Bazar ertəsi günü, 19 oktyabr 2026
     

Bakı-Tiflis-Qars dəmir yolu Hindistan-Süveyş kanalı-Avropa yolunu da üstələdi…

Image


Əvvəldən də gözlənildiyi kimi,  Bakı-Tiflis-Qars dəmir yoluna beynəlxalq miqyasda maraq sürətlə artmaqdadır. Elə bunun nəticəsidir ki, sözügedən xətt üzrə yüklərini daşımaq istəyən ölkələrin sayı artır. Bilindiyi kimi, artıq Orta Asiya ölkələrindən Özbəkistan yaxın tezlikdə yüklərini bu marşrutla dünya bazarlarına çıxarmaq istəyir.

Qazaxıstan isə Bakı-Tiflis-Qarsla daşıdığı yüklərin həcmini daha da artırmağı düşünür. Perspektivdə Tacikstan da Bakı-Tiflis-Qarsdan istifadəni nəzərdən keçirdiyini bildirib. Eyni mövqeni Türkmənistan da sərgiləyir. Əfqanıstan, Pakistan, Hindistandan kimi ölkələr də Bakı-Tiflis-Qars a xüsusi maraq ifadə edir. Çünki bu xətt üzrə beynəlxalq layihənin həyata keçirilməsi Transavropa və Transasiya dəmir yolu şəbəkələrinin birləşdirilməsi, yük və sərnişinlərin birbaşa Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasına, region ölkələrinin tranzit potensialının artmasına xidmət edir. Proseslər göstərir ki, qonşu İran və Rusiyanın da Bakı-Tiflis-Qarsa marağı artır. Rusiyalı politoloq, Strateji Qiymətləndirmə İnstitutunun rəhbəri Aleksandr Konovalov hesab edir ki, Rusiya yeni nəqliyyat xətlərində, o cümlədən Bakı-Tiflis-Qarsda iştirakda maraqlıdır: “Şübhəsiz ki, hər hansı siyasi motivlər rəhbər tutulmasa, Rusiya bu marşrutdan yararlanacaq. Moskva Cənubi Qafqazda münasibətlər balansını saxlamağa can atır və bu regionda lokal siyasi münaqişələrdən yan keçərək iqtisadi əməkdaşlıq yatarmağa çalışır. Kremldə əmin olsalar ki, burada siyasi öhdəliklər götürməyə ehtiyac yoxdur, Bakı-Tiflis-Qarsla Rusiyaya aid yüklər nəql oluna bilər”.

Qardaş Türkiyə isə bu xətlə yüklərin həm Azərbaycana, həm də Çinə daşınmasına başlayıb. Elə Çin özü də məhsullarının bir qismini məhz bu marşrut vasitəsilə dünya bazarlarına çıxarmaqdadır. Xatırladaq ki, Bakı-Tiflis-Qars dəmir yolu ilə Çindən Avropaya yüklərin daşınmasına başlanıb. Mühəndis avadanlığı və digər mallarla yüklənən ilk qatar 4186 kilometr məsafə qət edərək Avropaya çatıb. Bakı-Tiflis-Qarsla daşınma daha sərfəli olduğundan, artıq Avropanın özü də bu marşruta xüsusi maraq göstərəmyə başlayıb. Bunu  Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololey də təsdiq edir. Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) Bakı-Tiflis-Qars  dəmir yolunun potensialından istifadə etmək niyyətindədir. Hololey qeyd edib ki, Aİ Asiya istiqamətində yaradılan yeni nəqliyyat dəhlizlərinin, o cümlədən Bakı-Tiflis-Qars dəmir yolunun potensialından yararlanmaq istəyir. Onun sözlərinə görə, Bakı-Tiflis-Qars  Avropa ilə Asiyanı birləşdirən, böyük ticarət potensialı olan mühüm dəhlizdir. Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru vurğulayıb ki, Aİ və Azərbaycan nəqliyyat sahəsində əməkdaşlığı intensivləşdirmək və genişləndirmək niyyətindədir: "Tərəflər nəqliyyatın müxtəlif növlərində əməkdaşlığın inkişafı üzrə müzakirələr aparacaq xüsusi işçi qrupunun yaradılması barədə razılığa gəlib".

Bu vəziyyət onu göstərir ki, artıq tezliklə Avropa İttifaqına üzv ölkələr də Bakı-Tiflis-Qarsdan istifadəyə başlayacaq və Avropa məhsullarının Çinə çatdıırlması baxımından sözügedən dəmir yolu çox sərfəli sayılır. Eyni zamanda bu hal Bakı-Tiflis-Qarsdan istifadə ilə Azərbaycanın özünün Avropaya və əksinə yükdaşımalarını daha sərfəli edir.  Ümumiyyətlə, hesab edilir ki, hazırda Avropa İttifaqı-Azərbaycan əlaqələrinin genişləndirilməsində ölkənin nəqliyyat qurumlarının, o cümlədən dəmir yolu nəqliyyatının üzərinə böyük missiya düşür. Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, “Şimal-Cənub”, “Cənub-Qərb” nəqliyyat dəhlizləri və xüsusilə də Bakı-Tiflis-Qars  bu xüsusda müstəsna əhəmiyyət kəsb edir. Bütün bunlar yükdaşımalardan Azərbaycanın daha çox gəlir götürməsinə, eyni zamanda ölkənin ixrac potensialının yüksəlməsinə xidmət edir. Digər tərəfdən, Bakı-Tiflis-Qars   “Cənub–Qərb”  nəqliyyat layihəsini də gündəmə gətirir. Ümumiyyətlə, Azərbaycanın tranzit potensialını artıracaq və digər nəqliyyat layihələri arasında mühüm əhəmiyyət kəsb edən layihələrdən biri də məhz “Cənub–Qərb”   dəhlizi hesab olunur. Dəhliz Fars Körfəzi-Hindistan–İran–Azərbaycan–Gürcüstan–Qara dəniz–Avropa marşrutu üzrə fəaliyyət göstərəcək. Qeyd olunan nəqliyyat dəhlizinin inkişaf perspektivinin növbəti ünvanı isə Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsini ildən-ilə genişləndirən Hindistan dövlətidir. Avropa İttifaqı ilə Hindistan arasında ticarət hazırda Hind okeanından Süveyş kanalı və Aralıq dənizi vasitəsilə gerçəkləşir. Amma “Cənub–Qərb”  istifadəyə verildikdən sonra yüklərin daşınma müddəti iki dəfə azalacaq və tranzit qiyməti baxımından daha sərfəli hala gələcək. “Cənub–Qərb” in əsas halqası isə məhz Bakı-Tiflis-Qars  hesab edilir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

19.10.2026 / 09:55
DYP küləkli hava ilə bağlı sürücülərə müraciət etdi

19.10.2026 / 08:40
Təl-Əvivdən Vyanaya uçan təyyarədə bomba həyəcanı - avialayner Sofiyaya məcburi eniş etdi

19.10.2026 / 08:32
Körfəz ölkələri İrandan kompensasiya tələb etdilər - Tehran “tupik”də…

19.10.2026 / 08:25
Trampa qarşı “Kral istəmirik!” etiraz aksiyaları bütün Amerikanı bürüdü

18.10.2026 / 22:26
İran agentləri Almaniyada özlərini ifşa etdi - Azərbaycan himni altında növbəti təxribat... VİDEO

18.10.2026 / 21:44
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

18.10.2026 / 20:56
Husi hücumlarından sonra Ər-Riyaddakı 99 mərtəbəli Kingdom Centre göydələni tam boşaldıldı…

18.10.2026 / 20:32
Ukrayna Leninqrad bölgəsindəki VK data mərkəzinə hücum etdi - bəzi platformalarda problemlər yarandı...

18.10.2026 / 20:05
Dövlət Müstəqilliyimizin Ulu öndər bünövrəsi: 35 illik şanlı yol

18.10.2026 / 19:37
Zelenski Ukraynaya Starlink məhdudiyyətlərinin birbaşa ABŞ hökumətindən gəldiyini deyir

18.10.2026 / 16:20
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi

18.10.2026 / 15:58
Britaniya səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:50
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ