çərşənbə günü, 04 noyabr 2026
     

Bəşər Əsəd Ərdoğanla Putini düşmənə çevirir

Image


Hə, artıq neçə ildir ki, dünyanın maraqla və təəccüblə izlədiyi Putin-Ərdoğan ittifaqı gerçəkdən çat verir. Onsuz da müəyyən maraqlar əsasında qurulmuş bu ittifaq Rusiyanın Suriyada Türkiyəni İdlibdən vurub çıxarmaq istəyindən sonra açıq şəkildə çat verir. Neçə ildir ki, Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğanın həddən artıq yaxınlaşma və hətta Moskvanın bir NATO üzvü ilə müttəfiqlik səviyyəsində olan mehribançılığı yavaş-yavaş aradan qalxır deyəsən. Əslində, hər şey Bəşər Əsədin Türkiyənin İdlibdəki postlarına etdiyi hücumdan və iki gündə 10-dan çox türk əsgərinin öldürülməsindən sonra başladı.

Donald Tramp da fürsəti boşa vermədi və rəsmi Ankaraya tək olmadığını, NATO müttəfiqi kimi Türkiyə ilə həmrəy olduğunu açıqladı. Görəsən Türkiyə ilə NATO-da müttəfiq olması niyə əvvəllər Ağ Ev sahibinin heç yadına düşmürdü? Sanki Qərb bu vəziyyətdən yararlanıb Ərdoğanı Putinlə tərəfdaşlıqdan qoparmağa can atır. B.Əsəd bu məsələdə açıq-aydın V.Putinə “qəbir qazır”...

Amma məsələyə həm də başqa bir prizmadan baxmaq lazımdır. Axı az qala Putinlə hər dəfə görüşündə yerə yıxılıb ayağından öpməyə belə hazır olan Əsəd Türkiyə ordusuna qarşı hücumu özbaşına təşkil edə bilməzdi və buna onun cürəti də çatmaz. Çünki o gözəl bilir ki, bunun ağır bədələni canı ilə ödəyər. Putinin maraqlarına zidd olan, onu “yandıran” istənilən addım Əsəd üçün hər şeyin sonu olar. Amma belə görünür ki, türk əsgərini öldürməyə qədər gedib çıxan cəsarəti Əsəd Moskvadan alır və dolayısı ilə Rusiya Ərdoğanla bu “dildə danışaraq”, rəsmi Ankaranı İdlibdən çıxıb getməyə səsləyir.

Amma qarşı tərəf bunun tam əksinə olaraq addım atır və son üç gündə İdlibdəki postlara minlərlə Türkiyə əsgəri və xüsusi təyinatlıları yerləşdirilib. Ən əsas da güclü hərbi texnikanı bu əraziyə gətirən Türkiyə artıq geri çəkiləsi variantının qalmadığını, bunun baş verəcəyi təqdirdə dünya birliyindəki nüfuzunu zədələyə biləcəyini əla anlayır.

Bir yandan da rəsmi Ankara az qala müttəfiq olduqları Rusiyanın onu İdlibdən vurub çıxarmaq istəyini göz önünə gətirib İdlibdə möhkəmlənməyi planlaşdırır. Hər halda, on mindən çox hərbi qüvvəni İdlibə yerləşdirməklə rəsmi Ankara bu məsələdə olduqca istəkli görünür və belə anlaşılır ki, qarşıdurmanın qarşısını almaq üçün Putin və Ərdoğan nə qədər cəhdlər etsələr də, əvvəl-axır bu baş verəcək. Çünki hər iki ölkənin Suriya torpaqlarında elə strateji maraqları var ki, bunlar vazkeçilməzdir. Xüsusilə Türkiyə üçün Suriya olduqca önəmli faktordur. Əgər Rusiya min kilometrlərlə uzaqdan durub gəlib Suriyada ev yiyəsi kimi mövqe tutursa, cəmi yüz metr aralıda sərhədi olan Türkiyənin öz maraqlarını Moskvaya təslim etməsi nəinki qəbuledilməzdir, heç mümkün də deyil axı... Ən azı ona görə ki, rəsmi Ankara neçə ildir terror qruplaşmalarının və müxtəlif silahlı qruplaşmaların at oynatdığı Suriya və İraq torpaqlarında özünə qarşı yeni təhlükə cəbhəsinin yaranmasını qəbul edə bilməz. Çünki bunun baş verəcəyi təqdirdə Türkiyə ilk öncə dünya birliyindəki nüfuzunu heçə endirəcək, üstəgəl, neçə ildir ki, PKK-ya qarşı apardığı qanlı mübarizədə qazandığı mövqeləri itirəcək, hələ üstəlik də öz sərhədlərində terror qruplaşmalarının at oynatmasını seyr etməli olacaq. Yuxarıda da dediyimiz kimi, bu variant Türkiyə üçün mümkünsüzdür.

Belə olan halda, Putin rəsmi Ankaraya İdlibdə güzəştə getməli olacaq. Amma güzəşt edəcəkmi? Çox çətin sualdır. Belə demək mümkünsə, həm Putin, həm də Ərdoğan hazırkı sövdələşməni qüvvədə saxlamaq, hər ikisinin maraqlarına uyğun gələn tərəfdaşlığı davam etdirmək üçün çabalayırlar. Amma alınacaqmı, hər ikisi öz maraqlarından vaz keçib bu tərəfdaşlığı düşmənçiliyə çevirməmək üçün nə edəcəklər? - bunu zaman göstərəcək. Amma görünən odur ki, İdlibdəki proses və Əsəd Ərdoğanla Putini düşmənə çevirir...

Mətləb SALAHOV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ