02/04/2020 16:40
728 x 90

Məmmədyarov Aİ komissarı Varheyli Azərbaycana dəvət etdi

img

Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varheyli Azərbaycana səfər edəcək. Bu barədə Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Xarici işlər naziri Elmar Məmmədyarov Brüsselə işçi səfəri çərçivəsində O.Varheyli ilə görüşüb.

“Görüşdə Azərbaycanla Avropa arasında enerji sahəsində strateji tərəfdaşlıq münasibətləri və Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün həyata keçirdiyi layihələr, o cümlədən Cənubi Qaz Dəhlizi layihəsi və onun gələcəkdə yeni layihələrlə genişləndirilməsi perspektivləri kimi mövzularda fikir mübadiləsi aparılıb”, - deyə məlumatda bildirilir.

Qarşılıqlı maraq doğuran məsələlər üzrə daha da geniş müzakirələrin aparılması, ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanların müəyyən edilməsi məqsədilə E.Məmmədyarov O.Varheylini Azərbaycana dəvət edib. O.Varheyli təklifi qəbul edib”, - deyə məlumatda qeyd olunur.

Son xəbərlər