çərşənbə günü, 04 noyabr 2026
     

Əsəd-İran-Rusiya üçlüyü İdlib-Hələb xəttində Türkiyəni təkləyir, NATO da soyuq yanaşdı…

Image


Suriyanın İdlib şəhəri ətrafında baş verənlər Ankara və Dəməşq arasında savaşı daha sürətlə yaxınlaşdırmaqda davam edir. Tərəflərin burada böyük hərbi qüvvə cəmləşdirməkdə davam etməsi, böyük güclərin prosesə pərdə araxasından müdaxiləsi vəziyyəti daha da gərginləşdirir. Yaranmış durumda BMT XXI əsrin ən böyük humanitar faciəsinin qarşısını almaq üçün Suriyanın şimal-qərbində atəşi təcili dayandırmağa çağırır.

BMT baş katibinin humanitar məsələlər üzrə müavini Mark Loukok bildirib ki, güclü təsirə malik Təhlükəsizlik Şurasının üzvləri fərdi maraqların öhdəsindən gəlsələr və humanizmi başlıca prinsip seçsələr, XXI əsrin ən böyük humanitar faciəsindən qaçmaq mümkün olacaq. Mark Loukokun sözlərinə görə, regionda güc tətbiqi yeni və dəhşətli səviyyəyə çatıb. O əlavə edib ki, Rusiya və İran tərəfindən dəstəklənən Suriya rejiminin dekabrda başlayan hücum əməliyyatı təxminən 900 min insanın öz yerini dəyişməsinə gətirib çıxarıb. Amma BMT-nin çağrışına baxmayaraq, Suriyada vəziyyət gərginləşməkdə davam edir. Eyni zamanda, Türkiyə Silahlı Qüvvələri və Bəşər Əsəd rejimi ilə dəstəkçiləri arasında yaşanan qarşıdurmalar yeni qanlı savaşı da istisna etmir.

Əsəd rejiminin İdlibdəki irəliləyişi Türkiyə və Rusiya arasında gərginliyi artırıb. Bölgədə gərginliyi azaltmaq və İdlib probleminə həll yolu tapmaq üçün Ankara-Moskva xəttində intensiv görüşlər keçirilir. Bu çərçivədə Rusiyadan bir heyət ötən həftə Ankaraya səfər həyata keçirmişdi. Ardınca Türkiyədən hərbi və diplomatik nümayəndələrdən ibarət heyət Moskvaya gedib. Qeyd edək ki, Ankara toplantısında İdliblə bağlı hər hansı nəticə əldə olunmamışdı. Diplomatiyadan son şanslarına qədər istifadə edən rəsmi Ankara Rusiya ilə görüşlərdən yekun nəticə əldə edə bilməsə, hərbi varianta üz tutacaq. Xarici işlər naziri Mövlud Çavuşoğlu Münhen Təhlükəsizlik Konfransında bu xüsusda bildirib:“Diplomatiya olmasa, lazımi addımlar atılacaq. Rejim müşahidə məntəqələrindəki əsgərlərimizi hədəfə alır. Buna icazə verməyimiz mümkün deyil”.

Son məlumatlara görə isə, Rusiyanın havadan raket zərbələri ilə dəstəklədiyi Suriya hökumət qüvvələri ölkənin Hələb vilayətində xeyli irəli gedib, üsyançıların əlində olan regionun böyük hissəsini tutublar. Bəşər Əsədin devrilməsini istəyən üsyançıları dəstəkləyən Türkiyə isə Rusiyanı İdlib regionunda hücumları dayandırmağa çağırıb, xəbərdarlıq edib ki, Suriya qüvvələri ayın sonunadək geri çəkilməsələr, onları çıxarmaqdan ötrü hərbi gücə əl atacaq. Türkiyənin dəstəklədiyi üsyançılar isə hökumət qüvvələrinin ələ keçirdiyi əraziləri geri qaytarmaqdan ötrü İdlibdə əməliyyata başlayıblar. Türkiyənin “Anadolu” xəbər agentliyi bildirib ki, hərbçilər, tanklar, hərbi maşın və avadanlıqdan ibarət 100 maşınlıq karvan İdlibə göndərilib. Türkiyə indiyədək İdlibdəki müşahidə postlarının gücləndirilməsinə minlərlə əsgər və yüzlərlə hərbi avadanlıq karvanı yollayıb. Türkiyənin hakimiyyətyönümlü “Yeni Akit” qəzeti Silahlı Qüvvələrdəki mənbələrə istinadən belə bir vaxtda sensasion məlumat yayıb. Burada iddia olunur ki, Suriyanın şimalındakı İdlib vilayətində bu ayın əvvəlində Türkiyə ordusunun hərbi konvoyuna zərbə endirən Əsəd qüvvələri deyil, həmin vaxt region üzərində uçuşlar keçirən Rusiya təyyarəsi olub. Bildirilir ki, hücumun Rusiya təyyarəsi tərəfindən həyata keçirildiyini zirehli texnikanın və onları daşıyan qoşquların güclü zədə alması, eləcə də regionda yerləşdirilmiş radardan alınan məlumatlar da təsdiqləyir. “İndiki konyunkturada hücumu rusların həyata keçirdiyini elan etmək strateji olaraq düzgün olmazdı, ona görə də günahkar olaraq Suriya rejimi elan edilib”. Mənbə iddia edir ki, Türkiyə tərəfi hadisədən sonra Rusiya ilə əlaqə saxlayıb və qərara alınıb ki, məsələ diqqətlə araşdırılsın. Və aparılmış araşdırma hücumun Rusiya təyyərsindən edildiyini təsdiqləyən ciddi faktlar aşkarlanıb. Bu isə Suryiada qarşıdurmanın miqyasının daha geniş xarakter alacağını istisna etmir.

Son məlumatlara əsasən, Suriyada yüz minlərlə dinc sakinin sığındığı İdlib-Hələb xəttində artıq insident şiddətlənib. Belə vəziyyətdə Türkiyə NATO-nun da prosesə müdaxiləsini istəyir. Amma NATO Türkiyənin Suriyanın şimalında keçirə biləcəyi antiterror əməliyyatına dəstək vermək niyyətində deyil.  TASS agentliyinə alyans ölkələrindən birinin Brüsseldəki təmsilçisinin verdiyi məlumata görə, NATO-nun Müdafiə nazirlərinin son iclasında Türkiyəyə hərbi dəstək məsələsi qaldırılmayıb. Bu xüsusda danışan hərbi mənbə qeyd edib ki, ittifaq Türkiyənin, lazım gələrsə, Suriya ordusunun İdlibdə qarşı-qarşıya gələ biləcəyindən çox, Dəməşqin müttəfiqləri - İran və Rusiya ilə toqquşmasının potensial risqlərindən narahatdır. Bununla belə, digər hərbi mənbə TASS müxbirinə bildirib ki, NATO Türkiyə ordusunu ittifaq dövlətləri arasında döyüşə ən yaxşı hazırlıqlı qüvvələrdən biri hesab edir. Buna görə də alyansın əlavə dəstəyinə ehtiyac duyacağını güman etmir. Hazırkı şəraitdə də Rusiyanın dəstəyini alan Bəşər Əsəd rejiminin Türkiyə Silahlı Qüvvələrinin mövqelərinə hücum etməsinin rəsmi Moskva ilə Ankara arasındakı münasibətlərə necə təsir göstərəcəyi maraq dairəsindədir. “Vzqlyad” qəzeti ən çox səsləndirilən ehtimalları 4 kateqoriyada toplayıb: Birinci ssenari: Əsəd rejimi İdlibdə dinc sakinlərə qarşı hücumlarını dayandıracaq, böhran hələlik dondurulacaq. İkinci ssenari: Türkiyə Əsəd rejiminə qarşı genişmiqyaslı əməliyyata başlayacaq. Bu durumda Rusiya Türkiyə ilə qətiyyən qarşı-qarşıya gəlməyəcək. Türkiyə ilə insidentə daxil olmaq Rusiyanın maraqlarına uyğun olmaz, əksinə, Rusiya Türkiyə ilə əməkdaşlığının davamında, hətta gücləndirilməsində maraqlıdır. Bu səbəbdən qarşıdurma vəziyyətində rəsmi Moskva Türkiyəyə müharibənin qarşısını ala biləcək təklif də verə bilər. Üçüncü ssenari: Əsəd rejimi İdlibdəki irəliləyişini dayandıracaq. Qismən geri çəkiləcək. Çəkilmədiyi bölgələrə qarşılıq olaraq Rusiya Türkiyəyə PKK terror təşkilatının işğal etdiyi nöqtələri geri verə bilər. Bu proqnozu müdafiə edənlər Rusiyanın PKK mövzusunda ciddi görüşlər keçirdiyini iddia edir. Dördüncü ssenari: Türkiyə, Əsəd rejimi, İran, Rusiya və hətta digər aktorların da daxil olduğu bir ortam yaradıla bilər. Ancaq bu ehtimalı kimsə istəmir, hətta ssenarilər arasında gerçəkləşmə ehtimalı ən aşağı olan variantlar sırasındadır.

Türkiyənin “Habertürk” portalı isə məsələ ilə bağlı yazır:“Prezident Ərdoğan son iki nitqində Dəməşq güclərinin müşahidə məntəqələrinin gerisinə çəkilməsi üçün bu ayın sonunadək vaxt verib. Əks halda, “Bu işi birbaşa Türkiyənin özünün edəcəyini” söyləyib. Müharibə yerinə aşağı intensivlikli münaqişəni seçən Ankara bir tərəfdən radikallara qarşı “zor tətbiq edəcəyini” açıqlayıb, digər tərəfdən də silahlı gücünü meydanda tutaraq, diplomatiya yolu ilə irəliləməyə çalışır”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ