Bazar günü günü, 29 noyabr 2026
     

Qərb-Rusiya döyüşünün yeni səhnəsi Qafqaz...

Image


Bilindiyi kimi, Kiyevin Avropa Birliyi ilə imzaladığı assosiativ üzvlük barədə saziş Ukraynada məlum hadisələrin cərəyan etməsinə səbəb oldu. Moskva Qərbin iqtisadi, siyasi, hərbi cəhətdən onun sərhədlərinə yaxınlaşmasına çox sərt reaksiya nümayiş etdirdi. Hadisələrin real inkişaf axarı isə Qərblə Rusiyanın yeni qaynar çəkişmə məkanı kimi Qafqazın çıxış edə biləcəyini göstərir.
Məsələ burasındadır ki, NATO-nun sentyabrın 4-5-də Uelsdə keçiriləcək sammitində üzv olmayan bir neçə ölkəyə xüsusi status veriləcək. İsveçin "Svenska Daqbladet" qəzeti yazır ki, həmin ölkələrdən biri də Gürcüstan ola bilər: "Finlandiya, Gürcüstan, Avstraliya və İordaniya ilə birlikdə İsveç də NATO-nun "qızıl kart"ını alacaq və bir nömrəli partnyoru olacaq". NATO-nun mənzil-qərargahından əldə olunan məlumata görə, yeni status 5 ölkəyə kəşfiyyat məlumatlarının ötürülməsinə, planlaşdırılmış təlimlərdə iştirakına şərait yaradır. Təbii ki, Gürcüstana verilən bu status Moskvanın xoşuna gəlməyəcək. Bu fonda Rusiyanın Gürcüstanda vəziyyəti qarışdırması istisna deyil.
NATO baş katibi Anders Foq Rasmussen isə Moskvanın mümkün addımlarını, görünür, heçə sayır: "Biz NATO təlimləri ilə ittifaqın silahlı qüvvələri və gürcü hərbçilərinin qarşılıqlı əlaqəsini yaxşılaşdırmaq niyyətindəyik. Mümkündür ki, hərbi təlimlər Gürcüstanda təşkil olunsun". Rusiyaya qarşı yeni cəbhənin açılacağı ehtimal olunan Uels sammiti öncəsi baş katibin bu açıqlamasını ekspertlər təsadüfi saymır. Qeyd olunur ki, Rusiya faktiki Cənubi Osetiya ilə Abxaziyanı işğal edərək Gürcüstanı mühasirəyə alıb. Buna görə də Tiflisin ciddi dəstəyə ehtiyacı var. Məhz real təhlükəyə görə NATO region ölkələri üçün aktuallaşır. Lakin NATO Gürcüstana gəlməklə Rusiya sərhədlərinə daha da yaxınlaşır. Bununla NATO Qafqazda real güc formalaşdırmaq istəyir.
Xatırladaq ki, ABŞ-ın vitse-prezidenti Co Bayden Gürcüstanın NATO-ya daxil olması məsələsində bu ölkəni dəstəklədiklərini bildirib. Yaxın tezlikdə isə ABŞ müdafiə naziri Çak Heygel Gürcüstana səfər edəcək. Pentaqonun mətbuat katibi, kontr-admiral Con Kirbi bildirib ki, səfər zamanı Çak Heygel gürcü həmkarı İrakli Alasaniya ilə Ukraynadakı vəziyyəti müzakirə edəcək. Eyni zamanda, Gürcüstanın ABŞ və NATO ilə əlaqələri də əsas müzakirə predmeti olacaq. Kirbinin sözlərinə görə, Gürcüstan ABŞ-ın mühüm tərəfdaşlarından biridir: "Gürcüstan Silahlı Qüvvələri İraq və Əfqanıstanda ABŞ-ın çox dəyərli tərəfdaşı olub".
Təbii ki, NATO-nun Gürcüstana belə marağı Rusiyanın xoşuna gəlmir. İlkin təzyiq kimi Rusiyanın Gürcüstanın separatçı ərazilərini özünə birləşdirməsi tamamilə gözləniləndir. Artıq Cənubi Osetiyada bununla bağlı fikirlər səslənir.
Xatırladaq ki, hələ bu ilin əvvəlində "Cənubi Osetiya respublikası"nın ən böyük partiyalarından olan "Vahid Osetiya" "Şimali Osetiya ilə birləşmək" üçün referendum keçirilməsi təklifilə çıxış edib. Referendum iştirakçıları "Cənubi və Şimali Osetiyanı bir subyekt kimi Rusiyanın tərkibində görmək istəyirsinizmi" sorğusunu cavablandırmalıdırlar. Partiya lideri Anatoli Bibilova görə, eyni referendum Rusiyada da keçiriləcək. Bunun üçün Rusiyadakı parlament partiyaları və ictimaiyyətlə böyük iş aparmaq tələb olunur. Xatırladaq ki, Şimali Osetiya hazırda Rusiyanın tərkibindədir. Cənubi Osetiya isə 2008-ci ildən bəri de-fakto Gürcüstandan ayrılıb. Burada Rusiyanın hərbi qüvvələri yerləşir. O da mümkündür ki, Rusiya Gürcüstanda vəziyyəti yenidən qarışdırsın.
Xatırladaq ki, bu günlərdə ABŞ-ın tanınmış politoloqu, Rusiya və postsovet məkanı üzrə ekspert, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) təhlilçisi Pol Qobl "qeyd edilən məsələ ilə bağlı maraqlı fikirlər səsləndirmişdi. Politoloq Rusiya təcavüzünün qarşısı alınmadığı təqdirdə növbəti hücumların Baltikyanı ölkələr, Gürcüstan və Moldovaya olacağını bildirmişdi. Pol Qobl əmindir ki, cəzasızlıq Putini Gürcüstan və Moldovaya qarşı təcavüzkar addımlara təhrik edəcək, nəticədə isə ABŞ və NATO-un nüfuzuna ciddi zərbə dəyəcək. Amerikalı politoloq hesab edir ki, Qərb liderləri indiyə qədər qəbul edilmiş iqtisadi sanksiyaların zəif olduğunu anlamalıdır. O həmçinin təklif edir ki, NATO Baltikyanı ölkələr və Polşa da daxil olmaqla Şərqi Avropada daimi hərbi bazalar tikməli, həmçinin Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyü üçün lobbiçilik fəaliyyəti gücləndirməlidir.
NATO isə hələlik Rusiyaya təzyiq üçün Qara dənizə daha dörd hərbi gəmi göndərir. ABŞ-ın "Ross" eskadra mina gəmisi, Fransanın "Komandant Biro" freqatı, Kanadanın "Toronto" freqatı və İspaniyanın "Almirante Xuan de Burbon" freqatı 7 sentyabra qədər Qara dənizə daxil olacaq. Məsələ ilə bağlı İTAR-TASS agentliyinə danışan hərbi-diplomatik mənbə "Ross" eskadra mina gəmisi və "Komandant Biro" freqatının bu gün, Kanada və ispan freqatlarının isə 6 sentyabr tarixlərində Qara dəniz boğazlarını keçəcəyini bildirib. Hazırda Qara dənizdə olan Fransanın "Dyupyui de Lom" kəşfiyyat gəmisi 5 sentyabr tarixində akvatoriyanı tərk edəcək.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 21:32
Rusiya Rəşt - Astara dəmiryolunun inşası üçün tam səlahiyyət aldı...

29.11.2026 / 21:16
Ukraynanın hücumları Berlini təşvişə saldı - Baltik dənizində təhlükəli ssenari... Rusiya NATO-nu hədəfə ala bilər...

29.11.2026 / 20:44
Tehran MAQATE-yə şərt qoydu – ABŞ və İsraili pisləməsəniz, yoxlama olmayacaq...

29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...

29.11.2026 / 19:56
OPEC+ ölkələrindən gözlənilməz qərar – yeddi ölkə hasilat müzakirələrini dayandırır...

29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi – Türkiyə səfiri XİN-ə çağırıldı...

29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı – dörd diplomat ölkədən qovuldu...

29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı" - ümidlər hələ sönməyib...

29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır – aktyor Makkonaki və şərhçi Karlson...

29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı - Kiyevin addımlarından bezmişəm...

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ