Bakıda iki həkim koronavirusdan dünyasını dəyişib. Bu barədə TƏBİB-in yaydığı xəbərdə deyilir.
Bildirilir ki, 8 saylı Şəhər poliklinikasının həkim-terapevti Həbibə Nəzərova və M.Ə. Əfəndiyev adına 2 nömrəli Şəhər klinik xəstəxanasının həkim-terapevti İntizar Məmmədova koronavirusla mübarizənin ön cəbhəsində dayanan həkimlərimizdən idi: "Hər iki həmkarımız yüzlərlə koronaviruslu xəstəyə yenidən həyat bəxş edib. Lakin çox təəssüf ki, özləri də bu amansız xəstəliyin qurbanına çevrilərək həyatlarını itiriblər".