04/04/2020 21:31
728 x 90

İtaliya Azərbaycana “bumeranq investisiyaları”nı həyata keçirməyi təklif edir

img

2019-cu ildə İtaliyadan Azərbaycana ixracımız 500 milyon avrodan az olub, “bumeranq investisiyaları”nı həyata keçirmək lazımdır. “Cassa Depositi Prestiti SpA”nın prezidenti Covanni Qorno Tempini belə hesab edir.

“İtaliya Azərbaycanın birinci qlobal ticarət tərəfdaşıdır. Sizin ölkəniz bizim aparıcı üç enerji təchizatçımızdan biridir. Trans-Adriatik boru kəməri layihəsi ilə bizim tərəfdaşlığımız daha da yüksək səviyyəyə çatacaq. Ticarət dövriyyəmiz keçən il, demək olar ki, 6 milyard avroya çatdırılmışdır”, - Tempini cümə axşamı Romada prezident İlham Əliyevin İtaliyanın ən iri şirkətlərinin rəhbərləri ilə görüşündə bildirib.

Onun sözlərinə görə, qarşılıqlı ticarət dövriyyəsinin struktrunda böyük qeyri-tarazlıq var. “Bizim Azərbaycana ixracımız ümumilikdə 500 milyon avrodan az olub. Bizim vəzifəmiz də bu qeyri-tarazlığın aradan qaldırılmasına çalışmaqdır və belə demək olar ki, bumeranq investisiyalarını həyata keçirməkdir”, - Tempini qeyd edib.

O vurğulayıb ki, Azərbaycan inkişaf etməkdə olan iqtisadiyyatını şaxələndirməkdə qətiyyətlidir və əsas diqqəti kənd təsərrüfatı, ətraf mühitə ziyan vurmayan nəqliyyat və enerji sektorunun müasirləşdirilməsinə yetirir. İtaliya ölkənizdə biznesini genişləndirməyə hazır olan öz milli lider şirkətləri, kiçik və orta həcmli müəssisələrinin geniş şəbəkəsi vasitəsilə bu məqsədlərə töhfə verə bilər. “Cassa Depositi Prestiti”nin (CDP) İtaliyanın suveren investisiya fondu kimi potensial olaraq Azərbaycana marağı olan şirkətlər üçün çoxlu müştərək investisiya imkanlarını təklif edir”, - “Cassa Depositi Prestiti SpA”nın prezidenti əlavə edib.

Son xəbərlər