çərşənbə axşamı günü, 20 oktyabr 2026
     

Azərbaycan daha bir vacib nəqliyyat dəhlizinin işə salınmasına hazırlaşır…

Image


Nəqliyyat daşımaları sahəsində Azərbaycanın həyata keçirdiyi layihələr bugün ölkəmizi dünya miqyasında əsas tranzit qovşaqlardan birinə çevirməkdədir. Amma yayılan məlumatlar göstərir ki, Azərbaycan qeyd olunan istiqamətdə əlavə yeni vacib layihələr həyata keçirməyə, bu istiqamətdə digər dövlətlərlə növbəti  önəmli əməkdaşlıq platforması qurmağa hazırlaşır. “Lyapis-lazur” nəqliyyat dəhlizinin yaradılması bunun real təsdiqi kimi göstərilir.

Qeyd edək ki, Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə beş ölkəni birləşdirən “Lyapis-lazur” nəqliyyat dəhlizinin yaradılması barədə saziş imzalayıb. Sənədlər Əfqanıstana dair 7-ci Regional İqtisadi Əməkdaşlıq Konfransı çərçivəsində imzalanıb. Bildirilir ki, bu layihə çərçivəsində dəmir yolları və avtomobil yolları Əfqanıstanın Herat əyalətindəki Torqundi şəhərini Aşqabadla, sonra Xəzər dənizindəki Türkmənbaşı limanı ilə birləşdirəcək. Daha sonra dəhliz Xəzərdən Bakıya, Tiflisdən Poti və Batumidə haçalanmaqla Ankaraya, oradan da İstanbula uzanacaq. Layihənin büdcəsi 2 milyard dollardır. Nəqliyyat dəhlizinin yaradılması barədə məsləhətləşmələr 2012-ci ildə başlanıb. Milli dəmir yolları və avtomobil magistralları bu nəqliyyat dəhlizinin mühüm hissəsini təşkil edir. Nəqliyyat dəhlizinin adı lazurit mineralının rəngindən götürülüb ki, bu da qədimdə Mərkəzi Asiyadan Yaxın Şərqə, Avropaya və Şimali Afrikaya aparılan əsas əşyalardan biri olub. Hesab olunur ki, yeni nəqliyyat dəhlizi Azərbaycana bir sıra mühüm üstünlüklər qazandıracaq. Ən azından bu, Yaxın Şərq və Şimali Afrika ilə yeni sərfəli ticari-iqtisadi əlaqələrin qurulmasına imkan verəcək.

Belə hesab edilir ki, “Şimal-Cənub”, “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin işə düşməsindən sonra  “Lyapis-lazur” dəhlizinin də yaradılması, ümuiiyyətlə, iştirakçı ölkələrin tranzit daşımalarında mövqelərini daha da gücləndirəcək. Eyni zamanda bu,  tərəflərə yeni iqtisadi gəlirlər vəd edir və onlar arasında əməkdaşlığı daha da gücləndirir. Daha bir nəqliyyat dəhlizinin istismara verilməsi istiqamətində atılan addımlar, öz növbəsində, ölkəmizin tranzit mövqelərinin daha da güclənməsinə rəvac verəcək. İndilikdə isə Azərbaycan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin də işə salınması istiqamətində zəruri addımlar atır. Bu məqsədlə ölkəmiz İrana 500 milyon dollar dəyərində kredit ayırıb. "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov da qeyd edib ki, Azərbaycan tərəfi dəmir yolunun tikintisi çərçivəsində artıq İrana 500 milyon dollar dəyərində kredit ayırıb və hər iki tərəf kredit sazişini imzalayıb. Bu fonda “Şimal-Cənub” dəhlizi çərçivəsində Rəşt-Astara dəmir yolunun tikintisinə gələn il başlanacaq. İranın Dövlət Dəmir Yolları İdarəsinin rəisi Səid Məhəmmədzadə İranın investisiya proqramlarına həsr olunan konfransda bəyan edib ki, İran Fars körfəzi ilə Şimali Avropanı birləşdirən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə daşınacaq yüklərin də həcmini artırmaq niyyətindədir. O, İranın bu dəhlizlə daşınacaq yüklərin həcmini artırmaq niyyətində olduğunu bəyan edərkən yalnız İranın Avropaya və əks istiqamətə həyata keçiriləcək ixrac-idxal əməliyyatlarını nəzərdə tutmur. Eyni zamanda, Cənub-Şərqi Asiya ölkələrinin İran üzərindən ixrac etdiyi mallar da məhz “Şimal-Cənub” dəhlizi ilə daşınacaq. Bu dəhlizin əsasını Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xətti təşkil edir. Deməli, İran həm öz yüklərini, həm də Fars körfəzindən istifadə edərək Avropaya yük göndərən Asiya ölkələrinin yüklərini məhz Azərbaycan üzərindən Rusiyaya və Avropaya yola salmaq istəyir.

İranın Rusiyadakı səfiri Mehdi Sənayi isə bildirib ki, Vladimir Putinlə Həsən Ruhani arasında Tehranda keçirilən danışıqlarda iki ölkə arasında ticarət dövriyyəsinin həcmini 10 milyard dollara çatdırmaq qərara alınıb. Səfir bu zaman “Şimal-Cənub” dəhlizinin əsas rol oynayacağını bildirib. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın  “Şimal-Cənub” dəhlizinin formalaşmasına ayırdığı diqqət ölkəmizin iqtisadi maraqlarını əks etdirən çox vacib addımdır. Göstərilən rəqəmlərin böyüklüyü isə Azərbaycanın tranzit gəlirlərinin də çox olacağından xəbər verir. Digər tərəfdən, Azərbaycanla İranın iqtisadi sahədəki əməkdaşlıq əlaqələri hər iki ölkənin maraqlarına cavab verir.

Azərbaycanın əsas iştirakçılarından biri olduğu Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə də ölkəmizin gəlirlərinin əhəmiyyətli dərəcədə artması proqnozlaşdırılır. Bu marşrutla 2018-ci ildən ilə 3 milyon ton yük daşınması planlaşdırılır. Cari ilin yekunlarına görə, hazırda 1 milyon ton yük daşınıb və ilin sonuna qədər bu rəqəmin 1,3 milyon ton olması gözlənilir. Bundan başqa, “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası daşınan malların çeşidini artırmağı planlaşdırır. “Qazaxıstan Dəmir Yolları” Milli Şirkətinin prezidenti Kanat Alpısbayev bildirib ki, 2018-ci ildə daşınan malların çeşidini artırmaqla yanaşı, ən azı 15 min konteyner göndərilməsi də planlaşdırılır. Bu da tranzit yükdışmalardan Azərbaycanın dahSa çox qazanc əldə etməsi deməkdir.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:41
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

19.10.2026 / 09:55
DYP küləkli hava ilə bağlı sürücülərə müraciət etdi

19.10.2026 / 08:40
Təl-Əvivdən Vyanaya uçan təyyarədə bomba həyəcanı - avialayner Sofiyaya məcburi eniş etdi

19.10.2026 / 08:32
Körfəz ölkələri İrandan kompensasiya tələb etdilər - Tehran “tupik”də…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ