Bazar günü günü, 29 noyabr 2026
     

Rubl Azərbaycanı bir neçə istiqamətdə zərərə salmağa başlayır

Image


Üzləşdiyi sanksiyalara görə şimal qonşumuzun valyutası hələ də sürətlə dəyər itirməkdədir. Rusiya Mərkəzi Bankının rublun dəyərdən düşməsinin qarşısının alıması istiqamətində atdığı addımlar fayda vermir. Əhali rubldan imtina etməkdə, daha çox xarici valyutalarda depozit toplamağa üstünlük verməkdədir. Belə vəziyyətdə xarici valytutaya artan tələb rus rublunu daha böyük sürətlə ucuzlaşdırır.
Hazırda baş verənlər Rusiyanın xarici ticarət dövriyyəsinə də təsirsiz ötüşmür. Eyni zamanda, rus rublu ilə toplanan ehtiyatlar da ciddi təhlükə ilə üz-üzə qalıb. Xatırladaq ki, bu məsələ Azərbaycan üçün də aktualdır.
Xüsusən də "Vneştorqbank"a (VTB) yatırılan vəsaitlər fonunda məsələ artıq bir neçə dəfə gündəmə gətirilib. Onun səhmdarları arasında üç suveren fond - Norveçin "İnvestment Management" bankını, Qətərin "Qatar İnvestment Authority" və Azərbaycan Dövlət Neft Fondu var və həmin banka yatırılan vəsaitlər dəyər itirməkdədir. Xatırladaq ki, bu fondlar ötən il VTB-nin 3,3 milyard dollarlıq səhm paketini alıb və hər biri 3-3,75 faizlik paya malikdir. Rusiya hökuməti bankın səhmlərinin 60 faizinə nəzarət edir.
Eyni zamanda, Azərbaycan rus rubluna etdiyi yatırımlar baxımından da vəsait itirir. Rusiyaya tətbiq edilən sanksiyaların Azərbaycana ciddi təsirindən danışan iqtisadçı ekspert Samir Əliyev isə buna görə hələlik ən böyük zərbənin Neft Fonduna dəyəcəyini bildirib: "Rusiyaya tətbiq edilən sanksiyaların Azərbaycana təsiri bir neçə istiqamətdə mövcuddur. Birincisi Azərbaycanın valyuta ehtiyatlarının azalmasıdır. Yəni Neft Fondu istiqamətində olan təsiri nəzərdə tuturam. Çünki biz bilirik ki, Neft Fondunun valyuta ehtiyatlarına hardasa 500 milyonluq rubl yerləşdirilib. Rus rublu 10% ucuzlaşıbsa, deməli, 500 milyon rubl ən azı 10% dəyərini itirib. İkincisi ondan ibarətdir ki, Neft Fondu VTB bankının səhmlərini alıb. Həmin bankın da səhmləri əhəmiyyətli dərəcədə ucuzlaşıb. Yəni Rusiyaya tətbiq edilən sanksiyaların bir istiqamətdə zərəri Neft Fondunun valyuta ehtiyatlarının azalmasıdır. İkinci istiqamət - biz bilirik ki, orada iki milyondan çox soydaşımız işləyir. Bu da Azərbaycanda, xüsusilə regionda yaşayan ailələrin sosial vəziyyətinin pisləşməsinə gətirib çıxaracaq. Digər tərəfdən də Rusiyanın kənd təsərrüfatı məhsullarına tətbiq edilən sanksiya nəticəsində Azərbaycan məhsullarının bu ölkəyə axması bazarlarımızda qiyməti bahalaşdıra bilər. Bu, Rusiyaya tətbiq edilən sanksiyaların Azərbaycana olan ilkin təsiridir və getdikcə sanksiyalar daha da dərinləşdikcə Rusiyanın digər sahələrinə də ciddi təsir göstərəcək".
Onu da qeyd edək ki, Azərbaycanın bank sektorunda xarici valyuta kimi istifadə olunanlardan biri də Rusiya rubludur. İndi banklar ehtiyatlarında olan rublu daha çox başqa pullarla əvəzləməyə çalışır. Çünki rublun məzənnəsi getdikcə aşağı düşür və bu, həmin valyutaya görə dəyə biləcək ziyanın miqyasını artırır. Analitiklərin hesabatına görə, 2014-cü ilin yekunlarına doğru rublun dollara və avroya qarşı məzənnəsi 20 faiz düşəcək. Rus analitiklər bildirir ki, məzənnənin bu cür dəyişməsi yalnız idxal sahəsinə təsir etməyəcək. Eyni zamanda yerli istehsala da problemlər yaradacaq. O ki qaldı əhalinin banklarda olan hesablarına, burada da məzənnənin 10%-ə qədər qalxıb-enməsi əvvəlcədən nəzərdə tutulub ki, kəskin itkilər baş verməsin. Lakin qalxıb-enmə həddi nəzərdə tutulan səviyyəni keçir. Bundan əlavə, analitiklər bildirir ki, Rusiyada qiymətlərin qalxması gözlənir. Bu da əhalinin gəlirlərinin azalması fonunda bir sıra iqtisadi problemlərə gətirib çıxaracaq. Eyni zamanda bu, xaricdən göndərilən pul baratlarına da təsir göstərir. Çünki rublla qazanan soydaşlarımız Azərbaycana pul göndərəndə ya Rusiyada dollara çevirib göndərir, ya da Azərbaycanda manata çevirir. Bu isə soydaşlarımızın qazandığı pulun dəyərsizləşməsi deməkdir.
Qeyd edək ki, Azərbaycanın idxalının təxminən dörddə biri məhz Rusiyadan gəlir.
Bütün bunlar bir daha təsdiq edir ki, rubl ətrafında baş verənlər təkcə Rusiyaya yox, MDB-nin digər ölkələrinə, o cümlədən Azərbaycana da təsir edir.
Qərb və Rusiya arasında problemin kəskinləşdiyi müddət ərzində rublun məzənnə itkisinin qaçılmaz olduğu proqnozlaşdırılır. Belə vəziyyət isə, yuxarıda sadalananlardan da göründüyü kimi, ölkəmizə də mənfi rakursda təsir göstərməkdə davam edəcək.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 21:32
Rusiya Rəşt - Astara dəmiryolunun inşası üçün tam səlahiyyət aldı...

29.11.2026 / 21:16
Ukraynanın hücumları Berlini təşvişə saldı - Baltik dənizində təhlükəli ssenari... Rusiya NATO-nu hədəfə ala bilər...

29.11.2026 / 20:44
Tehran MAQATE-yə şərt qoydu – ABŞ və İsraili pisləməsəniz, yoxlama olmayacaq...

29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...

29.11.2026 / 19:56
OPEC+ ölkələrindən gözlənilməz qərar – yeddi ölkə hasilat müzakirələrini dayandırır...

29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi – Türkiyə səfiri XİN-ə çağırıldı...

29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı – dörd diplomat ölkədən qovuldu...

29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı" - ümidlər hələ sönməyib...

29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır – aktyor Makkonaki və şərhçi Karlson...

29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı - Kiyevin addımlarından bezmişəm...

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ