Bazar günü günü, 29 noyabr 2026
     

Türkiyə sərhədində kürd dövlətinə beynəlxalq dəstək artdı

Image


Dünya üçün getdikcə daha ciddi təhdid mənbəyinə çevrilən "İraq və Şam İslam Dövləti"nə (İŞİD) qarşı mübarizə Qərb ölkələri üçün prioritet əhəmiyyət kəsb etməyə başlayır. Çünki yaxın tezlikdə İŞİD-in Qərb üçün böyük təhlükə olacağı artıq burada da aydın sezilməkdədir. Bu səbəbdən İŞİD-ə qarşı mübarizə aparanlara, o cümlədən kürdlərə Qərbin hərbi dəstəyi artır, kürdlərə müxtəlif silah-sursat göndərilir.
Lakin problemin başqa tərəfi Qərbdən silah alan kürdlərin mövqeyinin güclənməsidir. Bu isə İraqın şimalında İŞİD probleminin həllindən sonra müstəqil kürd dövlətinin yaradılması prosesini daha da sürətləndirəcək.
Hələlik isə İŞİD-ə görə kürdlərə silah yardımı artırılır. Bu arada Suriya İnsan Haqları müşahidə qrupunun verdiyi açıqlamada İŞİD-in tərkibinə 6000 yeni üzv daxil olduğu bildirilir. Bu, İŞİD-in yarandığı gündən bəri ən çox göstəricisidir. Müşahidə qrupunun sədri Rami Abdurrahman 6000 üzvdən 1000 nəfərinin xarici vətəndaş, qalanının isə suriyalı olduğunu vurğulayıb. Bütün bunlar fonunda isə ABŞ prezidenti Barak Obama İŞİD terror qruplaşmasına qarşı daha amansız mübarizə aparılcağını bildirib. Lakin İŞİD-in İraqda sürətli işğalına anında reaksiya göstərən Avropa ölkələri bundan sonrakı vəziyyətdə nə etmək lazım olduğu mövzusunda qərar verməkdə çətinlik çəkir. Suriya böhranında bu qədər qətiyyət göstərməyən avropalı hegemonlar Kürdüstan bölgəsində terrorçuların irəliləməsini bir anda durduraraq İŞİD-in Suriyaya geri çəkilməsi qərarını verdi. ABŞ-ın bölgədə hava zərbələrini intensivləşdirdiyi bir vaxtda Avropadan təkcə İngiltərə, Fransa və Almaniyanın bu bölgədə hərbi əməliyyatlara dəstək verməsi digər Avropa ölkələri tərəfindən o qədər də isti qarşılanmadı. İŞİD-ə qarşı Avropa Birliyi (AB) ölkələrinin vahid mövqeyinin olmaması fərqli bir yanaşmanın olduğunu ortaya çıxarmış oldu. İraq Kürd Regional Muxtariyyətinə (IKBY) hərbi dəstək verilməsinə ilk yaşıl işıq yandıran və bunu qeyd-şərtsiz yerinə yetirən Fransanın ən müasir silahlarını bölgəyə göndərməsində heç bir Avropa ölkəsi ilə məsləhətləşməməsi regionda milli maraqların da fərqli məcrada inkişaf etdiyini təsdiq etdi. İngiltərə isə İŞİD-ə qarşı mübarizədə, Avropanın qabaqcıl ölkələrindən fərqli olaraq, Şərqi Avropa ölkələrindən alınan "Sovet tipli silah və sursatı" kürdlərə göndərməklə məşğuldur. İtaliya, Çexiya və Hollandiya kimi ölkələr, hələ ki, dəqiq qərar verməkdə çətinlik çəkir. Ekspertlər İŞİD-ə qarşı dövlətlərin bir anda birləşərək kürd ərazilərindən sıxışdırılıb çıxarılmasını "Suriya dərsi" ilə əlaqələndirir. Onların fikrincə, Suriyada böhranın ilk aylarında buna reaksiya verməyən Avropa hadisələrin növbəti raundunun belə dəyişəcəyini gözləmirdi. Buna görə də, İraqda "İkinci Suriya" yaranmasın deyə, Avropa ölkələri bu addımı atdı. Analitiklər İŞİD-in get-gedə böyüyərək dövlət halına gəlməsinin Avropanın aşkar qorxusu olduğunu bildirir. İngiltərə baş naziri Devid Kemeronun son çıxışını nümunə gətirən ekspertlər bu aşkar qorxunun yavaş-yavaş Avropaya yayıldığını, "bir müddət sonra İngiltərə küçələrində terrorçu görəcəyik" frazasının həqiqət olduğunu düşünür. Bu səbəbdən Avropanın əksər ölkələri İŞİD-ə qarşı kürdləri fəal şəkildə silahlandırmaqla məşğuldur. Birləşmiş Ştatlar da daxil olmaqla, Qərb radikal ekstremistlərin "İslam Dövləti"nə qarşı mübarizə aparmaq üçün kürdlərin peşmərgə ordusuna silah verməyə başlayıb. Lakin bu məsələ, qeyd olunduğu kimi, başlıca bir narahatlıqla müşayiət olunur. Bu, silahlamış Kürdüstan Regional Hökumətinin İraq dövlətindən ayrılaraq özünü müstəqil elan edə bilməsidir. Artıq kürdlərin sovet dönəmindən qalma silahları təzələnir. Belə ki, Birləşmiş Ştatlar və Fransa da daxil edilməklə, Qərb kürdlərin peşmərgə ordusunu yeni silahlarla təchiz etməyə başlayıb.
Londondakı Birləşmiş Kral Xidmətləri İnqsitutundan Əfzəl Əşrəf küdrlərin çoxdandır müstəqil dövlət arzusunda olduğunu və Qərbin onları silahla təchiz etməsinin acınacaqlı nəticələr verə biləcəyini deyir: "Kürdlər vətənlərinin İraq, Türkiyə və ya Suriyada olduğunu deyirlər. Kürdüstan Regional Hökumətində olan millətçilər əlavə silahın və əlavə təcrübənin olmasından istifadə edər ki, bu da regionda sabitliyə təhlükə ola bilər"
Londonun İqtisadiyyat Məktəbindən Zeynəb Kaya kürdlərin İŞİD-ə qarşı mübarizədə birləşdiyini deyir: "İraqda və Suriyadakı bəzi kürd qruplaşmalarının bir-birinə zidd olmalarına baxmayaraq, İŞİD onların birləşməsinə səbəb olub. İndi onlar peşmərgəyə yardım edir". Bu arada onu da xatırladaq ki, PKK yaraqlıları da yaranmış vəziyyətdən istifadə edə bilər. Düzdür, Zeynəb Kaya deyir ki, Kürdüstan Regional Hökuməti kürd millətçiliyini alovlandırmaqla Ankaranı qəzəbləndirmək istəməz: "Kürdüstan Regional Hökuməti neft ixracı baxımından Türkiyədən asılıdır. Bu da o deməkdir ki, Regional Hökumət regionda və İraqda nüfuzunu artırdıqca Türkiyədən daha çox asılı olacaq".
Qeyd edək ki, Kürdüstan Regional Hökuməti ilə mərkəzi hökumət arasında neft səbəbindən narazılıqlar var. Regional Hökumətin Londondakı nümayəndəsi Bayan Sami Əbdül Rəhman bununla bağlı bildirir: "Onlar neft və qaza nəzarəti mərkəzləşdirmək istəyirdilər. Biz buna imkan vermədik. Bağdad bizim üzərimizdə nəzarəti itirdikdə bizi cəzalandırmağa qalxdı. Yanvar ayından bəri Kürdüstanın büdcəsi yoxdur. Gülməlidir, bu gün Kürdüstan təpədən dırnağadək silahlanmış güclü terror təşkilatı ilə üz-üzə dayanıb, amma bizə hələ də Bağdaddan büdcə verilmir". Hazırda kürdlər İraq ordusu ilə birlikdə "İslam Dövləti"nə qarşı mübarizəyə qalxdığı üçün Kürdüstanın gələcəyi haqda debatlar arxa plana keçib. Lakin İŞİD məsələsindən sonra bu, ön plana çıxacaq. Belə vəziyyət isə, İraqla yanaşı, Türkiyəni də qane etmir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 21:32
Rusiya Rəşt - Astara dəmiryolunun inşası üçün tam səlahiyyət aldı...

29.11.2026 / 21:16
Ukraynanın hücumları Berlini təşvişə saldı - Baltik dənizində təhlükəli ssenari... Rusiya NATO-nu hədəfə ala bilər...

29.11.2026 / 20:44
Tehran MAQATE-yə şərt qoydu – ABŞ və İsraili pisləməsəniz, yoxlama olmayacaq...

29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...

29.11.2026 / 19:56
OPEC+ ölkələrindən gözlənilməz qərar – yeddi ölkə hasilat müzakirələrini dayandırır...

29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi – Türkiyə səfiri XİN-ə çağırıldı...

29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı – dörd diplomat ölkədən qovuldu...

29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı" - ümidlər hələ sönməyib...

29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır – aktyor Makkonaki və şərhçi Karlson...

29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı - Kiyevin addımlarından bezmişəm...

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ