Bazar günü günü, 29 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Ramiz Mehdiyev "vətənpərvər onlayn media və jurnalistika konsepsiyasının" əsas prinsiplərini bəyan etdi
Tarix: 03.09.2014 / 10:41
Bölmə: Siyasət
Bir neçə gün əvvəl PA rəhbəri Ramiz Mehdiyevin media rəhbərləri ilə geniş tərkibli görüşdə etdiyi məruzə artıq bir sıra dairələrdə geniş müzakirə olunmağa başlayıb. Səbəbsiz deyil. Söhbət informasiya, milli təhlükəsizlik və media azadlığından sui-istifadə hallarından gedir. Məruzədən çap etdiyimiz bu hissə özü hər şeyi deyir.
PA rəhbərinin qeyd etdiyinə görə, hazırda cəmiyyətimiz qarşısında duran ən ağrılı problem - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq normalarına uyğun həllidir: "Beynəlxalq birliyin susqunluğu, ATƏT-in Minsk Qrupunun səmərəsiz fəaliyyəti nəticəsində Ermənistan 20 ildən artıqdır ki, Azərbaycan ərazilərini işğal altında saxlayır, BMT-nin müvafiq qətnamələrini, digər beynəlxalq təşkilatların qəbul etdiyi sənədləri icra etməkdən boyun qaçırır. Məhz cəzasızlıq mühiti, beynəlxalq birliyin oxşar işğal faktlarına ayrı-seçkiliklə yanaşması Ermənistanı qoşunların təmas xəttində atəşkəsi pozmağa, çoxsaylı insan ölümünə səbəb olan diversiya cəhdlərinə sövq edir".
Ramiz Mehdiyev xatırladıb ki, avqustun əvvəlində erməni kəşfiyyat-təxribat qrupları Ermənistan-Azərbaycan dövlət sərhədində və qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə basqınlar edib, nəticədə Azərbaycan Ordusunun hərbçiləri həlak olub, ermənilər isə dəfələrlə çox itki verərək geri çəkilməyə məcbur olublar: "Bu hadisə Azərbaycan Silahlı Qüvvələrinin qüdrətini, gücünü, istənilən mürəkkəb vəzifəni müvəffəqiyyətlə icra etmək bacarığını əyani şəkildə nümayiş etdirməklə yanaşı, həm də hərbi əməliyyatların intensivləşməsi şəraitində cəmiyyətdə mövcud olan bəzi narahatedici məqamların qabarmasına şərait yaratdı. Burada söhbət konkret olaraq bəzi kütləvi informasiya vasitələrinin, xüsusilə internet informasiya resurslarının Azərbaycan qanunlarının tələblərinə məhəl qoymadan, qeyri-peşəkar, bəzi hallarda isə ermənilərin maraqlarına uyğun fəaliyyətindən, habelə aidiyyəti dövlət orqanlarının informasiyanın verilməsinə məsul olan struktur bölmələrinin yaranmış situasiyada milli maraqlara zidd, qeyri-adekvat davranışından gedir. Azərbaycan xalqı 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağda hərbi əməliyyatlar alovlanan zaman hakimiyyət nümayəndələrinin, ayrı-ayrı "ekspertlərin", kütləvi informasiya vasitələrinin qeyri-peşəkar, qanunlara və milli maraqlara zidd, bəzi hallarda isə bilərəkdən təxribatçı fəaliyyətinin hansı ağır fəsadlara səbəb olduğunu unutmayıb. O vaxt məhz cəmiyyətdə hökm sürən xaosun, özbaşınalığın nəticəsi idi ki, bəzən Azərbaycan silahlı birləşmələrinin əməliyyat planı əvvəlcədən qəzet səhifələrində müzakirə olunur, hərbi arsenalın həcmi, texniki göstəriciləri, hərbi hissələrin zəif və ya güclü olduğu mövqelər, düşmənlə üzbəüz dayanmış yaşayış məntəqələrində əhalinin sayı və əhval-ruhiyyəsi dəqiqliklə təsvir edilirdi. Düşmən kəşfiyyatı heç bir əziyyətə qatlaşmadan, sadəcə dövri mətbuatı, antiazərbaycan xəttini yürüdənlərin hazırladığı telesüjetləri izləməklə özünə lazım olan informasiyanı əldə edə bilirdi. Çox güman ki, düşmən kəşfiyyatına belə şəffaf olmağın hansı acı nəticələrə gətirib çıxardığını xüsusi olaraq bir daha xatırlatmağa ehtiyac yoxdur. Lakin belə halların bir daha təkrarlanmaması üçün mövcud problemlər və onların aradan qaldırılması yolları barədə açıq danışmaq zərurəti yaranmışdır".
PA rəhbəri bildirib ki, bu gün də ayrı-ayrı "ekspertlər" Azərbaycan Silahlı Qüvvələrinin hərbi arsenalının say və texniki göstəricilərini mediada fəal müzakirə edir, KİV-lər ordunun ali komanda heyəti barədə şayiələr yayır, dövlətin hərbi sahədə siyasəti haqqında həqiqətə uyğun olmayan, qərəzli məlumatlar dərc edirlər: "Məsələn, özünü "hərbi ekspert" kimi təqdim edən ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov, vaxtilə korpus komandiri olmuş, hazırda isə xarici ölkələrdən birində yaşayan İsa Sadıqov qərəzli, heç bir əsası olmayan iddialarla çıxış edir, silahlı qüvvələri, onun rəhbərliyini hədəfə götürür, müstəqillik dövründə milli ordu quruculuğu sahəsində görülmüş işləri gözdən salmağa çalışır və öz açıqlamaları ilə düşmənin maraqlarına xidmət edirlər. "Azadlıq" qəzeti, "Azadlıq" radiosu və bir sıra digər KİV-lər onların qərəzli iddialarına geniş yer verir və bu tipli çirkin, antimilli fəaliyyətin iştirakçısına çevrilirlər. Mən bugünkü toplantıda konkret ad çəkə bilərəm. Lakin düşünürəm ki, dəfələrlə Prezident Administrasiyasından xəbərdarlıq almış resursların rəhbərləri kimdən söhbət getdiyini başa düşəcəklər. Bəzi media qurumları Milli Orduda döyüş şəraitində həlak olmuş və ya yaralanmış hərbi qulluqçular haqqında məlumatların ictimailəşdirilməsi üzrə "ixtisaslaşıblar". Son hadisələr zamanı informasiya agentliklərindən biri Müdafiə Nazirliyinin rəsmi açıqlamasını gözləmədən şəhid olmuş hərbi qulluqçular haqqında özəl kanallarla əldə etdiyi, əsasən də yanlış məlumatlar əsasında xəbərlər yayıb. Bəzi saytlar isə bütün mümkün sərhədləri aşaraq həlak olanların sayı barədə fantastik rəqəmlər səsləndiriblər. Belə canfəşanlıq bir çox hallarda yanlış informasiyanın dövriyyəsinə və anlaşılmazlıqların yaranmasına səbəb olur. Digər tərəfdən isə Azərbaycan Ordusunu nüfuzdan salır, cəmiyyətdə ona inamsızlıq yaradır. Biz görməmişik ki, ermənilər bu yolla getsinlər, belə halları geniş yaysınlar. Əksinə, onlar hər vəchlə ordunun nüfuzunu qaldırırlar, hətta itkilərini belə gizlədirlər. Avqustun 7-də Tovuz rayonunda ermənilərin kəşfiyyat-diversiya qrupunun zərərsizləşdirilməsi və Karen Petrosyan adlı diversantın yaxalanması ilə bağlı agentliklərin və Müdafiə Nazirliyinin yaydığı məlumatlar arasında yaranmış ziddiyyətləri buna misal kimi göstərmək olar. Lakin rəsmi orqanların müvafiq xəbərdarlıqlarından heç bir nəticənin çıxarılmaması KİV əməkdaşlarının məsuliyyətsizliyindən kifayət qədər ciddi xəbər verir. Yeni bir fakt: digər bir sayt Müdafiə Nazirliyinin açıqlamasını gözləmədən avqustun 26-da Qazax rayonunun Kəmərli kəndində növbəti erməni diversantının saxlanması haqqında düzgün olmayan, səhv məlumat yayıb. Onun ardınca başqa saytlar dərhal bu məlumatı səhifələrinə yerləşdiriblər. Prezident Administrasiyasının müdaxiləsindən sonra həmin məlumat saytlardan çıxarılıb. Lakin bir neçə saat keçdikdən sonra həmin məlumat yenidən saytların birində yerləşdirilib və digər resurslar da, hətta xəbərdarlıq olunmuş saytlar da onu təkrar veriblər. Bu məsələ bizim tərəfimizdən araşdırılıb və rayon icra hakimiyyətinin Kəmərli kəndi üzrə nümayəndəsi bu məlumatı yaydığına görə vəzifəsindən azad olunub. O, məlumatı diversantın verdiyi informasiya həcmində yayıb və bununla da, faktiki olaraq, erməni tərəfinə müəyyən sirləri çatdırıb".
Ramiz Mehdiyev bəyan edib ki, bundan sonra belə faktların qarşısını almaq üçün ciddi tədbirlər görüləcək: "Açıq deməliyəm, bir sıra informasiya resursları bir tərəfdən Ermənistan kəşfiyyatı üçün məlumat ötürücüsünə çevrilir, digər tərəfdən də düşmənin Azərbaycan əleyhinə apardığı mənəvi-psixoloji müharibəyə "töhfə" verərək həm əsgərlər, həm də əhali arasında çaşqınlıq, ruh düşkünlüyü yaranmasına səbəb olurlar. Məsələn, avqustun əvvəllərində bəzi saytlar Ermənistanla sərhəd zonalarda azərbaycanlıların yaşayış yerlərini tərk etdiyi barədə yanlış informasiya yaydılar və bununla da əhali arasında çaşqınlıq yaranmasına xidmət etdilər. Nəşrlərdən biri isə sərhədyanı zonalarda yaşayan əhalini ruhlandırmaq əvəzinə, süni şəkildə sosial problemləri, təhlükəsizlik məsələlərini qabardaraq, əhalinin həmin əraziləri tərk etməsi üçün təbliğat aparıb".
PA rəhbərinin qeyd etdiyinə görə, bu yolu tutanlar bilməlidir ki, onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən məsuliyyətə cəlb oluna bilərlər: "Təəssüf ki, yalnız Facebook, Tvitter, Youtube kimi beynəlxalq şəbəkələr, BBC, "Amerikanın səsi", "Azadlıq" radiosu kimi bəzi beynəlxalq media brendlərinin yerli nümayəndəlikləri deyil, hətta bir sıra hallarda Azərbaycan KİV-ləri də xalqımıza qarşı necə amansız psixoloji müharibə aparıldığını unudaraq, düşmən mediasının təxribat xarakterli məlumatlarını olduğu kimi tirajlayır. Bəzi informasiya resurslarının belə məlumatları olduğu kimi yayması qəbuledilməzdir və düşmən erməni təbliğatının düşünülmüş qaydada Azərbaycan ictimai rəyinə yeridilməsindən başqa bir şey deyil. Qəzəbləndirici hal ondan ibarətdir ki, bir sıra KİV-lər düşmən kəşfiyyatı üçün açıq informasiya mənbəyi rolu oynayırlar. Məsələn, bir neçə gün əvvəl Ağstafada - sərhəd bölgəsində Azərbaycanın hərbi texnikasının hərəkəti ilə bağlı qeyri-peşəkar mülki şəxs tərəfindən çəkilmiş şəkillər və videosüjet ölkənin aparıcı KİV-lərinə göndərilmiş və dərhal da onlar tərəfindən tirajlanmışdır. Yaxud da mülki şəxslərin öz təşəbbüsləri ilə qoşunların təmas xəttini keçərək işğal altında olan doğma torpaqlarına getmələri və yaxalanmaları ətrafında Ermənistan KİV-lərinin qaldırdığı ajiotajı xatırlamaq kifayətdir. Azərbaycanın bəzi internet resursları erməni mənbələrinə istinadən həmin şəxsləri "diversiya qrupu" kimi təqdim etdi. Bütün bunların məntiqini anlamaq olduqca çətindir. Bu, yumşaq desək, qeyri-peşəkarlıqdır, hüquqi məsuliyyətsizlikdir, mənəvi baxımdan isə düşmən dəyirmanına su tökməkdir. Biz düşmənə "can yandıran" "hüquq müdafiəçilərinin" fəaliyyətinin məqsədləri və nəticələri haqda hüquq-mühafizə orqanlarının ilkin açıqlamalarından məlumatlıyıq. Bəs bəzi KİV-lərin son hadisələr zamanı nümayiş etdirdiyi davranışa necə qiymət verilməlidir? Bunun səbəb və məqsədləri nədir? Bunlar ilk növbədə Azərbaycanın jurnalist ictimaiyyətini narahat etməli, bu sualların cavabları tapılmalı, prinsipial qiymət verilməli və belə məsuliyyətsiz əməllərin aradan qaldırılması üçün ciddi tədbirlər görülməlidir".
Ramiz Mehdiyevin sözlərinə görə, bütün kəskinliyi ilə müşahidə olunan bu problemin başlıca səbəblərindən biri də KİV-lər arasında olan rəqabət mühitinin mövcudluğudur: "Əlbəttə, KİV-lər də sahibkarlıq subyektləridir, onların istehsal etdiyi məhsul isə informasiyadır. Bazar iqtisadiyyatı şəraitində, bütün sahələrdə olduğu kimi, KİV-lər arasında da sağlam rəqabət təqdirəlayiq haldır. Ancaq bu rəqabət keyfiyyətsiz, qeyri-obyektiv, müxtəlif mənbələrdən dəqiqləşdirilməmiş, qərəzli, qanunların tələblərinə, milli maraqlara zidd məhsulun istehsalı və yayımı hesabına aparılmamalıdır. Son vaxtlar dövri mətbuatda, xüsusilə də elektron mediada bu tipli materialların sayı artıb və dözülməz səviyyəyə çatıb. Əsası olmayan, plagiat, ilkin mənbənin göstərilməməsi, "etibarlı", "məlumatlı mənbə"lərə istinad da bu problemdən qaynaqlanır. Bu qərəzli işdə əsasən də müxalifət qəzetləri və saytları seçilir. Birincilik uğrunda mübarizə peşəkarlıq, operativlik, dəqiqlik, obyektivlik, qərəzsizlik, qanunlara hörmət və dövlətə, milli maraqlara sadiqlik prinsipləri üzərində qurulmalıdır.
Son hadisələr də nəzərə alınmaqla kütləvi informasiya vasitələrinin yaydığı qanunazidd məlumatları aşağıdakı kimi təsnifləşdirmək olar:
- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin strateji, operativ və səfərbərlik üzrə yerləşdirilməsi, onların döyüş və səfərbərlik hazırlığı haqqında məlumatların yayılması;
- silah və hərbi texnika nümunələrinin taktiki-texniki xarakteristikaları və döyüşdə tətbiqi imkanları haqqında məlumatların yayılması;
- milli təhlükəsizlik və müdafiə mülahizələrinə görə xüsusi əhəmiyyət kəsb edən obyektlərin dislokasiyası, təyinatı, hazırlıq və müdafiə olunma dərəcəsi haqqında məlumatların yayılması;
- qoşunların dislokasiyası, hərəkəti, həqiqi adları, təşkilati strukturu, şəxsi heyətinin sayı və onların döyüş təminatı, həmçinin hərbi-siyasi və ya əməliyyat şəraiti haqqında məlumatların yayılması;
- Azərbaycan Respublikasının digər dövlətlərlə hərbi, elmi-texniki və başqa sahələrdə əməkdaşlığı haqqında məlumatların yayılması;
- kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti sahəsində məlumatların yayılması;
- rəsmi instansiyaların açıqlamalarını gözləmədən cəbhə xəttindəki insidentlər haqqında təhrif olunmuş və yanlış məlumatların yayılması;
- həlak olmuş və yaralanmış hərbi qulluqçular haqqında şişirdilmiş məlumatların təqdim olunması;
- həlak olmuş hərbi qulluqçuların adları və soyadları, rütbələri, həlak olma şəraiti haqqında məlumatların yayılması;
- sərhəddə və qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri haqqında məlumatların yayılması;
- hərbi hissələrin komandirləri, rəhbər vəzifəli şəxsləri haqqında məlumatların açıqlanması və s.".
DİGƏR XƏBƏRLƏR
Tarix: 29.11.2026 / 21:32
Rusiya Rəşt - Astara dəmiryolunun inşası üçün tam səlahiyyət aldı...
Tarix: 29.11.2026 / 21:16
Ukraynanın hücumları Berlini təşvişə saldı
- Baltik dənizində təhlükəli ssenari... Rusiya NATO-nu hədəfə ala bilər...
Tarix: 29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...
Tarix: 29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı"
- ümidlər hələ sönməyib...
Tarix: 29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı
- Kiyevin addımlarından bezmişəm...
Tarix: 29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır
– Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...
Tarix: 29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…
Tarix: 28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
Tarix: 28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
Tarix: 28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
Tarix: 28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
Tarix: 28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
Tarix: 26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...
Tarix: 26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
SON XƏBƏRLƏR
29.11.2026 / 21:32
Rusiya Rəşt - Astara dəmiryolunun inşası üçün tam səlahiyyət aldı...
29.11.2026 / 21:16
Ukraynanın hücumları Berlini təşvişə saldı
- Baltik dənizində təhlükəli ssenari... Rusiya NATO-nu hədəfə ala bilər...
29.11.2026 / 20:44
Tehran MAQATE-yə şərt qoydu
– ABŞ və İsraili pisləməsəniz, yoxlama olmayacaq...
29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...
29.11.2026 / 19:56
OPEC+ ölkələrindən gözlənilməz qərar
– yeddi ölkə hasilat müzakirələrini dayandırır...
29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi
– Türkiyə səfiri XİN-ə çağırıldı...
29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı
– dörd diplomat ölkədən qovuldu...
29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı"
- ümidlər hələ sönməyib...
29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır
– aktyor Makkonaki və şərhçi Karlson...
29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı
- Kiyevin addımlarından bezmişəm...
29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə
– Zelenskidən Putin və Trampa mühüm mesaj...
29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır
– Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...
29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub
– “Starlink”lə bağlı SENSASİON İDDİA...
29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır
– Pakistan Səudiyyəyə qoşun göndərdi...
29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü
– gəmilərdə yanğın başladı...
29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi
– İrandan Vaşinqton və Təl-Əvivə mesaj...
29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı
29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…
29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” -
"Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...
28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı
- Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...
28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr...
Etirazlar nəzarətdən çıxdı...
28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı
– israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...
28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid
– Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...
28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü
- Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...
28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə...
“Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...
28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir?
- Agentlikdən açıqlama...
28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası
– ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...
28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı
28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA
– Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…
28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..
28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı
– Bakıda 3300 manatlıq oğurluq…
28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı
– bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...
28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...
28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır
- ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...
28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı
28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..
28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?
28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki…
Qalıq yeməkləri təyyarəyə götürüblər…
27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...
27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...
27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...
27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?
27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür
27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək
27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs:
"Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib
27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır
27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var -
adam rüşvəti kimdən alıb...
27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir -
siyahıda Türkiyə və Qırğızıstan da var...
27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...
27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi
27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür...
Konstitusiya uğrunda...
27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir -
siyasi qərar verildi...
27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...
27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi
27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu
– Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...
27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi
27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar
27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq
– Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...
27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...
27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...
27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı
27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir
– biz hücum etmədik...
27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal
– Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi
27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası
– məşhur aparıcı və həyat yoldaşı saxlanıldı
27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı –
45 milyard avronun taleyi...
27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi
– Bakıdan müsbət mesajlar verildi...
27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı
27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu
27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
XƏBƏR ARXİVİ