şənbə günü, 17 oktyabr 2026
     

Rusiya və Hindistanın Dəmir Yollarının Azərbaycanın üzərində böyük anlaşması…

Image


ABŞ-la qonşularımızdan Rusiya və İranın münasibətləri getdikcə daha da kəskinləşməyə başlayır. Məhz bu vəziyyətdə həmin ölkələr indi iqtisadi müstəvidə münasibətlərini daha çox başqa istiqamətə yönəltməkdə, ABŞ-ın siyasətinə qarşı çıxan Avropa ölkələri ilə əlaqələrinin genişlənməsinə xüsusi önəm verməkdədirlər.

Bu prosesdə diqqət çəkən əsas məqamlardan biri də budur ki, Rusiyanın və İranın Avropaya çıxışında Azərbaycanın rolu sürətlə artmaqdadır. Xüsusən də "Şimal-Cənub" dəhlizinin adıçəkilən ölkələr üçün önəmi əhəmiyyətli dərəcədə artır. Belə görünür ki, yaxın tezlikdə Hindistan üçün də "Şimal-Cənub" dəhlizi kifayət qədər böyük əhəmiyyət kəsb edəcək. Buna əsas səbəb ABŞ-ın Hidistanla da münasibətlərinin kəskinləşməsidir. Məsələ burasındadır ki, Rusiya prezidenti Vladimir Putinin Hindistana səfəri fonunda Dehli Moskvadan “S-400” hava hücumundan müdafiə sistemi almaq niyyətini rəsmiləşdirib. ABŞ Dövlət Departamenti isə bildirir ki, Hindistan Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemi alacağı təqdirdə, ABŞ-ın sanksiyasına məruz qalacaq. Bu şəraitdə Hidistanın Rusiya və İranla mövqelərinin daha da yaxınlaşması müşahidə olunur. Həmin ölkələr üçün vacib ortaq məqam "Şimal-Cənub" dəhlizidir.

Artıq baş verənlər fonunda bəlli olub ki, "Rusiya Dəmir Yolları" və "Hindistan Dəmir Yolları"  "Şimal-Cənub" dəhlizi vasitəsilə yük daşımalarının təşkili üçün birgə operator yaradılmasına dair memorandum imzalayacaq. "Rusiya Dəmir Yolları"nın baş direktorunun birinci müavini Aleksandr Mişarinin sözlərinə görə, bu, Rusiya vasitəsilə Hindistandan Avropaya və əks marşrutla daşımaların, tranzit həcminin artırılmasına imkan yaradacaq ən vacib layihələrdən biridir. İran Dəmir Yolları İdarəsinin rəis müavini Hüseyn Aşuri isə vurğulayır ki, ABŞ-ın iqtisadi sanksiyalarına baxmayaraq, İran yeni dəmir yollarının inşasını davam etdirəcək. O bildirib ki, Rusiya ilə İranın dəmir yolları sistemi "Şimal-Cənub" dəhlizi çərçivəsində inşa edilən Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) yolu vasitəsilə birləşəcək: "Bu yolla İran Cənub-Şərqi Asiya ölkələrindən Avropaya ixrac olunan malları daşıyacaq. Fars körfəzi sahilindəki Bəndər-Abass limanına daxil olan mallar Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) yolu vasitəsilə Azərbaycan ərazisindən keçməklə Rusiyaya və oradan da Avropaya daşınacaq. Bu yolun böyük perspektivi var və Asiya ölkələri yolun tikintisində maraqlıdır".

H.Aşuri onu da diqqətə çatdırıb ki, Qəzvin-Rəşt-Astara–Astara dəmir yolunun Qəzvin-Rəşt hissəsi yaxın zamanlarda istismara veriləcək. Rəşt-Astara hissəsində isə tikinti işləri sürətlə davam edir. Onun sözlərinə görə, son 6 ayda dəmir yolları ilə idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi 50 faiz artıb. İranın Astara şəhəri ilə Azərbaycanın Astara şəhəri arasında çəkilən dəmir yolu səmərəsini göstərir. Rusiya məhz bu yoldan istifadə edərək yüklərini Azərbaycan vasitəsilə İrana göndərir. Qəzvin-Rəşt-Astara–Astara dəmir yolu tam hazır olaraq istifadəyə veriləndən sonra isə yükdaşımaların həcminin daha da artacağı gözlənir. Təbii ki, belə vəziyyət həm də o deməkdir ki, Azərbaycan üzərindən "Şimal-Cənub" vasitəsilə daha çox yük daşınacaq. Məhz bundan irəli gəlir ki, Azərbaycan bu layihənin tam gücü ilə mümkün qədər tez işə düşməsinə çalışır və iştirakçı ölkələrlə əməkdaşlığını daha da genişləndirir. İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov da  bildirir ki, Azərbaycan və Rusiya “Şimal-Cənub” çərçivəsində imkanların genişləndirilməsi üzərində fəal iş aparır: “Bu prosesə dəmir yolu xəttilə yükdaşımaların genişləndirilməsi, o cümlədən dəniz yolu ilə daşınan malların boşaldılmasının artırılması daxildir. Hazırkı məqamda Azərbaycan və Rusiya limanları arasında birbaşa bərə xəttinin açılması məsələsi müzakirə olunur. Bu, limanlarımızda texnoloji imkanların genişləndirilməsi və reyslərin sayının artırılması deməkdir. Bu, nəqliyyat və tranzit xətləri üzrə əməkdaşlıq çərçivəsində mühüm istiqamətlərdən biridir”. Elə İran da Azərbaycanın bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirir. Məsələn, İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli vurğulayır ki, İran və Azərbaycan prezidentləri siyasi iradə nümayiş etdirərək iki ölkə arasında faydalı əməkdaşlıq əlaqələri yaradıblar: "Məhz prezidentlərin səyləri nəticəsində İranla Azərbaycanın iqtisadiyyat, mədəniyyət, ticarət, nəqliyyat və digər sahələrdə əməkdaşlıq əlaqələri yaradılıb. Hər iki ölkə birgə iqtisadi layihələr həyata keçirir. Buna misal kimi "Şimal-Cənub" dəhlizini, Azərbaycanın Neftçala rayonunda istifadəyə verilən birgə avtomobil zavodunu göstərmək olar. Azərbaycan Prezidentinin "Şimal-Cənub" dəhlizinin Rəşt-Astara dəmir yolunun inşasına kredit ayırması da təqdirəlayiqdir". İran parlamentinin sədri Əli Laricani isə qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın "Şimal-Cənub" Dəhlizinə qoşulması müdrik addımdır: "Bu dəhliz vasitəsilə Azərbaycan Fars körfəzi sahillərinə çıxış əldə edəcək. Region ölkələrindən İrana daxil olan ixrac malları məhz Azərbaycan ərazisindən keçməklə Rusiya və Avropaya daşınacaq. Bu isə həm ölkələrimiz arasındakı əlaqələrin, həm də milli iqtisadiyyatın inkişafına güclü təkan verəcək".

Qeyd edək ki, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi İran, Azərbaycan və Rusiya vasitəsilə Hindistan və Fars körfəzi ölkələrindən Qərbi və Şimali Avropa ölkələrinə malların daşınması üçün nəzərdə tutulub. Layihədə, həmçinin İran, Azərbaycan və Rusiyanın dəmir yollarının birləşdirilməsi də nəzərdə tutulub. Dəhlizin əsas üstünlüyü çatdırılma müddətinin iki-üç dəfə azalmasıdır.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ