Bazar günü günü, 29 noyabr 2026
     

İsa Qəmbərin "gizli varis" taktikası demokratik partiya prinsiplərinə uyuşmaz sayılır

Image


Azərbaycanın müxalif siyasi partiyalarından olan Müsavat daxilindəki ziddiyyətlər pik həddə çatıb. Partiya başqanının səlahiyyət müddətinin başa çatması, müxtəlif bəhanələrlə qurultayın keçirilməməsi partiya funksionerlərinin də əsəblərini tarıma çəkib. Xüsusilə də başqanlığa iddialı olan funksionerlər arasında böyük gərginliyin yaşanması barədə mediaya müxtəlif məlumatlar sızır.
Müsavat Partiyasının qurultayının sentyabrda keçiriləcəyi barədə açıqlama yayılandan sonra isə partiyadaxili ittihamlar daha da qızışdı. Başqanlığa iddialı olanlardan biri Səxavət Əlisoyun bu yaxınlarda sosial şəbəkədə "Müsavat başqanı kim olacaq?" başlıqlı paylaşımı müzakirə mövzusuna çevrildi, müsavatçılar arasında mübahisəyə səbəb oldu.
S.Əlisoy yazıb: "Bu gün Azərbaycan siyasi mühitində ən maraq doğuran sual budur. Biriləri özünü artıq başqan hesab edir və vəzifə bölgüsü aparır, bəzilərini dostları başqan görür, elələri də var ki, 5-6 min km-dən ismarış-ultimatum yollayır ki, filankəsdən savayı kimsə başqan postunda otura bilməz. Siyasi səriştəni və təcrübəni kriteriya kimi vurğulayanlar var, "filankəs"in bu posta daha çox yaraşdığını iddia edənlər var, "behmənkəs" başqan olduğu təqdirdə partiyanın ağ günə çıxacağını deyənlər var, siyasi koridorlarda çox şeylər danışanlar var. Bütün bunların hamısı normaldır, nədən ki, hər kəsin danışmaq, düşündüklərini izhar etmək haqqı var".
O daha sonra bildirib ki, Müsavat Partiyası tarixi bir partiyadır və milli dəyərlərimizdən biridir: "Bu partiyada çox sayda ziyalı başqan postuna layiqdir. Sadəcə, bu iddiaya düşən unutmamalıdır ki, əhalinin 90 faizindən çoxu, o cümlədən müsavatçıların da 90 faizindən çoxu Azərbaycan türkləridir. Odur ki, Müsavat Partiyasının başqanı TÜRK oğlu TÜRK olmalıdır və əminəm ki, belə də olacaq".
S.Əlisoyun yazdıqlarına Hollandiyada mühacir həyatı yaşayan müsavatçı Eldəniz Yusupov isə "Mən də təklif edirəm, Müsavat başqanı naxçıvanlı ola bilməz" - deyə reaksiya verib.
Gedən polemikada vəziyyət o həddə çatıb ki, mübahisə edən tərəflər bir-birinin milliyyətinə şübhə ilə yanaşdıqlarını da sözlə ifadə ediblər.
Elə Arif Hacılının özü də məsələyə reaksiya verib.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri yazır ki, Müsavat Partiyasının 600-dək qurultay nümayəndəsi onun milliyyətinin, dininin, siyasi əqidəsinin, partiyanın və Azərbaycanın gələcək inkişafı ilə bağlı düşüncələrinin, insanlara münasibətinin nə cür olduğunu çox yaxşı bilir: "Müsavat başqanının kim olması yalnız müsavatçıları deyil, partiyanın cəmiyyətdə olan dostlarını, rəqiblərini, düşmənlərini də maraqlandırır və hər kəs öz düşüncələrinə uyğun olaraq bu məsələyə müdaxilə etməyə çalışır".
Başqanlığa iddialılar arasındakı mübarizə o həddə çatıb ki, bəzən uzun illərin silahdaşları olan şəxslər də bir-birini ən kobud formada təhqir edir.
İndi isə başqanlığa iddialı olanlar arasında yaşanan başqa bir ziddiyyətli məqama diqqət edək. Mediada yayılan məlumatlarda bildirildi ki, avqustun 18-də Müsavatın Qurultaya Hazırlıq üzrə təşkilat Komitəsinin iclası əvvəldən sona qədər qalmaqalla keçib. Başqanlığa potensial namizədlər Arif Hacılı və Qubad İbadoğlu arasında qalmaqal xeyli böyüyüb. A.Hacılı Q.İbadoğlunu "Sən QHT sektorunda milyonlar qazanırsan, partiyaya nə xidmətin keçib ki, başqan olmaq istəyirsən?" deyə ittiham edib. Q.İbadoğlu isə "sənin hansı bankda nə qədər pulun, harada villan varsa, açıb tökərəm" cavabını verib. Bundan sonra A.Hacılı Q.İbadoğlunun üzərinə hücum edib, lakin ətrafdakılar əlbəyaxa davanın qarşısını alıb.
Sonda Arif Hacılının "başqan olmasam, partiyanı dağıdacam" hədəsi yenidən qalmaqala səbəb olub.
Ən maraqlısı isə bütün baş verənlərə İsa Qəmbərin göstərdiyi reaksiya olub.
İ.Qəmbər "Quran" çıxardıb ki, funksionerlər partiyadan getməyəcəkləri ilə bağlı əl bassınlar.
Beləliklə, partiyada başqanlıq uğrunda gedən mübarizənin əndazədən çıxdığı, normal demokratik əsaslarla aparılmadığı aydın şəkildə özünü biruzə verir. Müsavat özünü demokratik əsaslarla idarə olunan partiya adlandırır. Hələ bir qədər də uzağa gedərək, özünü ötən əsrin əvvəlində Azərbaycanda demokratik dövləti qurmağı bacaran partiyanın varisi sayır. Partiya 23 ildir fəaliyyət göstərsə də, heç bir ciddi uğura imza atmayıb. Bu müddət ərzində qurumun başqanı bir dəfə də olsun dəyişdirilməyib. Partiyanın nizamnaməsinə əsasən başqanın səlahiyyətləri çoxdan başa çatıb və faktiki olaraq yeni rəhbər seçilməlidir. Bundan yayınmaq üçün İsa Qəmbər qurultayı yer olmaması bəhanəsilə keçirmir. Baxmayaraq ki, hakimiyyət bir neçə dəfə onlara müxtəlif sarayları təklif edib. Partiyada diktatur idarəetməyə xas olan başqa mühüm cəhətlərdən biri isə İsa Qəmbərin özündən sonra kimi varis kimi qəbul etməsini indiyə qədər açıqlamamasıdır. Demokratik ənənələrə sadiq olan partiyalarda liderlərin özü ideologiyanın sonrakı təbliği üçün layiqli varisin yetişdirilməsində maraqlı olur. İsa Qəmbəri davranışlarından isə bu hiss edilmir. Hər halda, İsa Qəmbərin başqanlığa iddialı olanlardan birinə simpatiyasını ifadə etməsi bu fonda baş verən gərginliyi əhəmiyyətli dərəcədə azaldardı. Yaxın qonşumuz olan Rusiyada və Türkiyədə baş verən siyasi proseslərə diqqət yetirsək görərik ki, Müsavatda baş verənlərin demokratik əsaslara söykənən partiya idarətməçiliyi ilə zərrə qədər də əlaqəsi yoxdur.
Bu iki böyük dövlətdə Ərdoğan-Abdullah Gül, Putin-Medvedyev tandemlərinin varis davranışlarına fikir vermək məsələyə tam aydınlıq gətirmiş olar. Özü də maraqlıdır ki, bu siyasi varisliklərin çəkinmədən elanı bir siyasi partiyaya rəhbərlik ətrafında deyil, böyük dövlətlərin idarəetməsi ətrafında baş verir. Demək, ya İsa Qəmbər ömürlük başqan olmaq istəyir, ya da "parçala hökm sür" formuluna əməl etməklə bütün potensial rəqiblərini sıradan çıxarmağı düşünür. Bu davranışın isə demokratiya ilə heç bir əlaqəsi yoxdur...



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 21:32
Rusiya Rəşt - Astara dəmiryolunun inşası üçün tam səlahiyyət aldı...

29.11.2026 / 21:16
Ukraynanın hücumları Berlini təşvişə saldı - Baltik dənizində təhlükəli ssenari... Rusiya NATO-nu hədəfə ala bilər...

29.11.2026 / 20:44
Tehran MAQATE-yə şərt qoydu – ABŞ və İsraili pisləməsəniz, yoxlama olmayacaq...

29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...

29.11.2026 / 19:56
OPEC+ ölkələrindən gözlənilməz qərar – yeddi ölkə hasilat müzakirələrini dayandırır...

29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi – Türkiyə səfiri XİN-ə çağırıldı...

29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı – dörd diplomat ölkədən qovuldu...

29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı" - ümidlər hələ sönməyib...

29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır – aktyor Makkonaki və şərhçi Karlson...

29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı - Kiyevin addımlarından bezmişəm...

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ