Bazar ertəsi günü, 19 oktyabr 2026
     

Avropaya hava-su qədər gərəkli Transxəzər canlanır – yenə də Azərbaycanın hesabına...

Image


Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin Bakıda keçirilən dördüncü  iclasından sonra gündəmə gələn məsələlərdən biri də "Transxəzər" boru kəmərinin çəkilməsi oldu. Belə görünür ki, Qərb bu kəmərin çəkilməsini mümkün qədər tez bir müddətdə həyata keçirmək niyyətindədir.

Xatırladaq ki, Avropa Komissiyasının Enerji Birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç də Bakı görüşündə Türkmənistan qaz ehtiyatlarının "Cənub Qaz Dəhlizi" vasitəsilə nəql imkanlarının müzakirə edildiyini bildirib: “Biz Türkmənistan hökumətinin nümayəndələri ilə dövri olaraq görüşlər keçirir və təmaslar saxlayırıq. Bir neçə il öncə "Transxəzər" boru kəmərinin çəkilməsi ilə əlaqədar Türkmənistan tərəfi ilə danışıqların aparılması üçün Avropa İttifaqı və Avropa Komissiyası bizim nümayəndələrə mandat həvalə edib”. O qeyd edib ki, bu gün türkmən qazının Avropa bazarına çatdırılmasında danışıqlara maraq var: "Şadıq ki, Azərbaycan tərəfi bu danışıqların davam etdirilməsinə bizə dəstək verir. Araşdırıcı danışıqların aparılması və davam etdirilməsi ilə bağlı Türkmənistan prezidentinin müşaviri Yaxşıgəldi Kakayev ilə də müzakirə aparılıb və razılığa gəlinib". Baş verənlərə dittəq yetirən Rusiyanın "rosbalt.ru" portalı yazır ki, Qərb sevinc  içindədir: "Avropa İtifaqı Azərbaycandan tezliklə “mavi yanacaq” alacaq – Rusiyanınkının yerinə.

Azərbaycan təbii qazının Avropaya ixracatı üzrə TANAP layihəsinin gerçəkləşdirilməsi praktik olaraq bitib. Prezident İlham Əliyev bu haqda “Cənub Qaz Dəhlizi” layihəsi Məşvərət Şurasının Bakıda baş tutan toplantısında bildirib. Bu foruma çox adam gəlib – 14 ölkə, yeddi beynəlxalq maliyyə-kredit qurumu, böyük neft-qaz şirkətləri, Aİ, ABŞ, Dövlət Departamentindən və sair. Toplantıya Türkmənistandan da gəliblər – əvvəllər belə şey olmamışdı.

Qeyd edək ki, toplaşanlar “Cənub Qaz Dəhlizi”nin imkanlarının genişləndirilməsini müzakirə edib və hər şeydən görünür ki, avropalılar və amerikalılar diləgəlməz dərəcədə şaddırlar ki, Azərbaycan Rusiyanın “siyasi qaz” tədarükünə tezliklə rəqabət təşkil edəcək. Xatırladaq ki, Azərbaycan qazı artıq “Cənub Qaz Dəhlizi”  üzrə Gürcüstan ərazisindənYunanıstan, Albaniya və İtaliyanı əhatə edən TAP qaz kəmərinin ehtiyacları üçün genişlənən Cənubi Qafqaz Boru Kəməri (CQBK) vasitəsilə Türkiyəyə daxil olur. Azərbaycan qazının TANAP üzrə altı milyard kubmetr həcmində ilk tədarükləri, gözlənildiyi kimi, artıq bu il başlanacaq, TAP isə sırf Avropanın ehtiyacları üçün 2020-nin başlanğıcında işə düşəcək. Onunla tədarük həcmi ildə 10 milyard kubmetr qaz təşkil edəcək.  ABŞ Dövlət Departamenti beynəlxalq energetika məsələləri üzrə özəl elçi və əlaqələndiricisi vəzifələrini icra edən Syu Saarnio Bakıda bildirib ki, Birləşmiş Ştatlar “Cənub Qaz Dəhlizi” layihəsinin gerçəkləşdirilmə tərəqqisindən məmnundur və enerji təhlükəsizliyinin təminatında Avropanın səylərini həmişə dəstəkləyib. O hesab edir ki, enerji təchizatı qaynaqlarının şaxələndirilməsi “güclü Avropanın varlığı üçün həlledici önəmə” malikdir. Yüksəkçinli xanım qeyd edib ki, məhz bu cür Avropa mövcud çağırışlarla mübarizədə ABŞ üçün yaxşı tərəfdaşdır. Saarnio əmindir ki, TANAP və TAP layihələrinin gerçəkləşdirilməsi Avropa güvənliyini gücləndirəcək.

Maroş Şefçoviç isə ümumiyyətlə hesab edir ki, Avropa Azərbaycan qazının sayəsində həmişəkindən daha güclü olacaq. Amma bu zaman təki Rusiyanın Aİ-dəki energetik mövqeləri zəifləsin deyə “strateji layihə”nin gerçəkləşməsi uğrunda bu cür can yandıran amerikalıları dilxor etməli olub: Şefçoviç bildirib ki, Avropa İtifaqı İranın “Cənub Qaz Dəhlizi”nə qoşulmaq imkanlarını müzakirə etməyə hazırdır. Hətta o deyib ki, aşkarlandığı kimi, “biz bu məsələni İran təmçsilçilərilə bir neçə dəfə müzakirə etmişik”.

İran qazına maraq təbiidir: birincisi, Avropa şirkətləri İran hətta sanksiyalarla zəiflədilərkən də onun yataqlarına əsəbi reaksiya verirdi. İkincisi, qaz tədarükünün tam şaxələndirilməsi üçün bircə Azərbaycan yanacağı kifayət deyil və Aİ buna görə də, İran marşrutundan savayı, artıq Türkmənistanın da “Cənub Qaz Dəhlizi”nə qoşulması imkanını nəzərdən keçirir. Ola bilsin, problem Xəzər dənizinin dibi ilə boru kəmərinin inşasına dirənir – Rusiya və İran “ekoloji təhlükə” üzündən buna qarşı çıxış edir. Lakin Xəzər dövlətləri keçən ilin sonunda onun statusu haqda ilkin razılığa gəlib və Rusiya XİN-in məlumatına görə, uyğun konvensiya layihəsi “əməldə hazırdır”. Onu bu ilin axırına qədər Astanada təsdiqləmək planlaşdırılır. Ayrıntılar hələlik elan olunmur, amma artıq məlumdur ki, su hövzəsi sektor prinsipi üzrə bölünəcək. Türkmənistanı Azərbaycanla birləşdirən “Transxəzər“ sualtı boru kəmərinin inşası bu layihənin gerçəkləşməsinə yardım olacaqmı, yoxsa yenidən “nifaq mövzusu”na çevriləcək – indi tam aydın deyil. 

Rusiya qazından kənarda qalan Bolqarıstan yaranmış durumdan çıxış yolları arayır. Bu ölkənin energetika naziri Temenujka Petkova Bakı toplantısına qatılıb və məlum olub ki, Bolqarıstan və Azərbaycan Xəzər və Qara dəniz arasında coğrafi körpü, qazın Xəzər bölgəsindən cənub-şərqi və Mərkəzi Avropaya tədarükü üçün təbii marşrutdur. Eləcə də  Azərbaycan qazının Bolqarıstan üzərindən cənub-şərqi Avropanın başqa bazarlarına tranziti üçün əlavə marşrutların inşası imkanları araşdırılır. Çernoqoriya da hazırda Azərbaycan qazına ümid bağlayıb – IAP boru kəmərinin TAP-a qoşularaq Xorvatiyanın “qapadığı” bir neçə ölkəyə çıxması ilə. Lakin hər necə olsa, Azərbaycan qazı hamıya bəs etmir.  Bütün bunlar Rusiya ilə müqayisədə Avropaya təbii qaz həcminin tədarükündə Azərbaycanın rolunu kiçiltmir. Əlbəttə, saziş Bakı üçün əlverişlidir, Aİ üçün dənizdə damla deyil, amma Rusiyadan “yaxa qurtarmaq” probleminin həlli də deyil.

NAHİD



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

19.10.2026 / 09:55
DYP küləkli hava ilə bağlı sürücülərə müraciət etdi

19.10.2026 / 08:40
Təl-Əvivdən Vyanaya uçan təyyarədə bomba həyəcanı - avialayner Sofiyaya məcburi eniş etdi

19.10.2026 / 08:32
Körfəz ölkələri İrandan kompensasiya tələb etdilər - Tehran “tupik”də…

19.10.2026 / 08:25
Trampa qarşı “Kral istəmirik!” etiraz aksiyaları bütün Amerikanı bürüdü

18.10.2026 / 22:26
İran agentləri Almaniyada özlərini ifşa etdi - Azərbaycan himni altında növbəti təxribat... VİDEO

18.10.2026 / 21:44
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

18.10.2026 / 20:56
Husi hücumlarından sonra Ər-Riyaddakı 99 mərtəbəli Kingdom Centre göydələni tam boşaldıldı…

18.10.2026 / 20:32
Ukrayna Leninqrad bölgəsindəki VK data mərkəzinə hücum etdi - bəzi platformalarda problemlər yarandı...

18.10.2026 / 20:05
Dövlət Müstəqilliyimizin Ulu öndər bünövrəsi: 35 illik şanlı yol

18.10.2026 / 19:37
Zelenski Ukraynaya Starlink məhdudiyyətlərinin birbaşa ABŞ hökumətindən gəldiyini deyir

18.10.2026 / 16:20
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi

18.10.2026 / 15:58
Britaniya səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:50
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ