Cümə axşamı günü, 12 noyabr 2026
     

Son zəng... son döyüş... və yaxud 19 yaşlı şəhid Mütəllibin qəhrəmanlıq salnaməsi... - FOTO

Image


...El məsəli var: “Torpağa su töküləndə palçıq olur, qan töküləndə isə Vətəndir” deyirlər. Ana sözü ilə qoşa çəkilən bir söz də var: “Vətən deyirik, Vətən eşidirik. Ana Vətən – Odlar Yurdu Azərbaycan. Qonaqpərvər, təmiz, açıq ürəkli, bir neçə xalqın Vətəni. Vətənimizin qüdrətli söz xiridarları, igid qəhrəmanları, tarixi şəxsiyyətləri, sənətkarları sayagəlməzdir. Vətən hər kəsə havasından nəfəs, torpağından qüvvət verir.

Bəli, bu Vətən torpağında çox igidlər can qurban edib. Müqəddəs şəhid qanı qarışan Vətən torpağı, müqəddəs and yerimiz, müqəddəs yurdumuzun azadlığı isə tək amalımızdır. Bu günlər hər birimiz bu amal uğrunda birləşdik. Neçə-neçə qəhərmanların qanı axan torpaqlar işğaldan azad edilib. Azərbaycanımızı-Qarabağı düşməndən xilas etmək üçün, azadlığı qazanmaq üçün yenə də canlar fəda oldu. Məhz Vətən oğullarımız sakit qala bilmədilər. O, igidlər Vətənin müdafiəsi, düşməndən təmizləmək üçün azğın düşmənlə əsil mübarizə apardılar. Bu günlər isə qələbə sevinci ilə həm Vətən, həm də şəhid ruhları sevinir...

30 ilə yaxın Azərbaycanın Qarabağ kimi ürəyinə namərd düşmən tərəfindən saplanmış qılınc, nəhayət ki, polad biləkli igidlərimizin mətinliyinə, igidliyinə tab gətirə bilmədi. Bu dəfə əsl mübariz ruhda hünərlərini göstərdilər: - azğın düşmənə... Vətən üçün canından keçən bu igidlər, şəhid əlçatmazlığına ucaldılar. İkinci Vətən savaşında erməni işğalçılarına qarşı fədakarcasına vuruşaraq, qəhrəmancasına həlak olan Zaqatalanın cəsur oğlu Mütəllib Arif oğlu Serov kimi... O, qısa ömür sürsə də, ön cəbhədə vuruşaraq, həlak olsa da, Zaqatalalılar onu necə müsbət keyfiyyətlərə malik olan xoş niyyətli, ürəklərə yol tapa bilən bir gənc kimi tanıyırdı – Mütəllibi. Bu günün Vətən fədaisi olan Zaqatala rayonunun Silban kəndində sadə, fəhlə ailəsində anadan olmasına, böyüməsinə baxmayaraq, nəyəsə ehtiyacı olsa da, gözü tox olub, əksinə kiməsə kömək etməyə, yardımçı olmağa çalışardı. Məhz, bu müsbət xarakterinə görə böyüyündə, kiçiyində yanında hörmətli etmişdi onu. Amma... indi onun dünyaya göz açdığı, Zaqatala rayon mərkəzinin lap yaxınlığında, dağların ətəyində yerləşən Silban kəndinin girəcəyində, daşdan hörülmüş kürsülü evin damında üçrəngli Azərbaycan bayraqları dalğalanırdı... Öyrənmişdim ki, bu ailə 4 nəfərdən ibarət idi. Mütəllibin vaxtilə yaşadığı həyətə daxil olanda, böyük qardaşı Rəsul (sonradan mənə məlum oldu ki, şəhidin qardaşı uşaqlıqdan travma aldığına görə, ömürlük şikəst olub. E.M.) evə tərəf getdi və valideynlərini çağırdı. Şəhid balamızın, Vətən oğlunun atası – Arif kişi və anası Mərziyyə xanım hələ də özlərinə gəlməmişdilər. Onlara təsəlli, təskinlik verməyə çalışırdım. Şəhidin atası çox kədərli, çox fikirli görünürdü. Siqareti siqaretin dalınca çəkirdi. Hiss olunurdu ki, oğlunun yoxluğuna inanmaq istəmir... Nəhayət, o dilləndi: “Elə bil mənə yuxu kimi gəlir, çox təsirli, acı bir yuxu kimi... Hərdən oğlumun həlak olmasına inanmıram. Elə hiss edirəm ki, hərbi xidməti başa vurub geri gələcək, bizi sevindirəcək, hərdən belə fikirləşirəm... Lakin... Mütəllib ayrı uşaq idi, böyüklə böyük kimi, kiçiklə kiçik kimi rəftar edirdi. Zaqatala rayonunda hamı onun xoş xasiyyətindən danışırdı... İndi isə balam yoxdu...”

Anası Mərziyyə xanım isə gözlərinin yaşını silə-silə dedi: “Ümüdimiz ona idi. Böyük oğlumuz Rəsulu xəstə olduğuna görə hərbi xidmətə aparmadılar. Onu tez-tez müalicə edirik. Mütəllib ayrı oğul idi, yaşının az olmasına baxmayaraq, ailəmizdə olan çətinlikləri, qardaşının xroniki ağır xəstə olmasını, bizim də fəhləliklə ailəmizi dolandırmağımızı çox yaxşı başa düşürdü. Həmişə ailəyə kömək etməyə can atırdı. Arzuları çox idi, çox zəhmətsevər, xeyirxahlığa can atan, çətinliklərə dözən bir gənc idi, vətənpərvərliyinə söz ola bilməzdi, erməni millətçilərinə həmişə nifrət edərdi. Mütəllib sanki bir sülh göyərçini idi, gəldi, qondu və pərvazlanaraq birdəfəlik yoxa çıxdı”...

Valideynlərindən öyrəndim ki, Vətənimizin ərazi bütövlüyünü qorumaq üçün ordu sıralarına qürurla, əzmlə, mətanətlə və həvəslə gedən Mütəllib Arif oğlu Serov 2000–ci ilin iyun ayının 9 –da Zaqatala rayonun Silban kəndində anadan olub. Uşaq yaşlarından texniakya, mexaniki texnologiyaya böyük həvəsi və marağı olub. Arzusu ali təhsilli mütəxəssis olmaq idi. Amma... O, əvvəlcə Zaqatala şəhəri 5 saylı ümum orta məktəbinin IX sinfini bitirdi. Daha sonra isə Mütəllib Zaqatala rayonun Aşağı Tala kəndindəki Peşə Liseyində texniki elmlərə yiyələndi. Təhsil aldığı illərdə Liseyin də fəalı, pedaqoji və tələbə kollektivinin də sevimlisi oldu. Anasının bildirdiyinə görə, Mütəllib balaca yaşlarından ev, təsərrüfat işlərində onlara kömək edib. Valideynlərinin sağ əli olub. Sakit təbiətli atası isə qeyd etdi ki, Mütəllib hərbi xidmətdən əvvəl bir müddət Zaqatala şəhərində “Konika” mərkəzində çalışıb. “Qısa zaman ərzində oğlum iş yerində də bizə hörmət qazandırdı. Mütəllif orda da çox şey öyrəndi, kollektivin sevimlisinə çevrildi. Belə inadkar, qəlbi təmiz, doğruluğu sevən idi, əziz oğlumuz...” deyir – şəhid atası.

Torpaqlarımızın xilaskarı, Zaqatalanın fəxri, 2019–cu ilin oktyabr ayının 1 –də həqiqi hərbi xidmətə gedib – Mütəllib. Valideynləri, əzizləri, dostları və iş yoldaşları onu xoş arzularla Vətənimizin keşiyində durmağa yola salıb.

Mərziyyə xanım söylədi ki, oğlu əvvəlcə Gəncə şəhərində, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmətə başlayıb. Sonra biliblər ki, hərbi and içmədən sonra Mütəllibi digər əsgər yoldaşları ilə birlikdə Cəlilabad rayonuna, Göytəpə şəhərindəki Xüsusi Təyinatlıların hərbi hissəsində xidmət edirlər.

...Oğlumuzla vaxtaşırı əlaqə saxlayırdıq. O bizə hərbi xidmətinin normal keçdiyini bildirirdi. And içmə vaxtı yanına getmişdik. Mütəllib hərbi formada olduğuna görə qürur duyurdu. Deyirdi ki, “Ana artıq mən müsəlləh əsgərəm. Azərbaycanımızın, Dövlətimizin Ali Baş Komandanı nə əmr versə ona da tabeyik. Biz bununla fəxr edirik. Siz özünüzdən, qardaşımdan muğayat olun. Dostlarıma salamlar yetirin...” – deyə, Mərziyyə xanım söhbətini davam etdirdi. “2020 –ci ilin avqust ayınadək orada hərbi xidmət etdi. Sonradan xeyli müddət oğlumuzla əlaqə qura bilmədik. Çox-çox narahat idik. Sentyabr ayının əvvəllərində oğlumla danışa bildik. Söylədi ki, artıq cəbhə bölgəsindədirlər və vəziyyətləri yaxşıdır. Ancaq bizə məlum oldu ki, xeyli müddət hərbi təlimlərdə iştirak ediblər. Hərbi andına sadiq qalan Mütəllib Vətən təşəbbüskeşi, sirr saxlayan idi. Hətta müharibə başlayanda da, ön cəbhəyə gedəndə də bizə heç nə bildirməmişdi. Sonuncu zəngi sentyabr ayının ortalarında oldu. Mütəllibin son sözləri belə idi: “Allah Sizi, bizi qorusun, biz də Sizi, Azərbaycanımızı qoruyuruq. Torpaqlarımızı mənfur düşməndən azad etmək hər birimizin borcudur. Ana, ata narahat olmayın, tezliklə görüşəcəyik...” Bu, Mütəllibin son sözləri, son zəngi oldu... Və onlar döyüşə getdilər...

Faşist xislətli ermənilərin 27 sentyabr 2020 –ci il tarixli xəyanətindən sonra Xüsusi Təyinatlılardan ibarət taborun qorxmaz, cəsur, igid, düşmənin gözünə dik baxan – avar oğlu Mütəllib hərbçi yoldaşları ilə birlikdə Cəbrayıl, Fizuli istiqamətində döyüş mövqelərimizin önündə yerləşdilər. Onlar azğın düşmənlə ölüm-dirim müharibəsi aparıblar. Xain düşmənə göz verib, işıq verməyiblər. Vətənimizin mərd oğulları hərbi təlimlərdə öyrəndikləri müxtəlif taktikalarla erməni hərbiçilərinin üzərinə irəliləyərək, onların canlı qüvvəsini, texnikasını, hətta yerüstü və yeraltı barrikadalarını da məhv ediblər. Mütəllibin xidmət etdiyi tabor qısa müddətdə müharibənin ən qaynar mövqelərində xeyli sayda yaşayış məntəqələrini, kəndləri, qəsəbələri, mühüm postları düşməndən təmizləyib...

Valideynlərin bildirdiyinə görə, tabordan yaralı və sağ qalan döyüşçü yoldaşlarının verdiyi məllumatlarda bildirilir ki, oktyabr ayının 7 –də səhərdən axşamadək Fizuli rayonunda işğal altında olan torpaqların azad edilməsi uğrunda çox ağır döyüşlər olub. Bu döyüşlərdə düşmənin güclü müqaviməti ilə qarşılaşan Xüsusi Təyinatlılar hünər tariximizi yazıblar.

Düşmənin cəbhə xəttini yaran Müttəllib və daha 8 xüsusi təyinatlısı BMP texnikası ilə onların mövqelərinə lap yaxınlaşıb və ermənilərə müxtəlif çaplı silahlardan atəş açaraq, onların yenə də canlı qüvvəsini qırıb mövqelərdən uzaqlaşdırıblar. Lakin namərd düşmən bu zaman yeraltı istehkamdan hərbçilərimizin istiqamətinə qumbaralar atıb. Qumbaraların partlaması nəticəsində yaralanan Mütəllib və digər əsgərlərimiz döyüşçülərimizin səyi nəticəsində döyüş meydanından çıxarılıb. Bütün səylərə baxmayaraq, vətənpərvər gənc döyüşçümüz – Mütəllib və onun döyüşçü yoldaşlarının həyatını xilas etmək mümkün olmayıb. Sözün əsl mənasında bu döyüşçülər lap gənc yaşlarından bir neçə aylıq təlimlərdə iştirak etmələrinə, müasir silahlardan istifadə olunan bu Vətən Savaşında özlərini odun-alovun içinə ataraq, qorxu nədi bilmədən - 30 ilə yaxın hazırlıq keçmiş qaniçən düşmənə qarşı vuruşaraq, onların başını əzərək, Azərbaycanımızın-Qarabağımızın halal torpaqlarını düşməndən təmizlədilər. Bu, əsl qəhrəmanlıq, vətənpərvərlik deyilmi? Halal olsun Sizlərə - igid əsgərlərimiz, şəhidlərimiz və qazilərimiz, halal olsun Sizlərin valideynlərinə, onların qarşısında baş əyirik...

Halal olsun, Allah Sizi qorusun – Mərziyə ana, Arif ata, halal olsun – Mütəllibə “Ana”, “Vətən” sözlərini öyrədən sevimli müəllimlərə. İndi, bütün el-oba Sizinlə fəxr edir, Sizi alqışlayır. Çünki Mütəllib kimi qəhrəman yetişdirdiniz. Cəmi 19 yaşlı Vətən fədaisi arzularının ömrünün bulaq kimi çağladığı dövründə şəhidlik zirvəsini fəth etdi – Mütəllib...

Oktyabr ayının 10–da Zaqatala rayonuna Mütəllibin ölüm xəbəri gəlməsi - bütün rayonu sarsıtdı...

Sanki quşların səsləri də kəsildi, təbiətə sükut çökdü, dağlar da sanki yas tutmuşdu. Bir anda bütün rayon camaatı, böyüklü-kiçikli, üçrəngli al bayraqlarla Silban kəndinə Serovların evinə tərəf axışdı. Bütün onu sevənlər şəhid balamız Mütəllibi son mənzilə yola salmağa gəlmişdi. Mərziyə ana, Arif ata son zəngdən sonra hiss etmişdilər ki, oğulları Mütəllib cəbhənin ən qaynar nöqtəsindədir, daha onu görməyəcəklər. “Son vaxtlar yuxuda görürdüm ki, gah əsgər formasında, gah bəy formasında, gah da ki, əllərində gül dəstəsi ilə həyət qapısını açaraq gülə-gülə üstümüzə gəlir... Ana, ana, mən əsgərliyi başa vurmuşam, o gözələ elçi get...” deyir – Mərziyə xanım. Son zəng, son döyüş və gerçəkləşməyəcək son yuxu...

Bəli, 10 oktyabr 2020–ci il tarixdə Zaqatala diyarının böyüklü-kiçikli hörmətini-izzətini qazanan avar xalqının mərd oğlu – sadə, halal çörəklə böyüyən 19 yaşlı şəhid balamız Mütəllib Arif oğlu dünyaya göz açdığı Silban kənd qəbristanlığında torpağa tapşırıldı. Əbədiyyətə qovuşdu... El yolunda - Vətənin azadlığı naminə. Ruhuna dualar oxundu, yayılım atəş səsləri eşidildi.

...Bir anda şəhidin qara torpaqla örtülmüş qəbri al-qırmızı qızılgüllərlə bəzədildi, onu son mənzilə yola salanların göz yaşları isə bu güllərə səpələndi...

...Şəhidin valideynləri, qardaşı, əzizləri Mütəllibin qəbri önündə sükutla dayanaraq, qəbrini ziyarət edənləri minnətdarlıq baxışları ilə süzürdülər. Şəhid anası Mərziyyə xanım sanki deyirdi ki, “doğrudan da Mütəllib təkcə bizim oğlumuz deyil, bütün elin oğlu və fəxridir”.

Bəli, ana – Vətən yolunda şəhid olan, şücaət göstərərək həlak olan Mütəllib Arif oğlu Serov bütöv Azərbaycanımızın qüruru və fəxridir...

Hamı Sizin qarşınızda baş əyir, “Allah Sizi qorusun” - deyirlər. Şəhid balamızın isə “Ruhun şad olsun!” - deyir ki, sən az yaşadın, amma gələcək nəsillərə nümunə olacaq bir qəhrəmanlıq dastanı yaratdın – Mütəllib...

Elman MALIYEV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:22
Dublində Prezident İlham Əliyevlə Paşinyanın görüşü gözlənilir

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ