çərşənbə günü, 04 noyabr 2026
     

Dağlıq Qarabağda erməni irsinin izlərinin birmənalı yoxluğu mübahisəsiz fakt kimi...

Image


Dağlıq Qarabağı və ətraf rayonları hələ də işğalda saxlayan Ermənistan qəsb etdikləri torpaqlarımızda maddi mədəniyyət abidələrini dağıdır, dağıtmadığını isə “erməni mədəni irsi” kimi qələmə verir.

Müxtəlif səviyyələrdə Azərbaycan tərəfi Dağlıq Qarabağda ermənilərə aid heç bir tarixi irs olmadığını dəfələrlə bəyan edib. Azərbaycan Prezidenti İlham Əliyev də keçirdiyi görüşlərdə ermənilərin Azərbaycan xalqının tarixi mədəni irsini məhv etdiyini qeyd edib. Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrində Prezident İlham Əliyev bir daha Dağlıq Qarabağda ermənilərin hər hansı bir tarixi irsinin olmadığını bildirdi. “Dağlıq Qarabağda heç bir erməni tarixi irsi yoxdur” - deyə ölkə başçımız bir daha Ermənistanı dünya qarşısında pis vəziyyətə qoyub.

Dövlət başçısının fikirlərini şərh edən tarixçilər bildirirlər ki, onun Dağlıq Qarabağın tarixi ilə bağlı səsləndirdiyi hər bir fikir ciddi tarixi əsaslara söykənib. 

Tarixçilər vurğulayırlar ki, işğal altında olan Dağlıq Qarabağ və ətraf rayonlarda bir dənə də olsa ermənilərə aid tarixi irs nümunəsi yoxdur. Azərbaycan torpaqlarını işğal etdikdən sonra buradakı qədim alban-xristian tarixi irsini mənimsəyən və “erməni irsi” kimi təqdim edən Ermənistanın böyük bir cinayətə imza atdığını deyən tarixçilər bildirirlər ki, “Gülüstan” və “Türkmənçay” müqavilələrindən sonra Çar Rusiyası tərəfindən Azərbaycan torpaqlarına köçürülən ermənilər Dağlıq Qarabağda da məskunlaşdırılıblar. Ermənilər buradakı alban-xristian abidələrinə, tarixi irsinə sahib çıxmağa başlayıblar. Qarabağdakı qədim alban kilsəsinə də sahiblənən ermənilər burada tamamilə alban mədəniyyətinin izlərinin silinməsinə nail olublar.    

Tarixçilər qeyd edirlər ki, bu gün erməni işğalında olan Dağlıq Qarabağda Azərbaycan xalqının böyük tarixi irsi ermənilər tərəfindən məhv edilib.

1988-ci ildən Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ərazimizin 20 faizi ilə bərabər qiymətli mədəni sərvətlərimizi də itirdik. Bir milyondan artıq soydaşımız öz yurd-yuvalarından köçkün düşdü. Qədim Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisində maddi mədəniyyət nümunələrimiz məhv edilir. Təsadüf üzündən məhv edilməmiş abidələr isə İran və ya Qafqaz mədəniyyət abidələri kimi təqdim olunur. Hamıya yaxşı məlumdur ki, Cənubi Qafqaz, o cümlədən, indiki Ermənistan, işğalçı müharibələr hesabına böyüdüyü torpaqlar erməni adlanan etnosun vətəni deyil. Tarix göstərir ki, erməni tayfaları Cənubi Qafqazdan çox uzaqlarda yaşamışlar. XIX əsrin erməni tədqiqatçıları belə hesab edirlər ki, ermənilər qaraçılardan, daha dəqiq “qəddar ürəkli”, ayk (xayk) adlandırılan köçəri tayfadan əmələ gəliblər. Bir sıra Avropa və Azərbaycan tarixçilərinin dediklərinə görə, onların ilk vətəni Balkanlar olub, xristianlığı da məhz orada qəbul ediblər. Tarix boyu təcavüzkar və hiyləgər ermənilər özlərini məzlum xalq kimi qələmə verərək dünyanın diqqətini çəkmək istəyiblər. Lakin həqiqəti gizlətmək, pərdələmək o qədər də asan deyil. Ermənilərin təcavüzkarlığı bir çox alimin, o cümlədən, Strabonun da diqqətindən yayınmayıb. Ermənilər işğal etdikləri ərazilərdə, bir qayda olaraq, o xalqın mədəniyyət abidələrini ya yox edir, ya da “qazıntılar” apararaq əsil yazıları dəyişir və erməniləşdirirlər. Bu haqda məşhur gürcü şairi İlya

Çavçavadze də yazmışdı: “Ermənilər tərəfindən gürcü kilsələrində gürcü yazılarının pozulması, tikinti daşlarının çıxarılıb əvəzinə erməni yazıları olan daşların qoyulması haqda sübut olunmuş bir

çox fakt var”.

Tanınmış rus tarixçi-alimi V.Veliçkonun kitabında da ermənilər tərəfindən gürcü və alban abidələrində əsil yazıların pozulması və dəyişdirilərək mənimsənilməsi faktları verilir. O yazır ki, erməni himayədarları Ermənistanın yeni tarixini yazmaq və kiçik xalqını yüksəltmək üçün qonşu xalqların daha zəngin tarixinə kölgə salmaq istəyirlər. Köhnə tarix bu gün də təkrar olunur. Təkcə Şuşa şəhərindəki 199 memarlıq abidəsindən çoxu, o cümlədən, Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, Saatlı məscidi, böyük Azərbaycan şairi M.P.Vaqifin məqbərəsi, XVIII-XIX əsrlərə aid yaşayış evləri və s. abidələr dağıdılıb.

  • “Burada bir dənə də olsun qədim abidədə erməni izlərinə rast gəlmək mümkün deyil”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev qeyd etdi ki, Dağlıq Qarabağda ermənilərin heç bir tarixi irsinin olmaması böyük həqiqətdir və bunu ermənilər özləri də yaxşı bilirlər. Ermənilər Azərbaycan mədəniyyətinə, tarixinə hər zaman qeyri-obyektiv yanaşıblar. “Cənab Prezidentin çıxışına sonacan baxdım və onun Qarabağ tarixi ilə bağlı söylədiyi faktlar qarşısında Paşinyan danışmağa bir söz tapa bilmədi. Siyasi liderimizin, dövlət başçımızın erməni baş naziri tarixi faktlarla susdurması bizi qürurlandırdı.

Məsələ burasındadır ki, ermənilərin Qafqaza heç bir aidiyyəti yoxdur. Bilirsiniz ki, XX əsrin əvvəllərinə qədər ermənilərin Cənubi Qafqazda dövləti olmayıb və həmin dövrə qədər ermənilər bu ərazilərdə kompakt yaşamayıblar. Ermənilər “din xadimi”, “tacir”, qaraçı şəklində tək-tük o ölkədə, bu ölkədə yaşasalar da, onlar heç yerdə kompakt şəkildə yaşamayıblar. Onlar Azərbaycana kütləvi şəkildə sonradan köçürülüblər. Ermənilər tarixən Cənubi Qafqazda olmayıblar. Ermənilərin yaratdığı “dövlət” Dəclə-Fərat çayları yaxınlığında Kilikiyada olub. Onlar da ora Egey dənizinin sahillərindən gəliblər və iki yerdə məskən salıblar. Bu dövlət də satraplıq olub. Bununla da adını qoyublar ki, guya “Böyük Ermənistan” olub. Halbuki, ermənilərin fəxr etdikləri və “böyük erməni çarı” kimi təqdim etdikləri Tiqranın özü erməni olmayıb, o, parfiyalıdır, hətta onu tarixi mənbələrdə fars da adlandırırlar. Ermənilər harada qədim nə varsa, onu mənimsəmək istəyiblər. Məsələn, Armeniya dövlətini də özlərinə çıxırlar. Ermənilər Azərbaycan torpaqlarına köçürüldükdən sonra onlar alban mədəniyyətinə sahib çıxırlar. Alban abidələrini, alban tarixi irsini saxtalaşdıraraq “bu abidələr bizimdir” deyirlər. Amma konkret olaraq onu demək olar ki. Əhəmənilər dövründən yaranmış kiçik satraplıqlar ön Asiyada yerləşib. Ondan başqa onların dövləti olmayıb. Cənubi Qafqazda ermənilərin heç bir dövləti olmayıb, bunu bütün dünya bilir. Azərbaycan ərazisinə ermənilər kütləvi şəkildə “Gülüstan” və “Türkmənçay” müqaviləsindən sonra köçürülüblər. Bunu Prezidentimiz də dedi. Bütün dünya tarixçiləri bilir ki, ermənilər Dağlıq Qarabağa, eləcə də Azərbaycanın digər ərazilərinə “Gülüstan” və “Türkmənçay” müqavilələrindən sonra köçürülüb və bu halda Dağlıq Qarabağda onların tarixi irsi necə formalaşa bilər? Həmin müqavilələrdən sonra 40 min İrandan, 90 min nəfər isə Türkiyədən köçürülüb. İrəvan şəhəri də onlara şərtlə verildi ki, onlar sakit otursunlar. Verilən ərazi də 9,8 min kvadratkilometr idi. Ondan sonra onlar Rusiyanın dəstəyilə həmin ərazini artırıb 28 min kvadratkilometr etdilər. Beləliklə, həm Göyçəni, həm Zəngəzuru birləşdirib Ermənistan Respublikasını yaratdılar. Təbii ki, böyük dövlətlər də onlara kömək edirdilər. Dağlıq Qarabağ mədəniyyəti isə heç vaxt erməni mədəniyyəti ola bilməz. Çünki Dağlıq Qarabağ əhalisinin yaşadığı məişət şəraiti, yaratdığı abidələr, buradakı arxeoloji abidələr və digər məsələlər onu göstərir ki, Dağlıq Qarabağ Azərbaycan türklərinin tarixi torpağıdır. Burada heç bir erməni izi olmayıb. Burada bir dənə də olsun qədim abidədə erməni izlərinə rast gəlmək mümkün deyil. Çünki ermənilər bu torpaqlara gəlmədirlər”. 

Q.Hacıyev ermənilərin iki əsr bundan əvvəl Dağlıq Qarabağa köçürülməsini sübut edən Marağa abidəsini də xatırlatdı. O vurğuladı ki, bu gün ermənilər Cənubi Qafqazın aborigen xalqlarından olduqlarını iddia etsələr də, tarixi faktlar bunun əksini göstərir. Ermənilərin İran və Türkiyə ərazisindən Azərbaycan torpaqlarına köçürülməsini təsdiqləyən yüzlərlə fakt olduğunu deyən müsahibimiz vurğuladı ki, onların Dağlıq Qarabağa köçürülməsini sübut edən faktlardan biri 1978-ci ildə Ağdərədə ucaldılan abidədir. Q.Hacıyev qeyd etdi ki, bu abidə ermənilərin Dağlıq Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə qoyulmuşdu. O dedi ki, bu abidə “Marağa-150” abidəsi kimi tanınır, sonradan elə ermənilərin özləri tərəfindən dağıdılıb. “Bu abidənin açılış mərasimində çıxış edən erməni ideoloqları bildirirdilər ki, ermənilər bu torpağa 1828-ci ildə, “Türkmənçay” müqaviləsindən sonra köçürülüblər və 1978-ci ildə onların bu ərazilərə köçürülməsinin 150 ili tamam olub” - deyə müsahibimiz qeyd etdi. 

Qeyd edək ki, Azərbaycan Respublikasının Ağdərə rayonunun Marağa kəndinə İrandan ilk 200 erməni ailəsinin köçürülməsinin 150 illiyi münasibətilə 1978-ci ildə ucaldılmış abidə simvolik məna daşıyır.

Tarixçilər bildirirlər ki, üzərində ermənicə “Marağa-150” yazılmış abidə 1988-ci ildə ermənilərin Azərbaycana ərazi iddiaları başlayanda dağıdılıb. Onlar vurğulayırlar ki, “Marağa-150” dağıntıya məruz qalmasına baxmayaraq, hazırda qalıqları mövcuddur və Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan ərazidə yerləşir. Abidənin yerləşdiyi yer hazırkı Şıxarx qəsəbəsidir. Şıxarx qəsəbəsi ilə Tərtər şəhəri arasında 20 dəqiqəlik məsafə var. Bu abidənin ermənilər tərəfindən dağıdılmasının səbəbi onların özlərinə yeni saxta tarix yaratmaq iddiasından irəli gəlir. Alimlər bildirirlər ki, ermənilərin Qarabağa köçürülməsini sübut edən tarixi mənbələrdən biri “Marağa-150” abidəsidir ki, o abidə erməni saxtakarlığını bütün dünyada ifşa edə bilər.

Buradan da açıq görünür ki, ermənilər Dağlıq Qarabağa təxminən 200 il əvvəl köçürülüblər. Bu da ermənilərin burada heç bir tarixi irsinin olmadığını əsaslı şəkildə sübut edir.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ