Bazar günü günü, 29 noyabr 2026
     

Avropa üçün artan İŞİD təhlükəsi getdikcə böyüyür

Image


Qarşısı hələ də heç cür alınmayan və getdikcə daha böyük ərazilərə nəzarət etməyə başlayan İŞİD terror qruplaşması təkcə Şərq yox, Qərb dünyası üçün də ciddi təhdid mənbəyinə çevrilir. Çünki İŞİD artıq Avropada da öz qollarını yaratmağa çalışır və bunun üçün onun imkanları durmadan artır. Söhbət ondan gedir ki, İŞİD-ə Avropadan da çoxsaylı insan qoşulub və onların geriyə dönərək Avropada təşkilatlanmaq niyyəti barədə məlumatlar dolaşmaqdadır.
Artıq Avropanın əsas aparıcı dövlətlərindən biri olan İngiltərə İŞİD terror qruplaşmasına üzv olan ingilislərin sayının artmasından və onların nə vaxtsa öz ölkələrində terror aktları törədə biləcəklərindən ehtiyat edir. "Reuters" agentliyinin məlumatına görə, London polis müstəntiqlərindən olan Hoqan Hou İngiltərənin terrorla mübarizə sahəsində gördüyü tədbirləri nəzərdən keçirməli olduğunu bildirib: "Bizim əsl qorxu mənbəyimiz İngiltərədən Suriyaya və İraqa döyüşməyə gedənlərin sayıdır. Ən az 500-600 nəfərin getdiyini düşünürük. Bəziləri geri qayıdıb. Gözümüz onların üstündədir. Bir terrorist şəbəkəsi içindədirlər. Bu bizdə narahatlıq yaradır. Çünki onların üçdə ikisinin London ərazisində yaşadığını güman edirik. Bu isə böyük bir rəqəmdir".
Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ nümayəndələri də ölkələrindən İŞİD-ə üzv olma sayının artmasına görə narahatlıq hissi duyduqlarını bildirmişdilər.
İngiltərənin "Financial Times" qəzeti isə yazır ki, İŞİD asanlıqla məğlub olmayacaq. Qəzetin iddialarına görə, terrorçular yüksək hərbi təlim görüb və çox peşəkardırlar. Bazalarında ən müasir silahların olduğunu deyən qəzet ayrıca olaraq təşkilatın neçə üzvü olduğunun da dəqiq bilinmədiyini yazıb. İraq və bölgədəki digər ölkələrin kəşfiyyat xidmətlərinin verdiyi məlumata görə, sayı 50 mini keçən terrorçular, peşəkar olmaqla yanaşı, həm də çox intellektlidirlər. Nüfuzlu "İndependent" dərgisinin yazarı Robert Fisk terrorçuların ABŞ və Qərbi bir addım qabaqladığını deyib: "Təşkilat texnologiyadan çox gözəl istifadə edir. Əbubəkr Əl Bağdadinin döyüşçüləri internet aləmindən gələn yüksək intellektli cihadçılardır. Qərbin böyük ölçüdə tənqidçi olmayan, miskin mediasında əsla ədalətli şəkildə özlərini ifadə edə bilməyəcəklərini dərk edən İŞİD artıq öz mediasını da yaradıb. Bu üsulları onların nə qədər ağıllı olduqlarının bir göstəricisidir".
Qərb politoloqlarından Xuan Luis Qonsales Peres isə vəziyyəti belə şərh edir: "İŞİD Suriyaya hücum edəndə Qərb dövlətləri onu dəstəklədi. Böyük Britaniya, Fransa, İsrail, ABŞ və Səudiyyə Ərəbistanı əsas dəstək verənlər sırasında idi. Lakin İŞİD İraq ərazisinə təcavüz edərək Kürdüstan ərazilərini işğal edəndə bu dövlətlər İŞİD-in qarşısını almaq qərarına gəldilər. Nəzərə alsaq ki, İŞİD sıralarında çoxlu sayda Avropa mənşəli terrorist var, bu üzdən bu dövlətlər çox narahatdır. Çünki onların evlərinə, yəni Avropaya qayıdıb terror aktları törətməsi qaçılmazdır". Qeyd olunur ki, İŞİD ələ keçirdiyi neft yataqları hesabına külli miqdarda pul qazanmaq imkanı əldə edib. ABŞ xüsusi xidmət orqanlarının bir nümayəndəsi isə İŞİD-i hazırda mövcud olan terror qruplaşmalarından "ən güclü hərbi güc" adlandırıb. Almaniyanın məşhur terror mütəxəssisi Peter Neumann ölkəsinin "Bild" qəzetinə müsahibəsində isə bildirir ki, İŞİD terroru hələ 20 il ərzində Almaniya üçün təhlükə olaraq qala bilər. İŞİD-lə əlaqədar şok iddialar irəli sürən P.Neumann bildirib ki, bu gün və yaxud da sabah Berlində partlayışın baş verməməsi təhlükənin aradan qalxdığını deməyə əsas vermir: "Ancaq ən azı 20 il bir nəsil bu təhlükə altında yaşamaq məcburiyyətində qala bilər. Burada gənc "Əl-Qaidə" yaradılır. Yaşı 17 olan çoxlu sayda cihadçıya təlim keçilib. Bunlardan təxminən 2 min 400-ü Qərb ölkələrindən gəlib, 300-400-ü isə Almaniyadan qatılıb. Qərbli cihadçılar ideoloji olaraq daha motivasiya olunmuş və daha qəddardırlar. Ən azından, bunların bəzilərinin gec və ya tez Almaniyada terror aktına imza atmayacaqlarını deyə bilmərik".
Onu da bildirək ki, İŞİD ordusu İraq və Suriyaya aid hərbi bazaları ələ keçirərək döyüşlərini daha şiddətlə davam etdirir. 2 milyard dollarlıq sərvəti olduğu iddia edilən İŞİD-in artıq təyyarəsi var. İŞİD terror təşkilatının ələ keçirdiyi müasir silahlar onun gücünü xeyli artırıb. Xüsusən də Suriya ordusuna aid Tabka hərbi bazasını tutan İŞİD ordusu "MİQ-21 B" supersonik döyüş təyyarələrinə sahiblənib. "SA-16" raket sistemləri isə İŞİD-in Tabkada ələ keçirdiyi ən əhəmiyyətli silahlardır. Çiyindən atılan və daşına bilən atma mexanizmi 4.8 kilometrə qədər raket ata bilir. İŞİD-in əlində "FİM-92 Stinger" sistemləri və eyni tipli "SA-7" da var. Bu raketlərlə vertolyotlar və alçaqdan uçan təyyarələrin cihadçıların əlində olan ərazilərdən vurulma risqi yüksəkdir. Mütəxəssislərə görə, İŞİD-in təxminən 30 ədəd Sovet istehsalı olan "T-55" və 10 ədəd"T-72" tipli döyüş tankı var. İŞİD İraqda Səddam Hüseyn dövründən qalma kimyəvi silah bazalarını ələ keçirsə də, hələlik bundan istifadə edə bilmir. Lakin istənilən halda, İŞİD getdikcə əlindəki silahlarla ciddi təhdid mənbəyinə çevrilir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 21:32
Rusiya Rəşt - Astara dəmiryolunun inşası üçün tam səlahiyyət aldı...

29.11.2026 / 21:16
Ukraynanın hücumları Berlini təşvişə saldı - Baltik dənizində təhlükəli ssenari... Rusiya NATO-nu hədəfə ala bilər...

29.11.2026 / 20:44
Tehran MAQATE-yə şərt qoydu – ABŞ və İsraili pisləməsəniz, yoxlama olmayacaq...

29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...

29.11.2026 / 19:56
OPEC+ ölkələrindən gözlənilməz qərar – yeddi ölkə hasilat müzakirələrini dayandırır...

29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi – Türkiyə səfiri XİN-ə çağırıldı...

29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı – dörd diplomat ölkədən qovuldu...

29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı" - ümidlər hələ sönməyib...

29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır – aktyor Makkonaki və şərhçi Karlson...

29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı - Kiyevin addımlarından bezmişəm...

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ