Bazar günü günü, 29 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Həsən Zeynalov İstanbuldakı iş adamlarımız və bəzi QHT-lər barədə düşündürücü məsələlər qaldırdı
Tarix: 27.08.2014 / 02:54
Bölmə: Siyasət
Azərbaycanın İstanbul (Türkiyə) şəhərindəki baş konsulu, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında Azərbaycanın daimi nümayəndəsi, fövqəladə və səlahiyyətli səfir Həsən Zeynalov APA-ya maraqlı müsahibə verib. Müsahibə iki ölkənin daha yaxşı münasibətlərdə olmasını istəyənlər üçün maraqlı nüanslarla zəngindir.
- Həsən müəllim, İstanbul dünyanın ən fəal həyat və iş rejiminə malik şəhərlərindəndir. Baş konsulluğumuzun buradakı fəaliyyəti və iş təcrübəsini bizimlə bölüşməyinizi istərdik...
- Türkiyə regionun və dünyanın sürətlə inkişaf edən ölkələrindən, ticarət-iqtisadi, nəqliyyat, turizm və maliyyə sahələrində önəmli mərkəzlərindəndir. Bu ölkə ilə Azərbaycan arasındakı qardaş əlaqələr iki ölkə arasında əməkdaşlığın bütün sahələrdə inkişaf etdirilməsini zəruri edir. Bundan əlavə, Türkiyə və Azərbaycan üçün olduğu qədər dünyanın digər dövlətləri və bölgələri üçün də mühüm əhəmiyyət kəsb edən və Azərbaycanın təşəbbüskarı olduğu bir sıra layihələr bizi daha sıx bağlarla birləşdirir, gələcəkdə də bu əlaqələrin uğurla davam etdirilməsinə sağlam zəmin yaradır. Müstəqil Azərbaycanın Türkiyə ilə əlaqələrinin strateji məcrada inkişafının bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən "bir millət, iki dövlət" təfəkkürü ilə möhkəm təməl üzərində qoyulub. Azərbaycan prezidenti İlham Əliyev həmin strateji xətti uğurla davam etdirir. Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf tendensiyası xalqlarımızın mənəvi sifarişidir.
Baş Konsulluğumuzun yerləşdiyi İstanbul şəhəri isə Türkiyənin ən intensiv inkişaf edən və yaşayan şəhəridir. Şəhərin inkişaf göstəriciləri - əhalisinin sayı, siyasi, ticarət-iqtisadi, tarixi-mədəni və s. anlamda əhəmiyyəti, İstanbul və ətraf vilayətlərdə xeyli soydaşımızın yaşaması işimizin məsuliyyətini artıran amillərdəndir. Təbii ki, burada işlərin intensivliyi bizdən çevik, təşəbbüskar və effektli fəaliyyət tələb edir. Baş Konsulluğumuzun konsul dairəsinin fəaliyyəti İstanbulla bərabər 30-a yaxın vilayəti əhatə edir və bu, özü-özlüyündə işimizə əlavə həcm verməklə yanaşı, ölkəni daha yaxşı tanımağa, prosesləri yaxından izləməyə əlavə imkan yaradır. Bir qayda olaraq, yerli KİV-lərin, qanunvericilikdə, regionlarda baş verən dəyişikliklərin gündəlik əsasda izlənməsi, yerlərə səfərlərin həyata keçirilməsi, iki ölkə arasında qarşılıqlı səfərlərin təşkil edilməsi, vətəndaşlarımızın qəbul edilməsi, onlara mümkün köməkliyin göstərilməsi, görüşlərin keçirilməsi, tədbir və toplantılarda iştirak, İstanbulda yerləşən beynəlxalq təşkilatlarda respublikamızın təmsil edilməsi, maraqlarının qorunması və s. kimi məsələlər, eyni zamanda iki ölkə arasındakı əməkdaşlığı daha da dərinləşdirə biləcək məsələlərin üzə çıxarılması və bununla bağlı təkliflərin hazırlanması işimizin ayrılmaz hissəsi, önəmli parçasıdır. Bildiyiniz kimi, mən on ildən artıqdır Türkiyədə çalışıram. Əvvəlcə Azərbaycanın Qarsda (2004-2010), 2010-cu ildən etibarən isə İstanbulda baş konsuluyam. Hələ gənclik illərindən Türkiyənin tarixinə, mədəniyyətinə, ictimai-siyasi həyatına marağım olub. Türkiyədə çalışdığım illər isə qardaş ölkəyə aid biliklərimi daha da zənginləşdirib, bu ölkəyə marağımı daha da artırıb. Bu marağım mənə Türkiyənin ictimai-siyasi həyatında, iqtisadiyyatında və s. sahələrdə gedən prosesləri daha aydın şəkildə anlamağa, işimizin necə qurulmasının müəyyən edilməsinə yardım edir. Təbii ki, çoxşaxəli işimizin idarə edilməsində, ölkə rəhbərliyi tərəfindən qarşımıza qoyulan vəzifələrin layiqincə həyata keçirilməsində idarəçilik təcrübəsi və biliklərlə yanaşı, peşəkar və vətənpərvər kadrlar da mühüm rol oynayır.
Xüsusilə qeyd etmək istəyirəm ki, bu yaxınlarda Azərbaycanın xarici ölkələrdəki diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsi zamanı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən diplomatik nümayəndəliklərin rəhbərlərinə bir sıra təxirəsalınmaz tapşırıqlar verilib. Müşavirə zamanı ölkə başçımız və digər yüksək vəzifəli şəxslər tərəfindən səsləndirilmiş fikirlərdən nəticə çıxararaq işimizin daha da təkmilləşdirilməsinə, iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə bütün kollektivimizlə əzmlə səy göstərəcəyik.
- İstanbul dünyanın ticarət-iqtisadi mərkəzlərindən birinə çevrilib. Bu istiqamətdə iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün hansı işləri görürsünüz?
- Qeyd etdiyim kimi, İstanbul regionun və qloballaşan dünyanın önəmli ticarət-iqtisadi, maliyyə mərkəzlərindən biri kimi tarixi şöhrətini qorumaqdadır. Bu gün dünyanın sosial-iqtisadi (ticarət-iqtisadi) xəritəsini İstanbulsuz təsəvvür etmək mümkünsüzdür. Bu şəhər strateji önəmə malik layihələrin, təşəbbüs və tədbirlərin həyata keçirilmə yerinə çevrilib. Ölkənin ən iri və mühüm şirkətləri, holdinqləri, sənaye müəssisələri burada yerləşir, görkəmli iş adamları, dünya şöhrətli insanlar burada yaşayır. Bu səbəbdən İstanbulda olduqca güclü işgüzar mühit yaranıb, iş adamları müxtəlif sahələri əhatə edən birliklər, ixtisaslaşmış qurumlar təsis ediblər. Baş konsulluq olaraq biz daim bu birliklərlə, qurumlarla, ayrı-ayrı iş adamları ilə müxtəlif formatlarda görüşür, Azərbaycan həqiqətləri - sağlam işgüzar və sərmayə mühiti, əməkdaşlıq imkanları haqqında onları məlumatlandırır, insanları Azərbaycanla sıx əməkdaşlıq etməyə, ölkəmizə sərmayə yatırmağa çağırırıq. Bununla yanaşı, Azərbaycan iş adamlarının və şirkətlərinin də maraqlarının konsul dairəmiz çərçivəsində təmin edilməsinə çalışır, iş adamlarımız üçün maraq kəsb edə biləcək sahələr üzrə araşdırmalar apararaq mövcud imkanlar barədə ölkəmizin aidiyyəti qurumlarını məlumatlandırırıq.
- Türkiyədə çalışan iş adamlarımızın fəallığı, onlarla əlaqələriniz hansı səviyyədədir? Xatırlayıram ki, bir neçə il əvvəl Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi (TAİAB) təsis edilmişdi. Bu təşkilatla işgüzar münasibətlərinizi necə qurmusunuz?
- Heç kimə sirr deyil ki, hazırda Türkiyədə həmvətənlərimiz irili-xırdalı yüzlərlə şirkət təsis edib, çoxlu sayda azərbaycanlı iş adamı işgüzar fəaliyyətə cəlb olunub. Onların arasında Türkiyə və dünya miqyasında sayılıb-seçilən həmyerlilərimiz də var. Təbii ki, bizimlə səmimi münasibətlərdə olan, dəvətlərimizi qəbul edərək tədbirlərimizdə, toplantılarımızda yaxından iştirak edən, matəm və əlamətdar günlərimizdə bizimlə bərabər olan çoxlu şirkətlərimiz və iş adamlarımız var. Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, baş konsulluq bütün tədbirləri yalnız daxili imkanlar hesabına keçirir. Bunu deməkdə məqsədim odur ki, kimsə iş adamlarımızla, şirkətlərimizlə münasibətlərimizdə təmənna olduğunu düşünməsin. Əksinə, biz baş konsulluq olaraq hər zaman onların arxasındayıq və lazımi dəstəyi verməyə hazırıq. Amma təəssüf ki, bəzi insanlarımız hələ də "köhnə psixologiya" ilə, stereotiplərlə yaşayır və xarici ölkələrdəki diplomatik nümayəndəliklərin adı gələndə xof içində onlardan uzaqlaşmağa çalışır. Biz onlarla işləyərək, yaxınlaşaraq onlara dəstək ola biləcəyimizi aşılamağa çalışsaq da, bu həmişə gözlənilən effekti vermir.
Səmimi etiraf edim ki, harada işləməyimdən, hansı ölkədə olmağımdan asılı olmayaraq, hər zaman azərbaycanlı iş adamlarının, onların şirkətlərinin uğurlu və güclü olmasını istəmişəm. Bunun üçün onların öz aralarında da əlaqələrinin, şəbəkə və birliklərinin olması vacib şərtlərdəndir. Lakin əfsuslar olsun ki, bu anlamda vəziyyət hələ də o qədər ürəkaçan deyil və iş adamlarımızın real olaraq təşkilatlanması prosesi olduqca zəif gedir. Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin yaranmasından xeyli müddət ötməsinə baxmayaraq, birlik hələ də iş adamlarımızı öz ətrafında toplaya biləcək işlək mexanizm təklif edə bilməyib. Bizdən tez-tez soruşurlar ki, bu qurum nə işlə məşğuldur, fəaliyyəti varmı, baş konsulluqla əlaqələri hansı səviyyədədir? Açığını deyim ki, 2012-ci ildə Çırağan sarayında keçirilmiş təsis iclasından indiyədək birliyin azərbaycanlı iş adamlarını kütləvi şəkildə öz ətrafında birləşdirməsi, onlarla bağlı hər hansı toplantı keçirməsi haqqında məlumata rast gəlməmişəm. Hətta Türkiyədə çalışan iş adamlarımızın əksəriyyətinin bu birlik haqqında məlumatlı olmasına da əmin deyiləm. Amma ümidvaram ki, yaxın zamanlarda vəziyyət dəyişər və biz bu birlik haqqında qürurla danışarıq. Əslində TAİAB-in potensialı var və Türkiyə kimi qardaş ölkədə real olaraq maraqlı işlər, birgə layihələr, toplantılar həyata keçirmək, qarşılıqlı səfərlər təşkil etmək olar.
- Siz həm də Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında daimi nümayəndəsisiniz. Təşkilat çərçivəsində işlər necə gedir?
- Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının qurucu üzvlərindəndir. Ölkəmiz bu təşkilat çərçivəsində gedən proseslərin fəal iştirakçısı, Qara dəniz regionunda əməkdaşlığın, pozitiv dəyişikliklərin həyata keçirilməsi istiqamətində səy göstərən tərəfdaşdır. Azərbaycan günü-gündən inkişaf etdikcə, qüdrətləndikcə onunla əməkdaşlığa maraq daha da artır. Respublika rəhbərliyinin yorulmaz səyləri nəticəsində bu gün ölkəmiz bütün dünyada, o cümlədən də QDİƏT çərçivəsində etibarlı tərəfdaş kimi tanınmaqdadır.
Ermənistanın da üzv olduğu bu təşkilat çərçivəsində aparılan işi, həyata keçirilən əməkdaşlığı, irəli sürülən təşəbbüsləri Azərbaycanın QDİƏT yanında daimi nümayəndəsi olaraq bilavasitə nəzarətdə saxlayır, Azərbaycan Xarici İşlər Nazirliyi və respublikamızın digər dövlət qurumları ilə əlaqələndirmə yolu ilə ölkəmizin təşkilatdakı fəaliyyətinin koordinasiyasında iştirak edir, bununla bağlı təklif və təşəbbüslərlə çıxış edirəm.
Qeyd etmək istərdim ki, indiyədək respublikamız QDİƏT çərçivəsində onlarla təklif və təşəbbüs irəli sürüb, onların həyata keçirilməsi üzrə danışıqlar aparıb və uğurlu nəticələr əldə edib. Ən son təşəbbüslər bir ay öncə təşkilat çərçivəsində "Gömrük işi" və "Elm və texnologiya" sahələrində əməkdaşlıq üzrə iki işçi qrupunda əlaqələndiriciliyin respublikamıza keçməsi ilə nəticələnib. Əminəm ki, iki il davam edəcək bu fəaliyyət zamanı müvafiq nazirlik və dövlət qurumlarımızla sıx işbirliyində təşkilat çərçivəsində konkret sahələr üzrə əməkdaşlığı daha da inkişaf etdirəcək təkliflər irəli sürüləcək və həyata keçiriləcək.
- Türkiyədəki fəaliyyətiniz dövründə Qarsda ölkəmizin baş konsulluğu üçün ayrıca bina, daha sonra isə İstanbuldakı baş konsulluq üçün yeni inzibati bina inşa edilib. Bu işlər böyük zəhmət, enerji, vaxt və vəsait tələb edir. Bu işlərdə Sizə Türkiyədəki iş adamlarımızın, şirkət və qurumlarımızın dəstəyi nədən ibarət olub?
- Azərbaycan müstəqillik qazandıqdan sonra xarici ölkələrdə diplomatik missiyalarını açmağa başladı. Müstəqilliyimizin ilk illərində bu sahədə çoxlu çətinliklər - maliyyələşmə, uyğun bina tapılması kimi problemlər olduğunu hamımız bilirik. Amma şükürlər olsun ki, artıq müstəqilliyimizdən 23 ilə yaxın vaxt keçib və bu müddət ərzində ölkə rəhbərliyinin səyləri nəticəsində dövlətimiz inkişaf edib, qüdrətlənib və geniş maliyyə imkanlarına malikdir. Bu gün Azərbaycanın xarici dövlətlərdə 78 diplomatik nümayəndəliyi var. 23 il öncə rəhbərlik tərəfindən qarşımıza qoyulan məqsədlərlə indikilər fərqlənir. Dövlətimizin rifahı yaxşılaşdıqca imkanları genişlənir. Bu səbəbdən də xaricdəki təmsilçiliklərimizin istər öz işi ilə, istərsə də yerləşdiyi məkan və bina ilə Azərbaycanın real vəziyyətini və imkanlarını əks etdirməsi labüd və zəruri hal alıb.
Bildiyiniz kimi, Azərbaycandan başqa Qarsda heç bir dövlətin baş konsulluğu yoxdur. Biz orada fəaliyyətimizin ilkin mərhələsində nisbətən kiçik bir bina icarəyə götürmüşdük. Lakin işin həcminin və təbii olaraq əməkdaşların sayının artması ilə daha geniş, baş konsulluğun funksiyalarını tam mənada həyata keçirməyə imkan verəcək binaya ehtiyac duyulmağa başladı. Biz də dövlətimizin imkanlarından istifadə edərək orada tarixi bina aldıq, onu təmir edərək Azərbaycanı təmsil etməyə layiq bina şəklinə gətirdik.
İstanbulda fəaliyyətə başladığım ilk günlərdən hiss etdim ki, baş konsulluq üçün icarəyə götürülmüş bina müasir tələblərə cavab vermir. Bina xeyli vaxt əvvəl icarəyə götürülmüşdü və artıq baş konsulluğun tələblərinə cavab vermirdi. Türkiyənin döyünən ürəyi olan İstanbulda Azərbaycanın baş konsulluğunun ölkəmizə layiq məkana, binaya və təchizata malik olması zərurəti kəskin duyulurdu. Ölkə rəhbəri qarşısında təkliflə çıxış etdik və İstanbulda uyğun ərazi alaraq baş konsulluğun binasını inşa etdik. Bu gün Azərbaycanın mülkü olan baş konsulluğun yeni binasında çalışır, qonaqlarımızı qəbul edir, qəbullar, tədbirlər, konfranslar, dəyirmi masalar keçirə bilirik.
Minnətdarlıq hissi ilə bildirirəm ki, həm Qarsda, həm də İstanbulda baş konsulluqların yerləşdiyi ərazilərin və binaların alınması, inşası və təmir edilməsi, müasir texnika ilə təchiz edilməsi və s. işlər ölkə başçısı cənab İlham Əliyevin qayğısı ilə dövlətimiz tərəfindən ayrılmış vəsait hesabına həyata keçirilib. Bu işlərdə Türkiyədəki heç bir azərbaycanlı iş adamı, Azərbaycan şirkəti və ya dövlət qurumu iştirak etməyib.
- Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı fəaliyyətinizi necə qurmusunuz? Qondarma "erməni soyqırımı"nın 100-cü ildönümü ilə əlaqədar bəzi narahatlıqlar var, bu barədə nə deyə bilərsiniz?
- Diplomatik fəaliyyətimizin önəmli bir hissəsi Azərbaycanın bir nömrəli problemi olan Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin tarixi, reallıqları, nəticələri, münaqişənin həlli istiqamətində atılan addımlar və görülən işlər haqqında yerləşmə ölkəsinin rəsmi, işgüzar və ictimai dairələrinin doğru və dolğun məlumatlarla təmin edilməsindən ibarətdir. Bu səpkidə İstanbul və ətraf vilayətlərdəki dövlət qurumları, yerli özünüidarəetmə orqanları, dərnəklər və birliklərlə, təhsil ocaqlarında, KİV-lə baş konsulluq arasında səmimi işgüzar əməkdaşlıq əlaqələri mövcuddur. Düzdür, Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin səciyyəsi baxımından münaqişə ilə bağlı təbliğat məsələləri üzrə bizim işimiz respublikamızın digər dövlətlərdəki diplomatik nümayəndəlikləri ilə müqayisədə bir qədər fərqli, bəlkə də asan görünsə də, əslində iki ölkə arasındakı əlaqələrin səviyyəsi işimizin məsuliyyətini daha da artırır. İl ərzində, xüsusən əlamətdar tarixlər yaxınlaşdıqca şəxsən mən və baş konsulluğun məsul əməkdaşları konsul dairəmizdə onlarla toplantılarda, konfranslarda, dəyirmi masalarda Ermənistanın işğalçı mahiyyətini, Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasətini, torpaqlarımızın iyirmi faizinin işğal altında olmasını, bir milyondan artıq qaçqın və məcburi köçkünümüzün olmasını anladır, sərgilər, film və digər əyani və audio-vizual materiallardan istifadə edərək təbliğat işi aparırıq. Məsələn, bu il yaddaqalan ən əlamətdar hadisə Uşak vilayətində "Xocalı soyqırımı" abidəsinin açılışı olub. Uşak Bələdiyyəsi hesabına qoyulmuş abidənin açılışında Azərbaycan Prezident Administrasiyasının nümayəndəsi, Milli Məclisin deputatları, Milli Elmlər Akademiyası Tarix İnstitutunun rəhbərliyi, digər rəsmi şəxslər və QHT, KİV nümayəndələri, yerli ictimaiyyətin görkəmli təmsilçiləri iştirak edib.
Qondarma "erməni soyqırımı" ilə bağlı isə hər zaman qardaş türk xalqının yanındayıq və tarixi faktların belə bir soyqırımın olmadığını, əksinə, ermənilərin türklərə qarşı vəhşiliklər törətdiklərini, soyqırımı həyata keçirdiklərini söyləyirik. Cəmi 22-23 il öncə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı və bir sıra digər şəhərlərində silahsız mülki əhalini, qoca, qadın və uşaqları amansızca, xüsusi qəddarlıq və vəhşiliklə qətlə yetirən ermənilərin türklərə və Türkiyəyə qarşı soyqırım iddiası ilə çıxış etməsi əsrimizin paradoksudur, məncə. Odur ki, Azərbaycan və Türkiyədə, habelə xaricdə yaşayan soydaşlarımız və diaspor nümayəndələrimiz Ermənistanla münasibətlər və "erməni məsələsi"ndə sıramızı düz və sıx tutmalı, mövqeyimizi qorxmadan və yüksək səslə açıqlamalı, ermənilərin yalançı və uydurma "faktlarına" qarşı Xocalı həqiqətlərini, Dağlıq Qarabağda yaşanan vəhşətləri dünya ictimaiyyətinə davamlı şəkildə çatdırmalı, bu istiqamətdə birgə təbliğat fəaliyyəti göstərməliyik. Bu yolda istər siyasi, istər ictimai, istərsə də bütün digər qanuni vasitələrdən istifadə edilməlidir.
- Türkiyədə uzun illərdən bəri yaşayan Azərbaycan əsilli ziyalılarımızın nəslinin davamçıları, nəvə-nəticələri ilə əlaqə saxladığınızı, şəxsən maraqlandığınızı bilirəm...
- Türkiyə ilə Azərbaycan arasında tarixi qardaşlıq bağlarının möhkəmliyini isbat edən məqamlardan biri də bir çox azərbaycanlı mütəfəkkirin taleyinin bu və ya digər mərhələdə Türkiyə ilə sıx bağlı olmasıdır. Ötən əsrin əvvəllərində bir çox ziyalımız Türkiyədə təhsil alıb, yaşayıb-yaradıb, özündən sonra yüz illərlə davam edəcək irs qoyub gedib. Bundan əlavə, keçən əsrin əvvəllərində xalqımızın ağrılı-acılı illərində bolşevik təqibləri və repressiyaları ucbatından Vətənini tərk edərək Türkiyəyə pənah gətirmiş, buranı özünə ikinci vətən seçərək yeni həyat qurmuş soydaşlarımız da olub. Onların arasında xeyli sayda ziyalılarımız, qəhrəmanlarımız, vətən aşiqlərimiz var. Böyük ustad və mütəfəkkirlər Hüseyn Cavid, Əhməd Cavad, Almas Yıldırım, Əli bəy Hüseynzadə, torpaqlarımızı erməni-bolşevik işğalından qəhrəmancasına qoruyan Kərbəlayi İsmayıl və başqaları bu qəbildən olan dəyərlərimizdəndir. Belə şəxslərin xatirəsinin daim yaşaması, onların irsinin qorunmasının və təbliğ edilməsinin məsuliyyəti sonrakı nəsil olan bizlərin üzərinə düşür. Hesab edirəm ki, bu cür şəxsiyyətlərin həyat yolu, fikirləri və əməlləri, ana torpaq Azərbaycana olan sevgiləri dünya durduqca yaşamalı, gələcək nəsillərə vətənpərvərlik örnəyi olaraq ötürülməlidir. Bu məqsədlə baş konsulluq öz fəaliyyəti çərçivəsində müxtəlif tədbirlər, toplantı və gecələr təşkil edir, sərgilər həyata keçirir, çap materialları və nəşrlər hazırlayır. Bu mənada bu il İstanbul Universiteti ilə birgə təmtəraqlı şəkildə Hüseyn Cavidə və Əli bəy Hüseynzadəyə həsr olunmuş iki elmi konfransın keçirilməsini xüsusi qeyd etmək istərdim.
Baş konsulluq tərəfindən təşkil olunan müxtəlif tədbirlərdə Şahtaxtılılar (Şahtaxtinski) nəslindən, Məlik-Aslanov, Əli bəy Hüseynzadə, Nuru və Ənvər Paşalar, Kazım Qarabəkir Paşa, digər ziyalı və zadəgan ailələrin nəslinin davamçılarının, övladlarının, nəvə-nəticələrinin bizimlə bərabər olduğunu görmək olar. Burada haşiyə çıxaraq vurğulamaq istəyirəm ki, ümumiyyətlə, İstanbul və ətraf vilayətlərdə yaşayan alim, sənətçi və ziyalı soydaşlarımızla baş konsulluq arasında səmimi münasibətlər mövcuddur. Vaxtaşırı onlarla görüşlər keçirir, onları narahat edən məsələlərlə maraqlanır və belə məsələlər olduqda onların həllinə çalışır, Azərbaycan-Türkiyə əlaqələrinin daha da dərinləşdirilməsi istiqamətində onların fikir, təklif və mülahizələri ilə tanış oluruq. Biz bu əlaqələrə xüsusi diqqət göstərir, onları qoruyub daha da inkişaf etdirməyə çalışırıq.
Bu istiqamətdə fəaliyyətimizi bundan sonra da davam etdirəcəyimizə, milli-mənəvi dəyərlərimizin tərənnüm etdirilməsi, mütəfəkkirlərimizin və ziyalılarımızın həyat və yaradıcılıqlarını, əsərlərini və türk xalqlarının xoşbəxt gələcəyi naminə fikirlərini təbliğ edəcəyimizə heç kimin şübhəsi olmasın.
- İki ölkə arasında əməkdaşlıq sahəsində önəmli yerlərdən biri də elm-təhsil sahəsidir. Bu sahədə işlər necə qurulub, hansı problemlər var?
- Elm-təhsil sahəsində iki ölkə arasında kifayət qədər geniş əməkdaşlıq mövcuddur, lakin hesab edirəm ki, hər iki ölkənin bu istiqamətdə potensialı hələ də tam şəkildə istifadə olunmamış qalır. Azərbaycandan Türkiyəyə təhsil almağa gələn gənclərimiz olduğu kimi, Türkiyədən də çoxlu sayda gənc Azərbaycanda təhsil alır. Bu gün Qərb ölkələri ilə tələbə mübadiləsi üzrə müxtəlif proqramlar mövcuddur. İstərdim ki, iki ölkə arasında da belə sanballı proqramlar olsun və tələbələrimiz qarşılıqlı olaraq mübadilə fürsətlərindən yararlana bilsinlər. Eyni zamanda çalışmalıyıq ki, tələbə mübadiləsi ilə yanaşı, elmi dairələrimizin nümayəndələri arasında da əlaqələr inkişaf etsin, birgə layihələr həyata keçirilsin, araşdırmalar aparılsın. Tarixi reallıqlar səbəbi ilə uzun illər Azərbaycan alimləri Türkiyə arxivlərindən, Türkiyə alimləri isə Azərbaycan arxivlərindən uzaq düşüb. İndi bu sahədə müəyyən əməkdaşlıq nəzərə çarpsa da, yaxşı olardı ki, tarixçilərimiz, humanitar sahə üzrə təhsil alan tələbələrimiz bu məqama diqqət yetirsin, birgə tədqiqat-araşdırma layihələri işləyib hazırlasın, həyata keçirsin və əməkdaşlığı daha da inkişaf etdirsinlər.
Bir məsələni də qeyd etmək istəyirəm. Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan gənclərinin inkişafına, savadlı və bacarıqlı mütəxəssislərin hazırlanmasına, gənclərimizin dünyanın qabaqcıl ali məktəblərində təhsil almasına göstərdiyi qayğı və diqqət nəticəsində təhsil sahəsində qabaqcıl sayılan bir sıra ölkələrdə, o cümlədən Türkiyədə təhsil müşavirliyi təsis edilib. Lakin hesab edirəm ki, təhsil müşaviri 20 il bundan öncənin metodları ilə işləməməli, müşavirliyin işində köklü dəyişiklik edilməli, fəaliyyətin koordinasiyası həyata keçirilməlidir. Baş konsulluq bu istiqamətdə hər zaman lazımi dəstək göstərməyə hazırdır.
Bundan əlavə, ərazimizdə fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatlarının fəaliyyətinə də toxunmaq istərdim. Müşahidələrimiz onu göstərir ki, bəzi dərnək və QHT-lər tələbələrlə ünsiyyətini müəyyən ideoloji xətt üzrə qurmağa, öz işini bu prinsipə uyğun olaraq təşkil etməyə çalışır. Hesab edirəm ki, bu yanlış mövqedir və doğru nəticələrə gətirib çıxarmayacaq. Dərnəklər tələbələrimiz arasında ayrıseçkilik salmadan, hər kəslə eyni məsafədə durmaqla, tələbələrimizi öz ətrafına toplamaqla fəaliyyət göstərməli, tələbələrin bu və ya digər problemlərinin həllində iştirak etməli, zərurət olduğu təqdirdə isə baş konsulluqla sıx əlaqədə olmalıdır.
Bununla yanaşı, Türkiyədəki iş adamlarımızın da tələbələrlə maraqlanmasını, dərnəklərlə sıx təmasda olmasını, tələbə gənclərimizin tədrisi və məişəti ilə əlaqədar yaranan və yarana biləcək çətinliklərin aradan qaldırılmasında iştirak etmələrini istərdim, amma görünür, bu təfəkkürün formalaşması üçün yaxşı zamanları hələ gözləmək lazımdır.
Mənə yaratmış olduğunuz bu imkandan istifadə edərək İstanbul və ətraf vilayətlərdə yaşayan və təhsil alan soydaşlarımıza demək istərdim ki, Azərbaycanın daha da güclənməsi, daha da qüdrətlənməsi, Azərbaycan-Türkiyə qardaşlığının bundan sonra da möhkəmlənməsi naminə öz işlərində, təhsillərində, həyatlarında fəal olsunlar. Əmin olsunlar ki, qardaş Türkiyədə birgə amalımız, məqsədimiz naminə onların arxasında doğma Azərbaycanı ləyaqətlə təmsil edən baş konsulluq var.
Sözsüz ki, baş konsulluğumuzun geniş bir coğrafiyanı əhatə edən çoxistiqamətli fəaliyyəti barədə bir müsahibədə ətraflı təsəvvür yaratmaq mümkün deyil. Gələcəkdə baş konsulluğumuzun fəaliyyətinin ayrı-ayrı istiqamətləri barədə çox hörmətli oxuculara daha geniş məlumat verməyə şərait yaratmağınızı diləyir və ona görə də əvvəlcədən səmimi təşəkkürümü ifadə edirəm.
DİGƏR XƏBƏRLƏR
Tarix: 29.11.2026 / 21:32
Rusiya Rəşt - Astara dəmiryolunun inşası üçün tam səlahiyyət aldı...
Tarix: 29.11.2026 / 21:16
Ukraynanın hücumları Berlini təşvişə saldı
- Baltik dənizində təhlükəli ssenari... Rusiya NATO-nu hədəfə ala bilər...
Tarix: 29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...
Tarix: 29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı"
- ümidlər hələ sönməyib...
Tarix: 29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı
- Kiyevin addımlarından bezmişəm...
Tarix: 29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır
– Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...
Tarix: 29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…
Tarix: 28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
Tarix: 28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
Tarix: 28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
Tarix: 28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
Tarix: 28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
Tarix: 26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...
Tarix: 26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
SON XƏBƏRLƏR
29.11.2026 / 21:32
Rusiya Rəşt - Astara dəmiryolunun inşası üçün tam səlahiyyət aldı...
29.11.2026 / 21:16
Ukraynanın hücumları Berlini təşvişə saldı
- Baltik dənizində təhlükəli ssenari... Rusiya NATO-nu hədəfə ala bilər...
29.11.2026 / 20:44
Tehran MAQATE-yə şərt qoydu
– ABŞ və İsraili pisləməsəniz, yoxlama olmayacaq...
29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...
29.11.2026 / 19:56
OPEC+ ölkələrindən gözlənilməz qərar
– yeddi ölkə hasilat müzakirələrini dayandırır...
29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi
– Türkiyə səfiri XİN-ə çağırıldı...
29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı
– dörd diplomat ölkədən qovuldu...
29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı"
- ümidlər hələ sönməyib...
29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır
– aktyor Makkonaki və şərhçi Karlson...
29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı
- Kiyevin addımlarından bezmişəm...
29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə
– Zelenskidən Putin və Trampa mühüm mesaj...
29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır
– Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...
29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub
– “Starlink”lə bağlı SENSASİON İDDİA...
29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır
– Pakistan Səudiyyəyə qoşun göndərdi...
29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü
– gəmilərdə yanğın başladı...
29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi
– İrandan Vaşinqton və Təl-Əvivə mesaj...
29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı
29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…
29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” -
"Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...
28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı
- Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...
28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr...
Etirazlar nəzarətdən çıxdı...
28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı
– israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...
28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid
– Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...
28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü
- Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...
28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə...
“Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...
28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir?
- Agentlikdən açıqlama...
28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası
– ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...
28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı
28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA
– Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…
28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..
28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı
– Bakıda 3300 manatlıq oğurluq…
28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı
– bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...
28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...
28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır
- ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...
28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı
28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..
28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?
28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki…
Qalıq yeməkləri təyyarəyə götürüblər…
27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...
27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...
27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...
27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?
27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür
27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək
27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs:
"Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib
27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır
27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var -
adam rüşvəti kimdən alıb...
27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir -
siyahıda Türkiyə və Qırğızıstan da var...
27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...
27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi
27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür...
Konstitusiya uğrunda...
27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir -
siyasi qərar verildi...
27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...
27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi
27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu
– Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...
27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi
27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar
27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq
– Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...
27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...
27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...
27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı
27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir
– biz hücum etmədik...
27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal
– Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi
27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası
– məşhur aparıcı və həyat yoldaşı saxlanıldı
27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı –
45 milyard avronun taleyi...
27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi
– Bakıdan müsbət mesajlar verildi...
27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı
27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu
27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
XƏBƏR ARXİVİ