“Azərbaycanın çevikliyi və müdrik xarici siyasəti Azərbaycana bütün qonşularla yaxşı münasibətlərdə olmağa imkan verir”. Trend-in məlumatına görə, bu barədə “Al Jazeera” telekanalında Azərbaycanda prezident seçkilərinə həsr olunmuş reportajında deyilir.
Qeyd olunur ki, hazırda Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardandır: “Ölkə Rusiya və Qərblə balanslaşdırılmış münasibətləri dəstəkləyir. Bir çoxları Azərbaycanı irimiqyaslı mədəni və idman tədbirləri keçirən beynəlxalq oyunçu kimi tanıyır”.
Bundan başqa, reportaj zamanı Böyük Britaniyanın “Chatham House” proqramının analitiki Stanislav Pritçin qeyd edib ki, Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunması sahəsində əsas tərəfdaşlarından biridir.