Bazar günü günü, 29 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
7 dövlətin Ukrayna uğrunda Rusiyaya qarşı alyansı...
Tarix: 01.09.2014 / 09:11
Bölmə: Siyasət
Ukraynanın şərqində gedən müharibə yeni mərhələyə keçir. Donetsk və Luqanskda Ukrayna ordusuna qarşı döyüşən yaraqlılara indiyədək Rusiyadan gələn ayrı-ayrı könüllülər qoşulurdusa, indi artıq rus ordusuna aid bütöv nizami hərbi hissələr köməyə gəlir. Bu barədə faktlar da var. Belə ki, NATO separatçılara dəstək vermək üçün Ukraynaya girən Rusiya hərbi birliklərinin peyk görüntülərini yayıb.
NATO generalı Niko Tak mindən çox rus hərbçisinin separatçılara kömək etmək üçün Ukrayna torpaqlarına girdiyini bildirib: "NATO havadan müdafiə silahları, top, tank və zirehli texnika da daxil olmaqla, Ukrayna torpaqlarında çox sayda Rusiya hərbi texnikasının olduğunu qeydə alıb. Bu, "buz dağı"nın yalnız görünən hissəsidir... Peyk şəkilləri də bu silahların Ukraynanın şərqində separatçılara dəstək olmaq üçün istifadə edildiyini göstərir".
NATO rəsmisi Ukraynanın şərqindəki qarşıdurmalarda vəziyyətin hələ də Ukraynanın lehinə olduğunu bildirməklə yanaşı, Rusiyanın tarazlığı dəyişdirməyə çalışdığını da qeyd edib. O, rus hərbçilərinin Ukrayna təhlükəsizlik qüvvələri ilə birbaşa qarşıdurmalara girdiyinə dair dəqiq dəlillərin olduğunu bildirərək qeyd edib ki, Rusiya Ukrayna ilə sərhədə 20 min ordu toplayıb və bu birliklər ağır silahlarla təchiz olunmuş vəziyyətdə sərhəddə gözləyir.
Rusiya isə Ukraynaya tank göndərməsi ilə bağlı xəbərləri təkzib edir və bu texnikanı separatçıların Ukrayna ordusundan ələ keçirdiyini iddia edir. Lakin Londonda yerləşən Strateji Araşdırmalar üzrə Beynəlxalq İnstitut (İİSS) ekspertləri bildirib ki, onlar şərqi Ukraynadakı separatçılara məxsus kolonda sadəcə Rusiyadan gələ biləcək tankları müşahidə ediblər. İİSS analitiki Жoseph Dempsey BBC-yə Şərqi Ukraynanın Sverdlovsk, Luqansk bölgəsində avqustun 26-da çəkildiyi bildirilən videogörüntüləri tədqiq edib. Videoda hərbi maşın karvanı nümayiş olunur. Bu tanklar Rusiya Ordusu tərəfindən geniş istifadə edilir, lakin onların Rusiyadan kənara ixrac edilmədiyi də məlumdur.
İİSS-ə görə, bu cür texnikanın Ukraynada olması onu göstərir ki, Rusiya separatçı qüvvələri açıq silahla təchiz edir. İndiyə qədər inkar edilənlər isə Moskvanın Şərqi Ukraynadakı "ikibaşlı müharibə" strategiyasının əsasını təşkil edib.
İİSS deyir ki, müşahidə edilmiş ilk separatçı tankları T-64BV olaraq təsbit edilib. Ukrayna donanması əsasən bu texnika ilə təchiz edilib. Buna görə ilkin olaraq güman edilirdi ki, bu texnika hökumət qüvvələri ilə qarşıdurma zamanı ələ keçirilib, ya da böhranın olduğu ərazilərdə yerləşən silah anbarlarından götürülüb. Lakin sonradan NATO bu tankların Rusiya tərəfindən təchiz edilməsinə dair güclü dəlillər ortaya çıxarıb. Ona görə də mümkündür ki, Rusiyanın ehtiyaclarından artıq bir neçə T-64BV separatçı qüvvələrə göndərilsin. NATO-nun peykdən çəkdiyi şəkillər və Rusiyanın Ukraynada əsir düşmüş hərbçilərinin dindirilməsi də Moskvanın dediklərinin əksini sübut edir.
Rusiya ordusunun ölkə ərazisinə girməsi barədə məlumatların artdığı bir vaxtda Ukrayna ordusu da ölkənin şərqinə əlavə ordu qüvvələri toplamağa başlayıb. Bununla yanaşı, torpaqlarında üçüncü cəbhə açılan Ukrayna tam üzvlük üçün NATO-ya müraciət edəcəyini bildirib. Bu barədə açıqlama verən Ukrayna baş naziri Arseniy Yatsenyuk hökumətin parlamentə bununla bağlı layihə təqdim etdiyini və Qərblə Rusiya arasında olan Ukraynanın heç bir bloka qoşulmama barədə qərarın lağv edilməsinin vacib olduğunu bildirib. NATO-nun baş katibi Anders Fogh Rasmussen isə Ukraynanın NATO üzvlüyü müraciətinə baxıla biləcəyini bildirib.
Ekspertlərə görə, Ukraynanın Qərbyönümlü hökumətinin Rusiya ilə münasibətlərindəki gərginlik və digər tərəfdən Moskvanın Ukraynanın şərqinə hərbi müdaxilə etməsi barədə xəbərlərin artması Kiyev rəhbərliyini açıq şəkildə NATO üzvlüyündən danışmağa məcbur edib.
Bu siyasət isə keçmiş Ukrayna prezidenti Viktor Yanokoviçin 2010-cu ildə hakimiyyətə gəldiyi gündən sonra apardığı siyasətin tam əksidir. Hələ Ukraynanın Qərbmeyli keçmiş prezidenti Viktor Yuşşenko 2004-cü ildə "narıncı inqilab"la hakimiyyətə gəldikdən sonra NATO üzvlüyünü dəstəkləmişdi. Ancaq Rusiya rəhbərliyi bu tələbə qəti şəkildə qarşı çıxdı və bunun Rusiyanın milli təhlükəsizliyi üçün böyük təhdid olacağını açıqladı. İndi də Ukrayna rəhbərliyinin NATO açıqlamasına Rusiya çox sərt şəkildə reaksiya verib. NATO-ya müraciət qərarının ardından Rusiya prezidenti Vladimir Putin Qərb ölkələrinə Rusiyanın nüvə gücünü xatırladıb və "Bizimlə qarşıdurmaya girməmək ən yaxşısı olar" deyə hədələyici mesaj göndərib.
Kimsənin Rusiya ilə qarşıdurmaya getməyi ağlının ucundan keçirəcəyinə inanmadığını deyən Putin "Rusiya, hər hansı böyük bir qarşıdurmaya girməkdən uzaqdır. Bunu istəmirik, bunu etməyi də düşünmürük, lakin buna baxmayaraq, hər zaman Rusiyaya qarşı bütün hücumları dəf etməyə də hazırıq. Əməkdaşlarımızın ölkələri nə vəziyyətdə olursa-olsun, hansı xarici siyasət anlayışına uyğunlaşırsa-uyğunlaşsın, hər zaman bizimlə qarşıdurmanın onlar üçün pis olacağını bilmələri lazımdır. İndiki vaxtda Rusiyaya qarşı böyük bir qarşıdurma başlamaq fikrinin kimsənin ağlının ucundan belə keçmədiyini düşünürəm" - deyərək, Rusiyanın dünyanın ən güclü nüvə dövlətlərindən biri olduğunu xatırladıb.
Qərblə Rusiya arasında yeni gərginlik ocağı Arktik bölgəsində zəngin enerji qaynaqları məsələsinə də toxunan Putin Rusiyanın gələcəkdə şimaldakı buzların əriməsi ilə ortaya çıxan enerji qaynaqları və ticarət yollarına diqqət çəkərək, Qərblə qarşıdurmanın daha da şimala daşına biləcəyini və bunun uzun sürə biləcəyini deyib və qeyd edib ki, "maraqlarımız Arktikada sıxlaşır. Oradakı mövqeyimizi gücləndiririk".
Mütəxəssislər də Rusiyanın Ukraynanın NATO üzvlüyünü asan qəbul etməyəcəyini və bu vəziyyətdə, eləcə də bundan sonrakı mərhələdə açıq şəkildə Ukraynanın şərqinə və cənub-şərqinə hərbi müdaxilə edəcəyini bildirir.
Ukrayna ilə Rusiya arasında gərginliyin artması fonunda beynəlxalq cəmiyyət də Rusiyanın müdaxilələrini dayandırmaq üçün çarə axtarışlarını davam etdirir. Məlumatlara görə, 7 NATO üzvü ölkə hərbi yolla Rusiyanın Ukraynaya təcavüzünün qarşısını almağı planlaşdırır. "Financial Times" qəzeti iddia edir ki, NATO ölkələri Moskvanın Ukraynaya təzyiqini dayandırmaq üçün 10 min nəfərlik ordu yaratmağı planlaşdırır. Qəzetə görə, bu ölkələr İngiltərə, Danimarka, Hollandiya, Litva, Estoniya, Latviya, Norveç və Hollandiyadır. "Financial Times" Kanadanın da bu orduya əsgər göndərəcəyini bildirir.
Bu arada Belçikanın paytaxtı Brüsseldə bir araya gələn Avropa Birliyi liderləri isə Rusiyaya qarşı gözlənilən yeni sanksiya qərarlarını müzakirə edib. Sammitdə bəyan edilib ki, Ukraynada münaqişə geridönməz nöqtəyə yaxınlaşıb. Müzakirələrə qatılan Ukrayna dövlət başçısı Petro Poroşenko bölgənin geriyə dönüşü olmayan nöqtəyə çox yaxın olunduğunu, bunun da genişmiqyaslı müharibə olduğunu bildirib: "Beynəlxalq cəmiyyət böhranın həlli üçün dərhal hərəkətə keçməlidir".
Avropa Birliyi sammiti başa çatandan sonra açıqlama verən Birliyin prezidenti Van Rompuy bildirib ki, bir həftəyə Rusiyaya qarşı yeni sanskiyalar təklifləri hazırlanacaq. Hələlik sanskiyaların iqtisadiyyatın hansı sektorlarına aid olacağı dəqiq açıqlanmır. Ehtimala görə, bunlar energetika və maliyyə sahələrinə aid olacaq. Britaniyanın baş naziri Devid Kameron isə Rusiyanın SWİFT nağdsız pul köçürmə sistemindən çıxarılmasını təklif edir. Bu, indiyədək yalnız İrana tətbiq olunub. O vaxtdan İran aldığı malların əvəzini nağd pulla və ya da qızılla ödəyir, yəni fiziki şəkildə pul və ya qızıl daşımaqla.
Almaniyanın kansleri Angela Merkel isə sanksiyaların Ukrayna ətrafında vəziyyətin dəyişməz qalacağı və ya daha da pisləşəcəyi təqdirdə tətbiq ediləcəyini bildirib.
Ukrayna prezidenti Poroşenkonın sözlərinə görə, yeni məhdudedici tədbirlərin tətbiq edilməsi bazar ertəsi Minskdə keçəcək Ukrayna, ATƏT və Rusiya təmas qrupunun danışıqlarının nəticəsindən asılıdır: "Mənim üzv ölkələrin əksəriyyəti tərəfindən bəyənilmiş təkliflərimə əsaslanaraq, yeni sanksiyaların - sektorlar üzrə üçüncü səviyyəli sanksiyaların tətbiq edilməsinə izn verilir".
Eyni zamanda Ukrayna prezidenti bildirib ki, AB Ukraynaya 1 milyard avro maliyyə yardımı ayıracaq və bu, Ukrayna ordusunun döyüş qabiliyyətini qaldırmaq imkanı verər: "Biz Ukrayna üçün kredit qismində 1 milyard avro məbləğində makro-maliyyə yardımının üçüncü mərhələsinin qəbul edilməsi üzrə razılığa gəlmişik. Əlavə olaraq ilin sonunadək Ukrayna 510 milyon avro kredit alacaq və Ukraynanın bu ağır vəziyyətində, AB tərəfindən dəstək olaraq, qrant kimi 250 milyon avro təqdim ediləcək".
Onu da qeyd edək ki, Ukraynada bir neçə gün əvvəl ciddi şəkildə sıxışdırılan separatçılar Rusiya ordusunun dəstəyi ilə yenidən dönüş yarada biliblər. Belə ki, avqust ayının ikinci yarısında döyüş bölgələrindən Ukrayna qoşunlarının hücumlarının tükənməsi haqda xəbərlər gəlir. Donetsk vilayətinin şərqində İlovaysk və Starobeşevo rayonlarında Ukrayna hərbi hissələri mühasirəyə alınıb.
Rusiyameylli qüvvələr gözlənilmədən Ukrayna qoşunlarının arxasından, Azov dənizi sahilində Rusiya-Ukrayna sərhədindən güclü hücuma keçərək Novoazovsk şəhərini də zəbt ediblər. Son məlumatlara görə, separatçılar ölkənin cənub-qərbində yerləşən Yalta qəsəbəsi üzərində nəzarəti ələ alaraq Mariupol ətrafını keçməklə Azov dənizinə çıxıblar. İndi onlar strateji əhəmiyyəti olan Mariupol şəhərinə hücuma hazırlaşır.
DİGƏR XƏBƏRLƏR
Tarix: 29.11.2026 / 21:32
Rusiya Rəşt - Astara dəmiryolunun inşası üçün tam səlahiyyət aldı...
Tarix: 29.11.2026 / 21:16
Ukraynanın hücumları Berlini təşvişə saldı
- Baltik dənizində təhlükəli ssenari... Rusiya NATO-nu hədəfə ala bilər...
Tarix: 29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...
Tarix: 29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı"
- ümidlər hələ sönməyib...
Tarix: 29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı
- Kiyevin addımlarından bezmişəm...
Tarix: 29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır
– Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...
Tarix: 29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…
Tarix: 28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
Tarix: 28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
Tarix: 28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
Tarix: 28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
Tarix: 28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
Tarix: 26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...
Tarix: 26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
SON XƏBƏRLƏR
29.11.2026 / 21:32
Rusiya Rəşt - Astara dəmiryolunun inşası üçün tam səlahiyyət aldı...
29.11.2026 / 21:16
Ukraynanın hücumları Berlini təşvişə saldı
- Baltik dənizində təhlükəli ssenari... Rusiya NATO-nu hədəfə ala bilər...
29.11.2026 / 20:44
Tehran MAQATE-yə şərt qoydu
– ABŞ və İsraili pisləməsəniz, yoxlama olmayacaq...
29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...
29.11.2026 / 19:56
OPEC+ ölkələrindən gözlənilməz qərar
– yeddi ölkə hasilat müzakirələrini dayandırır...
29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi
– Türkiyə səfiri XİN-ə çağırıldı...
29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı
– dörd diplomat ölkədən qovuldu...
29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı"
- ümidlər hələ sönməyib...
29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır
– aktyor Makkonaki və şərhçi Karlson...
29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı
- Kiyevin addımlarından bezmişəm...
29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə
– Zelenskidən Putin və Trampa mühüm mesaj...
29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır
– Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...
29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub
– “Starlink”lə bağlı SENSASİON İDDİA...
29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır
– Pakistan Səudiyyəyə qoşun göndərdi...
29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü
– gəmilərdə yanğın başladı...
29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi
– İrandan Vaşinqton və Təl-Əvivə mesaj...
29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı
29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…
29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” -
"Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...
28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı
- Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...
28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr...
Etirazlar nəzarətdən çıxdı...
28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı
– israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...
28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid
– Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...
28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü
- Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...
28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə...
“Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...
28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir?
- Agentlikdən açıqlama...
28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası
– ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...
28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı
28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA
– Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…
28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..
28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı
– Bakıda 3300 manatlıq oğurluq…
28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı
– bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...
28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...
28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır
- ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...
28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı
28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..
28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?
28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki…
Qalıq yeməkləri təyyarəyə götürüblər…
27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...
27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...
27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...
27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?
27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür
27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək
27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs:
"Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib
27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır
27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var -
adam rüşvəti kimdən alıb...
27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir -
siyahıda Türkiyə və Qırğızıstan da var...
27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...
27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi
27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür...
Konstitusiya uğrunda...
27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir -
siyasi qərar verildi...
27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...
27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi
27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu
– Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...
27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi
27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar
27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq
– Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...
27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...
27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...
27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı
27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir
– biz hücum etmədik...
27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal
– Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi
27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası
– məşhur aparıcı və həyat yoldaşı saxlanıldı
27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı –
45 milyard avronun taleyi...
27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi
– Bakıdan müsbət mesajlar verildi...
27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı
27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu
27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
XƏBƏR ARXİVİ