Bazar günü günü, 29 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Rusiya Moldovanı da çalxalamağa başladı
Tarix: 19.08.2014 / 03:22
Bölmə: Siyasət
Ukraynada Rusiyanın müəllifi olduğu separatizm dalğası səngiməmiş növbəti və analoji xarakterli problemin Moldovada törədilməsi ehtimalı artır. Əsas səbəb, Ukraynada olduğu kimi, Moldovanın da Avropa ilə yaxınlaşmaq istiqamətində addımlar atması və Avropa İttifaqı (Aİ) ilə Assosiasiya sazişi imzalamasıdır. Kreml bunu bağışlamayacağını əvvəldən bəyan edib və Moldovaya təsir üçün Rusiyanın imkanları kifayət qədər böyükdür.
Ən azından, Dnestryanı münaqişəsi bunun real təsdiqidir. Xatırladaq ki, hələ iki ay əvvəl qondarma Dnestryanı bölgənin qanunverici orqanı olduqca təhlükəli addım ataraq müstəqilliyinin tanınmasını istəyib. Separatçı qurum bu yöndə Rusiya Prezidenti Vladimir Putinə, Dövlət Dumasına, həmçinin ATƏT və Birləşmiş Millətlər Təşkilatına müraciət edərək kömək istəyib. Xatırladaq ki, hələ martın 18-də separatçı qurumun Ali Şurasının sədri Mixail Burla Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinə müraciət yollayaraq, təmsil etdiyi qurumun Rusiyaya birləşdirilməsini istəmişdi.
Həmçinin, Dnestryanı bölgənin "xarici işlər naziri" Nina Ştanski Rusiyaya yaxınlaşmaq niyyətlərini ortaya qoymuşdu. Ştanski Krımın Rusiyaya birləşdirilməsini alqışlayaraq rəsmi Moskvanın hərəkətlərinə də haqq qazandırmışdı: "Krımın Rusiyaya birləşdirilməsi arqumentləri Dnestryanı bölgə üçün də uyğun gəlir. Bizi tarix, din, dil birliyi birləşdirir. Biz özümüzü rus dünyasının, rus ruhunun tərkib hissəsi sayırıq. Dnestryanı bölgə 23 il ərzində müstəqil ölkə kimi yaşamaq imkanını sübut etdi. Bütün təzyiqlərə baxmayaraq, biz hüquqi bir dövlət qurduq. Bölgənin müstəqilliyi respublikada keçirilən referendumda təsdiqlənib. Biz Rusiyaya birləşməyə hazırıq və bu istiqamətdə səy göstərəcəyik".
Lakin Rusiyanın Moldovaya təsiri təkcə Dnestryanı bölgə ilə məhdudlaşmır. Moskva burada Dnestryanıdan əvvəl qaqauz kartını işə sala bilər. Bundan əvvəl də Qaqauziya Muxtar Respublikasında dəfələrlə Moldovanın Avropa İttifaqı ilə imzaladığı assosiativ sazişə qarşı mitinq keçirilib. Burada fəaliyyət göstərən partiya sədrlərindən biri İqor Kroytor qeyd edir: "Moldova hakimiyyətinin bir hədəfi var: ölkəni siyasi və sosial komaya çatdırmaq. Assosiasiya haqqında razılaşmadan sonra ölkə böyük iqtisadi problemlərlə qarşılaşacaq. Moldovanın assosiasiya haqqında sazişi imzalaması Avropaya kor yürüşdür. Bu, Moldova Respublikasının yox olması ilə nəticələnəcək. Moldova yalnız Gömrük Şurası ilə sağ qala biləcək". Xatırladaq ki, Muxtar Respublika 2 fevralda referendum keçirib. Nəticələrə əsasən, əhalinin 98,47 faizi ölkənin Gömrük Şurasına üzvlüyünə tərəfdar çıxıb.
Fransanın "Le Monde" qəzeti baş verənlərlə bağlı yazır: "26 min əhalisi olan Qaqauziya Muxtar Respublikasının paytaxtı Komrata şəhərinə səyahət XIX əsrə qayıtmaq deməkdir. Şəhər atmosferi ancaq mərkəzi Lenin bulvarında hiss olunur. Reklam plakatları rus dilindədir, Leninin heykəlinin ardınca bir neçə mağaza, bazar və pravoslav kilsəsi gəlir. İyunun 27-də Moldova Aİ ilə saziş imzalayanda Qaqauz Muxtar vilayətində yüngül panika yarandı. Hamının yaddan çıxardığı, əhalisi 160 min nəfər olan və Moldovanın tərkibində geniş muxtariyyətə malik bölgə Rusiyaya sadiqliyini saxlamaq istəyir". Qaqauz muxtariyyəti rəhbərinin müavini Valeri Yaniqlo deyir ki, Moldova Aİ ilə saziş imzalayanda heç kim onların rəyini soruşmadı: "Avropa İttifaqının ən müasir kənd təsərrüfatı texnologiyası var. Onlar ərzaq məhsullarını bizə xeyli ucuz sata bilər. Deməli, bizim kənd təsərrüfatımız məhv olacaq. Axı bizim kənd təsərrüfatından başqa heç nəyimiz yoxdur, qaqauzlar işsiz qalacaq. Ona görə də bizim üçün Aİ-dən imtina yaşamaq məsələsidir".
Qəzet yazır ki, Rusiyanın Moldovanı caynağında saxlamaq üçün iki aləti var: Dnestryanı bölgə və Qaqauz muxtariyyəti. Qaqauzlar tarixi köklərinə görə türkdür və İslamdan imtina edərək pravoslavlığı qəbul ediblər. Onlar Moldovanın cənubunda XVIII əsrdə məskunlaşıblar. SSRİ dövründə rus dili onlar üçün ikinci dil idi və bu gün Rusiya ilə əlaqələr hələ də çox möhkəmdir. "Le Monde"yazır: "Dnestryanı bölgədə olduğu kimi, Qaqauz muxtariyyətində də Rusiya özünü yerli əhalinin xilaskarı kimi təqdim edir. Eyni zamanda, Rusiya Moldovada noyabrın 30-da keçiriləcək parlament seçkilərinə təsir edib kommunistlərin hakimiyyətə qayıtmasına çalışacaq. Çünki kommunistlərin hakimiyyətə qayıtması Rusiyaya Moldovanı nəzarətdə saxlamaq imkanı verir". Məqalədə bildirilir ki, Moldovanın Aİ ilə yaxınlaşmasına cavab olaraq Rusiya bu ölkəni cəzalandırmağa başlayıb, ötən ilin sentyabrında Moldovadan şərab idxalını dayandırıb. Rusiya yalnız Dnestryanı bölgədən və Qaqauz muxtariyyətindən məhsul alır. Valeri Yaniqlo bununla bağıl deyir: "Rusiya bizim məhsullarımızı alır və bizə qaz verir, bundan əlavə, bizim inancımız eynidir. Bəs Aİ bizə demokratiya dərsindən və seksual azadlıqlardan başqa nə verir? Bunlar bizə lazım deyil".
Xatırladaq ki, SSRİ dağılan vaxt, digər muxtar subyektlər və müttəfiq respublikalar kimi, Qaqauziya da müstəqilliyini elan etmişdi. O vaxt Moldova buna görə bölgəyə xüsusi təyinatlılarını göndərərək, Qaqauziyadakı müstəqillik hərəkatına rəhbərlik edənləri cəzalandırmaq istəmişdi. Ancaq qaqauzların yardımına gələn Rusiya hərbçiləri və Dnestryanı qurumdan olan könüllülər buna imkan vermədi. Qaqauziya ilə Moldova arasında bu problem yalnız Kişinyovun bölgənin muxtariyyətini tanıyacağı barədə 1992-ci ildə Komrat ilə anlaşma imzalamasından sonra qalxdı. O vaxt Qaqauziya parlamenti müstəqillik elan edilməsi barədə aktı müvəqqəti dondurduğunu bəyan etdi. Lakin bu anlaşmadan 22 il ötməsinə baxmayaraq, Moldova parlamenti sənədi ratifikasiya etməyib. Bu isə Qaqauziyanı daha çox Rusiyadan dəstək istəməyə vadar edib. Moskva isə, Moldovanın Avropa Birliyinə yaxınlaşmasına cavab olaraq, Qaqauziyaya hər cür dəstək verir.
DİGƏR XƏBƏRLƏR
Tarix: 29.11.2026 / 21:32
Rusiya Rəşt - Astara dəmiryolunun inşası üçün tam səlahiyyət aldı...
Tarix: 29.11.2026 / 21:16
Ukraynanın hücumları Berlini təşvişə saldı
- Baltik dənizində təhlükəli ssenari... Rusiya NATO-nu hədəfə ala bilər...
Tarix: 29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...
Tarix: 29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı"
- ümidlər hələ sönməyib...
Tarix: 29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı
- Kiyevin addımlarından bezmişəm...
Tarix: 29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır
– Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...
Tarix: 29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…
Tarix: 28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
Tarix: 28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
Tarix: 28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
Tarix: 28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
Tarix: 28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
Tarix: 26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...
Tarix: 26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
SON XƏBƏRLƏR
29.11.2026 / 21:32
Rusiya Rəşt - Astara dəmiryolunun inşası üçün tam səlahiyyət aldı...
29.11.2026 / 21:16
Ukraynanın hücumları Berlini təşvişə saldı
- Baltik dənizində təhlükəli ssenari... Rusiya NATO-nu hədəfə ala bilər...
29.11.2026 / 20:44
Tehran MAQATE-yə şərt qoydu
– ABŞ və İsraili pisləməsəniz, yoxlama olmayacaq...
29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...
29.11.2026 / 19:56
OPEC+ ölkələrindən gözlənilməz qərar
– yeddi ölkə hasilat müzakirələrini dayandırır...
29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi
– Türkiyə səfiri XİN-ə çağırıldı...
29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı
– dörd diplomat ölkədən qovuldu...
29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı"
- ümidlər hələ sönməyib...
29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır
– aktyor Makkonaki və şərhçi Karlson...
29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı
- Kiyevin addımlarından bezmişəm...
29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə
– Zelenskidən Putin və Trampa mühüm mesaj...
29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır
– Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...
29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub
– “Starlink”lə bağlı SENSASİON İDDİA...
29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır
– Pakistan Səudiyyəyə qoşun göndərdi...
29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü
– gəmilərdə yanğın başladı...
29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi
– İrandan Vaşinqton və Təl-Əvivə mesaj...
29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı
29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…
29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” -
"Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...
28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı
- Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...
28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr...
Etirazlar nəzarətdən çıxdı...
28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı
– israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...
28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid
– Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...
28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü
- Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...
28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə...
“Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...
28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir?
- Agentlikdən açıqlama...
28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası
– ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...
28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı
28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA
– Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…
28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..
28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı
– Bakıda 3300 manatlıq oğurluq…
28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı
– bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...
28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...
28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır
- ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...
28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı
28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..
28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?
28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki…
Qalıq yeməkləri təyyarəyə götürüblər…
27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...
27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...
27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...
27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?
27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür
27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək
27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs:
"Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib
27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır
27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var -
adam rüşvəti kimdən alıb...
27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir -
siyahıda Türkiyə və Qırğızıstan da var...
27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...
27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi
27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür...
Konstitusiya uğrunda...
27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir -
siyasi qərar verildi...
27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...
27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi
27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu
– Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...
27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi
27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar
27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq
– Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...
27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...
27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...
27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı
27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir
– biz hücum etmədik...
27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal
– Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi
27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası
– məşhur aparıcı və həyat yoldaşı saxlanıldı
27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı –
45 milyard avronun taleyi...
27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi
– Bakıdan müsbət mesajlar verildi...
27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı
27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu
27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
XƏBƏR ARXİVİ