çərşənbə günü, 19 avqust 2026
     

Azərbaycan bütün ATƏT məkanında iqtisadiyyatı dirçəldə bilən yeni layihənin arxasında…

Image


Azərbaycan yeni ticarət marşrutlarının inkişafı üçün investisiyaların cəlb olunması üzərində işləyir. “Trend”in məlumatına görə, bunu Bakıda keçirilən ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun konfransı zamanı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir deyib ki, Azərbaycan “Deutsche Bank” və bu marşrutlara maraq göstərən ölkələrdən potensial investorlarla danışıqlar aparır.

Onun sözlərinə görə, beynəlxalq nəqliyyat marşrutlarının inkişafı ATƏT regionunun iqtisadi inkişafına böyük töhfə verir: “Son dövrlərdə Azərbaycan iqtisadiyyatın diversifikasiyası üzrə mühüm addımlar atıb. Bu sahədə Azərbaycanın coğrafi mövqeyini nəzərə alaraq, nəqliyyat dəhlizlərinə investisiyalar çox vacibdir”.

E.Məmmədyarov vurğulayıb ki, Azərbaycan xarici sahibkarlar üçün əlverişli şərait yaratmaqla, eləcə də prioritet qeyri-enerji sahələrini inkişaf etdirməklə öz investisiya potensialını genişləndirir: “Bu addımlar Azərbaycan Prezidenti İlham Əliyevin strategiyasının tərkib hissəsidir. Ötən il biz həm Asiya, həm də Avropa üçün mühüm və etibarlı dəmir yolu əlaqəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunu istifadəyə verdik”.

O qeyd edib ki, Azərbaycanın iştirakı ilə mühüm marşrut yollarından biri də Lyapis-Lazurdur: “Bu marşrut da Azərbaycanın iştirakı ilə Şərqlə Qərb arasında daha mühüm əlaqəyə xidmət edəcək”.

Nazir bildirib ki, İpək Yolu marşrutu təkcə Azərbaycan üçün deyil, həm də marşrutun bütün iştirakçı ölkələri üçün iqtisadi inkişafa mühüm təkan verəcək.

Azərbaycan xarici şirkətlər üçün əlverişli investisiya mühitini təmin etməklə artıq özünü sübut edib

Azərbaycanın xarici şirkətlər üçün əlverişli, liberal investisiya mühitini təmin etməklə artıq özünü sübut etdiyini deyən nazir qeyd edib ki, səmərəli çoxmodullu nəqliyyat dəhlizlərinin qurulması yolu ilə ticarətin asanlaşdırılması və regiondaxili və transregional infrastrukturun uzlaşması ATƏT məkanında davamlı iqtisadi artıma töhfə verə bilər və verəcək. Xüsusilə də ATƏT-in yaxşı idarətetmə və uzlaşma ilə bağlı Hamburq Nazirlər Şurası, o cümlədən nəqliyyatla bağlı bütün müvafiq ATƏT sənədləri və qərarları bu xüsusda əməkdaşlıq üçün faydalı çərçivə ilə təmin edir: "Bununla yanaşı, biz bu prosesi daha inklüziv etməliyik və burada uzlaşma gündəliyinin təşviqində parlamentarilərin roluna diqqət çəkmək istərdim. Azərbaycanın Xarici İşlər Nazirliyi İpək Yoluna Dəstək Qrupunun yaradılmasını alqışlayır. Bu gün burada 22 iştirakçı dövlət var. Əlbəttə ki, bu rəqəm arta bilər. İnanıram ki, bu qrup ticarət dəhlizlərinin möhkəmləndirilməsi məqsədilə əsas element kimi regional nəqliyyat infrastrukturu məsələlərində dialoq üçün platforma rolunu oynayır. Zənnimcə, bu, regionda uzlaşmanın təşviqi üzrə bu qrupun gündəliyə töhfə verə biləcəyi daha bir elementdir".

E.Məmmədyarov bildirib ki, son illər Azərbaycan qeyri-neft sektorunun, xüsusilə nəinki ölkədə, həmçinin region boyunca nəqliyyat infrastrukturlarına sərmayə qoymaqla və tikintisini həyata keçirmərklə əhəmiyyətli addımlar atıb: "Bununla yanaşı, regionlararası ticarət dəhlizlərini uğurla dəstəkləmək və inkişaf etdirmək məqsədilə ölkədə möhkəm davamlı siyasi və makroiqtisadi sabitliyə nail olmaq və inkişaf etdirmək zəruri idi. Bu xüsusda, Azərbaycan bir neçə illər əvvəl neft və qaz sənayesində xarici şirkətlər üçün əlverişli, liberal investisiya mühitini təmin etməklə artıq özünü sübut edib. Yeni və hələ də genişlənən Bakı Limanının ətrafında Ələtdə Azad İqtisadi Zona yaratmaqla bu dəfə ticarət-logistika sektorunda daha belə bir addım atdıq. Azad İqtisadi Zonanın məqsədi regiondan bir çox ölkələrin iqtisadiyyatını və çoxsaylı ticarət marşrutlarını qidalandıra bilən regional ticarət-logistika qovşağı kimi Azərbaycanın cəlbediciliyini artırmaqdır. Onun məqsədi Avropa və Asiya boyunca ticarəti asanlaşdırmaq və bununla ticarət və investisiya təşviqinin müasir vasitələrini tətbiq etməklə qədim İpək Yolu haqqında ideyanı canlandırmaqdır. Ümidvarıq ki, bu, Azərbaycanın Avropa və Asiya ilə ticarət, logistika və investisiya əlaqələrini daha da möhkəmləndirəcək. Azərbaycan nəqliyyat şəbəkələrinə, logistika mərkəzlərinə sərmayə qoyur. Bütün bunlar ticarətə xidmət edir. Bu, Prezident İlham Əliyevin strateji baxış və fəlsəfəsinin tərkib hissələridir".

O əlavə edib ki, bu məqsədə uyğun olaraq Azərbaycan hökumətinin əsas prioritetləri arasında Şərq-Qərb və Şimal-Cənub istiqamətləri boyunca qonşu dövlətlər və ATƏT-in digər maraqlı iştirakçı dövlətləri ilə tərəfdaşlıqda regional və regionlararası çoxmodullu nəqliyyat dəhlizlərinin inkişafı durur: "Yalnız Çin və Aİ arasında ticarətin həcminin 500 milyard avro olduğunu nəzərə alsaq, aydın olur ki, bir-biri ilə münaqişə və ya rəqabətdə deyil, bir-birini tamamlayan etibarlı ticarət marşrutları diversifikasiya olmalıdır. Buna görə, Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna Şərq-Qərb ticarət dəhlizi strategiyasının məhək daşı kimi ali məqsədi Şərqi Asiya ilə Avropanı əlaqələndirəcək olan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunu irəli sürüblər. Bu, iştirakçı dövlətlərin dəmir yolu şirkətlərinin, dəniz limanlarının və dənizçilik şirkətlərinin korporativ institusional təşəbbüsüdür. Bu marşrut boyunca ikitərəfli ticarət axını Qara dəniz və Türkiyə boyunca inkişaf edə bilər. Bununla yanaşı, Rumıniya və Bolqarıstanda da bu ticarət marşrutuna qoşulmaqla bağlı marağın artması əlamətləri var. Bizim iklin hesablamamız gələcək illərdə təxminən 3-4 milyon ton məhsulun nəql edilməsidir və bundan sonra ildə 8 milyon ton həcmə nail olmaqdır. Bu xüsusda və bu məqsədi nəzərdə tutaraq biz birinci mərhələdə 6-7 milyon ton yük ötürücü qabiliyyəti olan və ondan sonrakı ildə 17 milyon ton artırmağı nəzərdə tutan strateji sütun olan Bakı-Tbilisi-Qars dəmir yolunu inşa etdik. Ötən ilin oktyabr ayında istifadəyə verilmiş və Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə bu dəmir yolu Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrini əlaqələndirəcək, Avropa və Asiya arasında etibarlı və inteqrasiya edilmiş dəmir yolu ilə yük daşımaları əlaqəsinə əhəmiyyətli dərəcədə töhfə verəcək və iştirakçı ölkələrin nəqliyyat və tranzit qabiliyyətini artıracaq və bölgədə iqtisadi artım, sabitlik və rifahı artıracaq Yeni İpək Yolu adlandırılan qitələrarası dəhlizin əsas hissəsidir".

Nazir vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmir yolunun ilk mərhələdə bir milyon sərnişin və bir neçə il ərzində 3 milyon sərnişin daşıyacağı, bununla da müxtəlif regionlar boyunca insanların hərəkətlərinə, onların rifahına və mədəniyyətlərarası əlaqələrdə artıma yol açacağı gözlənilir: "Bakı-Tbilisi-Qars nəinki Azərbaycan, Gürcüstan və Türkiyə üçün, həmçinin, Asiya və Avropa ölkələri üçün imkanlar açacaq. Bu, Lyaapis-Lazur ticarət və tranzit dəhlizində Əfqanıstanın ticarət potensialını artırmaq və onu Avropaya birləşdirmək məqsədi daşıyan mühüm bir əlaqədir. Təsadüfi deyil ki, Xəzər regionu və Orta Asiyanın daxili və xaricində olan bir çox ölkələr bu dəmir yolundan ticarət məqsədləri üçün istifadə etməyə maraq göstərir. Aİ-nin bu dəmir yolu əməliyyatlarına daxil olmasını alqışlayan bəyanatı bu layihənin yalnız bu əsas region üçün deyil, həm də Avropa üçün əhəmiyyətini tanımasının göstəricisidir. Qeyd etmək lazımdır ki, Azərbaycan Aİ ilə ticarət-nəqliyyat sahəsində əməkdaşlıq perspektivini araşdırmaq niyyətindədir. Bəyanatlar və bəyannamələrlə özümüzü məhdudlaşdırmayaraq, Avropa İttifaqının praktik baxımından Azərbaycan və onun ticarət dəhlizlərinə Trans-Avropa nəqliyyat şəbəkələrinin genişləndirilməsi prosesində necə dəstək və töhfə verdiyini görmək istərdik. Ötən ilin noyabr ayında Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Mogerini ilə birlikdə bu mövzuda Yüksək Səviyyəli Sənədə imza atmağım Azərbaycanın BTQ və digər layihələrin birgə faydaları və vizionunu Avropalı tərəfdaşlarımızla həyata keçirmək öhdəliyinin göstəricisidir".

Onun sözlərinə görə, Hindistan, İran, Türkiyə və Avropa arasında körpü salmaq məqsədi daşıyan başqa bir ticarət dəhlizi də var ki, bu, Cənub-Qərb beynəlxalq nəqliyyat marşrutudur. Bu marşrutu Polşa, Ukrayna, Gürcüstan, İran və Azərbaycan dəmir yolu səlahiyyətliləri birgə inkişaf etdirir. Bununla yanaşı, Almaniya dəmir yolu şirkəti “Deutsche Bank” və “DB Schenker” ilə keçirilən müzakirələr bu yaradıcı-ticarət layihələrində aparıcı logistika şirkətlərinin böyük kommersiya maraqları olduğunu göstərir. Həqiqətən bazarları Cənub-Qərb dəhlizi vasitəsilə işləyən ölkələr arasında ümumi ticarət 200 milyard ABŞ dollarından çoxdur. Bu ticarət dəhlizinin potensialı olduqca böyükdür: "Azərbaycan, eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin daha da inkişaf etdirilməsində fəal iştirak edir ki, bu da İran və Rusiyadan keçməklə Körfəz ölkələrindən Avropaya yüklərin daşınmasına imkan verəcək. Azərbaycan 2005-ci ildə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə qoşulub və o vaxtdan bəri bir tərəfdən Şimali Avropa, Almaniya, Rusiya, o biri tərəfdən isə Cənub-Qərbi Asiya və Cənubi Asiya arasında ticarət axınlarını sadələşdirmək üçün bir sıra əhəmiyyətli addımlar atıb və qərarlar qəbul edib. Bu dəhliz vasitəsilə ticarət axınının proqnozu ilk tammiqyaslı əməliyyat zamanı ilə 3 milyon ton və sonrakı inkişaf mərhələsində 20-30 milyon ton məhsul arası dəyişir. Bu dəhlizdə Avropanın və Asiyanın müxtəlif bölgələri arasındakı marşrutların çoxluğu nəzərə alınırsa, əsasən illik 20 milyard ABŞ dolları dəyərində ticarət potensialından söhbət gedir".

E.Məmmədyarov bildirib ki, Azərbaycan hökumətinin uzlaşmanı təşviq etmək üçün digər bir prioritet sahəsi tranzit və ticarətdə daha şəffaf gömrük proseslərinə imkan verən effektiv ticarət formalaşması, idxal, ixrac və tranzit sərhəd prosedurlarını sadələşdirməklə nəqliyyat və ticarətin asanlaşdırılmasında yaxşı idarəetmədir: "E-imza prinsipi əsasında e-bəyannamə sistemi kimi ticarətin sadələşdirilməsi tədbirlərində informasiya texnologiyalarının tətbiqinə xüsusi diqqət yetirilir. Və mən əminəm ki, bu gün müxtəlif natiqlərdən həmin işlərin müxtəlif aspektlərini eşidəcəksiniz.

Təmaslar və iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi, iqtisadi sahədə qarşılıqlı iqtisadi əlaqələrin və əməkdaşlığın inkişaf etdirilməsində iştirak edən dövlətlər arasında münasibətləri istiqamətləndirən prinsiplərə tam şəkildə riayət edildiyi təqdirdə regional təhlükəsizliyə kömək edə bilər. Bu xüsusda, Helsinki Yekun Aktında təsbit edilmiş xüsusilə dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və siyasi müstəqilliyinə tam hörmət prinsiplərini vurğulamaq lazımdır. Bu baxımdan ATƏT-in iştirakçı dövlətlərinin 2010-cu il Astana Bəyannaməsini xatırlamaq yerinə düşər. İştirakçı dövlətlər Helsinki Yekun Aktında nəzərdə tutulan və iqtisadi əməkdaşlığın dövlətlərarası dinc münasibətlərlə bağlı olduğunu təsbit edən hərtərəfli, kooperativ, bərabər və bölünməz təhlükəsizlik konsepsiyasına sadiq olduqlarını bir daha vurğuladılar".

Nazir deyib ki, Azərbaycan məhz bu dövlətlərarası dinc münasibətlər və iqtisadi əməkdaşlıq öhdəliyi ruhu ilə ticarət dəhlizlərini və nəqliyyat infrastruktur layihələrini təşviq edir: "Bu məqsədlə biz, həmçinin inklüziv regional əməkdaşlığın siyasi və ticari cəhətdən zəruri arxitekturasını gücləndirmək üçün regional və sub-regional dövlətlərarası çərçivələr şəbəkəsini də yaratdıq. Maneələrin aradan qaldırılması, regional və regionlararası uzlaşma layihələrində müxtəliflik yaratmaq Azərbaycanın ikitərəfli münasibətlərində və tərəf olduğu bütün beynəlxalq və regional iqtisadi təşkilatlarda önəm verdiyi istiqamətlərindən biridir. Müxtəlif dini, iqtisadi və ya siyasi konfessiyalara məxsus olmaq maneələr yaratmamalıdır. Beləliklə, xalqlar bir-biri ilə ticarət edir, bir-birinin iqtisadiyyatlarına sərmayə qoyur və bir-birinə qarşılıqlı hörmət və etimad əsasında dəstək olurlar. İpək Yolunun məqsədi maraqlı və istəkli olan hər kəs üçün paylaşılan bir mənfəətdir. Bakını tərk edərkən özünüzlə götürməyinizi xahiş etdiyim bir ismarıc varsa, o da budur: Azərbaycan indiyədək bu mənfəət və dəyərlərə töhfə vermək üçün səylə çalışıb və və bu məqsəd naminə daha da fəal olmağa hazırdır".

TRASECA ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupu ilə əməkdaşlığa hazır olduğunu bildirdi

“TRASECA ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupuna qarşılıqlı səmərəli əməkdaşlıq təklif edir” - deyən TRASECA-nın hökumətlərarası komissiyanın baş katibi Mirça Çiopraqa isə qeyd edib ki, İpək Yoluna Dəstək Qrupu nəqliyyat dəhlizləri üçün imkanların inkişafına, ticarətin və tranzit prosedurların sadələşdirilməsinə töhfə verəcək, eləcə də insanların, malların və investisiyaların azad və təhlükəsiz hərəkətini təmin edəcək.

“Bütün tərəflər üçün tərəfdaşlığın əsası birgə fəaliyyətdən qarşılıqlı səmərə əldə etməkdir və beynəlxalq layihələrdə aktiv şəkildə iştirak etmək bu baxımdan çox vacibdir. Bu sahədə TRASECA İpək Yoluna Dəstək Qrupuna sıx əməkdaşlıq təklif edir”.

Azərbaycanın İpək Yolu üçün vacibliyi dönə-dönə deyildi

Azərbaycan ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun vacib üzvüdür. ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun beynəlxalq konfransında ATƏT PA-nın sədri Georgi Tsereteli daha sonra deyib ki, ATƏT PA-da Azərbaycandan böyük nümayəndə heyəti mövcuddur və onlar yaxşı təşəbbüslər, o cümlədən İpək Yoluna Dəstək Qrupunu inkişaf etdirmək üzrə təşəbbüslər irəli sürür: “Biz bu səylərin ilk nəticələrini görürük. Hazırda 22 ölkə bu qrupun üzvüdür. Bu layihələri sürətləndirmək vacibdir. Azərbaycan, Gürcüstan və Türkiyə İpək Yolu layihəsinin konkret və vacib hissəsini inkişaf etdirir”.

G.Tsereteli qeyd edib ki, şəhərlər və cəmiyyətlər arasında əlaqə yaratmaq çox vacibdir, çünki bu amil biznesin inkişafı və əmək məşğulluğunun artması üçün faydalıdır: “Ona görə də regiona çiçəklənmə və təhlükəsizlik gətirən layihələrin siyasi dəstəyi çox vacibdir. Mən hesab edirəm ki, Azərbaycan bu layihələrə mühüm töhfə verir”.

G.Tsereteli bildirib ki, iqtisadi layihələr ATƏT-in fəaliyyətinin ayrılmaz hissəsidir: "Dünya iqtisadiyyatının vəziyyəti mövcud problemlərin öhdəsindən gəlmək məqsədilə ölkələrin sıx əməkdaşlığını tələb edir".

PA sədri əlavə edib ki, iqtisadi çiçəklənmənin nailiyyətləri də marşrutun bütün ölkələri arasında əməkdaşlığı tələb edir: "Bakı-Tbilisi-Qars Şərqlə Qərb arasında marşrut yoluna ideal nümunədir. Oxşar layihələr dünya ölkələri arasında həyat əhəmiyyətli iqtisadi körpüdür".

Hətta Monqolustan da…

İpək Yolu marşrutunun tərkib hissəsi olan və onun inkişafına töhfə verən ölkələr öz iqtisadi potensialını artırmaqla özləri böyük töhfə əldə edəcək. Bakıda keçirilən ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun beynəlxalq konfransında Monqolustanın xarici işlər naziri Damdin Tsoqtbatar belə deyib.

O vurğulayıb ki, İpək Yolunun, eləcə bu marşrutun tərkib hissəsi olan "Bir kəmər, bir yol" təşəbbüsünü qiymətləndirməmək olmaz: "Biz yeni imkanların astanasındayıq və Monqolustan bu sahədə öz töhfəsini verəcək".

Nazir həmçinin marşrutun inkişafı ilə bağlı işlər çərçivəsində Azərbaycanın rolunun vacibliyini bildirib və qeyd edib ki, İpək Yolu layihəsi Monqolustanla Azərbaycan, eləcə də digər region ölkələri arasında əməkdaşlığa təkan verəcək.

Çin Azərbaycana xüsusi minnətdarlıq bildirdi

Azərbaycan və Çin arasında İpək Yolu marşrutu, həmçinin "Bir zolaq – bir yol" təşəbbüsü çərçivəsində əməkdaşlıq Çindən Avropaya yük axınının artırılmasının mühüm faktorudur. Çinin Azərbaycandakı səfiri Vey Cinhua ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun konfransında bunun ardınca bildirib ki, Azərbaycan Çinlə Avropa ölkələrini birləşdirməklə və təkcə Qərblə Şərq arasında körpü olmaqla deyil, həm də bu beynəlxalq əhəmiyyətli layihələrdə bilavasitə iştirak etməklə beynəlxalq marşrutların inkişafında mühüm rol oynayır: "Çin Azərbaycana və İpək Yolunun bütün iştirakçı ölkələrinə əməkdaşlığa görə minnətdarlığını bildirir".

Diplomat qeyd edib ki, adıçəkilən layihələr Çinin Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa ölkələri ilə iqtisadi əməkdaşlığını əhəmiyyətli dərəcədə genişləndirəcək: "Çinin dəstəklədiyi marşrutlar ən azı 80 ölkəyə iqtisadi səmərə verəcək".

Baki-xeber.com



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

19.08.2026 / 22:21
İranla Fransa arasında gərginlik artır - diplomatlar ölkədən qovuldu, Tehran Parisə sərt xəbərdarlıq etdi...

19.08.2026 / 21:50
Moskvanın böyük qorxusu – Qərb "erməni və Moldova metodları" ilə Duma seçkilərinə müdaxilə edəcək...

19.08.2026 / 21:33
Azərbaycanın Sovet dövrü tarixi yenidən yazılmalıdır -Tarixçilər qəti mövqe tutur...

19.08.2026 / 21:15
İlham Əliyevin “Metsamor AES bağlanmalıdır” tələbinə İrəvandan reaksiya...

19.08.2026 / 20:48
Ermənilər İrəvandan Təbrizə təyyarə reyslərini bərpa edirlər...

19.08.2026 / 20:25
Rusiya XİN Azərbaycan baş prokurorluğunun məlumatına çoxbaşlı cavab verdi...

19.08.2026 / 20:09
Tokayev Nazarbayevin hüquqlarını əlindən aldı – xalqa müraciət edə bilməyəcək…

19.08.2026 / 19:41
Rusiya Azərbaycanla münasibətlərini yenidən gərginləşdirir...

19.08.2026 / 19:33
Özəl tərəfdarı millət vəkili CHP-li Keleş tərəfindən bıçaqlandı

19.08.2026 / 19:10
Rusiya və Ukrayna arasında əsir mübadiləsi - 103-nü verib 103-nü aldılar...

19.08.2026 / 18:43
"Azərbaycan ehtiyac içində olan insanlara və ölkələrə humanitar dəstək göstərməkdə davam edir" - XİN

19.08.2026 / 18:30
Bakıda bu kabab evində at DNT-si aşkarlandı - ŞOK...

19.08.2026 / 18:07
İsrail və Türkiyə arasında müharibə təhlükəsi - İsrailin Suriyaya son hücumu ilə bağlı ŞOK İDDİA...

19.08.2026 / 17:40
Əliyevin Rusiya ilə siyasi davranışları Ermənistanda qızğın müzakirə olunmağa başlayıb...

19.08.2026 / 17:27
Xaricdən idarə olunan onlayn kazino şəbəkəsinin rəhbəri Gürcüstanda yaxalanaraq Azərbaycana gətirildi - VİDEO

19.08.2026 / 17:12
Gürcüstanda pul qazanmaqda Azərbaycan Türkiyəni üstələdi, fərq – 550 min dollar...

19.08.2026 / 16:49
Tramp Omanı Amerikanın düşmənləri siyahısına daxil etdi - vurulacaq...

19.08.2026 / 16:25
Azərbaycanın dövlət borcunda dəyişiklik gözlənilir...Nazirlik hesabat yaydı...

19.08.2026 / 16:22
CNN Azərbaycana böhtan atdı, məhkəməyə verildi...

19.08.2026 / 16:11
Ermənistan ordusunda ölüm halları ölkəni yenidən qarışdırdı...

19.08.2026 / 16:06
Paşinyan Türkiyəyə dəmiryolu çəkilişini beynəlxalq tenderə çıxardı...

19.08.2026 / 15:37
Putin “Yabloko”nun adını bütün seçki sənədlərindən silməyi əmr etdi...

19.08.2026 / 15:15
Yevlax Regional Xəstəxanasının baş həkimi vəzifəsindən azad edildi

19.08.2026 / 14:58
Rusiyadan Ermənistana Azərbaycandan vasitəsilə 1 820 ton buğda göndəriləcək

19.08.2026 / 14:44
Mədəniyyət Nazirliyinə yeni aparat rəhbəri təyin olundu, Mustafa Abbasbəyliyə isə yeni vəzifə verildi

19.08.2026 / 14:36
Netanyahu Trampın Qəzza planını rədd etdi, Tramp dözdü - inanmaq olar?..

19.08.2026 / 14:12
Tramp İranla danışıqları dayandırmağı əmr etdi - sərt sanksiyalar gəlir…

19.08.2026 / 13:54
ABŞ münaqişəni qızışdırarsa, İran Avropaya zərbə endirə bilər…

19.08.2026 / 13:39
Rusiya ilə müharibənin Ukraynaya vurduğu ziyan 600 milyard dolları keçdi...

19.08.2026 / 13:25
Ukraynada yüksək vəzifəli məmurların evində axtarış aparılır - Zelenskinin ofis rəhbərinin müavini də təhlükə ilə üzləşdi…

19.08.2026 / 13:10
Prezident Kiçik Qaladərəsi kəndinin gənc sakininin arzusunu gerçəkləşdirdi - VİDEO

19.08.2026 / 12:54
ABŞ Azərbaycanı Çini tariflərdən yayınmağa kömək etməkdə ittiham edir…

19.08.2026 / 12:30
İran iki fransız diplomatı “persona non grata” elan etdi

19.08.2026 / 12:14
Həkim səhvi ilə bağlı mübahisələrdə məhkəmələr nəyə diqqət yetirirlər? - Ali Məhkəmə açıqladı

19.08.2026 / 11:43
Ağdam kənd qəbiristanlığında hərbi sursat aşkarlandı

19.08.2026 / 11:29
30 ilin sirləri - əfqan əsirliyindən qaçan pilotun film kimi hekayəsi

19.08.2026 / 11:16
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlandı

19.08.2026 / 10:57
Şəxsiyyətləri müəyyənləşdirilən daha 5 itkin şəhid dəfn ediləcək

19.08.2026 / 10:31
Siyəzəndə narkotiklərlə bağlı əməliyyatlar - 9 nəfər həbs edildi

19.08.2026 / 07:14
Türkiyədə maraqlı tarixi yer kəşf olundu

19.08.2026 / 06:27
ABŞ-da META şirkəti məhkəməyə verildi - zərərçəkən uşaq və yeniyetmələrdir

18.08.2026 / 22:24
ABŞ-ın keçmiş kəşfiyyat şefi xəbərdarlıq etdi - Rusiya Almaniyaya hücum edə bilər…

18.08.2026 / 21:18
Məkkə Sazişinin tam məzmunu qapalı saxlanılır...

18.08.2026 / 20:48
Naxçıvanda tarixi abidələrlə bağlı ciddi problemlər var - Prezident təsadüfi söz deməz...

18.08.2026 / 20:26
Ermənistanda Avropanın Yeni Missiyasının məqsədləri açıqlandı - hansı maliyyə axını?..

18.08.2026 / 19:56
Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi

18.08.2026 / 19:41
Naxçıvanda və Zəngəzurda doğrulmuş yeni idarəçilik Konstitusiyada nə vaxt əks olunacaq...

18.08.2026 / 19:27
Azərbaycan yalan və saxta iddialara görə CNN-i məhkəməyə verdi...

18.08.2026 / 19:15
Macarıstanın yeni hakimiyyəti türk birliyinə münasibətini ilk dəfə ifadə etdi...

18.08.2026 / 18:53
İrandan ABŞ-a net mesaj - blokada və sanksiyalar qaldırılana qədər Hörmüz açılmayacaq...

18.08.2026 / 18:37
İran ABŞ-ın Hörmüz blokadasını qırmaq üçün hücuma hazırlaşır...

18.08.2026 / 18:20
Bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub

18.08.2026 / 18:06
Rusiyada yanacaq böhranının ikinci dalğası başladı – YDM-lərin yalnız 28 faizində benzin var…

18.08.2026 / 17:50
Ağ Ev üzvü gizli dipmissiya ilə Rusiyaya gedibmiş - ikitərəfli “mədəni” əlaqələri təşviq etmək üçün…

18.08.2026 / 17:48
Ərdoğanın Avropa Birliyi ilə münasibətlərində qaranlıq şey qalmadı - məsələnin Azərbaycana təsiri olacaq?..

18.08.2026 / 17:34
Rusiya Xəzər dənizi vasitəsilə İrana dron və sursat tədarük edir…

18.08.2026 / 17:19
İndi də İran ABŞ-dan əl çəkmir - ABŞ-la İran rol dəyişdirirlər...

18.08.2026 / 17:02
Tramp Hörmüz boğazının xəritəsini "yeni ABŞ ərazisi" adı ilə paylaşdı…

18.08.2026 / 16:47
Paşinyan Rusiya ilə KTMT mübahisəsini özünə lazımlı sonu görünməyən ritorikaya çevirir...

18.08.2026 / 16:31
Türkiyədə yayın dadı yalnız dənizdə deyil, süfrədə də yaşanır

18.08.2026 / 16:16
Mütəşəkkil köləlik: Rusiyanın sərt miqrant qaydaları

18.08.2026 / 16:05
Doğum sürətlə azalır, ölüm sayı artır...

18.08.2026 / 16:01
Ermənistan-Azərbaycan sərhədində ticarət - Ermənistanın tekstil istehsalı Azərbaycan xammalına əsaslana bilər...

18.08.2026 / 15:56
Rusiyanın Ukraynadakı quru qoşunları ardıcıl şəkildə zəiflədilir... Necə?

18.08.2026 / 15:51
"Təhlükəsizlik bizim gündəliyimizdə prioritet olmağa davam edəcək"" - Prezident

18.08.2026 / 15:49
Kedminin Azərbaycan tarixini hədəfə alan ritorikası - tarixi silmək cəhdi, yoxsa yeni siyasi təxribat?

18.08.2026 / 15:26
Prezident İlham Əliyev Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO

18.08.2026 / 13:58
Türkiyə Qara dənizdə alternativ logistika yaradır - İydərə limanı

18.08.2026 / 13:43
Bəşər Əsədin əmisi oğlu da edam cəzasına məhkum edildi...

18.08.2026 / 13:26
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı...

18.08.2026 / 13:20
Rusiyada miqrantlar üçün giriş tələblərinin daha da sərtləşdirilməsi təklif edildi...

18.08.2026 / 13:07
Tramp Məkkə sazişinə rişxənd elədi...(?)

18.08.2026 / 12:51
Husilər Saudi Aramco neft emalı zavoduna hücum etdi…

18.08.2026 / 12:36
Ukrayna ilk dəfə Rusiya daxilindəki hədəfləri Britaniya dronları ilə vurdu – Moskva Londonu hədələdi…

18.08.2026 / 12:14
Övladlarından ayrı qalan ana iki azyaşlı uşağına qovuşdu

18.08.2026 / 12:02
“Kərkükdən gələn səs”: unudulmuş nəğmələr yenidən səhnəyə qayıdır

18.08.2026 / 12:00
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub

18.08.2026 / 11:46
Mətbuat Şurası Bəyanat yaydı

18.08.2026 / 11:41
Mətbuat Şurası Rusiya KİV-lərində Azərbaycana qarşı təhdidləri pislədi - BƏYANAT

18.08.2026 / 11:30
Hörmüz boğazında daha bir gəmiyə atəş açıldı – ölən var…

18.08.2026 / 11:19
Trampın reytinqi 33%-ə düşüb - Reuters/Ipsos

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ