yaranan hissləri bir qədər də fərqli müstəvidə ortaya çıxarmış olub. Süsən xanımın sözlərinə görə, bir çoxlarından fərqli olaraq, Füzulinin kiminsə var dövlətinə göz dikməsinin, əstağfürullah, mərdimazarlıq etməsinin şahidi olmayıb heç kəs. Qız-gəlinlə rastlaşanda isə onun həyalı görkəmindən yaranan xoş, üstəlik hörmətcil aurası bu insanı hamının sevimlisinə çeviribmiş. Bu xüsusiyyətləri ona böyük ehtiramlar qazandırıb el arasında. Ona görə də sona qədər xocalılılar onun yoxluğunu özlərinə böyük dərd ediblər, onun qəhrəman kimi fəxri adla mükafatlandırılmasını cani-dildən, təkidlə istəyiblər. Süsən xanımın sözlərini kəsmək çətindir. Qoy davam eləsin:

- Zaminin rəhmətlik anası ilə mənim anam rəfiqə olublar. Xocalıda isə onlar bizdən bir qədər uzaqda – Aşağı məhəllə deyilən yerdə yaşayırdılar. Amma məktəbimiz bir idi, xeyir-şərimiz bir yerdə olurdu. Məktəbdə rastlaşırdıq. Bir çox cavanlardan fərqli olaraq. Zaminin kiminsə qızına pis gözlə baxdığını nə görməz, nə də eşitməzdik. Çox cəsur, çox ağıllı, çox qeyrətli oğlan idi. Deyərdim ki, onun qeyrəti təmin elədi həmin gecə meşədə bizim qorunmağımızı. Yaralılara öz doğmaları kimi yanaşmaqla onları da xilas elədi, düşmən əlinə keçməyə qoymadı. Təsəvvür edin ki, o həm bizə bələdçilik edirdi, həm qayıdıb arxada qalanları bizə çatdırırdı, həm də Aqil Quliyevin üstünə qoyulduğu xərəyi bizimlə bərabər müəyyən məsafələrə qədər daşıyırdı. Yorulduğunu, ah-uf elədiyini görmədim. Yorulsa da bunu büruzə vermirdi. Ermənilərin meşədəki bütün postlarının, gizlənə biləcəkləri səmtlərinin yerini bilirdi. Gücü çatdığı qədər elə dəstələr gətirirdi ki, onlardan nə yaralanan olurdu, nə girov düşəni olurdu, hamısını sağ-salamat gətirib çatdırırdı.

- Beləcə gətirib çıxartdı sizi Şelliyə...

- Zamin bizi gətirib Şelliyə çatdıranda mənim dayım yaralanmışdı, arxada qalmışdı. Dayımı qoyub getmək istəmirdim. Dedi, ay Süsən, dayın yaralıdı, gələ bilmir, sən gəl çıx, biz gedib onu da gətirəcəyik. Amma bu zaman artıq səhər açılırdı deyə, mən onun özünə görə də qorxurdum. Ona görə bizi Şellinin ayağına qədər gətirəndən sonra nə qədər yalvardım, ay Zamin, getmə, vurarlar. Yenə də xeyri olmadı.

Süsən bu zaman qardaşlarını da itiribmiş. Deyir heç birisindən xəbərim yox idi: “Məni oturtdu bir daşın üstündə, hələ də o daş mənim gözlərimin qabağındadı, dedi sən burda gözlə, gedib qardaşlarını tapıb gətirəcəm. Qayıtdı meşəyə. O daşın üstündə oturub baxırdım, elə hey bir ucdan camaatdan gətirir. Onun gətirib keçirdiyi dəstələrin içərisində 30-40-50 adam olurdu. Onlardan heç biri zərər görməmişdi. Nə yaralanmışdı, nə ölmüşdü, nə girov düşmüşdü”.

Bu sözləri nəql edərkən Süsən xanımın keçirdiyi təşviş hisslərini qeyd etməmək olmazdı. Elə özü də dilə gətirir bu halını:

- Zamin haqqında çox şeyi demək olar. Mən danışdıqca həyəcanlanıram. Danışdıqca, yada saldıqca o dəhşətlər gəlir gözümün qabağına. Bir yandan ürək ağrısı keçirirəm, bir yandan da onun öz taleyinə görə əzab çəkirəm ki, o yaşda cavan olasan, heç özün haqda düşünməyəsən ki, mənim gələcəyim var, mən, məsələn, bu şeyləri elədim, bəs axı mənim bir bacım var, ana əvəzi xalam var! Bunları düşünmədi o! Ancaq bütün gücü ilə çalışdı əhalini çıxarsın, əhaliyə yardım etsin. O belə yüksək səviyyəli düşüncə ilə yaşayırdı və biz onun xarakterindəki bu cizgiləri, qeyd etdiyim kimi, hələ məhz Xocalıdan bildiyimizə görə Zaminə bir növ arxayın idik.

Füzuli xarakterindəki bu amillər xüsusilə cəlbedicidir məndən ötrü. Bunlar təkrarlanmayacaq, əvəzsiz, spesifik çalarlarıdır insan xarakterlərinin. Ola bilsin, kimlərdəsə yanaşı xüsusiyyətlər cəmləşə bilər, cəmləşir də. Ancaq barmaq izlərinin biri digərini tamamən təkrarlamadığı kimi, bu özəlliklər də bütünlüklə üst-üstə düşmür heç zaman. Mütləq bir özünəməxsusluq fərqi hakim olur hər kəsə. Əlbəttə ki, cəmiyyət yaxşıları xatırlayır, yaxşı düşüncələr altında yaranan nümunələri yaşatmağa can atır. Nümunələrisə zorla qəbul etdirmək mümkünsüzdü insanlara. Artıq sizlərlə tanış etdiyim xalası oğlu, polis polkovnik-leytenantı Rəşad Baxşəliyevin də düzgün vurğuladığı kimi, Füzulinin vücuduna güc və ağılın - düşüncənin vəhdəti hakim  kəsilmişdi. Elə belə yüksək düşüncənin təsiri altında da qəhrəmanlıq portretini cızırdı Füzuli! Özündən xəbərsiz, şəxsi mənada özünü düşünmədən. Heç xəyalına da gəlmirdi ki, nə zamansa onun barəsində Süsən xanım və ölümün bircə addımlığından xilas etdiyi digər həmsöhbətlərim bir az qürurlu, bir az nisgilli hisslərlə söhbət açacaqlar. Süsən xanımın sözlərinə diqqət etdikcə, biz Füzulinin daha dərinliklərdə möhürlənmiş müsbət keyfiyyətlərinin şahidlərinə çevrilirik. Ona görə bu maraqlı həmsöhbətimdən zəngin məlumatlar almaq istəyilə onun yaddaşını təzələmək istəyirəm:

- Bizim dəstədə də hardasa otuz nəfər var idi. Üstəlik, yaralı Aqil Quliyev. Bizim dəstədən Şelliyə çatmamış bircə Aqil yolda qanaxmadan rəhmətə getdi. Yəni biz bilirdik ki, o onsuz sona qədər dözə bilməyəcək. Ancaq ona da kömək etməyə, gətirib çıxarmağa çalışırdıq. Tibbi təhsilim olduğuna görə Aqilin yarası ilə məşğul olmağı mənə həvalə elədilər. İstədim öz şalımla bağlıyım onun yarasını ki, qanaxması kəssin. Zamin qoymadı. Dedi sən soyuğa dözməzsən, üşüyərsən. Öz boynundan şərfini açıb verdi Aqilin yarasını sarıyaq...

“Zaminin igidliyinin bir qismini topçu Vüsalla müqayisə edərdim”

Süsən xanım danışdıqca Füzulini daha bir neçə qatda kəşf etməli oluram, əziz oxucular! Özünüz də şahidi olursunuz ki, onun igid, qəhrəman, qoçaq, zirək, alicənab, nəcib... əməllərinin siyahısı bitib-tükənmir. Füzulini bir əlamətdə təsvir etməklə yekunlaşdırmaq mümkünsüzdü. Ümumiyyətlə Füzuli yekunlaşıbmı?!.. Bu qədər gözəlliklərin qarşılığında onun barəsində yazıları yığıb-yığışdırıb yekunlaşdırmaq – ondan rahatca ayrılıb-uzaqlaşmaq mənə çox çətin gəlir. Bir insan nə qədər dəyəri öz vücudunda cəmləşdirə, daşıya bilər?!.. Düşünürəm ki, oxuduqca sizlər də bu qənaətimi bölüşəcəksiniz. Yolçu yolda gərək... 

- Zaminin şərfi ilə sarıdıq Aqilin yarasını. Dedik, bəlkə birtəhər onu da salamat çatdıra bilərik Ağdama. Ancaq mümkün olmadı. Biz Şelliyə çatanda hava işıqlaşırdı. Orda atışma oldu. Kanal deyilən bir yer var idi. Hamımızı yığdılar saldılar ora. Zamin orda bizi qoydu, dedi  yuxarıda erməni kəndi var. Onlar artıq duyuq düşüblər ki, mən bu yolu tanıyıram. Ermənilər Zamini də axtarırdılar ki, öldürsünlər. Onu yaxşı tanıyırdılar ermənilər. Qisas almaq istəyirdilər ondan. Ona görə Zamin çoxdan idi Əsgərana, Xankəndiyə, Şuşaya, ya hansısa kəndə maşınla getmirdi, ancaq atla hərəkət edirdi. Maşınla hərəkət etməyi məsləhət görmürdülər ona. Çünki qəfildən yollarda vura bilərdilər ermənilər namərdcəsinə. Onlardan belə şeylər gözlənilən idi. Ancaq təkbətəkdə - açıqlıqda, meşəlikdə o özünün cəldliyinə, qoçaqlığına arxayın idi. Fikirləşmirdi ki, məsələn, meşədə qabağını kəsə bilərlər, ona nəsə eləyərlər-filan. Qorxmurdu da, o insan heç nədən qorxmurdu. Əslində, Xocalıdan çıxan cəsur oğlanlar çox idi. Mənim xalam oğlu da şəhid olubdu, Camal Fərzəliyev. Ancaq tam məsuliyyətlə deyirəm ki, Zamin o şəhidlərin, qəhrəmanların birincisi idi. Öndə gedən o olurdu həmişə. Mənim bu gün həyatda yaşamağımın səbəbkarı yuxarıda Allah, aşağıda Zamin olub. Allahın və bu şəxsin hesabına mən gəlib qardaşlarıma çatdım. İnanın, anam tapşırmışdı qardaşlarıma ki, görsəniz erməniyə girov düşür, bu qızımı öldürün, qanını sizə halal eləyirəm. Mən bu sözü o gecə Zaminə dedim. Dedim burda bizimlə qadınlar var, biz zəif məxluquq da, bizim zəifliyimizə görə dəstəmiz ermənilərin əlinə keçər, sən buna dözməzsən, nəticədə bizim ucbatımızdan sənə hər şey eləyə bilərlər. Öldür bizi, qanımız da halaldı sənə, bunu mənim anam öz diliylə deyib (görürsünüzmü, əziz oxucular, indi bizdən aman istəyən vəhşi erməni tayfası soydaşlarımızı hansı hisslərlə sınağa çəkiblər?! Biz yenə də humanist xalq olmağımız səbəbindən onlara belə təfsilatları yaşatmadıq. Azərbaycanın İkinci Qarabağ savaşı – Vətən müharibəsinin Zəfər paradının keçirildiyi gün yazıram bu sətirləri. Müqayisəni özünüz aparın və imkan düşdükcə, əliniz yetdikcə “kar, kor, lal, ikili standartlı dünya güclərinin” də nəzər-diqqətinə çatdırın, lütfən – N.Z.). Mənə sərt cavab verdi ki, sən bəlkə bir az ağıllı düşünüb danışasan. Mən sizi elə çatdıracam, sizə heç nə olmayacaq. Doğrudan da dediyi kimi sağ-salamat gətirib çatdırdı bizi Şelliyə.

- Belə başa düşdüm ki, siz artıq mənim həmsöhbətim olmuş Füzulinin bələdçiliklə gətirdiyi Arzu xanım Usubova ilə bir dəstədə gəlmisiz...

- Bəli-bəli. Arzu xanım idi, onun atası idi, İbrahim kişi idi, dediyim kimi yaralı Aqil idi, Xüsusi Təyinatlılardan Cabbar var idi. Cabbar da yaralı idi, ancaq o özü yeriyə bilirdi. Ümumilikdə 30-31 nəfər olardıq.

- Aydındı. Siz Füzulini yaralananda və ya Ağdam xəstəxanasında görməmisiz ki?

- Yox, görməmişəm. Çünki mənim ayaqlarımı don vurmuşdu. Bizi gətirdilər Ağdam xəstəxanasına. Gecəni qaldıq xəstəxanada. Səhərisi oralara da atmağa başladılar. Ona görə də bizi yığdılar vaqonlara.

- Bəs Füzulinin yaralanmasını da eşitmədiniz?

- Sonra məni ayaqlarımı don atdığına görə apardılar travmatologiyaya. Orda yanıma gələn uşaqlar Zaminin yaralanıb rəhmətə getdiyini dedilər. Sırf necə, harda yaralanmasından məlumatım olmadı.

- Füzulini Qaraqayada vurublar. O sizi Qaraqayadan da keçirib gətirmişdi yəqin ki? Amma özü qayıdıbmış...

- O  Xocalıdan çıxıb Qarqar çayını keçirdib, dediyim o kanaldakı atışmaya qədər bütün yolu bizimlə gəldi. Orda dedilər ki, arxada bir dəstəni erməni azdırıb, onlar qalıblar meşədə. Zamin bizi qoyub qayıtdı həmin dəstəni gətirmək üçün. Sonradan eşitdik ki, həmin gecə dörd partiya əhali gətiribmiş Zamin. Başqa-başqa yollarla. Erməninin tanımadığı, gümanı getməyən yollarla. Yəni elə yollarla gətirib ki, o insanlar ermənini görməyib. Nə girov düşməyiblər, nə yaralanmayıblar...

Söhbətimiz yekunlaşanda Süsən xanım maraqlı bir paralel apardı. Dedi “mən Zaminin igidliklərinin bir qismini İkinci Qarabağ – Vətən müharibəsinin məşhur əsgəri - topçu Vüsalla (Vətən müharibəsinin igid əsgəri 19 yaşlı topçu Vüsal Şahkərimov – N.Z.) müqayisə edərdim. Əlbəttə ki, kaş Zaminə də belə müasir silahlar, top veriləydi... Allah Vüsalı – bu igid balamızı  qorusun! Zaminin torpağı sanı yaşasın! Qorxmazlığına, cəsurluğuna, yenilməzliyinə, mərdliyinə, dəyanətinə, dözümlülüyünə görə bax, elə bilirəm Zamin indiki Vüsaldı ki, durub”.

Təbii, Allah qorusun Vüsalı və Vətən savaşında qəhrəmanlıq salnaməmizi yazmış bütün igid əsgərlərimizi!

(ardı var)

Nəzirməmməd ZÖHRABLI
jurnalist-publisist



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:22
Dublində Prezident İlham Əliyevlə Paşinyanın görüşü gözlənilir

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ