Bazar günü günü, 29 noyabr 2026
     

AST Telmanın Ukraynadakı biznesi bata bilər

Image


Rusiyada yaradılan "Milyarderlər İttifaqı"nın üzvü olan, ekstravaqantlığı ilə seçilən iş adamı Telman İsmayılov son dövrlərdə biznesində üzləşdiyi çətinliklərlə daha çox gündəmə gəlməkdədir. Kreml rəhbərliyi ilə əvvəlki münasibətlərini heç cür bərpa edə bilməyən iş adamı biznesini bütünlükdə Rusiyadan çıxarmağa qərar verib.
Telman İsmayılovun maraq dairəsində olan əsas məsələ hazırda vətəndaş müharibəsinin getdiyi Ukraynada biznes mövqelərini möhkəmləndirməkdir. MDB məkanında iri ticarət mərkəzlərinin nə dərəcədə sərfəli fəaliyyət növü olduğunu bildiyi üçün bu şəxsin hələ bir neçə il əvvəldən Ukraynada da bazar almaq istədiyinə dair xəbərlər dolaşırdı. Milyarder Odessa şəhərindəki nəhəng "7-ci kilometr" bazarını almaq üçün danışıqlar aparırdı. Lakin bu vaxta qədər bu istiqamətdə hansısa nəticənin əldə olunmadığı bildirilirdi. Hazırda isə Rusiyada tamamilə sıxışdırılan iş adamı Ukraynada bazar almaq üçün fəaliyyətini daha da genişləndirib. Məlumatlara görə, "7-ci kilometr" adlanan bu bazarın alqı-satqısı artıq başa çatmaq üzrədir.
Adıgedən bazar isə, "axar" portalının məlumatına görə, Kiprin offşor zonasında qeydiyyatdan keçmiş "Kittep Limited" şirkətinə məxsusdur. Amma ukraynalı jurnalistlərin araşdırmasından sonra məlum olub ki, "Kittep Limited" şirkətinin gerçək sahibi Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin ailəsidir. Offşor zonada qeydiyyatdan keçmiş bu şirkətə məxsus onlarla obyekt isə indi satışa çıxarılıb. "7-ci kilometr"ə görə Telman İsmayılovun 600 milyon dollarından keçməyə hazır olduğu deyilir. Ukraynanın ən böyük əşya bazarı sayılan "7-ci kilometr"in təkcə tutduğu sahə 210 hektardır. İndi proses alqı-satqı mərhələsindədir. Bazarın gerçək sahibi Yanukoviçlər isə qanuni mülklərinin satışa çıxarılmasına qarşı beynəlxalq məhkəməyə müraciət hazırlayırlar. Bu satış dayandırılarsa, Telman İsmayılov "7-ci kilometr" bazarını da ala bilməyəcək. Bu isə onun biznesində üzləşdiyi çətinliyin miqyasının daha da böyüməsinə səbəb olacaq.
Özü də bu o fonda baş verir ki, ötən ay Kipr məhkəməsi AST Şirkətlər Qrupu təsisçisinin Kiprdəki bank aktivlərini dondurub. Məhkəmə bu qərarı "Manqazey" qrupunun sahibi Sergey Yançukova məxsus "Sezaria LTD" şirkətinin iddiası əsasında qəbul edib. Şirkətin iddianaməsində Telman İsmayılovu 135 milyon dollar krediti və kredit faizlərini ödəməyə məcbur etmək xahiş olunur. "Sezaria" şirkətinin məlumatında qeyd olunur ki, bu qurum 2010-cu ilin sentyabrında Telman İsmayılovun Kiprdə fəaliyyət göstərən "Tandum LTD" şirkətinə bir il müddətinə 10 faizlə 50 milyon dollar kredit verib. Kreditə görə faizlər vaxtında ödənildiyindən 2011-ci ilin fevralında "Tandum LTD"yə daha 50 milyon kredit verilib. Bu kredit də illik 10 faizlə verilsə də, onun bağlanma müddəti iki il olub. 2013-cü ilin aprelində Telman İsmayılovla "Sezaria" arasında borcun əsas hissəsinin ödəniş müddətinin uzadılması barədə bir neçə saziş imzalanıb. Telman İsmayılov rəhbəri olduğu "Tandum LTD" şirkətinin, krediti qaytara bilməyəcəyi təqdirdə, vəsaiti öz şəxsi aktivlərindən ödəyəcəyi barədə öhdəlik götürüb. Lakin iş adamı bunu etmədiyinə görə şirkət İsmayılovun bank aktivlərinin dondurulması tələbi ilə London Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edib. İşə yaxın günlərdə baxılacaq. Qeyd edək ki, bu məhkəmənin qərarı 158 ölkənin ərazisində yerinə yetirilir və bu ölkələrdə borclu şəxsin əmlakına həbs qoymağa imkan verir.
Baş verənlər fonunda Rusiya mətbuatı yazır ki, "Mardan Palace" otelinə dəbdəbəli açılış keçirən biznesmen bu gün borcun içində itib-batır. Artıq o da məlumdur ki, AST Şirkətlər Qrupuna daxil olan KBF "AST" Moskvanın Arbat küçəsində yerləşən məşhur "Praqa" restoranını sata bilər. Satılıq siyahısına Krasnaya Presnyadakı "Tropikano" biznes mərkəzi və Moskvanın şərqi İzmaylovo rayonunda yerləşən binalar kompleksi də əlavə edilib. Məlumatlara görə, bununla Telman İsmayılov "Bank Moskva"dan götürdüyü 4 milyard rubl krediti ödəmək istəyir. Rusiyanın "İzvestiya" qəzetinin "Bank Moskva"dakı mənbəsi iddia edir ki, əvvəlcə adı sonuncu çəkilən obyektlər satılacaq. Borcun ödənməsi üçün bu məbləğ yetərli olmazsa, Telman İsmayılovun "Praqa" restoranı da satışa qoyulacaq.
Xatırladaq ki, Rusiyada Telman İsmayılovun biznesinin sıxışdırılması onun Antalyada atasının adını verdiyi 1,4 milyard dollarlıq dəbdəbəli "Mardan Palace" otelinin açılışından sonra birbaşa prezident Vladimir Putinin göstərişi ilə baş verib. Telman İsmayılovun ən iri gəlir mənbələrindən biri olan "Çerkizov" bazarı bağlanıb və ona aid biznes strukturları sıxışdırılıb. Həmçinin Telman İsmayılov "Çerkizov" bazarında 2 milyard dollarlıq qaçaqmal tapılması ilə bağlı qaldırılan cinayət işinin istintaqına cəlb edilməkdən çəkinərək Rusiyanı tərk edib və Türkiyədə yerləşib.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 21:32
Rusiya Rəşt - Astara dəmiryolunun inşası üçün tam səlahiyyət aldı...

29.11.2026 / 21:16
Ukraynanın hücumları Berlini təşvişə saldı - Baltik dənizində təhlükəli ssenari... Rusiya NATO-nu hədəfə ala bilər...

29.11.2026 / 20:44
Tehran MAQATE-yə şərt qoydu – ABŞ və İsraili pisləməsəniz, yoxlama olmayacaq...

29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...

29.11.2026 / 19:56
OPEC+ ölkələrindən gözlənilməz qərar – yeddi ölkə hasilat müzakirələrini dayandırır...

29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi – Türkiyə səfiri XİN-ə çağırıldı...

29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı – dörd diplomat ölkədən qovuldu...

29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı" - ümidlər hələ sönməyib...

29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır – aktyor Makkonaki və şərhçi Karlson...

29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı - Kiyevin addımlarından bezmişəm...

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ