çərşənbə günü, 04 noyabr 2026
     

Paşinyanla ordunun Baş Qərargah rəisinin də döyüşü başlayır

Image


İşğalçı ölkənin ordusunda baş verən son əsgər itkiləri burada ordu ilə hakimiyyət arasında dərin bir uçurumun olduğunu da üzə çıxarıb. Hadisələrin təhlili göstərir ki, orduya diqqət sarıdan Nikol Paşinyan iqtidarı sələflərindən heç nə ilə fərqlənmir. Elə bu fonda erməni ordusunda xaos davam edir.

Cari ilin ötən dövrü ərzində qeyri-döyüş şəraitində 13 erməni əsgərinin həyatını itirməsi isə cəmiyyətdə Paşinyan iqtidarına qarşı yeni etirazların başlanmasına rəvac verib. Vəziyyətdən çıxış yolu kimi Nikol Paşinyan bu ölkənin ordu sistemində kadr dəyişikliyinin olacağının anonsunu verib. Artıq Ermənistan hökumətində keçirilmiş xüsusi müşavirədən sonra Müdafiə Nazirliyinin bəzi yüksək vəzifəli şəxsləri istefaya göndərilib. Bura Ermənistan hərbi polisinin rəisi Artur Bağdasaryan və Silahlı Qüvvələrin şəxsi heyətlə iş üzrə İdarəsinin rəisi, general-mayor Alik Aleksanyan da daxildir. Dağlıq Qarabağda isə qondarma rejimin “müdafiə naziri”, general-leytenant Karen Abramyan öz postunu tərk edib. Onun yerinə birinci müavini, baş qərargah rəisi Cəlal Arutyunyan təyin olunub. Arutyunyanın vəzifəsini isə “müdafiə nazirinin” birinci müavini olan David Manukyan tutub.

Erməni mediası yazır ki, Paşinyan Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi Artak Davtyanı da istefaya göndərmək arzusundadır. Amma sonuncu buna ciddi şəkildə müqavimət göstərir. Belə ki, Davtyan qeyri-döyüş vəziyyətində baş verən əsgər ölümlərinin sayının artması fonunda istefaya getməyi düşünmür. O, parlamentdə çıxışı zamanı bildirib ki, hərbçilərin dəfn mərasimlərində iştirak edib, həmçinin hərbi hissələrə baş çəkib. Baş qərargah rəisi qeyd edib ki, Silahlı Qüvvələrdə kadr dəyişikliyi baş verir və cəmiyyət bu barədə məlumatlandırılacaq. Amma onun özü istefaya hazırlaşmır. Bu isə Davtyanın Ermənistan baş naziri  ilə toqquşması deməkdir.

Paşinyanın nəzarətində olan Ermənistan parlamentinin deputatları bu fonda Artak Davtyanla görüşdən narazı qaldıqlarını açıqlayıblar. Məlumata görə, Davtyanın parlamentdə çıxışı olduqca gərgin və ağır keçib. Erməni mediası yazır ki, Davtyan parlamentin deputatlarına orduda əsgər ölümü hadisələrini təqdim edib, deputatlar cavabdehlər məsələsini qaldıranda isə o,  baş verənləri öz nöqsanı hesab etməyib. Bu hal iclasda iştirak edən deputatlar arasında çaxnaşmaya səbəb olub. Qeyd edək ki, 2019-cu il iyulun 4-də təsdiqlənmiş nizamnaməyə əsasən, Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi qoşunla bağlı hər bir məsələyə görə cavabdehdir. Ermənistan parlamentinin deputatları aydın şəkildə başa salıblar ki, Davtyandan narazıdırlar və onun sayılı günləri qalıb. Qeyd edək ki, Davtyan 2008-ci ilin “1 Mart” hadisələri vaxtı Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat idarə rəisi olub və hətta “1 Mart” hadisələri zamanı Qərargah rəisi Yuri Xaçaturova tabe olan şəxs kimi dindirilib. Bu fonda Paşinyan, uzun müddətdir ki, ondan yaxa qurtarmağa çalışır. Amma sonuncu müqavimət göstərməkdə israrlıdır. Hesab edilir ki, Davtyan tutduğu mövqedən istifadə edərək Paşinyana qarşı ordunun timsalında müxalifət formalaşdırmağı düşünür. Erməni mediası yazır ki, bu prosesdə ona Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyan da yaxından kömək edir. Vanetsyan artıq siyasi partyia yaradaraq bəzi siyasətçiləri öz tərəfinə çəkmək istiqamətində də fəal hərəkətə keçib. Eyni zamanda o, polisdə və orduda da özünə dayaqalar yaradaraq Paşinyanı devirməyi hədəfləyir. Hesab edilir ki, məhz bu fonda ordu ilə Paşinyan arasında ziddiyyət daha da dərinləşəcək. Artak Davtyanın Paşinyanın uzaqlaşdırıdığı generalları öz ətrafına  cəmləşdirmək niyyəti də proseslərin hansı istiqamətdə gedəcəyini indidən təsəvvür etməyə imkan verir.

Digər tərəfdən Paşinyanın orduya münasibəti cəmiyyətdə də hakimiyyətdən narazılığı artırır. Ekspert Nerses Aloyan Paşinyan iqtildarının siyasəti nəticəsində orduda əsl dilənçi bir vəziyyətin hökm sürdüyünü bildirir: “Ay ərzində dövlətdən cəmi 3400 dram müavinət aldığı halda, kobud hesablasaq, bu, əsgərin siqaret pulu belə etmir. Amma Paşinyan iqtidarı bunları görməzdən gəlir”. Bundan əlavə, işğal edilmiş ərazilərdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularına göstərilən tibbi və digər xidmətlərin aşağı səviyyədə olması ilə də bağlı Müdafiə Nazirliyinə yüzlərlə şikayət daxil olur. Sabiq prezident Serj Sarksiyanın sədri olduğu Respublika  Partiyasının sədr müavini Eduard Şarmazanov da orduda vəziyyətin ağır olduğunu vurğulayır: “Ermənistan Müdafiə Nazirliyi hələ də xalqa yalan danışır. Orduda baş verən neqativ hallar gizlədilir. Əsgər öldürülür, açıqlama verilmir. Demək ki, müdafiə naziri öz işinə səhlənkar yanaşır. Hakimiyyətdəki insanlar xalqı aldatmaqla məşğuldur. Biz bu gedişlə Qarabağ məsələsində də mövqelərimizi müdafiə edə bilməyəcəyik. Baş verənləri Azərbaycan tərəfi də aydın görür, qiymətləndirir”. Erməni ekspert Hranuş Xaratyan ordunda son zamanlar baş verən hadisələrə toxunarkən bildirir ki, qısa müddət ərzində müxtəlif hərbi hissələrdə sanki eyni formalı hadisələrin təkrarlanması mümkünsüz görünür:“Bu nəinki ehtimal edilən qondarma diversantlar, həmçinin çox narahat olan insanlar tərəfindən geniş şəkildə yayılır. Hətta bu hal üçün, hesab edirəm ki, hakimiyyət və ordunun hüquq sistemi ilk növbədə bu problemi çox cəld anlamaq və həll etmək məsələsində maraqlı olmalıdır. Amma bu baş vermir”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ