Bazar günü günü, 29 noyabr 2026
     

NATO-nun Qafqaza nüfuz etməsinin Azərbaycan-Gürcüstan-Türkiyə oxu...

Image


Regionda son hadisələrin gedişi Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi sahədə də əlaqələrin getdikcə güclənməkdə olduğunu göstərir. Xüsusən də üç ölkənin müdafiə nazirlərinin məlum Naxçıvan görüşü bu istiqamətdə qənaətləri möhkəmləndirib. Hesab olunur ki, artıq bölgədə hərbi sahədə hadisələrin inkişafını məhz bu üç ölkə müəyyənləşdirməkdə israrlıdır.
Onlara isə NATO tərəfindən hərtərəfli dəstək verilməsi gözlənir. Çünki adıçəkilən ölkələrin bölgədə hərbi cəhətdən güclənməsi Rusiyanın burada istədiyi siyasəti diqtə etməsinə imkan verməyəcək və bu da NATO-nun xüsusi maraq dairəsindədir.
Gürcüstan müdafiə naziri İrakli Alasaniya bildirir ki, artıq ölkəsi, Azərbaycan və Türkiyə müdafiə qabiliyyətlərinin gücləndirilməsi və infrastrukturun müdafiəsi üçün birgə plan hazırlayacaqlar. Onun sözlərinə görə, strateji əhəmiyyətli layihələr həyata keçirən adıçəkilən üç dövlət böhranlı vəziyyət halında bu infrastrukturun qorunmasının vacibliyi ilə bağlı razılıq əldə edib: "Bu da həm NATO, həm də Avropa maraqlarına daxildir, çünki məhz bu yoldan Alyansın yüklərinin Əfqanıstana daşınması üçün istifadə olunur. Tranzit və təhlükəsizliyin təmin olunması Rusiya ilə gərgin münasibətlər fonunda böyük əhəmiyyətə malikdir". Maraqlıdır ki, belə bir vaxtda ABŞ-ın vitse-prezidenti Co Bayden Gürcüstanın NATO-ya daxil olması məsələsində bu ölkəni dəstəklədiklərini bildirib. Bayden ABŞ-a səfər edən Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşdən sonra bu fikirdə olduqlarını dilə gətirib.
Hesab edilir ki, ABŞ və Qərb ölkələri həm də Gürcüstan vasitəsilə ermənilərə təsir göstərmək niyyətindədir. İrakli Qaribaşvili də İrəvanda "Ermənistan Avrasiya İttifaqına daxil olacaqsa, Gürcüstanın Rusiyadan vergisiz tranziti təmin edəcəyini gözləməsin" mesajını verib.
Ən maraqlısı isə erməni mediasının iddia etdiyi məsələdir. "Lragir.am" saytı iddia edir ki, Ermənistanın düşdüyü bu vəziyyətə görə ən çox Türkiyə və Azərbaycan sevinir. Sayt qeyd edir ki, Türkiyə və Azərbaycan Rusiya və Qazaxıstanın da Ermənistana təzyiqləri ilə Ermənistanı işğal olunmuş torpaqlardan çıxaracaq. Xatırladaq ki, Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin Naxçıvanda avqustun 18-ə nəzərdə tutulmuş görüşü erməni politoloqları ciddi narahat edib. Məsələn, onlardan biri olan Ruben Melkonyan görüş yeri kimi Naxçıvanın təsadüfən seçilmədiyini bildirib: "Türkiyə göstərir ki, Ermənistana qarşı düşmən münasibətlər qalır, bunun əvəzinə Azərbaycan və Gürcüstanla sıx əməkdaşlıq davam edəcək. Naxçıvan ermənilər əleyhinə proseslərin vacib platforması ola bilər. Dəfələrlə burada müxtəlif görüşlər keçiriblər". Digər ekspert Akop Badalyan faktiki olaraq üçtərəfli qeyri-formal blokun yaradıldığını bildirib: "Hər halda, tərəflər yarım ildən sonra birgə təlimlər keçirməyə və yenidən görüşməyə razılıq verib".
Erməni politoloqun sözlərinə görə, Gürcüstan bu blokun Ermənistana qarşı yaradılmadığını izah etməlidir: "Artıq neçə ildir ki, rəsmi Tiflis Gümrüdəki Rusiya hərbi bazasının Gürcüstana qarşı olmadığı barədə Ermənistandan zəmanət almağa çalışır. Faktiki olaraq erməni-gürcü münasibətlərində qarşılıqlı etibarsızlıq müşahidə olunur. Gürcüstan əmin deyil ki, Rusiya ona qarşı provokasiyalar üçün Ermənistan ərazisindən istifadə edəcəyi halda İrəvan Moskvanı dayandıra biləcək. Digər tərəfdən, Azərbaycan və Türkiyənin Gürcüstan üçün təhlükəsizlik zəmanəti verə biləcəyi də çətindir. Güman ki, NATO tərəfdaşı olan Gürcüstana bu ittifaqda yer alması üçün tapşırıq verilib". Vaşinqton və Brüsselin Gürcüstan üzərində təsirinin böyük olduğunu bildirən A.Badalyan hesab edir ki, Qərbin Tiflis vasitəsilə Bakını ələ almaq istədiyi barədə ehtimallar irəli sürmək olar: "Bu, Gürcüstanın regional əhəmiyyətini yüksəldə bilər. Regionda Türkiyə və Azərbaycanın təsirinin artması ilə müqayisədə bu, Ermənistan üçün daha sərfəlidir".
Başqa erməni eksperti Aram Amatuni hesab edir ki, görüşün məhz Naxçıvanda keçirilməsi faktı özü-özlüyündə çox şey deyir. Görüşün gürcü tərəfinin təşəbbüsü ilə baş tutmasına gəlincə, erməni ekspert təşəbbüsün Gürcüstanın Avropa Birliyi ilə assosiativ razılaşmanın imzalanmasından sonra və NATO-nun Kardif sammiti ərəfəsində ortaya çıxmasına diqqət çəkir. Rəsmi Tiflisin təkbaşına belə bir təşəbbüslə çıxış etməsini inandırıcı hesab etməyən A.Amatuninin fikrincə, bununla əlaqədar Qərblə müzakirələr aparılıb: "Görüş həqiqətən də Qərblə müzakirələrin nəticəsi ola bilər. Beləliklə, faktiki olaraq Gürcüstanın təşəbbüsü ilə Türkiyə və Azərbaycan Rusiyaya qarşı müəyyən addım atır. Və bu, Qərbdə bəyənilmiş ideya ola bilər".








VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 21:32
Rusiya Rəşt - Astara dəmiryolunun inşası üçün tam səlahiyyət aldı...

29.11.2026 / 21:16
Ukraynanın hücumları Berlini təşvişə saldı - Baltik dənizində təhlükəli ssenari... Rusiya NATO-nu hədəfə ala bilər...

29.11.2026 / 20:44
Tehran MAQATE-yə şərt qoydu – ABŞ və İsraili pisləməsəniz, yoxlama olmayacaq...

29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...

29.11.2026 / 19:56
OPEC+ ölkələrindən gözlənilməz qərar – yeddi ölkə hasilat müzakirələrini dayandırır...

29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi – Türkiyə səfiri XİN-ə çağırıldı...

29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı – dörd diplomat ölkədən qovuldu...

29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı" - ümidlər hələ sönməyib...

29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır – aktyor Makkonaki və şərhçi Karlson...

29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı - Kiyevin addımlarından bezmişəm...

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ