çərşənbə axşamı günü, 20 oktyabr 2026
     

Azərbaycan Bakı-Tiflis-Qarsa yeni ölkələr cəlb edir

Image


Bakı-Tiflis-Qars dəmir yolu xəttini istifadəyə verdikdən sonra Azərbaycanın maraq dairəsində yer alan məsələlərdən biri də bu marşrutdan istifadə edənlərin sayının artmasıdır. Artıq görülən işlər nəticəsində bir çox ölkələrin marşruta marağının artması müşahidə olunur. Məsələn, məlumdur ki, Qazaxıstandan sonra Özbəkistan və Türkmənistan kimi Orta Asiya ölkələrinin də bu dəmir yolu xəttinə marağı böyükdür və gələn ildən etibarən həmin ölkələr ixrac məhsullarının bir qismini məhz bu xətt üzrə daşımağı düşünür.     

Hazırda diqqət mərkəzində yer alan məsələlərdən biri Qara dəniz ölkələrini bu marşruta cəlb etməkdir. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 37-ci sessiyasında çıxışı zamanı Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev bu məsələyə toxunaraq bir daha vurğulayıb ki, Bakı-Tiflis-Qars Avropa ilə Asiyanı birləşdirən qısa nəqliyyat dəhlizidir. Onun sözlərinə görə, Qara dəniz ölkələri bu dəmir yolu xəttindən səmərəli istifadə edə bilər. Nazir müavini deyib ki, Azərbaycan yeni yaratdığı beynəlxalq nəqliyyat dəhlizləri vasitəsilə regional layihələri həyata keçirməyə hazırdır: “ Bakı-Tiflis-Qars dəmir yolu xətti vasitəsilə qara dəniz ölkələrinə idxal və ixrac əməliyyatlarını artırmaq olar”. Türkiyə xarici işlər nazirinin müavini Əhməd Yıldız da bildirib ki, Qara dəniz ölkələri Bakı-Tiflis-Qars dəmir yolu xəttindən istifadə etməklə ticarət dövriyyələrini artıra bilər. O qeyd edib ki, Türkiyə yeni nəqliyyat infrastrukturu vasitəsilə birgə iqtisadi layihələri həyata keçirməyə hazırdır.

Bu açıqlamalardan aydın görünür ki, Bakı-Tiflis-Qars həm yükdaşımalar baxımından sərfəlidir, həm də Azərbaycanla Türkiyəyə digər ölkələrlə birlikdə yeni iqtisadi layihələr həyata keçirməyə imkan verir. Bu sıraya da ilk növbədə Qara dəniz ölkələri aiddir. Xatırladaq ki, oktyabrın 30-da istismara verilən Bakı-Tiflis-Qars dəmir yolu yük və sərnişindaşıma baxımından çox sərfəlidir. Bu xətlə birinci üç ildə 3-5 milyon ton, 5-ci istismar ilində 6-8 milyon ton, bundan sonrakı dövrdə isə 17 milyon ton yükün daşınması proqnozlaşdırılır.

Ekspertlər isə onu da diqqətə çatdırır ki, dəmir yolu nəqliyyatı su nəqliyyatından sonra ən səmərəli yükdaşıma vasitəsidir. Hər ton–kilometrə görə avtonəqliyyat daşımalarına nisbətən dəmir yolu daşımalarına iki dəfə az enerji sərf edilir. Elə yanacaq sərfinin az olması da dəmir yolu nəqliyyatının səmərəliliyini yüksəldir. Daşınma məsafəsi uzandıqca onun səmərəliliyi daha da artır. Hesablamalara görə, bu zaman hər 500 kilometr məsafəyə konteyner daşıması 20 faiz ucuz başa gəlir. Məsafə uzandıqca qiymət üstünlüyü özünü daha qabarıq şəkildə göstərir. Elə bu da Bakı-Tiflis-Qarsa marağı artıran əsas məqamlardandır.

Yuxarıda qeyd olunduğu kimi, Mərkəzi Asiya ölkələri Bakı-Tiflis-Qarsa indi daha çox diqqət yetirməkdədir. Ekspertlər bu fonda  hesab edir ki, Mərkəzi Asiya ölkələrindən yüklərin dəniz vasitəsilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına və oradan Avropaya və Körfəz ölkələrinə daşınması da Azərbaycanın dəmir yolu ilə daşınmaların potensialının müəyyənləşdirilməsində həlledici rola malikdir. Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı ərazisində Azad Ticarət Zonasının yaradılması, logistika mərkəzinin formalaşdırılması, yüklərin su nəqliyyat vasitələrindən boşaldılaraq dəmir yolu nəqliyyatına yüklənməsi zamanı isə əlavə dəyər yaradılacaq. Bu da ölkəmizi gəlir mənbələrindən birinə çevirəcək, iqtisadiyyatın şaxələndirilməsi daha da dərinləşəcək. Aydındır ki, məhz bu vəziyyətdə dəmir yolunun ümumi daxili məhsulda payı artacaq. Bundan başqa, sürətlə artan Asiya bazarına yükdaşımalarının həyata keçirilməsində dəmir yolu daşımaları getdikcə daha cəlbedici olmağa başlayıb. Bu fonda üçtərəfli formatda reallaşdırılan “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizi də Azərbaycana yükdaşımalardan böyük gəlir gətirəcək. Bu xəttin işə düşməsi ilə  Rusiyadan yüklər Şimali Qafqaz dəmir yolu vasitəsilə Yalama stansiyasından Ələt qovşağına daxil olacaq və oradan İrana, daha sonra Hindistana, Omana, Körfəz ölkələrinə qədər daşına biləcək. Eyni zamanda bunun əksi də həyata keçriləcək. Amma Bakı-Tiflis-Qarsın işə düşməsi həm də Rusiya-Azərbaycan-Türkiyə arasında dəmir yolu daşımaları sahəsində əməkdaşlığın həyata keçirilməsinə imkan verir. Bu,  yüklərin Aralıq dənizinə və əks istiqamətdə çatdırılması baxımından perspektivli sayılır. Rusiya və Türkiyə arasında dərinləşən iqtisadi əməkdaşlıq fonunda tərəflərin bu məsələyə marağı getdikcə artır. Təbii ki, belə vəziyyət nəqliyyat yükdaşımaları sahəsində Azərbaycanın mövqelərini daha da gücləndirir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:41
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

19.10.2026 / 09:55
DYP küləkli hava ilə bağlı sürücülərə müraciət etdi

19.10.2026 / 08:40
Təl-Əvivdən Vyanaya uçan təyyarədə bomba həyəcanı - avialayner Sofiyaya məcburi eniş etdi

19.10.2026 / 08:32
Körfəz ölkələri İrandan kompensasiya tələb etdilər - Tehran “tupik”də…

19.10.2026 / 08:25
Trampa qarşı “Kral istəmirik!” etiraz aksiyaları bütün Amerikanı bürüdü

18.10.2026 / 22:26
İran agentləri Almaniyada özlərini ifşa etdi - Azərbaycan himni altında növbəti təxribat... VİDEO

18.10.2026 / 21:44
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

18.10.2026 / 20:56
Husi hücumlarından sonra Ər-Riyaddakı 99 mərtəbəli Kingdom Centre göydələni tam boşaldıldı…

18.10.2026 / 20:32
Ukrayna Leninqrad bölgəsindəki VK data mərkəzinə hücum etdi - bəzi platformalarda problemlər yarandı...

18.10.2026 / 20:05
Dövlət Müstəqilliyimizin Ulu öndər bünövrəsi: 35 illik şanlı yol

18.10.2026 / 19:37
Zelenski Ukraynaya Starlink məhdudiyyətlərinin birbaşa ABŞ hökumətindən gəldiyini deyir

18.10.2026 / 16:20
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi

18.10.2026 / 15:58
Britaniya səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:50
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ