şənbə günü, 17 oktyabr 2026
     

Gələn ilin martında İran körfəzi ilə Avropa Azərbaycanın üzərindən bir-birinə bağlanacaq...

Image


Azərbaycanın təşəbbüsü və birbaşa iştirakı ilə həyata keçirilən transmilli layihələrə qoşulan ölkələr indi bunun iqtisadi mənfəətini gedərək daha çox hiss etməkdədir. Bu mənada, təsadüfi deyil ki, Azərbaycanla həmin ölkələr iqtisadi əməkdaşlıqlarını daha da dərinləşdirməkdə maraqlı tərəf kimi çıxış edirlər.

Qeyd olunan xüsusda konkret nümunə qismində qonşu İranın adını çəkmək mümkündür. Hazırda iqtisadi səpkidə müəyyən çətinliklər yaşayan İran əsas ümid yerlərindən biri kimi Azərbaycanla əlaqələrini daha da dərinləşdirməyi, eyni zamanda Azərbaycan üzərindən dünya bazarlarına daha çox məhsul çıxarmağı düşünür. Elə bundan irəli gəlir ki, İran “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin mümkün qədər tez reallaşmasını istəyir. Məhz belə bir vaxtda bəlli olub ki, “Şimal-Cənub”un əsas tərkib hissəsi sayılan Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xəttinin Qəzvin-Rəşt hissəsi gələn ilin mart ayında istismara veriləcək. Tikinti işlərini həyata keçirən “Railway Services and Technical Construction Engineering Company” şirkəti bildirib ki, yol boyu bütün tunellər və körpülər tam hazırdır və relslər bərkidilib.

İran Dəmir Yolları İdarəsinin icraçı direktoru Səid Məhəmmədzadə də şirkətin açıqlamasını təsdiqləyib. Sentyabrın 29-da Azərbaycandan səfərdən qayıdan S.Məhəmmədzadə yerli mətbuata bildirib ki, səfər zamanı Azərbaycan Dövlət Dəmir Yolları QSC-nin rəhbərliyi ilə görüşərək Astara şəhərində dəmir yolu terminalının tikintisini müzakirə edib. Onun sözlərinə görə, inşaat işləri sürətlə davam edir. İcraçı direktor terminalın tikintisinin yaxın vaxtlarda baca çatacağını da qeyd edib.

Xatırladaq ki, “Şimal-Cənub” dəhlizinin əsas komponentini təşkil edən Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu Fars körfəzi ilə Avropanı birləşdirəcək. Cənub-Şərqi Asiya ölkələrindən Avropaya ixrac edilən yüklər dəmir yolu vasitəsilə İran və Azərbaycan üzərindən keçməklə Avropaya çatdırılacaq. Yüklərin əks istiqamətdə daşınması da məhz bu yolla həyata keçiriləcək. Bütün bunlar yükdışmalardan Azərbaycanın daha böyük gəlir əldə etməsinə gətirib çıxaracaq. Digər tərəfdən, Qəzvin-Rəşt-Astara dəmir yolu xəttinin istifadəyə verilməsindən sonra İranla Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmi 2 milyard dollara çatacaq. İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə bildirib ki, hazırda iki ölkə arasında ticarət mübadiləsinin miqdarı gömrüklər vasitəsilə 500 milyon, neft ixracatı üzrə 350 milyon, turizm sektorunda isə 400 milyon dollara çatıb.

Diplomat nəzərə çatdırıb ki, hər iki ölkənin prezidentləri siyasi iradə nümayiş etdirərək, bütün sahələr üzrə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi məqsədilə səmərəli fəaliyyət göstərir: “Məhz prezidentlərin fəaliyyətlərinin nəticəsidir ki, İran Astarası ilə Azərbaycan Astarası arasında dəmir yolu xətti çəkilərək istifadəyə verilib. Hazırda bu yol vasitəsilə İran Azərbaycan üzərindən idxal və ixrac əməliyyatlarını həyata keçirir. Gələcəkdə “Şimal-Cənub” dəhlizinin əsasını təşkil edən Rəşt-Astar yolu da çəkiləcək və İranla Azərbaycanın ticarət dövriyyəsi artacaq. Bununla yanaşı, Azərbaycan tranzit rolunda çıxış edərək, İran mallarının Rusiya və Avropa dövlətlərinə daşınmasında əhəmiyyətli rol oynayacaq“. İranlı diplomatın sözlərinə görə, dəmir yolunun istifadəyə verilməsi Azərbaycan ilə sərhəddə yerləşən Gilan vilayətinin iqtisadiyyatı və əhalisinin sosial vəziyyəti yaxşılaşacaq.

Bundan başqa məlumdur ki, Azərbaycan Astara-Rəşt dəmir yolunun inşasının davam etdirilməsi üçün 500 milyon dollar kredit ayırıb. İranın xarici işlər nazirinin beynəlxalq iqtisadi əlaqələr üzrə müavini Qulamrza Ənsari qeyd edir ki, bu yolun tikilib başa çatdırılması iki qonşu və dost dövlətin iqtisadi əlaqələrini daha da artıracaq. Ənsari diqqətə çatdırıb ki, Astara-Rəşt dəmir yolu xətti “Şimal-Cənub” dəhlizinin tamamlanması üçün əsas yoldur: “Bu yol Fars körfəzi ilə Qərbi Avropa ölkələrini nəqliyyat baxımından birləşdirəcək. Regionun iqtisadi inkişafına böyük təkan verəcək. “Şimal-Cənub” dəhlizi yalnız İran və Azərbaycanın deyil, bu marşrutla ixrac-idxal əməliyyatlarını həyata keçirərək ticarət dövriyyəsini artıran digər region dövlətlərinin də inkişafında əhəmiyyətli rol oynayacaq“. Onun sözlərinə görə, bu dəmir yolu Bəndər-Abbas-Qəzvin, Qəzvin-Rəşt, Rəşt-Astara şəhərlərini birləşdirəcək. Cənub Şərqi Asiya ölkələrindən mallar Fars körfəzi sahillərinə buradan İran Astarasına oradan isə Azərbaycan və Rusiya üzərindən daşınaraq Qərbi Avropaya çatdırılacaq. Nazir müavini bildirib ki, bu marşrut, əvvəlkindən fərqli olaraq, malların tez və təhlükəsiz çatdırılmasını təmin edəcək.

Digər tərəfdən, “Şimal-Cənub” Çin və Hindistan mallarını daha çox həcmdə Azərbaycan üzərindən daşınmasına təkan verəcək. Belə ki, Çin və Hindistan məhsullarını İranın Çabahar limanına, buradan da “Şimal-Cənub” dəhlizinə yönləndirməyi düşünür.

 Xatırladaq ki, Çabahar İranın Sakit okean sahilində yeganə limanıdır. Bu liman “Şimal-Cənub” dəhlizinin formalaşmasında da mühüm rola malikdir. Belə ki, Hindistanla yanaşı, cənub-şərqi Asiyanın digər ölkələri də bu limandan istifadə etməklə Avropa ilə ticarət əlaqələrini genişləndirmək istəyir. Həmin ölkələrdən ixrac olunan malların gəmilərlə Çabahar limanına, buradan isə Qəzvin-Rəşt-Astara-Astara dəmir yolu xəttilə Azərbaycan və Rusiya ərazisindən Avropaya və əks istiqamətə daşınması nəzərdə tutulub. Bütün bunların Azərbaycan üçün əsas əhəmiyyətlərindən biri də budur ki, baş verənlər Ermənistanın iqtisadi təcridini daha da dərinləşdirəcək. Bu, həm də Ermənistanın 2008-ci ildə tikintisinə başladığı “Şimal-Cənub” magistral yolunun birdəfəlik tarixin arxivinə atılması deməkdir. Qeyd edək ki, İranla Ermənistanı birləşdirəcək yolun çəkilişi ilkin mərhələdə 962 milyon dollar həcmində qiymətləndirilirdi. Lakin yolun heç yarısı çəkilməmiş məlum oldu ki, bu layihənin reallaşması üçün 2 milyard dollar vəsait lazımdır. Sonra isə dünyada iqtisadi böhran baş verdi və yolun çəkilməsi üçün 3 milyard dollara ehtiyac olduğu ortaya çıxdı. Yolun çəkilişi üçün indiyədək xərclənən vəsaiti dövlət beynəlxalq banklardan kredit alaraq sərf edib. Yolun tamamlanması üçün yeni kreditlərin alınması planlaşdırılır. Amma heç kim kredit ayırmır, digər tərəfdən Azərbaycanın “Şimal-Cənub” dəhlizini işə salmasından sonra erməni tərəfinin layihəsinə maraq yoxdur. Azərbaycanın təklif etdiyi variant İran, Avropa və Cənub-Şərqi Asiya dövlətlərini daha çox cəlb edir. Həm də Azərbaycanın təşəbbüsü, İran və Rusiya ilə yanaşı, Avropa və Cənub-Şərqi Asiya dövlətləri tərəfindən də dəstəklənir. Beləliklə, Bakının strateji addımları Ermənistanı regionda həyata keçirilən bütün beynəlxalq iqtisadi layihələrdən kənarda saxlayıb. Ermənistan işğal siyasətinə son qoymayana qədər bu siyasət davam edəcək.

Nahid SALAYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ