çərşənbə axşamı günü, 20 oktyabr 2026
     

Azərbaycan üçün Avropada yeni imkanlar açılır, “Şimal axını-2” gündəmdən çıxarılır

Image


Qərb ölkələrinin Rusiya ilə artan gərginliyi fonunda şimal qonşumuzun enerji sektorunun sıradan çıxarılması getdikcə daha çox diqqət mərkəzinə gəlir. Belə görünür ki, ABŞ başda olmaqla, Qərb dövlətləri Rusiyanın Avropada enerji hegemonluğuna son qoymaq niyyətindədir. Bunun üçün ilk növbədə  "Şimal axını-2” layihəsinin sıradan çıxarılması ön plandadır.

Düzdür, Rusiyanın hər vəchlə "Şimal axını-2”ni reallaşdırmaq cəhdi səngimək bilmir. Amma layihəni reallaşdırmaq istiqamətində getdikcə təklənən "Qazprom” hər tərəfdən təzyiqlərlə üzləşir. Məhz belə bir vaxtda Danimarka parlamenti “Şimal axını-2” qaz borusunun inşasına qarşı yönəlmiş qanun qəbul edib. Məlumata görə, qanunda nəzərdə tutulmuş müddəalar hökumətə ölkə ərazisindən qaz borularının çəkilişinə qadağa qoymağa imkan verəcək. Qanuna əsasən, boru kəmərlərinin Danimarka sərhədindən keçməsinə icazə verilməzdən əvvəl kəmərin milli təhlükəsizlik, xarici siyasət və müdafiə siyasətinə uyğunluğu da nəzərə alınmalıdır. Rusiya artıq məsələyə sərt reaksiya verib və bundan ən çox zərər görənin elə Danimarkanın özü olacağını bildirib. Moskvada hesab olunur ki, bu qərarı Danimarka ABŞ-ın təzyiqi altında qəbul edib.

Xatırladaq ki, həqiqətən də ABŞ “Şimal axını-2” layihəsinin Danimarka sərhədindən keçməsinin əleyhinədir. ABŞ bu layihəni həyata keçirmək əvəzinə, "Transadriatik” (TAP) və Türkiyədən keçən "Transanadolu” (TANAP) kəmərlərindən ibarət olan "Cənub Qaz Dəhlizi”nin icrasının sürətləndirilməsini daha məntiqli hesab etdiyini bəyan edib.  Bu mövqeni bir daha diqqətə çatdıran ABŞ dövlət katibi köməkçisinin müavini Con Makkarrik Rusiyadan Türkiyəyə uzanacaq ikitərəfli qaz boru kəməri layihəsi olan “Türk axını” və Rusiyadan Almaniyaya gedəcək “Şimal axını 2” qaz kəmərinə qarşı olduqlarını bəyan edib. O, “Şimal axını-2” qaz kəməri ilə bağlı “Qazprom” şirkəti ilə avropalı alıcılar arasında razılığa gəlinərsə, avropalı şirkətlərin Amerikanın sanksiyalarına məruz qala biləcəyini bildirib. ABŞ dövlət katibi Reks Tillerson isə Vudro Vilson adına Elmi Tədqiqat Mərkəzində çıxışı zamanı Rusiyanın neft və qazdan Avropaya təhdid kimi istifadə etdiyini qeyd edib. O, buna görə də ABŞ-ın Şərqi Avropada infrastruktur layihələrini dəstəkləyəcəyini və Avropaya qaz tədarükünü artıracağını deyib. Moskva isə ABŞ-ın bu gedişlərinə qarşı artıq alternativ variantlar üzərində düşünür.  Amma belə görünür ki. alternativ variantların həyata keçirilməsi asan olmayacaq. Bu durumda Rusiyanın Avropa qaz bazarından sıxışdırılıb tamamilə çıxarılması, ekspertlərin fikrincə, artıq zamana bağlı məsələdir. Çünki Avropanın ümumi qaz istehlakı ildə təqribən 500 milyard kubmetrdir. 500 milyard kubmetrin 30 faizə yaxın hissəsini Rusiya tədarük edir. Amma yeni mənbələrdən, o cümlədən Azərbaycandan qaz almaqla Avropa Moskadan olan enerji asılılığını əhəmiyyətli dərəcədə azaltmağı düşünür. Bundan başqa, son zamanlar Amerikanın dünyada ən çox qaz istehsal edən ölkə durumuna gəlməsi onu deməyə əsas verir ki, tankerlər vasitəsilə yaxın illərdə Avropa qitəsinə Amerikadan kifayət qədər böyük həcmdə qaz tədarükü gözlənir. Artıq pilot layihələr həyata keçirilib. Polşaya, Latviyaya və İspaniyaya ilk tankerlər gəlib. Hələlik qazın həcmi azdır, amma Amerikanın açıqladığı hədəflərə görə, yaxın 5 ildə təqribən 80 milyard kubmetr qazın Avropaya çatdırılması nəzərdə tutulur. Bu da kifayət qədər böyük rəqəmdir. 80 milyard kubmetr qazın Avropaya çatdırılması Avropada əlavə qaz imkanlarının yaranacağı deməkdir. Amma burada mühüm məqamlardan biri də odur ki, tankerlər vasitəsilə Avropaya qaz daşınması baha başa gəlir. Elə bu səbəbdən Avropa üçün ən məqbul variant, Azərbaycan da daxil olmaqla, digər mənbələrdən qaz alışını həyata keçirməkdir. Üstəlik İran, Türkmənistan qazı da Azərbaycan üzərindən Avropaya nəql oluna bilər və bu, qazın Qərb ölkələrinə daha sərfəli qiymətlə başa gəlməsi anlamına gəlir. Elə iqtisadçı-ekspert Natiq Cəfərli də Azərbaycan üçün Avropada yeni imkanların yarandığını vurğulayır. Onun sözlərinə görə, Azərbaycanla bərabər İran qazı da rus qazı üçün alternativ ola bilər: “Türkmənistan və Orta Asiya qazının Avropaya çatdırılması ilə bağlı 1994-cü ildən bu yana danışıqlar aparılır. Lakin Xəzərin statusu müəyyənləşmədiyinə və Rusiya ilə İranın ciddi maneələri olduğuna görə, “Transxəzər“ qaz kəməri hələ də inşa olunmayıb. Halbuki, ən yaxın nöqtələrdən Xəzərin dibi ilə təqribən 100 kilometrə yaxın bir boru xətti çəkməklə Türkmənistan qazının Azərbaycan üzərindən Avropaya çatdırılması mümkündür. Lakin Rusiya buna imkan vermir və İran da bunun əleyhinədir”. Belə bir vaxtda bəlli olub ki, Türkmənistan  enerji resurslarını beynəlxalq bazarlara Xəzər regionu ilə tədarük üçün özünün “Şərq-Qərb” qaz kəmərindən istifadəyə hazırdır. Bildirilir ki,  2015-ci ilin dekabrından istifadəyə verilən “Şərq-Qərb” qaz kəməri enerji sahəsində çoxtərəfli qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük perspektivlər açıb. O da qeyd olunur  ki, ehtiyac yarandıqda bu kəmər Türkmənistan enerji resurslarının Xəzər regionu vasitəsilə beynəlxalq bazarlara tədarük edilməsində istifadə edilə bilər. Bunun üçün “Transxəzər” kəmərinin çəkilişi də tam mümkün sayılır. Xatırladaq ki, türkmən qazının Avropaya tədarükü ilə bağlı danışıqlar 2011-ci ildən aparılır. “Transxəzər” layihəsinin də daxil olduğu “Cənub Qaz Dəhlizi“  Avropa Ittifaqı üçün prioritet olaraq qalır. Elə Avropa Ittifaqı da “Transxəzər”in çəkilişi üçün bütün imkanlarını səfərbər etəmyə hazır olduğunu bildirir. Bu isə Azərbaycan üzərindən Avropaya daha çox qaz nəqlinə imkan verir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:41
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

19.10.2026 / 09:55
DYP küləkli hava ilə bağlı sürücülərə müraciət etdi

19.10.2026 / 08:40
Təl-Əvivdən Vyanaya uçan təyyarədə bomba həyəcanı - avialayner Sofiyaya məcburi eniş etdi

19.10.2026 / 08:32
Körfəz ölkələri İrandan kompensasiya tələb etdilər - Tehran “tupik”də…

19.10.2026 / 08:25
Trampa qarşı “Kral istəmirik!” etiraz aksiyaları bütün Amerikanı bürüdü

18.10.2026 / 22:26
İran agentləri Almaniyada özlərini ifşa etdi - Azərbaycan himni altında növbəti təxribat... VİDEO

18.10.2026 / 21:44
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

18.10.2026 / 20:56
Husi hücumlarından sonra Ər-Riyaddakı 99 mərtəbəli Kingdom Centre göydələni tam boşaldıldı…

18.10.2026 / 20:32
Ukrayna Leninqrad bölgəsindəki VK data mərkəzinə hücum etdi - bəzi platformalarda problemlər yarandı...

18.10.2026 / 20:05
Dövlət Müstəqilliyimizin Ulu öndər bünövrəsi: 35 illik şanlı yol

18.10.2026 / 19:37
Zelenski Ukraynaya Starlink məhdudiyyətlərinin birbaşa ABŞ hökumətindən gəldiyini deyir

18.10.2026 / 16:20
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi

18.10.2026 / 15:58
Britaniya səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:50
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ