çərşənbə günü, 04 noyabr 2026
     

Erməni mediası Paşinyanı göyərçinə, İlham Əliyevi şahinə bənzətdi...

Image


Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş Naziri Nikol Paşinyan arasında baş tutan debat erməni Baş nazirin öz ölkəsində ciddi tənqidlərə, təhqirlərə məruz qalması ilə nəticələnib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirədə Azərbaycan Prezidentinin savadı, təcrübəsi, natiqlik məharəti, Paşinyanın yalanını tutaraq onu ifşa etməsi erməni mediasında əsas çözülən məsələlərdən biridir. İlham Əliyevin 45 dəqiqəlik müzakirələr zamanı Paşinyandan daha arqumentli danışması, onun üzərində psixoloji üstünlük əldə etməsi Ermənistan mətbuatının da diqqətindən yayınmayıb.

Ermənistanın “Tert.am” saytı bir neçə aparıcı ekspertin iştirakı ilə debatda Paşinyanın və İlham Əliyevin arqumentlərini incələyib. Sözügedən mətbuat orqanında qeyd edilir: “İlham Əliyevin özünü aparması, periodik olaraq Paşinyanın çıxışlarına təbəssümü, bəzən isə açıq şəkildə gülməsi müharibədə məğlub olan tərəfin biz olduğu təəssüratı yaradırdı. Hətta Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov da Nikol Paşinyana güldü və bu, nazirin hökumət rəhbərimizə, həm də dövlətimizə hörmət etmədiyinin göstəricisi idi. Əslində, özü ilə bu cür davranmağa şərait yaradan Paşinyan bu vəziyyətə görə təqsirkardır.

İndi təsəvvür edirsiniz bağlı qapılar arxasında nələr baş verir? Münhendə hamı gördü ki, kulis arxasında kim diktə edir, kim isə baş əyir. Azərbaycan tərəfi ənənəvi arqumentlərini təkrarladı. Paşinyan görünür ki, buna hazır deyildi və mənasız “münaqişə hər üç xalqın: Azərbaycan, Ermənistan və Qarabağın maraqlarına cavab verməlidir” tezisindən başqa heç nə deyə bilmədi. Tarixi mübahisələri kənara qoysaq, Əliyev növbəti dəfə danışıqlar tələbini açıq ortaya qoydu, Paşinyan isə növbəti dəfə yox...

Rəsmi Bakı Qarabağı öz tərkibində görmək, Şuşa və digər yaşayış məntəqələrini qaytarmaq istəyir. Əliyev mərhələli həll variantını: ətraf 7 rayonun qaytarılmasını, məcburi köçkünlərin öz torpaqlarına qaytarılmasını və s. istəyir.

Paşinyan isə İlham Əliyevin şahin kimi göründüyü müzakirələrdə Qərbin dəstəyini almaq üçün özünü sülh göyərçini kimi təqdim edirdi. Amma bu çox təhlükəli oyundur, xüsusən Münhendə”-deyə məqalədə deyilir.

  • Şakir Ağayev: “Prezident İlham Əliyevin erməni mediası tərəfindən şahinə bənzədilməsi onun siyasi lider kimi Ermənistan Baş nazirindən çox üstün olduğunu bir daha sübut etdi”

Erməni mətbuatının Prezident İlham Əliyevi şahinə bənzətməsinin səbəblərini şərh edən “Novoe vremya” qəzətinin baş redaktoru, siyasi şərhçi Şakir Ağayev “Bakı-Xəbər”ə bildirdi ki, Prezidentin çıxışı böyük əks-səda yaradıb: “Biz də o debata baxdıq və bir azərbaycanlı kimi Prezidentin üstünlüyünün şahidi olduq. Nəinki şahidi olduq, həm də böyük qürur hissi keçirdik ki, Azərbaycan Prezidenti işğalçı Ermənistanın Baş nazirini çıxılmaz vəziyyətdə qoydu. Bütün debat boyu İlham Əliyevin istər tarixi, istərsə də siyasi nöqteyi-nəzərdən daha hazırlıqlı, daha üstün olduğu bir daha görsəndi. Prezident Qarabağ tarixi ilə bağlı da çox mühüm tarixi faktlar səsləndirdi. Hətta Qafqaz bürosunun qərarından da danışdı və o, Paşinyanın Qafqaz bürosunun qərarından da xəbərsiz olduğunu sübut etdi. Qafqaz bürosunun qərarı 1921, 1923-cü illərdə verilib, iki qərar olub. İlham Əliyev tarixi faktlarla bunu da sübut etdi. O, orada Xankəndi ilə bağlı danışdı və xüsusi vurğuladı ki, onun adı tarixən Xankəndi olub. Bilirsiniz ki, xan sözü də, kənd sözü də bizə məxsusdur, türk-Azərbaycan sözüdür. Prezident qeyd etdi ki, ermənilər bura köçürüldükdən sonra Sovet dövründə Xankəndinə Stepan Şaumyanın adı verilib. Paşinyanın hətta keçmiş kənd rayonu Şaumyanın Qarabağa aid olduğunu deməsi açıq göstərdi ki, onun nə Qarabağdan, nə də tarixdən xəbəri var. İlham Əliyev yerindəcə onun dediklərinin səhv olduğunu qeyd etdi və Paşinyanın Qarabağa aidiyyəti olmayan bir rayonun Qarabağa aid edilməsinin də yalan olduğunu qeyd etdi, Paşinyanın üzr istəməsinə nail oldu. Başqa bu kimi məsələləri Prezident İlham Əliyev tarixi faktlarla sübut etdi ki, Paşinyan həm tarix, həm siyasət sahəsində Azərbaycan liderindən zəifdir. Təbii ki, bütün bunlar  Azərbaycan liderinin Paşinyandan daha yüksəkdə, üstün olduğunu bir daha sübut edən amillərdir. Bunu təkcə biz görmədik, Avropanın mərkəzində Almaniyada (Almaniya həm də Avroittifaqın mərkəzidir - Ş.A.) keçirilən Münhen Təhlkəsizlik Konfransında iştirak edən, bu konfransı izləyən hər kəs gördü. Münhen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevin çıxışı, Qarabağın tarixi Azərbaycan torpağı olduğunu tarixi faktlarla sübut etməsi, təbii ki, bir daha bütün dünyaya sübut idi ki, haqq-ədalət Azərbaycanın tərəfindədir, bu torpaqlar Azərbaycanın torpağıdır. Bu məsələdən sonra Avropa da, dünya da artıq Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini daha güclü şəkildə müdafiə etməlidir. Prezident İlham Əliyevin Paşinyandan üstünlüyü nəinki Ermənistan, hətta dünya mətbuatında qeyd edilir. Prezident İlham Əliyevin erməni mediası tərəfindən şahinə bənzədilməsi onun siyasi lider kimi Ermənistan Baş nazirindən çox üstün olduğunu bir daha sübut etdi. Ermənilər özləri də bu üstünlüyü çox aydın hiss etdilər”.

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ