çərşənbə günü, 23 sentyabr 2026
     

Qanunsuz toy-nişan mərasimi keçirən bir-iki restoran-kafenin lisenziyası ləğv edilməsə “dərs olmayacaq”...

Image


Bildiyimiz kimi, Nazirlər Kabinetinin qərarına əsasən, ölkəmizdə xüsusi karantin rejimi 2021-ci il yanvarın 31-nə qədər uzadılıb. Bu ilin dekabr ayının 14-dən 2021-ci il yanvarın 18-nə qədər isə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq ediləcək.

Xüsusi karantin rejimi müddətində ölkəmizdə kütləvi yığıncaqların, toy, yas və nişan mərasimlərinin keçirilməsinə icazə verilmir. Bu mərasimləri gizlin şəkildə keçirənlər isə karantin qaydalarını pozduqlarına görə qanun qarşısında cavab verməli olurlar. COVID-19 virusuna yoluxanların sayının günü-gündən artmasının əsas səbəbkarı gizli yığıncaqlardır ki, burada insanlar arasında yoluxma risqi daha yüksək olur.

Çox təəssüflər olsun ki, xüsusi karantin rejiminin tələblərini pozan kifayət qədər restoran və şadlıq evi, eləcə də orada toy, nişan mərasimi təşkil edən vətəndaşlarımız var. Bəzi vətəndaşlarımız qanunlara əhəmiyyət vermək istəmirlər. Son günlər belə hallara sıx-sıx rast gəlinir. Bir neçə şadlıq evi dövlətin qanunlarını saymadan toy-nişan, ad günü mərasimləri keçirir. Bir tərəfdən də şəhidlərin qırxı çıxmamış toy edənlər də az deyil.

Bilirik ki, toy, ad günü, nişan mərasimlərini keçirən şəxslər və mərasimin təşkil edildiyi şadlıq evlərinin, restoranların sahibləri saxlanaraq polis bölmələrinə aparılır, onlar arasında cərimələnənlər də, həbs edilənlər də olub. Pandemiya başlayandan indiyə qədər dəfələrlə bu hal təkrarlanıb, amma başqalarının vəziyyətindən nəticə çıxaranlar yoxdur. Vətəndaşlar şadlıq evlərində toy edir, buna görə vətəndaşlar da, şadlıq evləri sahibləri də cərimələnir, cərimələrini ödədikdən sonra onlar yenidən öz əməllərini davam etdirirlər. Yəni nə cərimə, nə də həbslər şadlıq evlərinin qanunazidd əməllərini dayandıra bilmir. Onda tamam başqa metodun tətbiq edilməsi gündəmə gəlir. Bu halın qarşısının alınması üçün ən optimal variant karantin qaydalarını kobud şəkildə pozan restoran və şadlıq evlərinin lisenziyalarının əllərindən alınması, onların fəaliyyətinin rəsmən qadağan olunmasıdır. Fikrimzcə, bu daha təsirli metod olardı, çünki şadlıq evləri və restoranların sahibləri İnzibati Xətalar Məcəlləsinə əsasən cərimə olunurlar, bəziləri isə 15 sutka cəza alırlar, onlara qarşı bundan əlavə tədbirlər görülmür. Amma onların lisenziyaları ləğv edilərsə, başqaları da bundan dərs götürərlər.

  • “Bu şadlıq evlərinə, restoranlara heç bir güzəşt edilə və onlara hər hansı bir humanist yanaşmadan söhbət gedə bilməz”

“Polisə Dəstək” İctimai Birliyinin sədri, tanınmış hüquqşünas Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, birmənalı şəkildə, həmin şadlıq saraylarının və restoranların lisenziyaları ləğv olunmalıdır. “Əvvəlcə bir məqamı qeyd edim. Koronavirus ilk dəfə Çinin Uahan şəhərində meydana gəldi, məlumatıma görə, bu şəhərin əhalisi 11 milyon nəfərdir. Orada yoluxma ilə bağlı 10-15 fakt çıxdı ortaya və Çin dövləti bu fakta görə həmin şəhəri bağladı. Bir nəfər bayıra çıxa bilmədi. İnsanlar bu virusun qarşısını almaq üçün özlərində güc taparaq özlərini və digərlərini yoluxdurmamaq üçün çölə çıxmadılar, bununla da virusa qalib gəldilər.

Azərbaycanda dövlət mart ayından bu yana yoluxmanının qarşısının alınması üçün kifayət qədər sərt tədbir həyata keçirib, karantin qaydalarını pozanlara qarşı sərt qaydalar tətbiq edir, onlar cərimələnir, polis tərəfindən saxlanır. Amma bizim vətəndaşların xeyli bir qismi bu qaydalara əməl etmək istəmir. Onlar öz sağlamlıqlarının qədrini bilmirlər, özləri bilər, amma digərlərinin sağlamlığına hörmətlə yanaşmağa borcludurlar. Bu mənada düşünürəm ki, insanların hər biri Nazirlər Kabinetinin qəbul etdiyi qərarlara hörmətlə yanaşmalıdır. Bu qərarın pozulması, onun icra olunmaması hər bir vətəndaş üçün məsuliyyət yaradır. Karantin qaydalarını pozanlar arasında şadlıq sarayları, restoranlar, kafelər də var. Bu şadlıq saraylarının və restoranların arxasında oliqarx sahibkarlar dururlar. Hesab edirəm ki, karantin qaydalarına məhəl qoymayan, dövlətin qanunlarını tapdayan şadlıq sarayları və restoranların lisenziyaları ləğv edilməli, onların fəaliyyətinə qadağa qoyulmalıdır. Onların onsuz da əhaliyə, cəmiyyətə, dövlətə zərrə qədər xeyirləri yoxdur, ancaq zərərləri var. Vətəndaşlar orada toy şənliyi keçirəndə belə yığılan pullar gənc ailə quranlara yox, elə o şadlıq saraylarına gedir. Ola bilsin ki, restoran və şadlıq evlərinin əldə etdiyi gəlirdən cüzi miqdarda vergiyə pul ödəmələri olur, amma gəlirin böyük hissəsi isə onlara qalır. Dünyanı əsarətində saxlayan pandemiya ilə mübarizə istiqamətində Nazirlər Kabinetinin verdiyi qərarlara hər kəs, birmənalı şəkildə, əməl etməli, etməyənlər isə sərt şəkildə cəzalandırılmalıdır”.

Ş.Əliyev hesab edir ki, hazırda pandemiya ilə əlaqədar ekstremal bir vəziyyət yaranıb, bu vəziyyətdə ortaya çıxan hər cəmiyyətə, insan sağlamlığına zidd hərəkətlərin qarşısının alınması üçün Nazirlər Kabinetinin qərarlarında ehtiva olunmayan əlavə tədbirlər də görmək mümkündür: “Bunu təcrübə göstərir. Karantin qaydalarına zidd addımlar atan restoran və şadlıq evlərinin lisenziyaları ləğv olunmalıdır. Müəyyən qurumlar bununla bağlı məhkəməyə müraciət edə, bunun əsasında məhkəmə də, birmənalı şəkildə, karantin qaydalarına əməl etməyən, insan sağlamlığı üçün ciddi təhlükə yaradan restoran, şadlıq evləri və kafelərin fəaliyyətinə xitam verə bilər. Bu şadlıq evlərinin bu addımları ehtiyatsızlıq deyil, onlar bilərkdən, qəsdən karantin qaydalarını pozurlar. Bu şadlıq evlərinə, restoranlara heç bir güzəşt edilə və onlara hər hansı bir humanist yanaşmadan söhbət gedə bilməz. Karantin qaydalarını pozan restoran və şadlıq evlərinə qarşı ən sərt cəza tətbiq etmək lazımdır. Ən azı onların lisenziyaları ləğv edilsin, fəaliyyətlərinə 6 ay, bir ay qadağa qoyulsun. Onlara qarşı görülən bu cəza tədbirləri isə başqalarına görk olacaq və onların əməllərini təkrarlamayacaqlar”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

SON XƏBƏRLƏR

23.09.2026 / 20:05
Pezeşkian BMT tribunasından ABŞ və İsraili iranlı uşaqların ölümündə günahlandırdı - ABŞ nümayəndəsi zalı tərk etdi…

23.09.2026 / 19:48
Rubio və Lavrov arasında təxminən bir saat çəkən qapalı görüş keçirildi…

23.09.2026 / 19:33
Özbəkistanın ixrac-idxalında Azərbaycan önəmli rola sahiblənir...

23.09.2026 / 19:09
Hörmüz boğazından keçən daha bir yük gəmisi vuruldu…

23.09.2026 / 18:41
Mansur Yavaş da CHP-dən getdi

23.09.2026 / 18:29
Prezident İlham Əliyevin tapşırığı ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına yeni nəfəs verildi

23.09.2026 / 18:18
Avropa İttifaqı Gürcüstandan əl çəkmir - müxalifətə pul ayırır...

23.09.2026 / 18:06
Trampın jurnalistlərlə “müharibəsi” şiddətlənir...

23.09.2026 / 17:55
Fransa Azərbaycana Martin Ryanın əfv olunmasına görə təşəkkür etdi

23.09.2026 / 17:50
Dağ-mədən proqramı: gəlir iki dəfə artmalıdır, amma 5.3 milyard manat investisiya lazımdır...

23.09.2026 / 17:48
Azərbaycanla Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər quruldu

23.09.2026 / 17:14
Əfv sərəncamının icrası başa çatdı

23.09.2026 / 16:40
Prezident İlham Əliyev BƏƏ Vitse-prezidentinə başsağlığı verdi

23.09.2026 / 16:21
Vüqar Rəhimzadə: Dağ-mədən sənayesinin inkişafı Azərbaycanın iqtisadi potensialını daha da gücləndirəcək

23.09.2026 / 16:08
Hərbiləşdirilmiş Mühafizə İdarəsi AZCON-un idarəetməsinə verildi

23.09.2026 / 16:06
“AzerGold”un Müşahidə Şurasının tərkibində dəyişiklik edildi

23.09.2026 / 15:54
"Ermənistana elə çip-lər verəcəyik ki, dünyanın az ölkəsində var"- ABŞ Ermənistanda nə və kimə qarşı hazırlayır?..

23.09.2026 / 15:48
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirildi

23.09.2026 / 14:52
Trampın “Husilər taktikası”- Məkkə sazişlərinə qarşı düşünülmüş taktika...

23.09.2026 / 14:35
Mirzoyan Ermənistan hökumətinin TRIPP sazişi üzrə nümayəndəsi təyin edildi

23.09.2026 / 14:27
Onları ABŞ-dan Türkiyə gözləyirdi – 24 milyarda başqa dövlətə satdı... Səbəb?..

23.09.2026 / 14:14
İrəvanda keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan ekspertlərinin görüşü təxirə salındı

23.09.2026 / 14:08
Qafqaz Albaniyası və Efiopiya yazı sistemləri kontekstində erməni əlifbasının mənşəyi...

23.09.2026 / 13:59
Bərdədə “Kalaşnikov” satmaq istəyən şəxs tutuldu

23.09.2026 / 13:46
Kiyev iki rus oliqarxa qarşı sanksiyaların ləğvinə sərt reaksiya verdi - Zelenski ilə Lyayen arasında gərgin görüş...

23.09.2026 / 13:29
Oktyabrda Azərbaycanla Türkiyə elə sazişlər imzalayacaq ki... Gözləməyə dəyər...

23.09.2026 / 13:28
Rusiya Odessada yük gəmisini vurdu…

23.09.2026 / 13:14
ABŞ Dövlət katibi əmin danışdı - Putin Ukraynaya qarşı müharibədə qalib gələ bilməyəcək…

23.09.2026 / 13:11
Bodrumda yerli həyatın izində: Egey sahilinin fərqli üzünü kəşf edin - FOTOLAR

23.09.2026 / 12:56
İranla müharibədə ölən ABŞ hərbçilərinin sayı 19-a çatdı…

23.09.2026 / 12:42
Şara Trampa Nyu-Cersini İsrailə verməyi təklif edib - Onlara vermək üçün Qolan təpələriniz yoxdur, amma Nyu-Cersi sizindir…

23.09.2026 / 12:30
Prezident İsveçin yeni səfirini qəbul etdi - FOTO

23.09.2026 / 12:27
ABŞ bu gün “Tramp marşrutu” ilə bağlı yeni fondun yaradıldığını elan ediləcək…

23.09.2026 / 11:40
Fransaya casusluqda ittiham olunan Martin Ryan da əfv olundu

23.09.2026 / 11:36
Rusiya Ukraynaya daha bir genişmiqyaslı hücuma hazırlaşır - Zelenski xəbərdarlıq etdi…

23.09.2026 / 11:23
Prezident əfv Sərəncamı imzaladı

23.09.2026 / 11:17
Naxçıvanda 10 min manatlıq dələduzluq - tanınmış idmançı saxlandı...

23.09.2026 / 11:15
Prezident İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

23.09.2026 / 11:12
Prezident İlham Əliyev Səudiyyə Kralını təbrik etdi

23.09.2026 / 11:02
“Azərbaycanla dəmir yolu əlaqəsi quracağıq” - Paşinyan ABŞ-da TRIPP-dən danışdı…

23.09.2026 / 10:45
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı

23.09.2026 / 10:32
Hörmüz boğazında İranın Qeşm adası yaxınlığında güclü partlayış - 10 nəfər öldü…

23.09.2026 / 10:20
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiqləndi

23.09.2026 / 10:15
Ev şəraitində hazırlanıb bazara çıxarılan qidalara sertifikat tələbi olunur? - AQTA-dan iddialara cavab...

23.09.2026 / 09:53
Bü gün Nyu-Yorkda Lavrov və Rubio arasında görüş keçiriləcək

23.09.2026 / 09:42
Rusiya erməniləri Avropaya inteqrasiyanın təhlükələrini qiymətləndirməyə çağırdı…

23.09.2026 / 09:37
Fransa Avroittifaqın sanksiya qərarından yararlana bilmədi - Usmanov siyahıdan çıxarıldı

23.09.2026 / 09:25
Uzun mübahisələrdən sonra Qrenlandiyanın təhlükəsizliyi ilə bağlı saziş imzalandı - Tramp istədiyini aldımı...

23.09.2026 / 09:19
Məmməd Musayevə ilə cinayət işi açıldı...

23.09.2026 / 08:52
Restoranda müştərinin bank kartını oğurlayıb 1590 manatını ələ keçirdi...

23.09.2026 / 08:29
Ceyhun Bayramov ABŞ Prezidentinin ev sahibliyi etdiyi qəbulda iştirak edib

23.09.2026 / 08:10
Ceyhun Bayramov Əraqçi ilə görüşdü....

22.09.2026 / 23:34
Ərdoğanın BMT-də çıxışı zamanı İsrail heyəti, Trampın çıxışı zamanı isə kubalılar zalı tərk etdi…

22.09.2026 / 23:08
Nyu-Yorkda ABŞ və İran arasında 3 saat davam edən sürpriz görüş - Tramp açıqladı…

22.09.2026 / 22:53
Səfirlik İranda qalan vətəndaşlarımızın ölkəyə qayıtması məsələsinə aydınlıq gətirdi - quru yolla...

22.09.2026 / 22:47
İran Hörmüzü açmaq üçün ABŞ qarşısında şərt qoydu – blokada və hərbi təzyiqi dayandırın...

22.09.2026 / 22:30
NATO Rusiya sərhədində nüvə silahı yerləşdirir - Litva ilk addımı atdı...

22.09.2026 / 22:19
Lukaşenkonun Suvalk təlimi - Avropa Rusiya ilə müharibə hazırlığına başladı...

22.09.2026 / 22:12
"...Azərbaycan və Ermənistan arasında davamlı sülh bərqərar olacaq" - Ərdoğan

22.09.2026 / 21:57
Vahid məktəbli formasına xor baxanlara mesaj - Bilirsiniz bu forma nələr edir...

22.09.2026 / 21:35
Sərhədlər açıq olsaydı Rusiya Tiflisə qarşı bu planı Bakıya da tətbiq edərdi...

22.09.2026 / 21:18
Özbəkistanın Türkiyə dəmiryollarına çıxışı Naxçıvana böyük gələcək vəd edir...

22.09.2026 / 21:02
Putin Ermənistan dövlətini təbrik etdi, Paşinyanı təbrik etmədi...

22.09.2026 / 20:43
Paşinyan mövqeyini dəyişmir: Rusiyanın Ermənistan dəmir yollarını idarə etməsinə son qoyulmalıdır...

22.09.2026 / 20:27
Revanşçılar Ermənistanın müstəqilliyini Kərki kəndində qeyd etdilər - Kərki ilə bağlı plan gözlərində qalacaq...

22.09.2026 / 20:23
“Formula 1”lə əlaqədar sabahdan universitetlərdə dərslər distant olacaq

22.09.2026 / 20:10
Xristianlığı dövlət dini kimi ilk qəbul edən Azərbaycan dövləti - Erməni iddiaları zibilliyə atıldı...

22.09.2026 / 19:54
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib

22.09.2026 / 19:47
İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırılır...

22.09.2026 / 19:36
Lənkəranda evdən içərisində 75 min manat olan seyf oğurlandı...

22.09.2026 / 19:30
"Azərbaycan Prezidenti bildirdi ki, 6 ayda möcüzə yaratmışam" - Tramp

22.09.2026 / 19:27
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı oldu - FOTO/VİDEO

22.09.2026 / 19:16
Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

22.09.2026 / 19:04
Kommunist Partiyasının siyasi varisi Almaniyada hakimiyyətə gəlir

22.09.2026 / 18:55
Azərbaycandan Gürcüstanın ərazi bütövlüyünə tam dəstək - qondarma “seçkiləri”ni tanımırıq...

22.09.2026 / 18:48
Ermənistanın baş kəşfiyyatçısı Bakıda

22.09.2026 / 18:30
Tramp Çinlə birlikdə Rusiyaya qarşı “süni intellekt planı” işləyir...

22.09.2026 / 18:16
Avropanın elektrik təminatı Azərbaycan və Türkiyənin əlində cəmləşə bilər... Oktyabrda saziş...

22.09.2026 / 17:59
Paşinyan 102-ci bazadan sonra Rusiya sərhədçilərinin də ayağını ölkədən kəsmək istəyir...

22.09.2026 / 17:45
Neft 120 dollara qalxır - Yəməndə münaqişənin təsirləri regionun hüdudlarını aşdı...

22.09.2026 / 17:20
Azərbaycanla Türkiyə hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edib

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ