İsrail kəşfiyyat təşkilatı olan MOSSAD-a bağlı qrupların Türkiyədə planlaşdırdığı sui-qəsd planının üstü açılıb və İsraildən göndərilmiş xüsusi dəstə ifşaedilib. Nurman-xeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Türkiyədə avqustun 16-da keçirimiş president seçkilərindən əvvəl baş verib
Sui-qəsdçi dəstənin hamısı yox edildi
Bildirilir ki, seçkilərdən əvvəl MOSSAD-ın nəzarət etdiyi xüsusi bir mərkəz Türkiyəyə əvvəl 5 nəfərlik sui-qəsd üçün qrup göndərib. İlk olaraq bu dəstənin sərhədi keçməsi üçün göndərilən yerli 12 nəfərlik qrup Türkiyə xüsusi xidməti orqanları tərəfindən tutulub. Qrupdan 3 adam sağ ələ keçirilib. Daha sonra isə avqustun 10-dan əvvəl sui-qəsd üçün gələn 5 nəfərlik dəstənin hamısı yox edilib.
MOSSAD-ın turist kimi Türkiyəyə göndərdiyi son xüsusi dəstə də deşifr edilib. Bütün bu hadisələrdən sonra MOSSAD-ın Təl-Əvivdəki mərkəzində çaxnaşma yaşanıb. İsrail xüsusi xidmət orqanları Təl-Əvivdə Türkiyə üçün çalışan bir agent olduğunu düşünərək onun axtarışına başlayıb.
Məlumatları Türkiyəyə ötürən Yasmin S. İsraildən qaçırıldı
Araşdırmalar nəticəsində İsrail gizli təşkilatına sızaraq Türkiyəyə agentlik edən adamın izmirli yəhudi ailənin qızı Yasmin S. olduğu məlum olub.
Yasmin S. 1 il əvvəl MOSSAD agentlərinin arasına sızıb. Ancaq gənc qadının əslində Türkiyə xüsusi xidmət orqanları tərəfindən xüsusi olaraq öyrədildiyi bildirilir. İki tərəfli agentliyə başlayan Yasmin S. Türkiyədə 10 avqust seçkilərindən əvvəl hazırlanan böyük planı bu işi planlayanlardan biri olan bir MOSSAD agentindən öyrənib. Və bu barədə Türkiyəyə məlumat verib. Türk tərəfi isə planı həyata keçirəcək qrupu məhv edib. Bu hadisədən təxminən 12 saat əvvəl isə türk agenti olan yəhudi əslli Yasmin S. İsraildən qaçırılıb və şəxsiyyəti dəyişdirilərək başqa bir ölkəyə göndərilib.
MOSSAD-ın qalmaqallı casusluq əməliyyatının ardından İsrail baş naziri Benyamin Netanyahunun MOSSAD başçısı və digər kəşfiyyat rəsmiləri ilə təcili yığıncaq keçirdiyi bildirilir. Netanyahu yığıncaqda kəşfiyyat səlahiyyətlilərinə çox əsəbləşərək "Bu başımıza gələn ikinci böyük fəlakət, bu skandalı təmizləmək lazımdır" - deyə bildirib.