Bazar günü günü, 29 noyabr 2026
     

"Kəbə dağıdılacaq, İstanbul alınacaq"

Image


Hələ də zərərsizləşdirilmsi mümkün olmayan İŞİD terror təşkilatı dünya üçün ciddi təhdid mənbəyi olaraq qalmaqda davam edir. Məsələnin narahatlıq doğuran tərəflərindən biri isə İŞİD-in qardaş Türkiyəni ciddi şəkildə hədələməsi və burada kök salmağa çalışmasıdır. İŞİD Türkiyədə möhkəmlənəcəyi təqdirdə Azərbaycan üçün də ciddi problemə çevrilə bilər.
Məhz belə bir vaxtda Türkiyədə Cumhuriyyət Xalq Partiyasının (CHP) millət vəkili Atilla Kart İŞİD terror təşkilatının Konya şəhərindəki fəaliyyəti haqda yazılı açıqlama ilə çıxış edib. Terror təşkilatı barədə faktları ictimaiyyətə açıqlayan Kart gəncləri İŞİD-ə yönəldən kitabxanalar və müəllimlər barədə danışıb. Atilla Kart gənclərə cihad adı altında təlim keçib onları terrora yönəldən müəllimlərin adlarının Konya təhlükəsizlik orqanlarına məlum olduğuna diqqət çəkib: "Bu gəncləri öyrədən, cihad adı altında yönəldən müəllimlərin adı təhlükəsizlik orqanlarına məlumdur. İstanbulda toplantılar təşkil edib, açıq havada bayram namazı qılıb "cihad" qışqıranlar haqqında təhlükəsizlik orqanlarının məlumatı var". O, İŞİD-ə qoşulan gənclərin Kilis ərazisindən Suriyaya keçirildiyini bildirib: "Aparılan təbliğatlarda Kəbə dağıdılacaq, İstanbul alınacaq" deyilir. Anıtkabir, Mövlana muzeyi və Hacı Bektaş Vəli türbəsi hədəfə alınır. Türkiyənin kafir məmləkəti olduğu haqqında təbliğat aparılır". Millət vəkili konyalı ailələrin artıq öz övladlarından qorxduğunu bildirib. Onun sözlərinə görə, gənclərə təlim keçirilməsi və onların Suriyaya göndərilməsi haqqında təhlükəsizlik orqanlarının məlumatı olsa da, heç bir tədbir görülmür.
Çox maraqlıdır ki, belə bir vaxtda Böyük Britaniyanın "Daily Mail" qəzeti İŞİD-ə qoşulmaq üçün Suriyaya gedənlərin Türkiyə ərazisindən sərhədi asanlıqla keçdiyini bildirir. "Daily Mail" qəzetinin müxbiri Sam Qrenhill avropalıların, qərblilərin və dünyanın bir çox ölkələrindən gələn cihadçıların Suriyaya necə keçdiyini araşdırmaq məqsədilə Türkiyənin Hatay vilayətində olub. Müxbir əvvəl Qaziantepə, oradan da Hataya gedib. O, Suriya sərhədində təhlükəsizliyin qorunmadığını yazıb. Onun yazdıqlarına görə, Suriyaya getmək istəyənlər Türkiyə sərhədindən rahatlıqla keçərək bu ölkədə İŞİD-ə qoşulur. Türk əsgərlərinin sərhəddə nadir hallarda patrul xidmətinə çıxdığını iddia edən S.Qrenhill sərhəd gözətçilərinin sərhəddən qanunsuz keçənlərə çox xırda məbləğdə rüşvət - cəmi-cümlətani 10 dollar "şirinlik" müqabilində göz yumduqlarını qeyd edib. Жurnalist yazır ki, sərhədi keçən şəxslər Hatay və Kilis şəhərlərinə çatdıqdan sonra 48 saat ərzində İŞİD üzvləri tərəfindən qarşılanıb Suriyada yerləşən düşərgələrə aparılır.
S.Qrenhillin qeydlərinə görə, bu yol vasitəsilə hər gün təxminən 20 nəfər Suriyaya keçərək İŞİD-ə qoşulur. S.Qrenhill radikal qruplara qatılan ingilislərin sayının 1000-ə çatdığını, bunlardan 250-nin də ölkələrinə geri qayıtdığını yazıb. Qeyd edək ki, Azərbaycandan Suriyaya döyüşməyə gedənlər də əsas nəqliyyat yolu kimi Türkiyəni seçir. Mətbuatda Suriyaya döyüşməyə gedənlərin öncə Türkiyəyə getməsi, oradan da Suriya ilə sərhəddən keçməklə cihadçılara qoşulması haqda xəbərlər yer alıb. Azərbaycandan Suriyaya gedənlərin böyük əksəriyyəti ailəsi ilə axırıncı dəfə Türkiyə ərazisindən telefonla əlaqə saxlayır.
Bütün bunlar fonunda İŞİD getdikcə daha böyük təhlükə mənbəyinə çevrilir. Buna diqqət çəkən ABŞ dövlət katibi Con Kerri İŞİD-ə qarşı mübarizədə daha geniş əməkdaşlığa çağırıb. "New York Times" qəzetində dərc olunan məqaləsində Con Kerri bildirib ki, terrorçu qrup tərəfindən artan təhlükə təkcə İraq və Suriyada deyil, Birləşmiş Ştatlar da daxil olmaqla, terrorçuların aşkar edilməmiş şəkildə gedə bildiyi hər yerdə mövcuddur. O bildirib ki, İŞİD döyüşçüləri iyrənc vəhşiliklər və qəddarlıq nümayiş etdirib, lakin onları Birləşmiş Ştatların başçılığı ilə ölkələrin ən geniş koalisiyasını yaratmaqla dayandırmaq olar. Maraqlıdır ki, prezident Barak Obama bu yaxınlarda İŞİD ilə bağlı hələlik strategiyanın olmadığını deyib. Lakin Kerri məqaləsində Vaşinqtonun sentyabrda BMT Baş Assambleyasının sessiyası zamanı Təhlükəsizlik Şurasının zirvə görüşündə fəaliyyəat planını irəli sürəcəyini bildirib. Con Kerri yazıb ki, ekstremistlər üzərində qələbə ölkə və xalqlar onlara qarşı məsuliyyətli şəkildə birgə çıxış edən zaman mümkündür. ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki isə bildirir ki, ABŞ İŞİD-ə qarşı beynəlxalq koalisiyanın yaradılması planı üzərində işləyir. Onun sözlərinə görə, rəsmi Vaşinqton koalisiyanı Avropa ölkələri, ərəb dünyası və İŞİD-ə qarşı mübarizəyə qoşulmağa hazır olan ölkələrlə birlikdə yaradacaq: "Həm humanitar, həm hərbi, həm də diplomatik sahədə səylər göstərmək lazımdır. Bu səylər yalnız təkcə ABŞ-dan yox, digər ölkələrdən də gəlməlidir. Artıq bu istiqamətdə Avstraliya, Kanada, Fransa, Almaniya, İordaniya, Səudiyyə Ərəbistanı, Böyük Britaniya və digər ölkələrdən dəstək almışıq".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 21:32
Rusiya Rəşt - Astara dəmiryolunun inşası üçün tam səlahiyyət aldı...

29.11.2026 / 21:16
Ukraynanın hücumları Berlini təşvişə saldı - Baltik dənizində təhlükəli ssenari... Rusiya NATO-nu hədəfə ala bilər...

29.11.2026 / 20:44
Tehran MAQATE-yə şərt qoydu – ABŞ və İsraili pisləməsəniz, yoxlama olmayacaq...

29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...

29.11.2026 / 19:56
OPEC+ ölkələrindən gözlənilməz qərar – yeddi ölkə hasilat müzakirələrini dayandırır...

29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi – Türkiyə səfiri XİN-ə çağırıldı...

29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı – dörd diplomat ölkədən qovuldu...

29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı" - ümidlər hələ sönməyib...

29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır – aktyor Makkonaki və şərhçi Karlson...

29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı - Kiyevin addımlarından bezmişəm...

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ