Mərkəzi Seçki Komissiyasının (MSK) parlament seçkiləri ilə bağlı iclası başlayıb. Trend-in məlumatına görə, iclasda 42 saylı Sumqayıt İkinci Seçki Dairəsi üzrə müraciətin baxılması üçün dairə seçki komissiyasına göndərilməsi barədə qərar qəbul edilib.
51 saylı Qusar, 68 saylı Cəlilabad kənd, 98 saylı Şəmkir şəhər, 108 saylı Ağstafa, 24 saylı Nizami Birinci və digər bir neçə seçki dairələri üzrə müraciətlər qanunvericilikdə nəzərdə tutulan müddət ötürülməklə göndərildiyi üçün baxılmamış saxlanılıb.
12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsi üzrə müraciət də aidiyyəti üzrə baxılması üçün dairə seçki komissiyasına göndərilib.
34 saylı Xətai üçüncü seçki dairəsi üzrə müraciətə də baxılıb. Müraciətdə seçkilər zamanı pozuntulara yol verildiyi bildirilib. Qeyd olunub ki, aparılan araşdırmalar zamanı şikayət qismən təsdiqini tapıb.
MSK üzvü İlkin Şahbazov həmin dairə üzrə 1, 2, 3, 4, 18, 30, 35 saylı seçki məntəqələrində səsvermnin nəticəsinin etibarsız sayılmasını təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Mixail Zabelindir.