Bazar günü günü, 29 noyabr 2026
     

Yeni mediamızla bağlı PA rəhbərinin çağırışlarının söykəndiyi beynəlxalq nümunələr...

Image


Məlum olduğu kimi, avqustun 29-da Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsi keçirilib. Müşavirədə ölkənin informasiya təhlükəsizliyi ilə bağlı bir sıra aktual məsələlər müzakirə edilib və mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Ramiz Mehdiyev çıxışında bir çox mühüm məqamlara toxunmaqla yanaşı, onu da bildirib ki, müasir dövrdə medianın ən mühüm funksiyalarından biri də milli maraqları hər şeydən üstün tutmaq, vətəndaşları, cəmiyyəti vahid məqsəd uğrunda səfərbər etməkdir.
Müharibə şəraİtində bəzi media orqanlarının, əsasən də internet saytlarının rəsmi instansiyaların açıqlamalarını gözləmədən cəbhə xəttindəki insidentlər haqqında təhrif olunmuş və yanlış məlumatları yayması isə bu sahədə ciddi problemlərin olduğunu üzə çıxardı. Məhz bu məsələlərə də Ramiz Mehdiyev xüsusi olaraq toxundu. Həqiqətən də ön cəbhədə baş vermiş son məlum hadisələr bir reallığın üstünü açdı ki, Azərbaycanda elektron KİV-lər ekstremal situasiyada işləmək qabiliyyətinə malik deyil və bu sahədə kifayət qədər boşluqlar var. Belə boşluqlardan istifadə edən qeyri-peşəkarlar ölkəmizin milli təhlükəsizliyinə ciddi şəkildə təhdidlər yaradır. Bu fonda hesab edilir ki, informasiya təhlükəsizliyi ilə bağlı problemlərin aradan qaldırılmasında qanuni müstəvidə görüləcək tədbirlərin təkmilləşdirilməsi vacibdir. Eyni zamanda, müharibə şəraitində medianın müharibə qanunları ilə fəaliyyət göstərməsi, milli maraqlardan çıxış etməsi də zəruri şərt kimi çıxış edir. Əslində, dünya təcrübəsi də bu xüsusda kifayət qədər maraqlı halların olduğunu göstərir. Məsələn, məşhur CNN kanalı ABŞ tərəfindən 2003-cü ildə İraq müharibəsi başlamazdan əvvəl həyata keçirilən eyni təbliğatda əsas rol oynadı. CNN mütəmadi olaraq ABŞ dövlətinin maraqlarına xidmət edir. Eyni sözü bir çox məşhur Qərb media vasitələri barədə də demək olar. Ümumiyyətlə, ehtiyac yarandıqda onlar ABŞ və digər Qərb ölkələrində milli təhlükəsizliyin təhdidlərlə üzləşdiyi məqamlarda müxtəlif aksiyalara müdaxilə edilməsini, internetə, sosial şəbəkələrə məhdudiyyətlər tətbiq olunmasını həyata keçirir. Məsələn, 2011-ci ildə ABŞ-da "Wall Street-i işğal et" hərəkatının etiraz aksiyalarında dövlət bir sıra ciddi məhdudlaşdırıcı addımlar atdı, söz azadlığına, sərbəst toplaşmaq hüququna məhdudiyyətlər qoydu. İngiltərədə isə 2011-ci ilin yayında sosial mediada müxalif fikirlərlə çıxış edən gənclərə qarşı inzibati güclərin işə salınması faktı yaşanmışdı. Həmin ilin 4 avqustunda 29 yaşlı Mark Daqqanın qətlə yetirilməsindən sonra hakimiyyətlə vətəndaşlar arasında kəskin qarşıdurma xarakteri daşıyan proseslər yaşanmışdı. Baş nazir Devid Kemeron küçə bandalarının fəaliyyətlərini Facebook və Tvitter sosial şəbəkələri ilə əlaqələndirdiklərini əsas gətirərək sosial şəbəkələr vasitəsilə çağırış edənlərin müəyyənləşdirilərək məsuliyyətə cəlb ediləcəklərini bildirmişdi. Bundan sonra həyata keçirilmiş tədbirlər nəticəsində 2 min adam həbs edilmişdi. Facebook-da sosial çağırışlar edən iki gənc 4 il müddətinə azadlıqdan məhrum olunmuşdu.
Ötən il isə Böyük Britaniya Kraliçası II Elizabet Birləşmiş Krallıqda medianın əxlaq kodeksinə əməl edilməsi mexanizmini müəyyənləşdirən Kral Xartiyasını imzalayıb. Yeni qaydalara görə, Britaniya KİV-ləri jurnalistlərin etik normalara riayət etməsini tənzimləyən qurum yaratmalıdır. Həmin tənzimləyici qurum etik normaların pozulması faktını aşkarladığı media orqanını 1 milyon funt sterlinq məbləğində cərimələyə bilər. Üstəlik, bu tənzimləyici qurumun işinə nəzarət edən xüsusi rəsmi dövlət orqanı da formalaşdırılır. Yeri gəlmişkən xatırladaq ki, bu qəbildən olan misallar Ramiz Mehdiyevin keçirdiyi müşavirədə onun özü tərəfindən də səslənib. Həmin konkret misallardan birində xatırlanır ki, Türkiyədə "Gəzi hadisələri"ndən və "İmralı protokolları" olduğu iddia edilən sənədlərin mətbuata sızdırılmasından sonra keçirilmiş toplantılarda KİV-lərin fəaliyyətinə nəzarət edəcək tənzimləyici qurumun yaradılması haqda təkliflər səslənib. İkinci Körfəz müharibəsi zamanı ABŞ-ın dövlət katibi Kolin Pauell Qətər dövlətindən "Əl-Cəzirə" telekanalının müharibə haqqında informasiyalarına nəzarət edilməsini xahiş etmişdi. Bu il avqustun 9-da ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində polisin qaradərili gənci öldürməsi geniş etirazlara səbəb oldu. ABŞ hakimiyyətinin həyata keçirdiyi tədbirlər göstərdi ki, bu ölkədə sosial narazılığı artıran materiallardan söhbət getdikdə, media əməkdaşlarının informasiya əldə etmək və yaymaq hüququ daha sərt şəkildə məhdudlaşdırılır, jurnalistlər təzyiqlərə, həbslərə məruz qalır. Ramiz Mehdiyevin qeyd etdiyinə görə, başqa bir problem kimi beynəlxalq miqyasda fəaliyyət göstərən sosial şəbəkələrdə qeyri-obyektiv, qanunazidd informasiyaların yayılmasını göstərmək olar: "Məlumdur ki, bir sıra hallarda sosial şəbəkələr yayılması qanunla qadağan olunmuş informasiyanın mənbəyi rolunda çıxış edir, sonra isə həmin məlumatlar internet media tərəfindən tirajlanır. Artıq Fransa, Böyük Britaniya, son illər isə Türkiyə nümunəsindən bəlli olduğu kimi, Youtube, Google, Tvitter, Facebook kimi sosial şəbəkələrin ölkə qanunvericiliyinin tələblərinə uyğun fəaliyyətini təmin etmək məqsədilə məhkəmə prosesləri keçirilib və bu məhkəmələr qanunlara uyğun hökmlər çıxarıblar. Eyni zamanda, həmin şəbəkələrə cəmiyyətin təhlükəsizliyinin təmin olunması ilə bağlı müvafiq xəbərdarlıq edilib. Həmçinin kəşfiyyat xarakterli, cəmiyyətdə gərginlik yarada biləcək məlumatların sızmasını önləmək məqsədilə həmin ölkələrdə sosial şəbəkələrə qarşı daha sərt addımların atılması faktları da mövcuddur. Məsələn, 2011-ci ildə Böyük Britaniyada iğtişaşlar zamanı Facebook və Tvitter sosial şəbəkələrinə giriş məhdudlaşdırıldı. 2013-cü ildə İstanbulda baş vermiş kütləvi qarşıdurma ilə əlaqədar Türkiyə hökuməti Tvitterə qarşı analoji məhdudiyyətin tətbiq olunması ilə bağlı qərar çıxardı".
Günümüzdə daha bir konkret misal kimi Rusiya mediasını göstərmək olar. Məhz Rusiya mediası Kremlin Ukraynada işğalçılıq siyasətini məharətlə gizlədir və baş verən prosesləri azadlıq müharibəsi kimi dəyərləndirir.
Yəni media burada Rusiyanın maraqlarına uyğun fəaliyyət göstərir. Yaxud da Argentina ilə Böyük Britaniya arasında Folklend adaları uğrunda müharibədə ingilis mediası birmənalı şəkildə ölkənin maraqlarından çıxış edir. Bütün bunların, təbii ki, Azərbaycan mediasında da nəzərə alınması vacibdir.


 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 21:32
Rusiya Rəşt - Astara dəmiryolunun inşası üçün tam səlahiyyət aldı...

29.11.2026 / 21:16
Ukraynanın hücumları Berlini təşvişə saldı - Baltik dənizində təhlükəli ssenari... Rusiya NATO-nu hədəfə ala bilər...

29.11.2026 / 20:44
Tehran MAQATE-yə şərt qoydu – ABŞ və İsraili pisləməsəniz, yoxlama olmayacaq...

29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...

29.11.2026 / 19:56
OPEC+ ölkələrindən gözlənilməz qərar – yeddi ölkə hasilat müzakirələrini dayandırır...

29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi – Türkiyə səfiri XİN-ə çağırıldı...

29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı – dörd diplomat ölkədən qovuldu...

29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı" - ümidlər hələ sönməyib...

29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır – aktyor Makkonaki və şərhçi Karlson...

29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı - Kiyevin addımlarından bezmişəm...

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ