Bazar günü günü, 29 noyabr 2026
     

Ukraynadan qayıdan Rusiya "humanitar karvanın"ın geri yükü barədə sensasiyalı xəbər yayıldı

Image


Ukraynaya görə Qərb və Rusiya arasında yaranan ziddiyyətin müharibəyə çevrilmə ehtimalı getdikcə artır. Xüsusən də Rusiyanın Ukraynaya göndərdiyi humanitar yüklərlə bağlı baş verən proseslər bu sahədə olduqca gərgin vəziyyət yaradıb. Xatırladaq ki, Rusiyanın göndərdiyi "KamAZ"lardan ibarət karvan günlərlə Ukrayna sərhədində gözlədikdən sonra sonda Kiyevin razılığı olmadan separatçıların müşayiətilə sərhədi keçib və Luqanska daxil olub.
Rəsmi Kiyev və Qərb dövlətləri Rusiyanın bu addımını birbaşa müdaxilə adlandırıb. Ukrayna tərəfi bildirir ki, yük maşınlarının humanitar yardım daşıdığına tam əmin deyillər. Çünki gömrükçülər cəmi 37 maşına baxış keçirmişdilər. Rusiya tərəfi isə Ukraynanın karvanı buraxmamaq üçün müxtəlif bəhanələr gətirdiyini, nəticədə "dözülməz vəziyyət" yarandığını və bu səbəbdən karvanın Kiyevin razılığını gözləmədən sərhədi keçdiyini bildirib. Humanitar yardım karvanının sərhədi keçməsi və Luqanska çatdırılması prosesini şəxsən prezident Vladimir Putin nəzarətdə saxlayıb.
Son məlumatlara görə, Kiyevin icazəsi olmadan sərhədi keçən və separatçıların nəzarətində olan Luqanska humanitar yardım çatdıran Rusiya "KamAZ"ları artıq Rusiyaya geri qayıdıb. Ukraynalı sərhədçilərə geri qayıdan "KamAZ"lara baxış keçirməyə icazə verməyiblər. Ağ "KamAZ"lardan ibarət karvan separatçıların nəzarətində sərhədi keçib və Rusiya tərəfi onları tələm-tələsik buraxıb. Ukraynanın Milli Təhlükəsizlik Şurası isə bildirib ki, "KamAZ"lar gətirdikləri yükləri boşaldandan sonra Luqanskdakı "Topaz" hərbi zavodunun və Luqansk patron zavodunun avadanlıqlarını sökərək onlara yükləyiblər. "Topaz"zavodunda "Kolçuqa" RLS-ləri istehsal olunur. Luqansk patron zavodu isə müxtəlif çaplı atıcı silahlar üçün patron istehsal edir.
Ukraynanın eks-prezidenti Leonid Kravçuk hesab edir ki, prezident Vladimir Putin Rusiyanın humanitar konvoyunun Ukraynaya daxil olması haqqında əmr verməklə rəsmən işğalçı olduğunu etiraf edib. O, hökumətin Rusiya rəhbərliyinə açıq-aşkar öz etirazını bildirmək hüququnun olduğunu bildirib: "Rusiya bu torpaqlara öz humanitar konvoyunu icazəsiz göndərməklə faktiki olaraq işğalçı olduğunu təsdiqlədi. İşğal məhz Moskvanın əmrindən sonra baş verib. Rusiya Ukraynanın işinə qarışıb, qarışır və bundan sonra da qarışacaq". Bu vəziyyətdən narazılıq edən ABŞ prezidenti Barak Obama və Almaniya kansleri Angela Merkel arasında Rusiyanın Ukraynaya humanitar yardımı ətrafında yaranmış vəziyyətin müzakirəsi məqsədilə telefon danışığı baş tutub. Məlumata əsasən, həmsöhbətlər Rusiya-Ukrayna sərhədinin bağlanmasının vacibliyinə tərəfdar çıxıblar. Xatırladaq ki, bundan əvvəl Pentaqon və NATO Moskva hökumətini yük kolonunu dərhal geri qaytarmağa çağırıblar. Bununla belə, yük avtomobilləri Luqansk ərazisinə daxil olub və Rusiyanın yardımı şəhər sakinlərinə paylanıb.
Qərbin mövqeyini sərt tənqid edən Rusiya Xarici İşlər Nazirliyi Ukraynaya göndərilən humanitar yardımların qarşısını almaqla ABŞ-ın bölgədə çaxnaşma yaratmaq istədiyini açıqlayıb. Nazirlik verdiyi açıqlamada Rusiyanın Ukraynaya humanitar yardım göndərməsinin BMT Təhlükəsizlik Şurasında müzakirə edilməsinin absurd olduğunu bildirib: "Bunu insani missiyaya mane olmaq cəhdi kimi dəyərləndiririk. Geopolitik addımlar üçün vətəndaşların haqqı tapdanır. Beynəlxalq hüquq tanınmır. ABŞ bölgədə qarşıdurmanın davam etməsini istəyir".
Bundan başqa, Rusiya Xarici İşlər Nazirliyi NATO-nun baş katibi Anders Foq Rasmussenin Ukrayna rəhbərliyi və Beynəlxalq Qızıl Xaç Təşkilatının nəzarəti olmadan bölgəyə yardım aparıldığına dair iddialarının yalan olduğunu açıqlayıb. Nazirlik verdiyi açıqlamada Ukrayna tərəfindən icazə notasının avqustun 12-də alındığını qeyd edib. Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı yayılan iddiaların yalan oluğunu bildirən nazirlik Baş katibin dediklərinin həqiqətə uyğun olmadığını dilə gətirib. Xatırladaq ki, NATO baş katibi Anders Foq Rasmussen Rusiya silahlıları tərəfindən nəzarət edilən ağır silahların bölgəyə gətirildiyini və Ukrayna əsgərlərinə atəş açıldığını iddia etmişdi. Adının açıqlanmasını istəməyən NATO rəsmilərindən biri isə Qərb mediasına açıqlamasında bildirib: "Son günlərdə Rusiya hərbçiləri artilleriya birləşmələrini Ukraynaya yeridiblər. Artıq həmin qüvvələrdən Ukrayna ordusuna qarşı döyüşlərdə istifadə olunub". Qərb artıq xeyli müddətdir ki, Rusiyanın gizli şəkildə şərqi Ukrayna separatçılarını silahlandırmaqda ittiham edir. Ancaq indi NATO bildirir ki, onların əlində Rusiyanın Ukraynaya hərbi müdaxiləsini sübut edəcək dəlillər var. NATO-nun mətbuat katibi, xanım Oana Lungesu deyib ki, Rusiya hərbi güclərinin, o cümlədən havadan müdafiə sisteminin və hava qüvvələrinin, xüsusi təyinatlılarının Şərqi Ukraynada fəaliyyəti barədə çoxsaylı mənbələrdən xəbərlər daxil olub: "Hazırda Rusiya artilleriya birləşmələri Ukrayna ordusuna qarşı döyüşlərdə geniş istifadə olunur". Belə vəziyyətdə Qərb UKraynaya hərbi yardımları da artırmağı düşünür ki, bu da Rusiya ilə savaş ehtimalıın artırır.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 21:32
Rusiya Rəşt - Astara dəmiryolunun inşası üçün tam səlahiyyət aldı...

29.11.2026 / 21:16
Ukraynanın hücumları Berlini təşvişə saldı - Baltik dənizində təhlükəli ssenari... Rusiya NATO-nu hədəfə ala bilər...

29.11.2026 / 20:44
Tehran MAQATE-yə şərt qoydu – ABŞ və İsraili pisləməsəniz, yoxlama olmayacaq...

29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...

29.11.2026 / 19:56
OPEC+ ölkələrindən gözlənilməz qərar – yeddi ölkə hasilat müzakirələrini dayandırır...

29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi – Türkiyə səfiri XİN-ə çağırıldı...

29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı – dörd diplomat ölkədən qovuldu...

29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı" - ümidlər hələ sönməyib...

29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır – aktyor Makkonaki və şərhçi Karlson...

29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı - Kiyevin addımlarından bezmişəm...

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ