Bazar ertəsi günü, 19 oktyabr 2026
     

Seçki qərarı ilə lirənin sürətli ucuzlaşması başladı

Image


Türkiyə iqtisadiyyatında baş verənlər Qərb tərəfindən bu ölkəyə qarşı yeni təzyiq vasitələrinin işə salındığını göstərir. Aydındır ki, belə vəziyyət öz növbəsində Türkiyənin Qərbdən daha sürətlə uzaqlaşmasını da şərtləndirir. İndilikdə görünən odur ki, maliyyə sferasında Türkiyəyə qarşı təzyiqlər həyata keçirilir.

“Sözcü” qəzeti yazır ki, türk lirəsi ölkədə növbədənkənar prezident seçkisinin elanından sonra 18% dəyər itirib. Qəzet lirənin zəifləməsinin əsas səbəbləri sırasında pozulan maliyyə intizamını, daxili siyasi qeyri-müəyyənliyi, dolların qlobal miqyasda güclənməsini göstərib:

“Dövlət Baxçalı 17 apreldə növbədənkənar seçkiyə işarət etdiyi zaman dollar 4,1 lirə səviyyəsində idi. Bir gün sonra isə Baxçalı prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb seçki tarixinin 24 iyun olduğunu açıqladı. Bu qərarı bazar ilk növbədə müsbət qarşıladı. Belə ki, dollar xəbərdən sonra 4,04 lirəyə qədər gerilədi. Nə oldusa, bundan sonra oldu. Türkiyə daxili siyasətində qeyri-müəyyənlik başladı. Şirkətlərin xarici borclarını vermələri də dolların dəyərini artırır. Bu ilin ən böyük borc verilməsi 10,9 milyard həcmində olub. ABŞ-ın Çinlə ticarət savaşında atdığı qarşılıqlı addımlar dolları qlobal miqyasda gücləndirdi. Beynəlxalq kredit təşkilatları olan “Fitç” və “S&P”nin Türkiyə ilə bağlı xəbərdarlıq yaymaları türk lirəsinin 3 həftə ərzində 18% dəyər itirməsinə səbəb oldu”.

Qeyd edək ki, son bir ay ərzində Türkiyədə lirənin dəyəri dollar qarşısında həddən artıq ucuzlaşıb. Nəticədə dollar Türkiyədə 4,84 lirəyə çatıb və bu, tarixi rekord sayılır. Türkiyə lideri Rəcəb Tayyib  Ərdoğan isə qeyd deib ki, valyuta sahəsində baş verən çalxalanma sadəcə ölkəsi ilə bağlı deyil: “Qlobal sferada valyuta bazarında müəyyən dəyişikliklər müşahidə edilir. İnkişaf etməkdə olan ölkələrdə bunun təsiri daha çox hiss edilir. Hər mənada yalnız buraxılan Türkiyə bu sınaq qarşısında da yalnızdır. Maliyyə bazarlarındakı proseslərin iqtisadiyyatımızla bir əlaqəsi yoxdur. Öhdəsindən gələ bilməyəcəyimiz bir problem də yoxdur”. Türkiyənin baş naziri Binəli Yıldırım lirənin dollar qarşısında dəyər itirməsinə münasibət bildirərkən qeyd edib ki, əlavə tədbirlər görülüb və bu davam etdiriləcək. Artıq Mərkəzi Bank uçot dərəcəsini artırıb və bundan sonra lirə 5 faizə qədər möhkəmlənib. İstanbul Fond Birjası isə, qısamüddətli ehtiyacı istisna olmaqla, qalan valyuta aktivlərinin hamısını dünəndən türk lirəsinə çevirib. Birja bunu milli valyutaya etimad və dəstəyin nümayişi kimi təqdim edib. Amma belə görünür ki, müəyyən maraqlı dairələr lirəyə qarşı fəaliyyətini davam etdirir. Türkiyəyə qarşı kəskin mövqeyi ilə seçilən “Amerikan Enterprayz” analitik mərkəzinin tədqiqatçısı Maykl Rubin iddia edir ki, yaxın tezlikdə dollar 5 lirəyə, 24 iyun seçkilərindən sonra isə 10 lirəyə qalxacaq. M.Rubin açıq şəkildə qeyd etməsə də, valyuta bazarında baş verən çalxalanmanın Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı iqtidardan uzaqlaşdırmağa yönəlik provokasiya olduğuna eyham vurub. Amma hesab edilir ki, Qərbdəki dairələrin bu mövqeyi sonda Türkiyəni daha çox Rusiya, Çin kimi ölkələrlə yaxınlaşdıracaq.

Baş verənlər ölkəmizin də maraq dairəsindədir. İqtisadçı ekspert Samir Əliyev bildirir ki, Türkiyəyə investisiya yatırmış Azərbaycan bu ölkədə iqtisadi sabitliyin olmasında maraqlıdır. Ancaq onun fikrincə, iqtisadi qərarların verilməsində mövcud yanaşmalara korrektələr edilməsə, Türkiyə iqtisadiyyatını ağır dövr gözləyir: “Bloomberq”ə istinad etsək, 2018-ci ilə ABŞ dolları qarşısında 3,79 məzənnəsi ilə başlayan Türkiyə lirəsi 22,7% dəyər itirərək 4,65-ə düşüb. Səbəb son dövrlər emosional, dayanıqlığı təmin edən institutların mövqeyini zəiflədən və buna görə də investorları çəkindirən iqtisadi siyasətin yürüdülməsidir. Erkən seçki qərarı və seçkidən sonra mövcud hakimiyyətin mövqeyinin güclənməsi ehtimalı investorları ehtiyatlı olmağa sövq edir. Erkən seçki qərarı bazarda gərginliyi daha da artırıb, lirə təkcə may ayında dəyərini 13,6% itirib və hökumət bazara ciddi müdaxilə etməsə, investorları sakitləşdirəcək mesajlar ötürməsə, ən azı seçki gününə qədər ucuzlaşma davam edəcək”.

Ekspertin sözlərinə görə, iqtisadi dayanıqlığı daha dəqiq və detallı qiymətləndirmək üçün maliyyə sektorundan tutmuş, real sektora qədər olan sahələr nəzərdən keçirilməlidir: “Ancaq ölkənin beynəlxalq investisiya mövqeyindəki pisləşmə meylləri iqtisadi təhlükələrin ilkin simptomlarını göstərir. Lirənin ucuzlaşması Türkiyə ixracının rəqabət qabiliyyətini artırsa da, ölkə investisiya cəlbində çətinliklərlə üzləşə bilər. Digər tərəfdən də kapital axını milli valyutanın sabitliyini təhlükə altına alır”.

Qeyd edək ki, Türkiyə lirəsinin ucuzlaşmasından sonra bu ölkədən Azərbaycana gələn məhsulların qiymtəində də müəyyən enmələr qeydə alınır. İndilikdə isə görünən odur ki, seçkiyə qədər Türkiyədə maliyyə sahəsində vəziyyət heç də sabit olmayacaq. Amma Ankaranın bunların öhdəsindən gələcəyi də şübhə doğurmur.

NAHİD



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

18.10.2026 / 22:26
İran agentləri Almaniyada özlərini ifşa etdi - Azərbaycan himni altında növbəti təxribat... VİDEO

18.10.2026 / 21:44
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

18.10.2026 / 20:56
Husi hücumlarından sonra Ər-Riyaddakı 99 mərtəbəli Kingdom Centre göydələni tam boşaldıldı…

18.10.2026 / 20:32
Ukrayna Leninqrad bölgəsindəki VK data mərkəzinə hücum etdi - bəzi platformalarda problemlər yarandı...

18.10.2026 / 20:05
Dövlət Müstəqilliyimizin Ulu öndər bünövrəsi: 35 illik şanlı yol

18.10.2026 / 19:37
Zelenski Ukraynaya Starlink məhdudiyyətlərinin birbaşa ABŞ hökumətindən gəldiyini deyir

18.10.2026 / 16:20
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi

18.10.2026 / 15:58
Britaniya səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:50
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ