Cümə axşamı günü, 12 noyabr 2026
     

ABŞ və Rusiya Suriyada bir-birinə güzəştə getmədi, müharibə an məsələsidir...

Image


Suriya ətrafında vəziyyət hər keçən gün gərginləşir. Məhz belə bir vaxtda ABŞ prezidenti Donald Trampın müharibə elanından sonra Virciniya ştatındakı “Narfolk“ dəniz bazasını tərk edən döyüş gəmiləri Aralıq dənizinə doğru hərəkət etməyə başlayıb.

ABŞ-ın Aralıq dənizinə göndərdiyi hərbi donanma qrupuna “USS Harry Truman”, "Normandiya" raket kreyseri, "Arli Bek", "Balkeley", "Forest Şerman", "Farraqut" esminetsləri, digər hərbi gəmilər daxildir. Bundan əvvəl ABŞ donanmasının "USS Porter" və "USS Donald Cook" esminetslərinin Suriya sahillərinə göndərildiyi artıq məlumdur. Almaniyanın “FGS Hessen” döyüş gəmisi də Aralıq dənizinə doğru hərəkət edir. Böyük Britaniya aviasiyası və donanması Suriyaya zərbə endirmək üçün döyüş hazırlığı əmri alıb. Məlumata görə, Kiprdəki hərbi bazada dislokasiya olunmuş Britaniya təyyarələri bir nömrəli döyüş hazırlığı vəziyyətindədir. Təyyarələr tam döyüş təchizatı ilə Kiprin cənubundakı Akrotiri hərbi bazasının uçuş-enmə zolağında havaya qalxmaq üçün siqnal gözləyir.

Hazırda həmin aviabazada Böyük Britaniya Hərbi Hava Qüvvələrinin səkkiz “Panavia Tornado” qırıcı-bombardmançıları dislokasiya olunub. Onların qanadlı raketlərlə təchiz olunduğu bildirilir. Daha 6 “Typhoon” qırıcısı, zərurət yaranarsa, qırıcı-bombardmançıları qoruyacaq. Baş nazir Tereza Mey Britaniya donanmasına döyüş hazırlığı əmri verib və gəmilərin Suriyaya raket zərbələri endirməyə imkan verən məsafədə mövqe tutmasını hərbçilərə tapşırıb. Beləliklə, ABŞ başda olmaqla, NATO Aralıq dənizində böyük hərbi qüvvə cəmləyir və bu, Suriyada NATO-Rusiya savaşının istənilən an başlanmasını istisna etmir. Ağ Evin rəsmi nümayəndəsi Sara Sanders artıq bildirir ki, Ağ Ev Bəşər Əsəd rejiminin Dəməşq ətrafındakı şərqi Qutaya kimyəvi silah zərbəsinə cavab olaraq Suriyada Rusiya hərbi qüvvələrinə zərbəni istisna etmir. Onun sözlərinə görə, Suriyadakı Rusiya hədəflərinə zərbələrin endirilməsi imkanları istisna edilmir.

Suriyada fəaliyyət göstərən Rusiya hərbçilərinə mümkün hücum barədə suala cavab verən Sanders deyib: “Biz bütün variantları nəzərdən keçiririk. Vaşinqton Suriyadakı kimyəvi silah hücumuna görə Rusiyanı Dəməşqlə eyni dərəcədə günahkar hesab edir”. Sanders əlavə edib ki, Rusiya son zamanlar özünü “mənfi personaj” kimi təsdiq edib.

Bundan əvvəl isə Rusiyanın Livandakı səfiri Aleksandr Zasıpkin “Al-Manar” telekanalına müsahibəsində bildirib ki, ölkəsi Suriya ərazisinə buraxılan “istənilən raketi” vurmağa hazırdır. Diplomat bunu öz fikri kimi yox, Rusiya rəhbərliyinin rəsmi mövqeyi kimi çatdırdığını vurğulayıb:  “ Amerika zərbə endirsə raketlər vurulacaq, raketlərin buraxıldığı nöqtələrə zərbələr endiriləcək”. Bütün bunlar Rusiya və ABŞ-ın artıq savaşın bir addımlığında olduğunu göstərir. Baş verənləri şərh edən Rusiyanın “Nezavisimaya qazeta” mətbu orqanı yazır: “ ABŞ, guya Duma şəhərinə kimyəvi hücumla əlaqədar olaraq Suriyada gücdən istifadə etməyə qərar verərsə, onlar yalnız Dəməşqdən deyil, Moskvadan da oxşar cavab alacaqlar. Belə hərəkətlər nəticəsində amerikalılar və onların müttəfiqləri üçün baş verəcək “ciddi nəticələr” haqqında Rusiyanın BMT-dəki daimi nümayəndəsiVasili Nebenzya  bəyanat verib. Bu axarda digər rus siyasətçiləri və məmurları da fikir bildirib. Artıq Rusiyanın silahlı qüvvələri  gizlicə tam döyüş hazırlığı vəziyyətinə gətirilib.

Hələlik bu barədə rəsmi təsdiq və şərhlər yoxdur. Ancaq Müdafiə Nazirliyinin ordu və donanmanın fəaliyyəti haqqındakı məlumatlarına əsasən, həqiqətən, qoşunların və hərbi donanmanın artan aktivliyi barədə fikir yaranır. Xüsusilə, Qara dəniz və Aralıq dənizi hərbi əməliyyat səhnələrində, həmçinin Xəzərdə – oradan artıq bir neçə dəfə Xəzər donanmasının gəmilərindən buraxılan qanadlı“Kalibr” raketlərilə Suriyadakı hədəflərə zərbələr endirilib.

İstisna deyil ki, orada belə zərbələrə hazırlıq indi də aparılır. Hərbi ekspert, general-leytenant Yuri Netkaçevin fikrinə görə, Pentaqon Rusiyanı məşhur kimyəvi hücumda ittiham edərək, Tartus və Hmeymimdəki rus bazalarına qarşı “intiqam əməlləri” həyata keçirməyə qərar verərsə, Yaxın Şərqdəki amerikan obyektlərinə və bazalarına “Kalibr”lərlə zərbələr endirilə bilər.

ABŞ və müttəfiqlərinin Rusiya obyektlərinə zərbələr endirməsinin mümkünlüyü haqqında, Ağ Evdəki mənbələrə istinad edərək, “Reuters” agentliyi də söz açıb. Netkaçev əmindir ki, belə zərbələri Rusiya cavabsız qoymayacaq. Eyni zamanda “Yeni Amerika” təhlükəsizlik mərkəzinin eksperti Nikolas Heras “Foreign Policy” üçün yazdığı məqalədə təsdiq edir ki, ABŞ-ın Suriyaya mümkün zərbəsi bir il bundan öncəki zərbədən daha güclü olacaq. Onun fikrincə, “ABŞ-ın ötən il Şayrat hava bazasına endirdiyi zərbələr öz məqsədinə çatmayıb – hücumdan bir neçə saat sonra Suriya ordusunun təyyarələri bu aerodromdan uçmağa davam etdilər”.

Heras yazır: “Bəşər Əsədə hissediləcək ziyan vurulması və Donald Trampın təsəvvürünə görə, yetərli siqnal verilməsi üçün ABŞ daha çox hədəfə hücum etməli olacaq. Elə etməlidi ki, Suriya ordusunun hərbi imkanları sarsılsın”. Hərbi ekspert, polkovnik Vladimir Popov hesab edir ki, “İndi amerikalılardan hər şey gözləmək olar. Axı onlar Suriyada Bəşər Əsəd rejiminin möhkəmlənməsinə qarşıdır, deməli, onlar Rusiya və İrana da qarşıdır”.Vladimir Popov hesab edir ki, amerikan esmineslərindən buraxılan raketlərdən rus hərbçiləri ölərsə, o halda istisna deyil ki, ABŞ gəmiləri Rusiya raket və aviasiyasının hücumuna məruz qalacaq. Rusiyanın belə hərəkət etməsinin mümkünlüyü haqqında, məlim olduğu kimi, Rusiya baş qərargahının rəisi Valeri Gerasimov artıq xəbərdarlıq edib”.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:22
Dublində Prezident İlham Əliyevlə Paşinyanın görüşü gözlənilir

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ