çərşənbə günü, 19 avqust 2026
     

Hindistan Azərbaycanın mühüm nəqliyyat layihəsinə qoşulmağa çox tələsir...

Image


Artıq məlum olduğu kimi, Azərbaycanın həyata keçirdiyi nəqliyyat infrastruktur sahələrinə beynəlxalq miqyasda da ciddi maraq müşahidə olunmaqdadır. Xüsusən də Bakı-Tiflis-Qars dəmir yolu ilə yüklərini daşımaq istəyənlərin sayında əhəmiyyətli artım qeydə alınır. Məsələn, artıq Rusiya da Bakı-Tiflis-Qars dəmir yolu ilə məhsullarının daşınmasında maraqlıdır. Artıq bu xüsusda Azərbaycan rəsmiləri ilə Rusiyanın metallurgiya şirkətlərinin nümayəndələri arasında danışıqlar aparılıb.

Danışıqlar zamanı Rusiyadan Bakı-Tiflis-Qars dəmir yolu ilə hər ay 70 min ton dəmir məmulatlarının göndərilməsi istəyi bildirilib. Rusiya taxta, dəmir məmulatlarının Qarsa, oradan isə qida məhsullarının Rusiyaya daşınmasında maraqlıdır. Aprel ayının ilk həftəsində Bakı-Tiflis-Qarsla Avstriyadan yüklərin daşınması gözlənir. Belə ki, Avstriya yüklərin Qazaxıstana daşınması üçün məhz bu dəmir yolundan istifadə edəcək. Amma dünya ölkələrini Azərbaycanda təkcə Bakı-Tiflis-Qars cəlb etmir.

Yaxın tezlikdə istifadəyə verilcək “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinə də beynəlxalq diqqətin kifayət qədər yüksək olması özünü aydın büruzə verir. Məsələn, illik ixrac potensialı bir neçə yüz milyard dollar olan Hindistan “Şimal-Cənub”dan istifadə olunmasında ən maraqlı tərəflərdən biri qismində çıxış edir.  Bu məsələ İran prezidenti Həsən Ruhaninin Hindistana səfəri çərçivəsində əsas müzakirə mövzularından birini təşkil edib. Həsən Ruhaninin sözlərinə görə, Hindistan “Şimal-Cənub” vasitəsilə dünya bazarlarına çıxış əldə etmək niyyətindədir.

Xatırladaq ki, Hindistan Hind Okeanı sahilindəki İranın Çabahar limanının yenidən qurularaq təkmilləşdirilməsi üçün 500 milyon dollar kredit ayırıb. Bu liman “Şimal-Cənub” dəhlizinin formalaşmasında əhəmiyyətli rol oynayacaq. Hindistanın Mumbai limanından yüklər gəmilərlə Çabahar limanına, buradan isə Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu vasitəsilə Rusiya və Avropaya daşınacaq. Eyni zamanda Hindistan Çabahar limanı vasitəsilə Əfqanıstan və Mərkəzi Asiya ölkələri ilə də ticarət əlaqəsi yaradacaq.

Xatırladaq ki, ötən ilin dekabrında Çabahar limanının açılışında iştirak edən Hindistanın baş naziri Narendra Modi bildirmişdi ki, ölkəsi “Şimal-Cənub” dəhlizinin tezliklə formalaşmasında maraqlıdır. Həmin səfər zamanı İranla Hindistan arasında kredit müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Hindistan Çabahar limanının inkişafı üçün İrana 500 milyon dollar kredit verməyi öhdəsinə götürüb. Bu limanın Hindistan üçün əhəmiyyəti böyükdür. Hindistanın gömrük idarəsinin komissarı Sandip Kumar bildirib ki, Hindistanda fəaliyyət göstərən böyük tekstil və dərman preparatları istehsal edən firmalar idarəyə müraciət edərək öz məhsullarını məhz İran və Azərbaycan üzərindən Rusiya və Avropaya ixrac etmək istəyində olduqlarını bildirirlər. S.Kumarın sözlərinə görə, həmin firmaların istəklərinin əsasında dayanan amil ondan ibarətdir ki, əvvəlki marşrutla ixrac olunan mallar Avropa və Rusiya bazarlarına 35 günə çatdırılırdı. Lakin malların daşınması İran və Azərbaycan üzərindən həyata keçirildikdə bu müddət 17 gün təşkil edir. Bu isə nəqliyyat xərclərinin azalması deməkdir.

Göründüyü kimi, Hindistanın “Şimal-Cənub”a maraq göstərməsi və İrana 500 milyon dollar həcmində kredit ayırması təsadüfi xarakter daşımır. Aydın olur ki, Mumbai limanından çıxan gəmilər yükləri dünyanın yarısını dolandıraraq Süveyş kanalı vasitəsilə deyil, İran və Azərbaycan vasitəsilə Rusiya və Avropaya daşıyacaq. Hindistan öz idxal əməliyyatlarını da bu marşrutun əks istiqaməti ilə həyata keçirə bilər. Artıq Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu istifadəyə verilib. İranda Qəzvin-Rəşt dəmir yolunun da istismara buraxılması vaxtı müəyyən edilib. Bu yol mart ayında istifadəyə veriləcək. Rəşt-Astara dəmir yolunun inşasının isə 2 il ərzində yekunlaşacağı bildirilir. Azərbaycan bu yolun inşası üçün İrana 500 milyon dollar güzəştli kredit də verib. Beləliklə, yaxın gələcəkdə Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu tam hazır vəziyyətə gətiriləcək.

Qeyd edək ki, Hindistanla yanaşı, Sinqapur və Malayziya da “Şimal-Cənub”a  maraq göstərir. Bu ölkələrin böyüyən iqtisadiyyatı və Avropa dövlətləri ilə ticarət əlaqələrinin genişlənməsi nəqliyyat probleminin həllini tələb edir. Yuxarıda deyilənlərdən belə nəticə çıxarmaq olar ki, İranın Çabahar və Bəndər-Abbas limanları təkcə Hindistandan deyil, eləcə də Cənub-Şərqi Asiyanın digər ölkələrindən yük gəmilərini qəbul edəcək. Bu yüklər isə Qəzvin-Rəşt-Astara-Astara dəmir yolu vasitəsilə dünya bazarlarına çatdırılacaq. Bütün bu proseslərdə əhəmiyyətli rol oynayan Azərbaycan isə, tranzit gəlirlərlə yanaşı, iqtisadiyyatın qeyri-neft sektorunu da inkişaf etdirəcək. “Şimal-Cənub”la yanaşı, “Şərq-Qərb” dəhlizinin istfiadəyə verilməsinə görülən hazırlıq, “Transxəzər” marşrutu da diqqəti Azərbaycana yönəldir. “Transxəzər”  Asiya ilə Avropa arasında ən sərfəli dəhliz olmaqla yanaşı, bu istiqamətdə yükdaşımalar dəhlizin keçdiyi ölkələrin əməkdaşlığına və iqtisadi inkişafına müsbət təsir göstərir. Bütün bunlar nəticə etibarı ilə Azərbaycana yeni iqtisadi, eyni zamanda siyasi dividendlər qazandırır.

NAHİD



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

19.08.2026 / 22:46
Avropadakı ABŞ bazaları İranın hədəfində... Mümkün hücumlara qarşı hazırlıqlar başladı...

19.08.2026 / 22:21
İranla Fransa arasında gərginlik artır - diplomatlar ölkədən qovuldu, Tehran Parisə sərt xəbərdarlıq etdi...

19.08.2026 / 21:50
Moskvanın böyük qorxusu – Qərb "erməni və Moldova metodları" ilə Duma seçkilərinə müdaxilə edəcək...

19.08.2026 / 21:33
Azərbaycanın Sovet dövrü tarixi yenidən yazılmalıdır -Tarixçilər qəti mövqe tutur...

19.08.2026 / 21:15
İlham Əliyevin “Metsamor AES bağlanmalıdır” tələbinə İrəvandan reaksiya...

19.08.2026 / 20:48
Ermənilər İrəvandan Təbrizə təyyarə reyslərini bərpa edirlər...

19.08.2026 / 20:25
Rusiya XİN Azərbaycan baş prokurorluğunun məlumatına çoxbaşlı cavab verdi...

19.08.2026 / 20:09
Tokayev Nazarbayevin hüquqlarını əlindən aldı – xalqa müraciət edə bilməyəcək…

19.08.2026 / 19:41
Rusiya Azərbaycanla münasibətlərini yenidən gərginləşdirir...

19.08.2026 / 19:33
Özəl tərəfdarı millət vəkili CHP-li Keleş tərəfindən bıçaqlandı

19.08.2026 / 19:10
Rusiya və Ukrayna arasında əsir mübadiləsi - 103-nü verib 103-nü aldılar...

19.08.2026 / 18:43
"Azərbaycan ehtiyac içində olan insanlara və ölkələrə humanitar dəstək göstərməkdə davam edir" - XİN

19.08.2026 / 18:30
Bakıda bu kabab evində at DNT-si aşkarlandı - ŞOK...

19.08.2026 / 18:07
İsrail və Türkiyə arasında müharibə təhlükəsi - İsrailin Suriyaya son hücumu ilə bağlı ŞOK İDDİA...

19.08.2026 / 17:40
Əliyevin Rusiya ilə siyasi davranışları Ermənistanda qızğın müzakirə olunmağa başlayıb...

19.08.2026 / 17:27
Xaricdən idarə olunan onlayn kazino şəbəkəsinin rəhbəri Gürcüstanda yaxalanaraq Azərbaycana gətirildi - VİDEO

19.08.2026 / 17:12
Gürcüstanda pul qazanmaqda Azərbaycan Türkiyəni üstələdi, fərq – 550 min dollar...

19.08.2026 / 16:49
Tramp Omanı Amerikanın düşmənləri siyahısına daxil etdi - vurulacaq...

19.08.2026 / 16:25
Azərbaycanın dövlət borcunda dəyişiklik gözlənilir...Nazirlik hesabat yaydı...

19.08.2026 / 16:22
CNN Azərbaycana böhtan atdı, məhkəməyə verildi...

19.08.2026 / 16:11
Ermənistan ordusunda ölüm halları ölkəni yenidən qarışdırdı...

19.08.2026 / 16:06
Paşinyan Türkiyəyə dəmiryolu çəkilişini beynəlxalq tenderə çıxardı...

19.08.2026 / 15:37
Putin “Yabloko”nun adını bütün seçki sənədlərindən silməyi əmr etdi...

19.08.2026 / 15:15
Yevlax Regional Xəstəxanasının baş həkimi vəzifəsindən azad edildi

19.08.2026 / 14:58
Rusiyadan Ermənistana Azərbaycandan vasitəsilə 1 820 ton buğda göndəriləcək

19.08.2026 / 14:44
Mədəniyyət Nazirliyinə yeni aparat rəhbəri təyin olundu, Mustafa Abbasbəyliyə isə yeni vəzifə verildi

19.08.2026 / 14:36
Netanyahu Trampın Qəzza planını rədd etdi, Tramp dözdü - inanmaq olar?..

19.08.2026 / 14:12
Tramp İranla danışıqları dayandırmağı əmr etdi - sərt sanksiyalar gəlir…

19.08.2026 / 13:54
ABŞ münaqişəni qızışdırarsa, İran Avropaya zərbə endirə bilər…

19.08.2026 / 13:39
Rusiya ilə müharibənin Ukraynaya vurduğu ziyan 600 milyard dolları keçdi...

19.08.2026 / 13:25
Ukraynada yüksək vəzifəli məmurların evində axtarış aparılır - Zelenskinin ofis rəhbərinin müavini də təhlükə ilə üzləşdi…

19.08.2026 / 13:10
Prezident Kiçik Qaladərəsi kəndinin gənc sakininin arzusunu gerçəkləşdirdi - VİDEO

19.08.2026 / 12:54
ABŞ Azərbaycanı Çini tariflərdən yayınmağa kömək etməkdə ittiham edir…

19.08.2026 / 12:30
İran iki fransız diplomatı “persona non grata” elan etdi

19.08.2026 / 12:14
Həkim səhvi ilə bağlı mübahisələrdə məhkəmələr nəyə diqqət yetirirlər? - Ali Məhkəmə açıqladı

19.08.2026 / 11:43
Ağdam kənd qəbiristanlığında hərbi sursat aşkarlandı

19.08.2026 / 11:29
30 ilin sirləri - əfqan əsirliyindən qaçan pilotun film kimi hekayəsi

19.08.2026 / 11:16
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlandı

19.08.2026 / 10:57
Şəxsiyyətləri müəyyənləşdirilən daha 5 itkin şəhid dəfn ediləcək

19.08.2026 / 10:31
Siyəzəndə narkotiklərlə bağlı əməliyyatlar - 9 nəfər həbs edildi

19.08.2026 / 07:14
Türkiyədə maraqlı tarixi yer kəşf olundu

19.08.2026 / 06:27
ABŞ-da META şirkəti məhkəməyə verildi - zərərçəkən uşaq və yeniyetmələrdir

18.08.2026 / 22:24
ABŞ-ın keçmiş kəşfiyyat şefi xəbərdarlıq etdi - Rusiya Almaniyaya hücum edə bilər…

18.08.2026 / 21:18
Məkkə Sazişinin tam məzmunu qapalı saxlanılır...

18.08.2026 / 20:48
Naxçıvanda tarixi abidələrlə bağlı ciddi problemlər var - Prezident təsadüfi söz deməz...

18.08.2026 / 20:26
Ermənistanda Avropanın Yeni Missiyasının məqsədləri açıqlandı - hansı maliyyə axını?..

18.08.2026 / 19:56
Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi

18.08.2026 / 19:41
Naxçıvanda və Zəngəzurda doğrulmuş yeni idarəçilik Konstitusiyada nə vaxt əks olunacaq...

18.08.2026 / 19:27
Azərbaycan yalan və saxta iddialara görə CNN-i məhkəməyə verdi...

18.08.2026 / 19:15
Macarıstanın yeni hakimiyyəti türk birliyinə münasibətini ilk dəfə ifadə etdi...

18.08.2026 / 18:53
İrandan ABŞ-a net mesaj - blokada və sanksiyalar qaldırılana qədər Hörmüz açılmayacaq...

18.08.2026 / 18:37
İran ABŞ-ın Hörmüz blokadasını qırmaq üçün hücuma hazırlaşır...

18.08.2026 / 18:20
Bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub

18.08.2026 / 18:06
Rusiyada yanacaq böhranının ikinci dalğası başladı – YDM-lərin yalnız 28 faizində benzin var…

18.08.2026 / 17:50
Ağ Ev üzvü gizli dipmissiya ilə Rusiyaya gedibmiş - ikitərəfli “mədəni” əlaqələri təşviq etmək üçün…

18.08.2026 / 17:48
Ərdoğanın Avropa Birliyi ilə münasibətlərində qaranlıq şey qalmadı - məsələnin Azərbaycana təsiri olacaq?..

18.08.2026 / 17:34
Rusiya Xəzər dənizi vasitəsilə İrana dron və sursat tədarük edir…

18.08.2026 / 17:19
İndi də İran ABŞ-dan əl çəkmir - ABŞ-la İran rol dəyişdirirlər...

18.08.2026 / 17:02
Tramp Hörmüz boğazının xəritəsini "yeni ABŞ ərazisi" adı ilə paylaşdı…

18.08.2026 / 16:47
Paşinyan Rusiya ilə KTMT mübahisəsini özünə lazımlı sonu görünməyən ritorikaya çevirir...

18.08.2026 / 16:31
Türkiyədə yayın dadı yalnız dənizdə deyil, süfrədə də yaşanır

18.08.2026 / 16:16
Mütəşəkkil köləlik: Rusiyanın sərt miqrant qaydaları

18.08.2026 / 16:05
Doğum sürətlə azalır, ölüm sayı artır...

18.08.2026 / 16:01
Ermənistan-Azərbaycan sərhədində ticarət - Ermənistanın tekstil istehsalı Azərbaycan xammalına əsaslana bilər...

18.08.2026 / 15:56
Rusiyanın Ukraynadakı quru qoşunları ardıcıl şəkildə zəiflədilir... Necə?

18.08.2026 / 15:51
"Təhlükəsizlik bizim gündəliyimizdə prioritet olmağa davam edəcək"" - Prezident

18.08.2026 / 15:49
Kedminin Azərbaycan tarixini hədəfə alan ritorikası - tarixi silmək cəhdi, yoxsa yeni siyasi təxribat?

18.08.2026 / 15:26
Prezident İlham Əliyev Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO

18.08.2026 / 13:58
Türkiyə Qara dənizdə alternativ logistika yaradır - İydərə limanı

18.08.2026 / 13:43
Bəşər Əsədin əmisi oğlu da edam cəzasına məhkum edildi...

18.08.2026 / 13:26
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı...

18.08.2026 / 13:20
Rusiyada miqrantlar üçün giriş tələblərinin daha da sərtləşdirilməsi təklif edildi...

18.08.2026 / 13:07
Tramp Məkkə sazişinə rişxənd elədi...(?)

18.08.2026 / 12:51
Husilər Saudi Aramco neft emalı zavoduna hücum etdi…

18.08.2026 / 12:36
Ukrayna ilk dəfə Rusiya daxilindəki hədəfləri Britaniya dronları ilə vurdu – Moskva Londonu hədələdi…

18.08.2026 / 12:14
Övladlarından ayrı qalan ana iki azyaşlı uşağına qovuşdu

18.08.2026 / 12:02
“Kərkükdən gələn səs”: unudulmuş nəğmələr yenidən səhnəyə qayıdır

18.08.2026 / 12:00
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub

18.08.2026 / 11:46
Mətbuat Şurası Bəyanat yaydı

18.08.2026 / 11:41
Mətbuat Şurası Rusiya KİV-lərində Azərbaycana qarşı təhdidləri pislədi - BƏYANAT

18.08.2026 / 11:30
Hörmüz boğazında daha bir gəmiyə atəş açıldı – ölən var…

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ