Bazar günü günü, 29 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Rusiyanın Gürcüstana qarşı yeni qəsd planı üzə çıxdı
Tarix: 05.09.2014 / 11:31
Bölmə: Siyasət
Qərbdə Rusiyanın növbəti hədəfinin Gürcüstan olacağına dair səslənən fikirlərin, bu xüsusda ifadə olunan narahatlıqların sayı artır. Qafqazda Rusiyanın yenə də hədəfinin Gürcüstan olacağı vurğulanır. Məsələ ilə bağlı ABŞ-ın "Жamestown.org" saytı yazır ki, Kreml Gürcüstanı parçalamaq planı hazırlayır:
"Bu ilin əvvəlindən bəri Putin Ukraynaya təcavüz edib, Krımı Rusiyaya birləşdirib, Ukraynanı federallığa doğru itələyir. İndi isə Kremlin diqqəti Gürcüstana yönələ bilər. Gürcüstan rəsmisi Giya Gvazava deyir ki, Rusiyanın Gürcüstanı parçalamaqla bağlı böyük planı var. Plan Gürcüstanı iki hissəyə bölməyi nəzərdə tutur. Birinci hissə Abxaziyanın genişlənib Samqrelo rayonu ilə birlikdə yaratdığı ərazidir, ikinci hissə Gürcüstanın şərqdə qalan hissəsidir. Gvazava deyir ki, Rusiyanın xüsusi xidmətləri Samqreloda separatizmi gücləndirmək üçün əllərindən gələni edir. Sayt yazır ki, Gürcüstan qərbpərəst mövqe tutduğuna görə Moskva doğrudan da Gürcüstanın parçalanmasını istəyir.
Bu arada onu da xatırladaq ki, Cənubi Osetiyanın Abxaziyadakı "səfiri" Oleq Bosiev "İzvestiya" qəzetinə müsahibəsində bildirib ki, Cənubi Osetiya Rusiya və Abxaziya vahid təhlükəsizlik çevrəsinə daxil olmaq haqqında danışıqlar aparır. Bildirilir ki, Rusiya və Abxaziya ilin sonunadək dostluq və qarşılıqlı yardım haqqında yeni saziş bağlamağın zəruriliyini müzakirə edib. Sazişdə vahid xarici təhlükəsizlik çevrəsi yaratmaq da nəzərdə tutulacaq. Bosiev bununla bağlı bildirib: "Hazırda Abxaziya tərəfi ilə birlikdə Cənubi Osetiyanın da vahid təhlükəsizlik çevrəsinə qoşulması haqqında Rusiya ilə saziş imkanları işlənib hazırlanır". O əlavə edib ki, hələ bunun üçtərəfli müqavilə olacağı və ya respublikanın Rusiya və Abxaziya ilə ayrı-ayrılıqda saziş imzalayacağı dəqiq məlum deyil. Diplomat ona da aydınlıq gətirib ki, Rusiya və Cənubi Osetiya ilə belə bir çevrənin yaradılması şərtləri Rusiya və Abxaziya arasındakı şərtləşmələrdən fərqlənəcək: "Onun məzmunu hələ ki müzakirə olunur, ancaq artıq aydındır ki, buraya ilk növbədə hərbi təhlükəsizlik, daha sonra isə regionlarımızın iqtisadi və informasiya təhlükəsizliyi şərtləri daxil olacaq".
Abxaziya da danışıqlar faktını təsdiqləyib. Abxaziyanın "vitse-prezidenti" Vitali Qabninin sözlərinə görə, söhbət NATO kimi və ona müqavimət göstərə biləcək qüdrətli bir blokun yaradılmasından gedir: "Hazırkı mərhələdə Cənubi Osetiya tərəfi ilə bizim sazişə qoşulmaq barədə danışıqlar aparılır. Hesab edirik ki, üçtərəfli müqavilənin imzalanması NATO və onun partnyoru Gürcüstanın addımlarına sağlam cavab olacaq. Gürcüstan NATO-ya daxil olmağa can atır, bundan əlavə də AB ilə assosiasiya haqqında müqavilə imzalayıb". Onun sözlərinə görə, Cənubi Osetiya artıq payızda təhlükəsizlik çevrəsinə daxil ola biləcək. Bütün bunlar separatçı regionlar vasitəsilə Moskvanın Gürcüstana daha böyük təzyiqlər hazırlamaq üçün indidən hərəkətə keçdiyini göstərir.
Gürcüstanın əsas ümidi isə NATO-yadır. NATO-nun Uelsin paytaxtı Kardiff şəhərində sammitinin nəticələri Rusiyanın həm də Qafqazdakı siyasətini müəyyən edən əsas faktora çevriləcək. Qeyd edək ki, NATO-nun indiki sammiti alyansın öz tarixi boyu üzləşdiyi ən dərin böhranlarla bir vaxtda keçirilir. Rusiyadan dəstək alan separatçıların Ukraynanın şərqinə nəzarəti ələ aldığı, Ukrayna ordusunun bu döyüşləri uduzduğu bir vaxtda NATO-nun Şərqi Avropadakı üzvləri ciddi təşviş keçirir. Polşa və Baltik ölkələri narahatdır ki, NATO-nun Rusiyanın Krımı ilhaqına və Donbasın itirilməsinə qarşı heç nə edə bilməməsi onları gözləyən gələcək təhlükələrdən xəbər verir. Gürcüstan da eyni mövqe sərgiləyir. NATO-nun Rusiya təhlükəsinə görə narahatlıq keçirən üzvlərini qoruması üçün çevik mexanizmin yaradılması da Kardiff sammitinin əsas mövzusudur. Sentyabrın 5-də alyans üzvləri NATO-nun 4 minlik çevik reaksiya qüvvələrinin yaradılmasına dair məsələni müzakirə edəcək. Təyyarələr, tanklar, ağır artilleriya ilə təchiz olunacaq bu qüvvələri NATO-nun yeddi ölkəsi - Böyük Britaniya, Danimarka, Baltik ölkələri, Norveç və Niderland təsis etməlidir. Çevik qüvvələr 48 saat ərzində dünyanın istənilən nöqtəsində, xüsusən də Avropanın Rusiya ilə sərhədləri boyu dislokasiya oluna biləcək. Bu məqsədlə NATO Rusiya ilə sərhəd boyu operativ bazalar yaratmağa hazırlaşır. Bu bazalar Baltik ölkələrində, Polşa və Rumıniyada yerləşdirilə bilər.
Alyansın təmsilçiləri deyirlər ki, çevik reaksiya qüvvələrinin yaradılması zərurəti Ukraynadakı hadisələrə görə yaranıb. Rusiya qoşunlarının Krımı cəmi bir neçə günə ələ keçirməsi NATO-nu hazırlıqsız və qəfil yaxaladı. Bundan sonra alyansın bir çox üzvləri çevik reaksiya qüvvələrinin yaradılması zərurətini dərk etməyə başladı. Lakin çevik reaksiya qüvvələrinin yaradılmasını heç də alyansın bütün üzvləri istəmir. Bunun üçün alyans üzvləri hərbi büdcəsini artırmalıdır. 2008-ci ildən başlayaraq Rusiyanın öz hərbi büdcəsini 50 faizdən çox artırdığı, hərbi xərclərin illik artımının 10 faizdən çox olduğu bir vaxtda NATO ölkələri iqtisadi böhran qarşısında hərbi xərclərini durmadan azaldıb. Nəticədə alyans Rusiya təhlükəsi qarşısında gücsüz duruma düşüb. İndi təşkilat bu problemi həll etməyə çalışır.
DİGƏR XƏBƏRLƏR
Tarix: 29.11.2026 / 21:16
Ukraynanın hücumları Berlini təşvişə saldı
- Baltik dənizində təhlükəli ssenari... Rusiya NATO-nu hədəfə ala bilər...
Tarix: 29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...
Tarix: 29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı"
- ümidlər hələ sönməyib...
Tarix: 29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı
- Kiyevin addımlarından bezmişəm...
Tarix: 29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır
– Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...
Tarix: 29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…
Tarix: 28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
Tarix: 28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
Tarix: 28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
Tarix: 28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
Tarix: 28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
Tarix: 28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
Tarix: 26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...
Tarix: 26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
SON XƏBƏRLƏR
29.11.2026 / 21:16
Ukraynanın hücumları Berlini təşvişə saldı
- Baltik dənizində təhlükəli ssenari... Rusiya NATO-nu hədəfə ala bilər...
29.11.2026 / 20:44
Tehran MAQATE-yə şərt qoydu
– ABŞ və İsraili pisləməsəniz, yoxlama olmayacaq...
29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...
29.11.2026 / 19:56
OPEC+ ölkələrindən gözlənilməz qərar
– yeddi ölkə hasilat müzakirələrini dayandırır...
29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi
– Türkiyə səfiri XİN-ə çağırıldı...
29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı
– dörd diplomat ölkədən qovuldu...
29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı"
- ümidlər hələ sönməyib...
29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır
– aktyor Makkonaki və şərhçi Karlson...
29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı
- Kiyevin addımlarından bezmişəm...
29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə
– Zelenskidən Putin və Trampa mühüm mesaj...
29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır
– Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...
29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub
– “Starlink”lə bağlı SENSASİON İDDİA...
29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır
– Pakistan Səudiyyəyə qoşun göndərdi...
29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü
– gəmilərdə yanğın başladı...
29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi
– İrandan Vaşinqton və Təl-Əvivə mesaj...
29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı
29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…
29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” -
"Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...
28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı
- Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...
28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr...
Etirazlar nəzarətdən çıxdı...
28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı
– israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...
28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid
– Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...
28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü
- Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...
28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə...
“Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...
28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir?
- Agentlikdən açıqlama...
28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası
– ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...
28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı
28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA
– Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…
28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..
28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı
– Bakıda 3300 manatlıq oğurluq…
28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı
– bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...
28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...
28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır
- ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...
28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı
28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..
28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?
28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki…
Qalıq yeməkləri təyyarəyə götürüblər…
27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...
27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...
27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...
27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?
27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür
27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək
27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs:
"Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib
27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır
27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var -
adam rüşvəti kimdən alıb...
27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir -
siyahıda Türkiyə və Qırğızıstan da var...
27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...
27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi
27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür...
Konstitusiya uğrunda...
27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir -
siyasi qərar verildi...
27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...
27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi
27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu
– Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...
27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi
27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar
27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq
– Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...
27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...
27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...
27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı
27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir
– biz hücum etmədik...
27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal
– Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi
27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası
– məşhur aparıcı və həyat yoldaşı saxlanıldı
27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı –
45 milyard avronun taleyi...
27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi
– Bakıdan müsbət mesajlar verildi...
27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı
27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu
27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ
27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
XƏBƏR ARXİVİ