Cümə axşamı günü, 12 noyabr 2026
     

Mötəbər dünya təşkilatları 11 aprel seçkilərinin legitimliyini birmənalı tanıdı

Image


Avropa İttifaqı Regional Komitə üzvlərinin müşahidə missiyası hesab edir ki, Azərbaycanda aprel ayının 11-də keçirilən prezident seçkiləri legitimdir. “Trend”in məlumatına görə, missiyanın üzvü, Estoniyadan olan beynəlxalq müşahidəçi Marf Vorklayev bu gün keçirdikləri brifinqdə deyib.

Müşahidəçi bildirib ki, seçkilər dinc, şəffaf və rəqabətlilik mühitində keçirilib. Seçicilərin sərbəst və gizli səsvermə hüquqları təmin edilib. Seçkinin nəticələri Azərbaycan xalqının iradəsini ifadə edir: "Seçki başa çatdıqdan sonra müşahidə missiyasının üzvləri 3 məntəqədə yekun səslərin sayılmasını izləyiblər. Səslərin sayılması prosesini digər müşahidəçilər də heç bir məhdudiyyət olmadan izləyə biliblər. Seçki məntəqələrində səsvermə prosesinə kənar müdaxilələr müşahidə edilməyib".

M.Vorklayev qeyd edib ki, seçkidə seçici fəallığı yüksək olub, səsvermə prosesi texniki və təşkilatı baxımından yaxşı təşkil edilib: "Müşahidə qrupumuzun səfər etdiyi demək olar ki, bütün məntəqələrdə səsvermə prosesinin onlayn izlənməsi üçün şərait yaradan veb kameralarla təmin edilib".

Fransa Senatının nümayəndəsi: “Təklif edəcəyik ki, Azərbaycanda prezident seçkilərində tətbiq edilən bəzi qaydalar bizdə də olsun”

Fransaya qayıtdıqdan sonra təklif verəcəyik ki, Azərbaycanda prezident seçkilərində tətbiq edilən bəzi qaydalar bizim ölkəmizdə də olsun. Bunu Fransa Senatının Azərbaycan dostluq qrupunun rəhbəri, deputat Pyer Alan Rafanin kabinet rəhbəri Yasin Lamaui deyib.

Onun sözlərinə görə, bunlar əsasən, iki məsələ ilə bağlıdır: "Əvvəla, məntəqələrdə kameralardan istifadə olunmasıdır. Bu hər bir vətəndaşa imkan verir ki, evində oturub seçkinin gedişini izləsin. İkincisi, qeydiyyatla bağlıdır. Bizdə olduğu ərazidən 800 km aralıda olan şəxs 2 gün ərzində gedibsə, qayıdıb, yaşadığı yerdə səs verməlidir. Burda isə sadəcə arayış təqdim etməklə hər kəs istədiyi yerdən səs verə bilər. Xüsusən, tələbələrin olduğu yer üzrə rahat səs verə bildiklərini gördük".

Y.Lamaui qeyd edib ki, onlar olduqları 15 məntəqədə seçki prosesinin qanunauyğun keçirildiyini görüblər: "Mən həm öz adımdan, həm də Fransa parlamenti adından İlham Əliyevi təbrik edirəm! Həqiqətən, seçki prosesinə tam əməl olunurdu. İştirakçılıq çox yüksək səviyyədə idi. Seçki məntəqələrinin üzvləri və müşahidəçilər təlimatlandırılmışdı. Qutular təlimata uyğun bağlı idi. Biz həm məntəqələrdə, həm də şəhərdə insanları müşahidə etdik. Onlarda böyük ruh yüksəkliyi vardı".

Senatın fəxri müşaviri Mişel Laflandr isə bildirib ki, seçki beynəlxalq norma və standartlara tam uyğun gəlirdi: "Müşahidəçinin vəzifəsi mühakimə etmək deyil, müşahidə etmək olmalıdır. Mən məntəqələrdə böyük ruh yüksəkliyi müşahidə etdim. Azərbaycanda insanlarda seçkiyə böyük həvəs gördük".

“Fransadan olan müşahidə qrupu Azərbaycanda prezident seçkilərinin şəffaflığını və səmərəli təşkilini yüksək qiymətləndirir. Bu da praktiki olaraq digər ölkələrdən olan müşahidəçilərin fikirləri ilə üst-üstə düşür”. Bunu mətbuat konfransında Fransa müşahidə missiyasının rəhbəri Mişel Teqo mətbuat konfransında deyib.

O bildirib ki, bütün seçicilərə, müşahidəçilərə və jurnalistlərə seçkilərdə iştirak və müşahidə etmək azadlığı verilmişdi ki, bu da seçkiləri səsvermədə iştirak etmək istəyən hər kəs üçün maksimum açıq edirdi.

M.Teqo Mərkəzi Seçki Komissiyası tərəfindən tətbiq edilən bülletenlər üçün qutuların şəffaflığı, seçicilərə ikinci dəfə səs verməyə imkan verməyən barmaqların işarələnməsi, həmçinin səsvermə prosesinin bütün iştirakçılarının təhlükəsizliyinə dəstək kimi müsbət metodları da qeyd edib.

Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi: “Seçkilər səmərəli qaydada və müsbət mühitdə təşkil olunub”

"Mərkəzi ofisi Brüssel şəhərində yerləşən Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin müşahidə missiyasının qənaətinə görə, aprelin 11-də keçirilən prezident seçkiləri azad keçirilib, səmərəli qaydada və müsbət mühitdə təşkil olunub. Kampaniya müddətində heç bir qayda pozuntusu qeydə alınmayıb". Bunu isə missiyanın rəhbəri, Mərkəzin baş icraçı direktoru Klod Monike bu gün keçirdikləri brifinqdə deyib.

O bildirib ki, aprelin 11-də Bakı ərazisində 20 seçki məntəqəsində müşahidə aparıblar: "Müşahidələr zamanı seçkilərin dinc, yüksək şəffaflıq, beynəlxalq standartlara riayət olunması şəraitində keçirilməsinin şahidi olduq. Müşahidələrimizə əsasən deyə bilərik ki, seçkilər azad, ədalətli, şəffaf şəkildə davam etdirilib. Seçicilərə heç bir təzyiqlər olmayıb. Müşahidə apardığımız 20 seçki məntəqəsinin nəticələri seçki prosesinin sonunda xüsusi qutuda möhürlənərək Mərkəzi Qərargaha göndərildi".

Klod Monike onu da əlavə edib ki, seçki zamanı qeydiyyat siyahıları hüquqi prosedura müvafiq olaraq təşkil olunub, xüsusi görünməz mürəkkəbdən istifadə edilib, məntəqələrdə veb kameralar quraşdırılıb: "Bütün bunlar seçki prosesinin şəffaflığını artırır. Beləliklə, Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi təsdiq edir ki, prezident seçkiləri ədalətli və legitimdir. Seçkinin nəticələri Azərbaycan xalqının iradəsini ifadə edib".

Azadlıq və Demokratiya Fondu: “Prezident seçkilərində bütün vətəndaşlar bərabər seçki hüququndan yararlanıb”

Azərbaycanda prezident seçkiləri qanunvericiliyə uyğun və beynəlxalq standartlar çərçivəsində keçirildi. Bu fikirləri mətbuat konfransında Azadlıq və Demokratiya Fondunun müşahidə missiyasının rəhbəri Pere Masias deyib.

O bildirib: “Biz prezident seçkilərinin təşkilində Azərbaycanın tətbiq etdiyi təcrübəni alqışlayırıq. Seçki məntəqələrinə girişdə heç bir məhdudiyyət yox idi, bütün seçicilər və müşahidəçilər açıq və şəffaf seçkilərin gedişinə nəzarət edə bilərdi”.

O, həmçinin seçki məntəqələrində təbliğat materiallarının istifadəsi kimi pozuntu hallarının olmadığını vurğulayıb və MSK-nın prezident seçkilərində iştirak çağırışı ilə bağlı səylərini yüksək qiymətləndirib: “Azərbaycanda seçkilər effektiv və peşəkar səviyyədə keçdi. Bütün vətəndaşlar bərabər seçki hüququndan yararlanıb”.

Bolqarıstan Azad və Demokratik Seçkilər Uğrunda Vətəndaş Təşəbbüsü: “11 aprel prezident seçkiləri beynəlxalq standartlara uyğun keçirilib və Azərbaycan xalqının iradəsini ifadə edir”

Bolqarıstanın Azad və Demokratik Seçkilər Uğrunda Vətəndaş Təşəbbüsü (GİSDİ) QHT-si Azərbaycanda aprelin 11-də keçirilən prezident seçkiləri ilə bağlı bəyanat verib. GİSDİ-nin Azərbaycanda keçirilən prezident seçkilərinin müşahidəsi üzrə seçki müşahidə missiyasinin rəhbəri Mixail Mirçev dünən keçirdikləri brifinqdə bəyanatda seçki kampaniyası və seçki günü aparılan müşahidələrin və seçkinin nəticələrinə əsaslanan qiymətləndirmənin əks olunduğunu deyib .

O bildirib ki, seçkiqabağı kampaniya və seçki günü apardıqları müşahidələr martın 29-da təqdim etdikləri Aralıq Hesabatda qeyd edilən əsas nəticə və faktları təsdiqləməyə imkan verir.

Bəyanatın mətnini açıqlayan M.Mirçev əlavə edib ki, seçki günü seçki prosesi normal təşkil edilmişdi. Secicilərə heç bir təzyiq göstərilməsi müşahidə edilməyib. Secki idarəetmə orqanları və ya daha aşağı instansiya komissiyalarına - Dairə Seçki Komissiyalarına qarşı ictimai nümayiş halları baş verməyib: "İlkin faktlar və nəticələrə əsasən belə qənaətə gəlirik ki, GİSDİ-nin müşahidəçiləri heç bir problem olmadan məntəqələrə daxil olublar. Seçki qutularının möhürlənməsi ilə bağlı heç bir pozuntu qeydə alınmayıb".

M.Mirçevin sözlərinə görə, səsvermə prosesi şəffaf keçib, səsvermə kabinəsindən kənarda səsvermə halları müşahidə edilməyib: "Qutulara topa bülletenlərin atılması və ya bir seçicinin bir neçə nəfərin yerinə səs verməsi cəhdləri müşahidə edilməyib. Səsvermə məntəqəsinin heyət üzvləri və digər rəsmilər tərəfindən seçicilərə hansısa namizədə səs vermələri ilə bağlı təzyiqin göstərilməsi halları qeydə alınmayıb, hansısa namizədin xeyrinə təbliğatın aparılması müşahidə edilməyib. Səsvermə prosesinə kənar müdaxilələr olmayıb".

M.Mirçev deyib ki, səslərin hesablanması prosesi şəffaf aparılıb. Bu proses zamanı heç bir ciddi qanun pozuntuları qeydə alınmayıb: "Ümumilikdə seçki prosesi şəffaf aparılıb və seçki nəticələrinə mümkün təsir edə biləcək ciddi qanun pozuntuları müşahidə edilməyib. Beləliklə, GİSDİ belə qənaətə gəlir ki, 11 aprel prezident seçkiləri beynəlxalq standartlara uyğun keçirilib və Azərbaycan xalqının iradəsini ifadə edir".

Avropa Parlamentində Mühafizəkarlar və Reformistlər Qrupu: “Səslərin sayılması peşəkarcasına, düzgün və şəffaf şəkildə aparılıb”

"Avropa parlamentində Avropa Mühafizəkarlar və Reformistlər qrupunun (ECR) üzvlərindən ibarət missiyamız bəyan edir ki, 11 apreldə keçirilən prezident seçkiləri bəzi çatışmazlıqların qeydə alınması ilə müşahidə olunsa da, onlar səsvermənin son nəticələrinə təsir göstərməyib". Bunu missiyanın üzvü, Polşadan olan müşahidəçi Beata Sobkeviç prezident seçkilərinin nəticələri ilə əlaqədar keçirdikləri brifinqdə deyib.

Onun sözlərinə görə, ümumilikdə bu seçkilər peşəkar və hüquqi qaydada və dinc, azad, şəffaf mühitdə həyata keçirilib: "Bir sıra seçki məntəqələrində səslərin sayılması prosesini müşahidə etdik. İştirak edən bütün müşahidəçilərin fikrincə, səslərin sayılması peşəkarcasına, düzgün və şəffaf şəkildə aparılıb. ECR nümayəndə heyəti seçki prosesi, heyətin hazırlığı, seçicilərin maarifləndirilməsi və ümumi prosedurlar baxımından əldə olunan təkmilləşdirmələri təqdir edir. Missiyamıza çoxsaylı digər beynəlxalq və yerli seçki müşahidə qrupları da qoşulub. Azərbaycanda olduğumuz müddətdə onlarla ünsiyyət qurduğumuz zaman, onların fəaliyyətinə hər hansı manelərin yaradıldığını görmədi".

Portuqaliya müşahidə missiyasının rəhbəri: “Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələri xalqın seçimidir”

Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələri xalqın seçimidir. Bunu mətbuat konfransında Portuqaliya müşahidə missiyasının rəhbəri Mario Deyvid deyib.

M.Deyvid əlavə edib ki, Azərbaycanda prezident seçkiləri pozuntusuz və qanunvericiliyə uyğun, demokratiya və ədalətli seçki prinsiplərinə əməl olunmaqla keçirilib.

O bildirib ki, bütün namizədlərə öz fikirlərinin seçicilərə çatdırılması üçün zəruri şərtlər yaradılmışdı: “Seçki prosesi açıq və şəffaf keçdi. Seçicilərin fəallığı 74,51 faiz təşkil etdi. Bu isə xalqın öz fikrini bildirmək və seçim etmək arzusunu əks etdirir”.

Mərkəzi Seçki Komissiyası tərəfindən tətbiq olunmuş müsbət praktikadan danışan M.Deyvid seçki günü ərzində keçirilən rəy sorğularını qeyd edib.

İtaliya müşahidə missiyası: “Səslərin sayılması mütəşəkkil və düzgün qaydada aparıldı”

GİSDİ QHT-nin dəvətilə Azərbaycanda səfərdə olan İtaliyanın keçmiş senatorlarından ibarət qrup aprelin 11-də keçirilən prezident seçkiləri zamanı seçki prosedurlarının şəffaflıq səviyyəsini qiymətləndirib.

Qrupun üzvü Franko Orsi bildirib ki, seçki günü ölkədə vəziyyət sakit və dinc olub, polis tərəfindən seçkiyə müdaxilə halları qeydə alınmayıb. Bülletenlərdə namizədlərin siyahısı düzgün qeyd olunub: "Səsvermədən əvvəl məntəqələrdəki seçki qutularında heç bir bülleten olmayıb. Seçicilər şəxsiyyət vəsiqələrinin qeydiyyat siyahısı ilə uyğunlaşdırma rolu ilə müəyyən edilirdi. Seçicilərin iştirakının təsdiqlənməsi üçün onların barmaqlarına xüsusi gözəgörünməz mürəkkəb vurulurdu".

F.Orsi əlavə edib ki, seçki günü yüksək seçici fəallığı müşahidə olunub. Seçki günü seçki məntəqələrinə gəlmək imkanı olmayan seçicilər üçün evlərində səs vermək imkanı yaradılıb və seçki məntəqələrində əlillər üçün pantuslar quraşdırlmışdı: "Səsvermə bitdikdən sonra bizə digər müşahidəçilərlə birlikdə səslərin sayılması prosesində iştirak etməyə icazə verildi. Səslərin sayılması mütəşəkkil və düzgün qaydada aparıldı. İtaliyalı müşahidəçilər kimi seçkilərin azad və şəffaf keçirilməsindən razılığımızı bildiririk. Seçicilərin heç bir müdaxilə olmadan sərbəst şəkildə səsvermə hüquqlarından istifadə etməsindən məmnunluq duyuruq".

Moldova parlamenti sədrinin müavini: “Azərbaycanda bir sıra ölkələrə nümunə ola biləcək seçki keçdi”

Azərbaycan xalqını bu böyük əhəmiyyətli hadisə və İlham Əliyevin yenidən prezident seçilməsi münasibətilə təbrik edirəm! Dünənki seçki tam azad və demokratik şəraitdə keçdi. Bunu Azərbaycandaki prezident seçkisinin gedişatını müşahidə etmiş Moldova parlamenti sədrinin müavini, Xarici siyasət və Avropaya inteqrasiya üzrə komissiyanın, eləcə də Moldova-Azərbaycan dostluq qrupunun üzvü Vitiuc Vladimir bildirib.

Onun sözlərinə görə, seçki prosesi elə təşkil olunmuşdu ki, saxtakarlıq etmək mümkün deyildi: "Seçki yüksək təşkilatçılıqla və intizamlı keçdi. Bütün namizədlərə və seçicilərə eyni şərait yaradılmışdı. Biz burda saxtalaşdırmaya imkan verməyən yeniliklər gördük. Azərbaycanda bir sıra ölkələrə nümunə ola biləcək seçki keçdi".

O əlavə edib ki, Azərbaycanda beynəlxalq müşahidəçilər üçün çox yaxşı və əlverişli şərait yaradılıb, onların seçki prosesi ilə bağlı bütün suallari cavablandırılıb.

Finlandiya müşahidə missiyası: “Azərbaycanda prezident seçkiləri hər hansı kənar müdaxilə olmadan keçirildi”

Azərbaycanda prezident seçkiləri səsvermə prosesinə hər hansı kənar müdaxilə olmadan keçirildi. Finlandiyadan olan müşahidə qrupunun rəhbəri, sabiq deputat Djuha Korkeaoya mətbuat konfransında belə deyib.

O qeyd edib: "Bizim müşahidələrimiz göstərdi ki, seçki məntəqələrinin yaxınlığında hər hansı seçki kampaniyası keçirilməyib, məntəqələrə giriş hamı üçün, o cümlədən 900 xarici müşahidəçi üçün sərbəst idi. Bu da şəffaflığın göstəricisidir".

D.Korkeaoya bildirib ki, Azərbaycan Mərkəzi Seçki Komissiyası Fransa və ABŞ təşkilatları tərəfindən seçicilər arasında sorğuların keçirilməsi üçün də bütün zəruri şəraiti yaratmışdı: "Bütün yuxarıda deyilənlər Azərbaycanda prezident seçkilərinin açıqlığının ən yaxşı göstəricisidir".

Bosniya müşahidə missiyası: “Prezident seçkilərinin nəticələri Azərbaycanın inkişafının zəmanətidir”

Azərbaycanda prezident seçkilərinin nəticələri ölkənin inkişafının zəmanətidir. Bunu isə Bosniya və Herseqovina parlamentinin nümayəndəsi Predraq Kojul mətbuat konfransında deyib.

O qeyd edib: "Biz seçkilərdə müşahidə kimi iştirak etmək dəvətini böyük məmnuniyyətlə qəbul etdik. Seçki prosesini diqqətlə müşahidə etdik".

P.Kojul vurğulayıb ki, beynəlxalq müşahidəçilər və QHT-lərin işi üçün bütün şərait yaradılmışdı: "Pozuntu qeydə alınmayıb, seçicilər fəal şəkildə səs verib. Səsvermə prosesi yüksək səviyyədə təşkil olunub".

O, müsbət məqam kimi seçkilərdə gənclərin fəallığını və məhdud imkanlı şəxslərin səs verməsi üçün yaradılan imkanları qeyd edib.

TürkPA və Türk Şurası da Azərbaycanda prezident seçkilərini yüksək qiymətləndirib

Azərbaycanda prezident seçkiləri açıq, şəffaf, milli və beynəlxalq qanunvericiliyə uyğun keçdi. Bu barədə Türkdilli ölkələrin Parlament Assambleyası (TürkPA) və Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının birgə bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, Azərbaycanda xalqın iradəsini sərbəst ifadə etməsi üçün, o cümlədən fiziki məhdudiyyəti olan şəxslər üçün bütün tədbirlər görülüb.

Bundan başqa, vurğulanıb ki, beynəlxalq və yerli müşahidəçilər üçün bütün şərtlər yaradılmışdı.

Şanxay Əməkdaşlıq Təşkilatı: “Azərbaycan xalqı öz gələcəyini müəyyənləşdirib və bu gələcək parlaqdır”

"Azərbaycanda seçkilər yüksək rəqabət şəraitində demokratik, şəffaf keçirilib. Azərbaycan xalqı öz gələcəyini müəyyənləşdirib və bu gələcək parlaqdır". Şanxay Əməkdaşlıq Təşkilatının missiya üzvü Rəşid Alimov Kutbidinoviç prezident seçkilərinin nəticələrinə həsr olunan brifinqdə belə deyib.

O, Azərbaycana seçki prosesini izləmək üçün Xarici İşlər nazirliyinin dəvəti ilə aprelin 5-də gəldiklərini deyib.

R.A.Kutbidinoviç qeyd edib ki, 16 təcrübəli missiya üzvü Bakı, Gəncə, Sumqayıt şəhəri və Abşeron rayonunda müşahidələr aparıb. Missiya müşahidələrin nəticələrini bu gün MSK-ya təqdim edəcək, daha sonra isə təşkilatın saytında yerləşdiriləcək: "Azərbaycanda seçkinin keçirilməsi üçün bütün lazimi şərait yaradılıb, seçkidə əlillərin də iştirakı təmin edilib, məntəqələrdə videomüşahidələr aparılıb. Bu da istənilən vətəndaşa imkan verirdi ki, seçkini izləsin".

Böyük Britaniya nümayəndə heyəti: “Azərbaycanda keçirilmiş prezident seçkiləri yaxşı təşkil olunmuşdu”

Azərbaycanda keçirilmiş prezident seçkisi yaxşı təşkil olunmuşdu. Bunu Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü Devid Tomas Moris prezident seçkilərinin yekunlarına dair dünən təşkil olunan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Britaniyadan gəlmiş nümayəndə heyəti ilə birgə 7 seçki məntəqəsində olublar: "Müşahidələrimiz göstərdi ki, hər şey çox gözəl təşkil olunmuşdu. Seçicilərin gəlməsindən başlamış səsverməyə qədər".

Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü Devid Evans isə qeyd edib ki, seçki məntəqələrində olarkən komissiya üzvləri onları çox yaxşı qarşılayıb: "Seçki prosesi açıq və şəffaf keçirilmişdir".

Britaniyanın "London Post" qəzetinin baş redaktoru Şahid Qureşi də seçkilərlə bağlı öz fikirlərini bölüşüb: "Məntəqələrdə yerli müşahidəçilər və media nümayəndələri vardı. Onlar çox fəal idilər. Bu göstərir ki, Azərbaycanda insanlar seçkiyə çox fəallıqla yanaşıblar".

Rumıniya nümayəndə heyəti: “Azərbaycanda prezident seçkiləri Avropa standartlarına uyğun keçirildi”

Azərbaycanda prezident seçkiləri Avropa standartlarına uyğun keçirildi. Bunu mətbuat konfransında Rumıniya Deputatlar Palatasının üzvü Viktor Pantu prezident seçkilərinin yekunlarına dair bu gün təşkil olunan mətbuat konfransında deyib.

O bildirib ki, müşahidə zamanı bir neçə seçki məntəqəsində olub: “Səsvermə Avropa standartlarına uyğun keçirildi".

Çexiya nümayəndə heyəti: “Azərbaycanda prezident seçkiləri demokratik şəraitdə baş tutub”

Azərbaycanda prezident seçkiləri demokratik şəraitdə baş tutub. Çexiya Deputatlar Palatasının üzvü, Avropa İşləri üzrə komitənin sədr müavini Yirji Valenta prezident seçkilərinin yekunlarına dair dünən təşkil olunan mətbuat konfransında belə deyib.

Seçkiləri müşahidə edən Y.Valenta əlavə edib ki, səsvermə zamanı hər hansı qanun pozuntusu ilə rastlaşmayıblar.

Y.Valenta qeyd edib ki, o, həmkarı Yaroslav Holiklə birgə 14 məntəqədə olub və hər hansı qanun pozuntusu ilə rastlaşmayiblar.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:22
Dublində Prezident İlham Əliyevlə Paşinyanın görüşü gözlənilir

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ