çərşənbə günü, 04 noyabr 2026
     

Mifik Böyük Tiqrandan sonra Qafqazda cəmi “iki millət” tezisi də Paşinyanı gülünc vəziyyətdə qoydu

Image


Tarix saxtakarlığı sevmir deyirlər. Doğrudur. Amma çox təəssüf ki, tarixi saxtalaşdıranlar var və onlar ən müxtəlif vasitələrlə tarixə saxtakarlıq donu geydirməyə çalışırlar. Ermənilər (haylar) 200 ilə yaxındır tarixi saxtalaşdırmaqla məşğuldurlar və bu neqativ prosesə cild-cild kitablar, metraj-metraj xəritələr çap ediblər.

Çar Rusiyası tərəfindən Qafqaza köçürülən və bu torpaqlarda məskunlaşdıqdan sonra Azərbaycan ərazilərinə qarşı iddialar qaldıran, sonrakı dönəmlərdə torpaqlarımızı işğal edən ermənilər tarixi saxtalaşdırma sahəsində artıq liderdirlər. Artıq tarixi saxtalaşdırma siyasəti Ermənistan dövlətinin gerçək bir ideologiyasına çevrilib. Bu toplum yalana o qədər aludə olub ki, o, yalanları beynəlxaq tribunalardan da səsləndirir. Sözsüz ki, onların bu yalanları ifşa olunur, amma yenə də yalan danışmaqda davam edirlər.

Fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr zamanı Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan debatda da Paşinyan erməni xislətinə sadiq qalaraq yalan danışıb. Bu dəfə o qədər ağ yalan danışıb ki, bütün dünyanı özünə güldürüb. Tarixi bilgisi çox zəif olan, siyasi cəhətdən hazırlıqsız Paşinyanın budəfəki uydurması Azərbaycan tarixçilərini hiddətləndirib.

Qeyd edək ki, paneldə Paşinyanın “Cənab Prezident, bu, o qədər də konstruktiv olmadı. Lakin mən deyərdim ki, Böyük Tiqranın dövründə bizim regionda yalnız iki millət var idi: ermənilər və gürcülər” - deməsi tarixçilər və politoloqlar tərəfindən erməni Baş nazirin savadsızlığı, məlumatsızlığı və məlumatsızlıq üzərində qurulan növbəti saxtakarlığı kimi qiymətləndirilir.

  • “1918-ci ilə qədər ermənilərin Cənubi Qafqazda dövləti olmayıb”

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli  “Bakı-Xəbər”ə bildirdi ki, Cənibi Qafqazın ən qədim sakini elə Azərbaycan türkləridir. “Paşinyanın belə bir açıqlama verməsi təsadüfi deyil. Bu, gürcülərin, ermənilərin və onların tarixən dayaqları olan Rusiya Federasiyasının bizə qarşı həyata keçirdiyi siyasətin nəticəsidir. Onlar həmişə belə bir siyasət yürüdüblər ki, türklər Qafqaza və Anadoluya gəlmədirlər. Əslində isə belə deyil və Azərbaycan türkləri Cənubi Qafqazın, Anadolunun yerli əhalisidir. Əli hər yandan çıxan və yalan uydurmaqdan başqa bir iş bacarmayan Paşinyanın dediyi Tiqrana gəlincə isə, o, eramızdan əvvəl, ikinci əsrdə Parfiya dönəminə (o həm də Roma imperiyasının vasallarından biri idi) aiddir.

Paşinyanın Azərbaycan türklərinin Cənibi Qafqaza gəlmə olduğunu iddia etməsi tamamilə əsassızdır. 200 ildir guya Azərbaycan türkləri bura xüsusən də Səlcuqlar dönəmində gəlib yerləşib, “yerli xalq olan” erməniləri, gürcüləri, farsdilli və qafqazdilli xalqları türkləşdirib kimi yanlış siyasət aparılır. Bir şey dəqiqdir ki, Azərbaycan türkləri, ən azından, 4-5 min ildir bu torpaqlarda dövlət qurublar. Burada türklərin Midiya, Manna, Kutilər kimi qədim, sonrakı dönəmdə Albaniya, orta çağlarda isə bir sıra dövlətlər qurması bəllidir. Biz o türk dövlətlərini indi, bütövlükdə, Azərbaycan dövləti adlandırırıq. Deyək Səfəvilər, Ağqoyunlu, Qaraqoyunlu və digər dövlətləri Azərbaycan dövləti adlandırsaq da, onlar türk dövlətləridir. O ki, qaldı ermənilərin iddia etdikləri Tiqrandan başlayan dövlətçiliyə, o dövlətçiliyin ermənilərə heç bir aidiyyəti yoxdur. O, Parfiyanın tərkibində olan kiçik bir çarlıq idi, müstəqil deyildi, gah Romadan, gah da Parfiyadan asılı idi.

Ermənilər həmişə Azərbaycan türklərini (Anadolu və digər türkləri də ) bura “gəlmə”

elan etməklə guya müəyyən üstünlük qazanmaq istəyirlər. Lakin bunun heç bir əsası yoxdur. Tarixdə mövcud olan dövlətlərin də heç birinin indiki ermənilərə və Ermənistana dəxli yoxdur. Ermənistanı ermənilər Hayastan adlandırırlar, bu da 1918-ci ildə qurulub. Qafqazda ermənilərin heç bir dövləti olmayıb, dünyanın başqa bir yerində də kiçik bir çarlıq olubsa belə, onun indiki ermənilərə heç bir aidiyyəti yoxdur. Sadəcə, onlar bunu öz adlarına çıxırlar. Necə deyərlər, onlar özləri tarixi saxtalaşdırırlar, digər tərəfdən də əsassız uydurmalarla bizi ittiham edirlər. 1918-ci ilə qədər ermənilərin Cənubi Qafqazda dövləti olmayıb”.

F.Ələkbərli hesab edir ki, ümumiyyətlə, Azərbaycan tarixçiləri özləri də tarixə, keçmişə baxışda daha dərin bilgiyə malik olmalıdırlar ki, düşmənə danışmaq üçün heç bir əsas verməsinlər. Müsahibimiz təəssüflə vurğuladı ki, Sovet dövründə yazılan tarix kitablarında bizə təlqin edilən saxta tarixdən əl çəkməliyik. “Bütün dünya Midiya dövlətini bir türk dövləti olaraq qəbul edir. Midiya da, ən azından, e.ə. 8-7-ci əsrlərdə mövcud olub. O xüsusən 7-ci əsrdə daha qüdrətli bir dövlətə çevrilib. Bu cür əsassız iddialara qarşı özümüz vahid bir siyasət ortaya qoyaq ki, Paşinyan kimilərinin tarixi saxtalaşdırmaq cəhdlərinə imkan verməyək. Tarixi savadsızlığı hər kəsə məlum olan Paşinyanın Tiqranın dövründə bu ərazilərdə ermənilərdən və gürcülərdən başqa xalq olmadığını deməsi tamamilə əsassızdır, Cənubi Qafqazda mövcud olan qədim dövlətləri türklər qurublar” - deyə F.Ələkbərli bildirdi. 

Qeyd edək ki, başqa tarixçilər də Paşinyanın yalan danışdığını və onun dediklərinin heç bir faktlara söykənmədiyini qeyd edirlər. Tarixçilər vurğulayırlar ki, ermənilər e.ə. 2-ci əsrdə Artaşesin dövründə guya qısa müddət ərzində müsəqil dövlətləri olduqlarını da iddia edirlər, əslində isə onların müstəqil dövləti olmayıb.

AMEA-nın müxbir üzvü mərhum alim İlyas Babayev yazıb: “E.ə. 96-95-ci illərdə Parfiya hökmdarları yanında girov olmuş II Tiqran şübhəli sazişlər vasitəsilə hakimiyyətini yaradır. Azacıq qüvvətlənən kimi, Suriyaya doğru hərəkət edir və bir neçə şəhəri ələ keçirir. E.ə. I əsrin 69-cu ildə Roma sərkərdəsi Lukullun başçılığı ilə şərqə doğru yürüş başlayır. Lukull Dəclə çayının yuxarı axarında yerləşən Tiqranakert şəhərini dağıdır. Erməni tədqiqatçısı Sarkisyan yazırdı ki, bu Tiqranakert şəhəri e.ə. 87-ci ildən tez olmayaraq salınmışdı.  II Tiqran Qafqaza heç vaxt yürüş etməyib. Təbii ki, buna görə də Tiqranakert şəhəri Qafqazda olmayıb. Lukull Romaya çağırıldıqdan sonra növbəti yürüşü Pompey həyata keçirir və Tiqranı ağır məğlubiyyətə uğradır. Tiqran bütün xəzinəsini Pompeyə təqdim edir, özü də onun qarşısında diz çökür. Yəni ermənilərin Qafqazda heç bir dövləti yox idi. Təbii ki, insanlar müxtəlif ərazilərə səpələndiyindən, burada da ermənilər ola bilərdi. Amma dövlətləri yox idi. “Dənizdən-dənizə Böyük Ermənistan” isə, sadəcə, xülyadır...”

Bəzi tarixçi və politoloqlar isə hesab edirlər ki, bu gün Paşinyanın və ermənilərin “Böyük Tiqran” adlandırdıqları I Tiqran isə, ümumiyyətlə, milliyyətcə hay deyil. O, Əhəmənilər sülaləsindən fars Artabanın oğludur. Ermənilər böyük saxtakarlıqlar edərək onu "Böyük Ermənistanın" müzəffər çarı kimi bütün dünyaya yalanla tanıtmağa çalışırlar.

Politoloq Nəzakət Məmmədova Paşinyanın Tiqranla bağlı açıqlamasından sonra yazılarından birində qeyd edir ki, “Tiqran” sözünün özü belə, ermənicə deyil, “Tiqr” (Dəclə) çayının adından götürülüb ki, bu da Midiya dilində “tiqris”, yəni “ox kimi”, “sürətli axın” deməkdir. “...Yəqin ki, nə Tiqran, nə də onun münəccimləri ağıllarına belə gətirməzdilər ki, əsrlər sonra saxtakar bir tayfanın törəmələri onu öz saxta tarixlərinə alət etməkdən çəkinməyəcəklər. 2020-ci ildə məzlum Tiqran saxta erməni propoqandasının aləti olmaqla Bavariyada xatırlanacaq, özü də ermənilərin ulu babası qismində.

"Tarixin atası” Herodot indiki Qafqazın ərazisini nəzərdə tutaraq yazırdı ki, “Hərbi müttəfiq olan farslar və midiyalılardan başqa, burada hökmranlıq etmək iqtidarında olan üçüncü bir dövlət yox idi”.

Strabon isə burada yaşayan iyirmi altı tayfanın adını çəkir ki, onların sırasında ermənilərə rast gəlinmir.

Yəqin ki, Herodot və Strabon tarixin və coğrafiyanın bu dərəcədə saxtalaşdırılmasını bilsəydilər, qəbirlərində fırlanardılar. Roma imperiyası guya ermənilərin imperiyası olan Great Armenia ilə "döyüşdüyünü" bilsəydi, barbarların hücumunu gözləmədən süqut edərdi.

Diplomat, tarixçi İlham Əliyev Bavariyanın paytaxtında dünyanın ən saxta ölkəsinin hələ də populizm canından çıxmayan jurnalist Baş nazirinə təkzibolunmaz faktlarla tarix dərsi keçdi. İlham Əliyev haqlı olaraq qeyd etdi ki, "Tarixi nöqteyi-nəzərdən, 1805-ci ildə Qarabağ xanı İbrahim xan Rusiya imperiyasının generalı Sisianovla saziş imzalayır. Bu sazişə əsasən, Azərbaycanın Qarabağ xanlığı müstəqil ölkə kimi Rusiya imperiyasının tabeçiliyinə keçir. Kürəkçay adlandırılan həmin sazişdə Qarabağın erməni əhalisi barədə heç nə deyilmir. 1813-cü və 1828-ci illərdə imzalanmış digər müqavilələr - Gülüstan və Türkmənçay müqavilələrinə əsasən, Azərbaycanın qalan hissələri Rusiya imperiyasının tərkibinə keçir. Dağıstan, Gürcüstan və Ermənistan da həmçinin. Beləliklə, bu, məsələnin tarixi tərəfidir. Daha sonra Rusiya imperiyasının süquta uğradığı, Gürcüstan və Azərbaycan demokratik respublikaları yaradıldığı zamanlarda Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə verdiyi ilk fərmanlardan biri Yerevanın Azərbaycandan Ermənistana verilməsi və onun Ermənistanın paytaxtı elan edilməsi ilə bağlı idi. Bu da, həmçinin, tarixi faktdır. Əgər siz kiməsə nəsə verirsinizsə, bu, o deməkdir ki, həmin o nə isə sizə məxsus olub!"

Söz alan Paşinyan isə görək nə deyir: "Erməni kralı Böyük Tiqran romalı hərbi lider Pompeylə danışıqlar aparan zaman bütün Cənubi Qafqazda və bütün dünyada Azərbaycan adlı ölkə olmayıb. Düşünürəm ki, çox uzağa getmək o qədər də düzgün deyil. Çünki mən daha uzağa gedə bilərdim və misal üçün, eramızdan əvvəlki 400-cü ildən başlaya bilərdim. Lakin mən bunu etməyəcəyəm. Çünki bunun düzgün yol olduğunu düşünmürəm".

Doğrudur, düzgün yol deyil, çünki debatın əvvəlində opponentinin tarix bilgisini görən və uduzacağını jurnalist intuisiyası ilə hiss edən Paşinyan söhbətin məcrasını dəyişməyə çalışır, amma yenə özünü dolaşığa salır və növbəti dəfə nokauta düşür. Niyə?! Qayıdaq, Paşinyanın xatırladığı eramızdan əvvəlki 400-cü ilə. Bu coğrafiyada nə baş verirdi?!

Qədim tarixə malik ölkə kimi görünmək üçün ermənilər hər vəchlə özünü qədim dövlətlərə, o cümlədən, Roma imperiyasına calaşdırmaq istəsələr də, bir çox tarixi mənbələr, o cümlədən, Roma tarixçilərinin, məsələn, Korneliy Tatsitin əsərlərində qeyd edilir ki, “Bu xalq istər xasiyyətinə, istərsə də coğrafi vəziyyətinə görə qədimdən ikiüzlü və riyakardır. Bunlar daim romalılara nifrətdən, parfiyalılara isə hikkədən az qala partlayırlar”.

Erməni tarixçiləri isə belə cəfəng fikirlər səsləndirirlər ki, guya “Böyük Ermənistanın” nümayəndələri Qədim Roma Senatında romalılarla yanaşı əyləşmək hüququna malik yeganə əcnəbi xalq olublar. Hətta Romada Kolizeyin yaxınlığındakı qədim dünyanın xəritəsində “Armenia” Romanın yaxın müttəfiqi kimi göstərilir. Lakin həmin Armenianın indiki ermənilərlə, yəni haylarla heç bir etnik-dövlətçilik bağlılığı yoxdur. Bu ona bənzəyir ki, Misirdə mumiyası ehramlardan tapılmış fironları, məsələn, Tutanxamonu kopt xalqının nümayəndəsi kimi təqdim edəsən...”

N.Məmmədova qeyd edir ki, digər bir ilkin orta əsr erməni tarixçisi Moisey Xorenasin yazır: “Biz haylar kiçik, azsaylı, zəif və başqalarının hakimiyyəti altında yaşayan xalqıq”. “Paşinyan isə bir çox xəstə təxəyyüllü erməni kimi utanmazcasına iddia edir ki, Qafqazda qədim dövrlərdə guya azərbaycanlılar olmayıb, yalnız ermənilər və gürcülər olub. Halbuki, XIX əsr məşhur tədqiqatçısı İ.Şopen yazır ki, “Ermənilər Ərməniyyənin qədim sakinləri deyillər, onlar Assuriyadan gəlmədirlər”.

Bu coğrafiyada azərbaycanlıların gəlmə olduğunu iddia edən Paşinyan guya gürcülərin və ermənilərin köklü xalq olduğunu deməklə öz savadsızlığını ortaya qoyub, növbəti dəfə Herodotu və Strabonu qəbirdə fırlanmağa məcbur etdi. Halbuki, onlar saxta tarix yaratmaqla gürcü tarixini də mənimsəməyə cəhd göstərirlər...” - deyə tanınmış politoloq qeyd edib.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ